Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w07 1/8 s. 24—27
  • «Yezekel» kitabından diqqətəlayiq fikirlər — II hissə

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Yezekel» kitabından diqqətəlayiq fikirlər — II hissə
  • Gözətçi qülləsi 2007
  • Başlıqlar
  • Oxşar material
  • ‘BU TORPAQ EDEN BAĞI KİMİ OLACAQ’
  • «SƏNƏ GÖSTƏRƏCƏYİM HƏR ŞEYƏ YAXŞI-YAXŞI BAX»
  • ‘Böyük adımın müqəddəsliyini göstərəcəyəm’
  • Müqəddəs Yazıların kitabı nömrə 26 Yezekel
    «Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2007
  • «Məbədi təsvir et»
    Pak ibadət dirçəlir!
  • «Yezekel» kitabından diqqətəlayiq fikirlər — I hissə
    Gözətçi qülləsi 2007
  • «Məbədlə bağlı qanun budur»
    Pak ibadət dirçəlir!
Əlavə
Gözətçi qülləsi 2007
w07 1/8 s. 24—27

Yehovanın Kəlamı canlıdır

«Yezekel» kitabından diqqətəlayiq fikirlər — II hissə

ERAMIZDAN əvvəl 609-cu ilin dekabrıdır. Babil padşahı Yerusəlimi sonuncu dəfə mühasirəyə alır. İndiyədək Yezekelin Babildə sürgündə olanlara bəyan etdiyi xəbər bir mövzu — onların sevimli şəhəri Yerusəlimin işğalı və məhvi ətrafında cəmləşmişdi. İndi isə Yezekel Allahın xalqının başına gələnlərə görə sevinəcək bütpərəst xalqların acınacaqlı aqibətini bəyan edir. 18 aydan sonra Yerusəlim işğal olunanda Yezekelin xəbərinin mövzusu dəyişir: indi o, həqiqi ibadətin valehedici bərpasından danışır.

Yezekel 25:1–48:35 ayələrində İsrail ətrafında yaşayan millətlər və Allahın xalqının qurtuluşu haqqında peyğəmbərliklər yazılıba. Yezekel 29:17-20 ayələri istisna olmaqla, kitabdakı hadisələr xronoloji və mövzu ardıcıllığı ilə cərəyan edir. Ancaq mövzu ardıcıllığı baxımından bu ayələr öz yerindədir. Allahdan ilham almış Müqəddəs Yazıların bir hissəsi kimi «Yezekel» kitabındakı xəbər ‘canlı və tə’sirlidir’ (İbranilərə 4:12).

‘BU TORPAQ EDEN BAĞI KİMİ OLACAQ’

(Yezekel 25:1–39:29)

Yerusəlimin viran edilməsinə ətraf xalqların münasibətini qabaqcadan bilən Yehova Yezekel vasitəsilə Ammon, Moav, Edom, Filişt, Sur və Sidon əleyhinə peyğəmbərliklər söyləyir. Misir talan ediləcək. ‘Misir padşahı fir’on və onun camaatı’ «Babil padşahının qılıncı» ilə kəsiləcək sidr ağacına bənzədilir (Yezekel 31:2, 3, 12; 32:11, 12).

Yerusəlimin eramızdan əvvəl 607-ci ildə məhv edilməsindən təxminən altı ay sonra, qaçıb qurtulmuş bir nəfər gəlib Yezekelə ‘şəhərin zəbt edildiyini’ xəbər verir. Peyğəmbər artıq sürgündə olanlara ‘danışa bilir’ (Yezekel 33:21, 22). Həqiqi ibadətin bərpası haqqında Yezekelin çatdırılası xəbəri var. Yehova ‘başlarına onları otaran yeganə çoban olaraq qulu Davudu qoyacaq’ (Yezekel 34:23). Edom xaraba qalacaq, Yəhuda diyarı isə ‘Eden bağı kimi olacaq’ (Yezekel 36:35). Yehova sürgündən qayıdan xalqını Qoqun hücumlarından müdafiə edəcəyini və’d edir (Yezekel 38:2).

Müqəddəs Kitab suallarına cavablar:

29:8-12 — Misir nə zaman 40 il viran qalıb? Yerusəlim b. e. ə. 607-ci ildə darmadağın ediləndən sonra sağ qalan yəhudilər Yeremya peyğəmbərin xəbərdarlığına məhəl qoymayıb Misirə qaçdılar (Yeremya 24:1, 8-10; 42:7-22). Ancaq bu onlar üçün qurtuluş olmadı, çünki Navuxodonosor yürüş edib Misiri işğal etdi. Ola bilsin, Misirin 40 illik viranəliyi bununla başladı. Baxmayaraq ki, bu viranəliyi sübut edən heç bir tarixi dəlil yoxdur, onun həqiqətən də baş verdiyinə əmin ola bilərik, çünki Yehova həmişə Öz peyğəmbərliklərini yerinə yetirir (Yeşaya 55:11).

