Nəğmə 55
Nəhayət sonsuz həyat!
1. Bir düşün, gözəl həyat,
Hamı mehriban, xoşbəxt.
Acı bitdi, sülh gəldi,
Göz yaşı qurudu.
(NƏQARƏT)
Sevin sən ürəkdən,
Bu ümidi yaşat.
Gün yaxındır, nəhayət:
Budur sonsuz həyat!
2. Qocalar cavanlaşıb,
Bax, olublar təzə-tər.
Xətər, qorxu yox olub,
Anılmayır kədər.
(NƏQARƏT)
Sevin sən ürəkdən,
Bu ümidi yaşat.
Gün yaxındır, nəhayət:
Budur sonsuz həyat!
3. Cənnətdir yeni dünya,
Sevinir bütün xilqət.
Şükr edilsin günbəgün,
Yehova Allaha.
(NƏQARƏT)
Sevin sən ürəkdən,
Bu ümidi yaşat.
Gün yaxındır, nəhayət:
Budur sonsuz həyat!
(Həmçinin baxın: Əyy. 33:25; Məz. 72:7; Vəhy 21:4.)