Nəğmə 47
Xoş xəbəri bəyan edin!
1. Əsrlər boyu «Övlad» kimdir gizli qalıb,
İndi bu müqəddəs sirr artıq açılıb.
Yehova, şəfqətli, mərhəmətli Allah
Bilir ki, insana əzab verir günah.
Niyyət etdi, Oğlu bizə olsun Padşah.
Bunun üçün təyin etdi müəyyən bir vaxt.
Özü seçib Oğlu üçün pak bir «gəlin» —
«Kiçik sürü», birgə onlar izzətlənsin.
2. Bu müqəddəs niyyət çoxdan mövcud idi.
İndiysə vaxtdır hamı onu eşitsin.
Bəyan etdiyimiz xəbər nə gözəldir,
Fərəhlə mələklər onu səsləndirir.
Bizə şərəfdir Rəbbin ismini bilmək,
Ona izzət verərək, hamıya söyləmək.
Həyat verən xəbəri elan etməyi
Yehova tapşırıb, bizə bu şərəfdir.
(Həmçinin baxın: Mark 4:11; Həv. iş. 5:31; 1 Kor. 2:1, 7.)