29:18 — Nə üçün əsgərlərin «saçı töküldü, ağır yük daşımaqdan çiyinləri yağır oldu»? Surun materikdə yerləşən hissəsinin mühasirəsi o dərəcədə gərgin və şiddətli keçirdi ki, Navuxodonosorun əsgərlərinin saçı dəbilqənin sürtünməsindən tökülmüş, çiyinləri qüllə və istehkamlar tikmək üçün ağır yük daşımaqdan yağır olmuşdu (Yezekel 26:7-12).

Bizim üçün ibrət dərsləri:

29:19, 20. Surlular sərvətlərinin çoxunu özləri ilə götürüb şəhərin ada hissəsinə qaçdıqları üçün Navuxodonosor oradan çox az qənimət ələ keçirdi. Navuxodonosor padşah qürurlu, xudbin və bütpərəst olsa da, «çəkdiyi zəhmətin əvəzində» Yehova Misiri ona mükafat olaraq verdi. Məgər biz həqiqi Allahdan nümunə götürərək hökumətin təqdim etdiyi xidmətlərə görə vergiləri ödəməli deyilikmi? Nə hakim dairələrinin davranışı, nə də vergilərin nəyə xərclənməsi bu məs’uliyyəti üzərimizdən götürmür (Romalılara 13:4-7).

33:7-9. Yerdəki məsh olunmuşlardan ibarət müasir gözətçi sinfi və böyük izdihamın üzvləri Padşahlıq haqqında xoş xəbəri təbliğ etməyi və insanları yaxınlaşan «böyük məşəqqət»dən xəbərdar etməyi dayandırmalı deyillər (Matta 24:21).

33:10-20. Xilasımız pis yoldan dönməkdən və Allahın tələblərinə cavab verməkdən asılıdır. Doğrudan da, Yehovanın yolları ‘düzdür’.

36:20, 21. İsraillilər Yehovanın xalqı ola-ola daşıdıqları ada layiq yaşamadıqları üçün Allahın adına ləkə gətirdilər. Biz sözdə deyil, əməldə Yehovanın xidmətçisi olmalıyıq.

36:25, 37, 38. Yaşadığımız ruhani cənnət «müqəddəs insanlar sürüsü» (YD) ilə doludur. Buna görə də onu həmişə təmiz saxlamalıyıq.

38:1-23. Yehovanın Öz xalqını Maqoq ölkəsindən olan Qoqdan müdafiə edəcəyini bilmək necə də təsəllivericidir! Qoq, «bu dünyanın rəisi» Şeytan İblisə göydən atıldıqdan sonra verilən addır. Maqoq ölkəsi isə Şeytan və onun cinlərinin məhkumiyyətdə olduğu Yer kürəsinin hüdudlarıdır (Yəhya 12:31; Vəhy 12:7-12).

«SƏNƏ GÖSTƏRƏCƏYİM HƏR ŞEYƏ YAXŞI-YAXŞI BAX»

(Yezekel 40:1–48:35)

Yerusəlimin işğalının 14-cü ilidir (Yezekel 40:1). Əsarətin hələ əlli altı ili qalıb (Yeremya 29:10). Yezekel 50 yaşına çatır. Görüntüdə o, İsrail diyarına gətirilir. Ona deyilir: «Ey bəşər oğlu, gözünlə görüb, qulağınla eşit və sənə göstərəcəyim hər şeyə yaxşı-yaxşı bax» (Yezekel 40:2-4). Yəqin ki, yeni mə’bədin görüntüsü Yezekeli vəcdə gətirir.

Yezekelin gördüyü mə’bədin 6 darvazası, 30 otağı, Müqəddəs yeri, Ən Müqəddəs yeri, ağacdan düzəldilmiş qurbangahı və yandırma qurbanı üçün qurbangahı var. Mə’bəddən sular axır ki, sonra onlar çaya çevrilir (Yezekel 47:1). Yezekel görüntüdə həm də ölkənin qəbilələrə görə bölüşdürülməsini görür — hər pay şərqdən qərbə uzanır. Yəhuda ilə Binyaminin sərhədi arasında yerləşən bölgədən bütün ölkə idarə olunurdu. «Rəbbin müqəddəs məkanı» və Yahve-Şamma ‘şəhəri’ də bu bölgədədir (Yezekel 48:9, 10, 15, 35).

