Nəğmə 28
Yeni nəğmə
1. Allaha oxu sən yeni həmd nəğməsini!
Et elan qüdrətli, adil işlərini.
Qələbə Onun, tərif et güclü əlini.
Qanunu kamildir və haqdır hökmləri.
(NƏQARƏT)
Səslənsin,
Yeni uca nəğmə!
Həmd edin!
Padşahdır Yehova!
2. Fərəhlə oxu Allahımıza — Padşaha!
Adına izzət ver böyük izdihamla.
Şadlan, nida et əzəmətli Xudavəndə!
Lira, şeypur, boru çalsın bir ahəngdə.
(NƏQARƏT)
Səslənsin,
Yeni uca nəğmə!
Həmd edin!
Padşahdır Yehova!
3. Qoy dibsiz dəniz, onda qaynaşan canlılar
Bir yerdə səninlə nəğmə oxusunlar.
Qoy yer sevinsin, coşqun çaylar alqış etsin.
Yaradana dağlar, təpələr həmd etsin.
(NƏQARƏT)
Səslənsin,
Yeni uca nəğmə!
Həmd edin!
Padşahdır Yehova!
(Həmçinin baxın: Məz. 96:1; 149:1; Yeşaya 42:10.)