Nəğmə 26
Allahla bir yol get
1. Allahla bir yol gedərək,
Ol həlim, xeyirxah.
Sədaqətlə davran, sənə
Özü olsun dayaq.
Kəlamını uca tutsan,
Sapmazsan heç zaman.
Tutar səni O, əlindən,
Qoruyar tələdən.
2. Allahla bir yol gedərək,
Uzaq dur günahdan.
Çalış, can at yetkinliyə,
Rəğbətini qazan.
Adil, saleh, sevilməli,
Saf şeyləri düşün.
Qalasan pak, dəyanətli,
Allah olsun gücün.
3. Allahla bir yol gedərək,
Ona qal vəfalı.
Onda axar ürəyində
Xoş məmnunluq çayı.
Allahla bir yol get, sevin,
Oxu mədhiyyələr.
Ona xidmət etmək səni
Əsil xoşbəxt eylər.
(Həmçinin baxın: Yar. 5:24; 6:9; Filip. 4:8; 1 Tim. 6:6-8.)