Müqəddəs Kitab suallarına cavablar:

40:3–47:12 — Görüntüdəki mə’bəd nəyi təmsil edir? Nəhəng ölçüləri olan bu mə’bəd əslində heç vaxt tikilməyib. O, Yehovanın ruhani mə’bədini — bizim günlərimizdə təmiz ibadət üçün nəzərdə tutulan mə’bədə bənzər quruluşu təmsil edir (Yezekel 40:2; Mikeya 4:1; İbranilərə 8:2; 9:23, 24). Mə’bəd görüntüsü kahinlərin təmizləndiyi «axır günlərdə» yerinə yetir (2 Timoteyə 3:1; Yezekel 44:10-16; Malaki 3:1-3). Ancaq sonuncu dəfə o, Cənnətdə həyata keçəcək. Mə’bədin görüntüsü sürgündə olan yəhudiləri əmin edirdi ki, həqiqi ibadət bərpa olunacaq və hər yəhudi ailəsi ölkədə torpaq payını alacaq.

40:3–43:17 — Mə’bədin ölçülməsində diqqətəlayiq olan nədir? Mə’bədin ölçülməsi Yehovanın həqiqi ibadətə dair niyyətinin mütləq yerinə yetəcəyinə işarə edir.

43:2-4, 7, 9 — Mə’bəddən uzaqlaşdırılmalı olan ‘padşahların cəsədləri’ nə idi? Çox ehtimal ki, cəsədlər dedikdə bütlər nəzərdə tutulurdu. Yerusəlimin hökmdarları və xalq Allahın mə’bədini bütlərlə murdarlamış, onları mahiyyət e’tibarilə özlərinə padşah etmişdilər.

43:13-20 — Yezekelin görüntüdə gördüyü qurbangah nəyin simvoludur? Simvolik qurbangah İsa Məsihin fidiyə qurbanlığı ilə əlaqədar Allahın iradəsini təmsil edir. Fidiyə qurbanlığı sayəsində məsh olunmuşlar saleh e’lan edilir, «böyük izdiham» isə Allahın qarşısında təmiz ada sahibdir (Vəhy 7:9-14; Romalılara 5:1, 2). Ola bilsin, məhz bu səbəbdən görüntüdəki mə’bəddə Süleymanın mə’bədində kahinlərin yuyunması üçün nəzərdə tutulan böyük tökmə hovuz yox idi (1 Padşahlar 7:23-26).

44:10-16 — Kahin sinfi kimi təmsil edir? Kahin sinfi bizim günlərimizdəki məsh olunmuşlara işarə edir. Yehova 1918-ci ildə bir ‘əridici və təmizləyən’ kimi ruhani mə’bədində oturanda onları təmizlədi (Malaki 3:1-5). Təmiz olanlar və tövbə edənlər nadir xidmətlərini davam etdirə bildilər. Onlar bundan sonra da özlərini «dünyadan ləkəsiz saxlamaq» üçün var gücləri ilə çalışmalı oldular və beləliklə də kahin olmayan tayfalarla təmsil olunan ‘böyük izdihama’ nümunə qoydular (Yaqub 1:27; Vəhy 7:9, 10).

45:1; 47:13–48:29 — ‘Ölkə’ və onun bölünməsi nəyi təmsil edir? Ölkə Allahın xalqının fəaliyyət sahəsini təmsil edir. Nə qədər ki, Yehovanın xidmətçisi həqiqi ibadətdədir, harada olmasından asılı olmayaraq, o, bərpa olunmuş ölkədə yaşayır. Ölkənin bölünməsi sonuncu dəfə yeni dünyada, hər sadiq insana torpaq sahəsi veriləndə yerinə yetəcək (Yeşaya 65:17, 21).

45:7, 16 — Xalqın kahinlərə və rəhbərə təqdimlər verməsi nəyi təmsil edir? Bu, ruhani mə’bəddə, əsas e’tibarilə, ruhani köməyə — yardım əlini uzatmağa və əməkdaşlıq etməyə işarədir.

