Nəğmə 53
Birlikdə xidmət edək
1. Bizi dəvət edib Allah
Öz gözəl təşkilatına.
Sülh, birlik burda tapılır,
Bizi xoşbəxt edir.
Birlik necə xoşdur.
Sevinc gətirir.
Xidmətimizdə çoxdur iş,
Yehova verir göstəriş.
Gərək itaətkar olaq,
Birlikdə çalışaq.
2. Dua edib həmrəy olsaq,
Nəzakətlə biz davransaq,
Məhəbbətimiz artacaq,
Birlik güclənəcək.
Birlik necə xoşdur,
Qüvvətləndirir.
Çalışaq biz yekdil olaq,
Əsil sülhü versin Allah.
Biz əlbir, çiyin-çiyinə
Xidmət edək Ona.
(Həmçinin baxın: Mik. 2:12; Sef. 3:9; 1 Kor. 1:10.)