Nəğmə 51
Yehovaya bağlanırıq
1. Hökmdar Rəbb Yehova ehtirama layiqdir!
Hər bir işində saleh və ədalətlidir.
Onun dediyi söz əsla boşa çıxmaz,
Bağlıyıq Yehovaya, heç vaxt tərk etməz,
Ona sığınan nemətindən əskilməz.
2. Rəbbin salehliyi taxtının təməlidir,
Onun məskəni calallı, əzəmətlidir,
Həlim insan sevgisinə cəlb olunar.
Bağlıyıq Yehovaya, qadir Allaha,
Layiqdir hörmətə, hədsiz sədaqətə.
3. Allah çox ucadır, sığmaz ulu göylərə.
Ona rəqiblər bərabər ola bilməzlər.
Gerçəkdir Yehovanın verdiyi vədlər.
Bağlıyıq Ona, çalacaq böyük zəfər,
Onu sevənə Öz lütfünü göstərər.
(Həmçinin baxın: Qanun. t. 4:4; 30:20; 2 Pad. 18:6; Məz. 89:14.)