47:1-5 — Yezekelin görüntüsündəki çayın suları nəyin timsalıdır? Su, İsa Məsihin fidiyə qurbanlığı və Allah haqqında Müqəddəs Kitabdakı bilik də daxil olmaqla, Yehovanın həyat üçün olan ruhani tədbirlərinin timsalıdır (Yeremya 2:13; Yəhya 4:7-26; Efeslilərə 5:25-27). Çay getdikcə dərinləşir ki, həqiqi ibadətə axışan insanlar oraya yerləşsin (Yeşaya 60:22). Çayın həyat sularının ən gur vaxtı Minillikdə olacaq və o zaman açılacaq ‘tumarlardakı’ bilik bu sulara qarışacaq (Vəhy 20:12; 22:1, 2).

47:12 — Barlı ağaclar nəyin rəmzidir? Ağaclar bəşəriyyəti kamilliyə çatdırmaq üçün Allahın ruhani tədbirlərinin rəmzidir.

48:15-19, 30-35 — Yezekelin görüntüsündəki şəhər nəyin simvoludur? Yahve-Şamma müqəddəs olmayan yerdə yerləşdiyi üçün yerlə bağlı bir şeyi təmsil edir. Görünür, şəhər saleh ‘yeni yeri’ təşkil edəcək insanlara fayda gətirən yerdəki rəhbərliyin simvoludur (2 Peter 3:13). Hər tərəfdən darvazaların açıq olması göstərir ki, ora daxil olmaq asandır. Allahın xalqının nəzarətçiləri də sadə olmalıdırlar.

Bizim üçün ibrət dərsləri:

40:14, 16, 22, 26. Mə’bədin girişinin bölmə divarları üzərindəki xurma ağacı təsvirləri göstərir ki, oraya yalnız yüksək əxlaqlı insanlara daxil olmağa icazə verilir (Məzmur 92:12). Buradan öyrənirik ki, yalnız əxlaqi təmiz olduğumuz təqdirdə ibadətimiz Yehovaya məqbuldur.

44:23. Müasir kahin sinfinin xidmətinə görə biz necə də minnətdarıq! «Sadiq və ağıllı qul» Yehovanın gözündə nəyin təmiz, nəyin natəmiz olduğunu ayırd etməyə kömək edən ruhani qidanı vaxtlı-vaxtında verməkdə rəhbərliyi öz üzərinə götürür (Matta 24:45).

47:9, 11. Simvolik suyun vacib hissəsi olan bilik bizim günlərdə insanlara heyrətamiz surətdə şəfa verib. Onu içənlər ruhən həyata qayıdırlar (Yəhya 17:3). Həyat verən suları qəbul etməyən insanlar isə «şoranlıq olaraq qalacaq», yə’ni həmişəlik məhv olacaqlar. ‘Həqiqət sözünü doğruluqla öyrətməyə’ çalışmaq necə də vacibdir! (2 Timoteyə 2:15).

‘Böyük adımın müqəddəsliyini göstərəcəyəm’

Həqiqi Allah Davud sülaləsindən olan sonuncu padşahı taxtdan kənar edəndən sonra «Haqq sahibi», yə’ni padşahlığa qanuni haqqı çatan gələnə qədər uzun müddət keçməsinə yol verdi. Bununla belə, Allah Davudla bağladığı əhdi ləğv etmədi (Yezekel 21:27; 2 Şamuel 7:11-16). Yezekelin peyğəmbərliyində «çoban» və ‘padşah’ olacaq Allahın «qulu Davud» haqqında danışılır (Yezekel 34:23, 24; 37:22, 24, 25). O, Padşahlıq taxtına çıxan İsa Məsihin özüdür ki var (Vəhy 11:15). Yehova bu Padşahlığın vasitəsilə ‘böyük adının müqəddəsliyini göstərəcək’ (Yezekel 36:23).

Çox tezliklə Allahın müqəddəs adına ləkə yaxanlar məhv ediləcək. Ancaq Yehovaya məqbul şəkildə ibadət edərək o adı həyatında müqəddəs tutanlar əbədi həyatı alacaqlar. Buna görə də, gəlin bizim günlərimizdə gur axan həyat sularından doyunca içək və həyatımızı həqiqi ibadətin ətrafında cəmləşdirək.

[Haşiyə]

a Yezekel 1:1–24:27 ayələrini araşdırmaq üçün «Gözətçi Qülləsi»nin 2007-ci il 1 iyul sayının «“Yezekel” kitabından diqqətəlayiq fikirlər — I hissə» adlı məqaləsinə baxa bilərsiniz.

[25-ci səhifədəki şəkil]

Yezekelin görüntüsündəki möhtəşəm mə’bəd

[26-cı səhifədəki şəkil]

Yezekelin görüntüsündəki həyat çayı nəyi təmsil edir?

[İcazə ilə]

Pictorial Archive (Near Eastern History) Est.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş