Nəğmə 1
Yehovanın xüsusiyyətləri
1. Rəbb Yehova, verdin həyatı,
Sən yaratdın geniş Kainatı.
Böyük günün sübut edəcəkdir,
Qüdrət, izzət, güc Sənindir.
2. Uca taxtdan Sən ədalətlə
Hökmlərini bildirirsən bizə.
Kəlamından görürük nur kimi
Heyran edən hikmətini.
3. Məhəbbətin safdır, təmizdir,
Bəxşişlərin gözəl, qiymətlidir.
Xüsusiyyətlərini bildirək,
Adını biz bəyan edək.
(Həmçinin baxın: Məz. 36:9; 145:6-13; Yaq. 1:17.)