Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Məsihi qadın başını nə vaxt və nə üçün örtməlidir?
    Allahın məhəbbətindən ayrılmayın
    • yığıncaqda bir bacı vəftiz edilmiş hansısa bir qardaşdan qat-qat təcrübəli, bilikli və qabiliyyətlidir, amma o, canla-başla həmin qardaşın başçılığına tabe olur. Ola bilsin, yığıncaqda Məsihin həmvarisi olacaq məsh edilmiş bacı var. Bu bacı gələcəkdə Məsihlə göydə hökmranlıq edəcək və mələklərdən də yüksək mövqe tutacaq, amma indi yığıncaqda itaətkarlıq göstərir. Mələklər üçün bu, necə də gözəl nümunədir! Beləliklə, bütün bacılar milyonlarla sadiq mələyin gözü önündə sədaqət və itaətkarlıq göstərərək Yehovanın hakimiyyətinə təvazökarlıqla tabe ola bilərlər!

  • Bayrağa təzim, seçkilərdə iştirak və alternativ xidmət
    Allahın məhəbbətindən ayrılmayın
    • ƏLAVƏLƏR

      Bayrağa təzim, seçkilərdə iştirak və alternativ xidmət

      Bayrağa təzim. Yehovanın Şahidlərinin fikrincə, adətən, himn ilə müşayiət edilən bayrağa təzim mərasimi əslində dini xarakter daşıyır. Bayrağa təzim xilas yolunu Allaha yox, dövlətə və ya dövlət başçılarına aid edir (Əşiya 43:11; 1 Korinflilərə 10:14; 1 Yəhya 5:21). Məsələn, qədim Babil padşahı Navuxodonosor öz əzəməti və dindarlığı ilə insanları heyrətə gətirmək üçün nəhəng bir heykəl düzəltdirib öz təbəələrini onun qarşısında baş əyməyə məcbur etmişdi. Bu mərasim himnə bənzər musiqi sədaları ilə müşayiət edilirdi. Lakin üç gənc ibrani — Sədrah, Misah və Abidnağu ölümdən belə qorxmayıb heykəl qarşısında təzim etmədi (Dənyal, fəsil 3).

      Tarixçi Karlton Heysin fikrincə, bizim dövrdə «bayraq millətçiliyin əsas ehkamına və pərəstiş obyektinə çevrilmişdir. Bayraq aparılanda kişilər papaqlarını çıxarır, şairlər bayrağa poemalar həsr edir, uşaqlar himn oxuyurlar». Onun sözlərinə görə, millətçiliyin öz «müqəddəs günləri» (məsələn, Birləşmiş Ştatlarda iyulun dördü qeyd edilən «Müstəqillik günü» bayramı), «müqəddəsləri və qəhrəmanları», «məbədləri» və ya ziyarətgahları var. Braziliyada keçirilən ictimai tədbir zamanı bir dövlət məmuru belə demişdi: «Bayrağa... Vətənə olduğu kimi sitayiş edilir, səcdə qılınır». Bir ensiklopediyada qeyd edilir ki, bayraq da dini rəmzlər kimi müqəddəsdir («The Encyclopedia Americana»).

      Bu yaxınlarda həmin ensiklopediyada qeyd edilmişdir ki, dövlət himnlərində «vətənpərvərlik hissləri ifadə olunur və əksər hallarda xalqın və dövlət başçılarının müdafiəsi üçün Allahdan kömək dilənir». Buna görə də Yehovanın xidmətçiləri vətənpərvərlik mərasimlərini, o cümlədən bayrağa təzim və dövlət himnini oxumağı dini ayin hesab etməkdə yanılmırlar. Bir kitabda Yehovanın Şahidlərinin uşaqlarının ABŞ məktəblərində bayrağa baş əyməyib sədaqət andı içmədikləri şərh edildikdən sonra aşağıdakılar yazılmışdır: «Nəhayət, Ali Məhkəmə bu gündəlik mərasimlərin əslində dini xarakter daşıdığını bir sıra qərarlarında təsdiq etdi» («The American Character»).

      Yehovanın Şahidləri Allahın iradəsinə zidd olan mərasimlərdə iştirak etməsələr də, başqalarının hüququna hörmətlə yanaşırlar. Onlar həmçinin bayrağa bir dövlət rəmzi kimi hörmət bəsləyir və qanuni hökuməti «Allahın xidmətçisi» kimi qəbul edirlər (Romalılara 13:1—4). Buna görə də Yehovanın xalqı «padşahlar və məmurlar» üçün dua etmək məsləhətinə əməl edirlər. Bizim niyyətimiz odur ki, biz bundan sonra da mömin həyat sürüb ciddiyyətlə, qulağımız dinc, sakit yaşayaq (1 Timutiyə 2:2).

      Siyasi seçkilərdə səs vermək. Həqiqi məsihilər başqalarının səs vermək hüququna hörmətlə yanaşırlar. Onlar seçkilərin əleyhinə çıxmır, seçilmiş hökumətə itaət edirlər. Bununla belə, onlar millətlərin siyasi işlərində tam bitərəfdirlər (Mətta 22:21; 1 Butrus 3:16). Səsvermə icbari olan ölkələrdə və ya seçkilərə getməyənlərə qarşı ictimaiyyətin pis münasibət bəslədiyi yerlərdə yaşayan məsihi nə edə bilər? Belə hallarda məsihi Sədrah, Misah və Abidnağunun Durə düzünə gəldiyini yadda saxlayaraq, vicdanı yol verirsə, seçki kabinəsinə girə bilər. Lakin o, bitərəflik mövqeyini pozmamalıdır. Məsihi aşağıdakı altı prinsipi nəzərə alacaq:

      1. İsanın davamçıları dünyaya məxsus deyillər (Yəhya 15:19).

      2. Məsihilər Məsihi və Onun Padşahlığını təmsil edirlər (Yəhya 18:36; 2 Korinflilərə 5:20).

      3. Məsihi yığıncağında iman birliyi hökm sürür və onun üzvləri Məsihin məhəbbətinə bənzər məhəbbətlə bir-birinə bağlıdırlar (1 Korinflilərə 1:10; Koloslulara 3:14).

      4. Hər hansı bir vəzifəyə seçilmiş insanın gördüyü işlərə görə ona səs verənlər də məsuliyyət daşıyır. (1 İşmuil 8:5, 10—18 və 1 Timutiyə 5:22 ayələrindəki prinsiplərə fikir ver.)

      5. İsraillilər özlərinə adamların içindən padşah qoymaq istəyəndə Yehova bildirmişdi ki, onlar bu hərəkətlə Onu rədd edirlər (1 İşmuil 8:7).

      6. Məsihilər müxtəlif siyasi əqidə sahibləri ilə Allahın Padşahlığı haqqında təmiz vicdanla danışmalıdırlar (Mətta 24:14; 28:19, 20; İbranilərə 13:18).

      Alternativ xidmət. Bəzi ölkələrdə dövlət hərbi xidmətə getmək istəməyənlərdən alternativ xidməti icra etməyi tələb edir. Belə vəziyyətlə qarşılaşanda dua etməliyik. Həmçinin yetkin məsihi ilə bu məsələni müzakirə etmək və sonra topladığın məlumat əsasında vicdanın səsinə qulaq asaraq qərar qəbul etmək lazım gələ bilər (Məsəllər 2:1—5; Filippililərə 4:5).

      Allahın Kəlamı bizi hakimiyyətə və hökumətə tabe olmağa, hər cür yaxşı işə hazır olmağa və dərrakəli olmağa səsləyir (Titusa 3:1, 2). Bunu yadda saxlayıb özümüzdən soruşmalıyıq: «Təklif olunan alternativ xidməti icra etməyə razı olsam, məsihi bitərəfliyim pozulmaz ki? Yalan dinlə hər hansı bir əlaqəm olmayacaq ki?» (Mikə 4:3, 5; 2 Korinflilərə 6:16, 17). «Məsihi vəzifəmi yerinə yetirməkdə bu iş mənə çətinlik yarada və ya tamamilə mane ola bilərmi?» (Mətta 28:19, 20; Efeslilərə 6:4; İbranilərə 10:24, 25). «Bəlkə, bu xidmət zamanı ruhani işlərə daha çox vaxt ayırmağa, misal üçün, tammüddətli xidmətə qatılmağa imkanım olacaq?» (İbranilərə 6:11, 12).

      Əgər məsihi hər şeyi götür-qoy edib həbsxanaya düşmək əvəzinə alternativ xidməti qəbul edirsə, həmimanlıları onun qərarına hörmətlə yanaşmalıdırlar (Romalılara 14:10). İşdir, əgər o, belə xidmətdən imtina edirsə, bu qərara da hörmət edilməlidir (1 Korinflilərə 10:29; 2 Korinflilərə 1:24).

  • Qan fraksiyaları və cərrahiyyə prosedurları
    Allahın məhəbbətindən ayrılmayın
    • ƏLAVƏLƏR

      Qan fraksiyaları və cərrahiyyə prosedurları

      Qan fraksiyaları. Fraksiyalar qanın əsas dörd komponentindən — eritrositlərdən, leykositlərdən, trombositlərdən və plazmadan alınır. Misal üçün, eritrositlərin tərkibində hemoqlobin zülalı vardır. İnsan və heyvan hemoqlobinindən hazırlanmış preparatlar kəskin anemiya və çoxlu qan itirmə hallarında istifadə edilir.

      90 faizi sudan ibarət olan plazmanın tərkibində külli miqdarda hormonlar, qeyri-üzvi duzlar, fermentlər, qidalı maddələr, minerallar və şəkər var. Plazmanın tərkibində həmçinin laxtalanma faktorları, xəstəliklə mübarizə aparan anticisimlər və albumin kimi zülallar var. Əgər kiminsə hər hansı bir xəstəliyə tutulma təhlükəsi varsa, həkim ona bu xəstəliyə qarşı immuniteti olan adamın plazmasından alınmış qamma-qlobulin inyeksiyaları yaza bilər. Leykositlərin tərkibində bəzi virus infeksiyalarının və xərçəngin müalicəsində istifadə edilən interferonlar və interleykinlər var.

      Məsihilər qanın fraksiyalarından istifadə olunan müalicə metodlarını qəbul edə bilərlər? Müqəddəs Kitab bu haqda konkret göstəriş vermir, buna görə də hər kəs Allahın qarşısında vicdanına görə qərar qəbul etməlidir. Bəziləri Allahın İsrailə verdiyi Qanunda yazılmış «qanı... torpağa

      Xarite: səhifə 216
Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş