Nəğmə 30
Yehova padşahlıq edir
1. Sevinməyin vaxtıdır! Artıq Allah Padşahdır.
O, Sionda qoyub guşədaşı.
Hamı Ona ucaltsın ürəkdən həmd mahnısı,
Məsih Xilaskar artıq tacını alıb.
(NƏQARƏT)
Nə gətirəcək bu Padşahlıq?
Tam ədalət və salehlik.
Nələr gətirəcək Padşahlıq?
Sonsuz həyat və xoşbəxtlik.
Mədh eylə ali Hökmdarı,
Hədsizdir məhəbbəti.
2. Məsih taxta yüksəlib. Har-Megidon tez gəlir,
Yox olacaq Şeytanın dünyası.
Bu müjdəni biz yayaq, hər insana çatdıraq.
Vaxt gəlib ki, həlimlər Rəbbə sığınsın.
(NƏQARƏT)
Nə gətirəcək bu Padşahlıq?
Tam ədalət və salehlik.
Nələr gətirəcək Padşahlıq?
Sonsuz həyat və xoşbəxtlik.
Mədh eylə ali Hökmdarı,
Hədsizdir məhəbbəti.
3. Padşahlıq edir Məsih. Ona verin izzəti.
O hökm sürür Allahın adıyla.
Tanrıya xidmət edək, dostluğunu qazanaq.
Tezliklə dünya baş əyəcək Oğluna.
(NƏQARƏT)
Nə gətirəcək bu Padşahlıq?
Tam ədalət və salehlik.
Nələr gətirəcək Padşahlıq?
Sonsuz həyat və xoşbəxtlik.
Mədh eylə ali Hökmdarı,
Hədsizdir məhəbbəti.
(Həmçinin baxın: 2 Şam. 7:22; Dan. 2:44; Vəhy 7:15.)