Nəğmə 16
Allahın Padşahlığını pənah edin!
1. Ey insanlar, Yehovanı axtarın,
Ədalətli və həlim olun siz.
Onun qəzəb günündə qurtulasız,
Allah olsun pənahınız.
(NƏQARƏT)
Rəbbin Padşahlığını pənah et,
Onun tərəfdarı ol.
İsmi qaladır, O, bol nemət verər,
Sözü olsun sənə yol.
2. Ədalətə, həqiqətə susayan,
Neyçün nalə edib bezməlisən?
Rəbbin yoluyla zalımdan nicat tap,
İsa Məsihə əyil sən.
(NƏQARƏT)
Rəbbin Padşahlığını pənah et,
Onun tərəfdarı ol.
İsmi qaladır, O, bol nemət verər,
Sözü olsun sənə yol.
3. Qorxma, sən başını dikəldib bir bax
Artıq fəth edir qüdrətli Padşah.
Yehova verir həqiqi ümidi.
Allah qorxusuyla yaşa.
(NƏQARƏT)
Rəbbin Padşahlığını pənah et,
Onun tərəfdarı ol.
İsmi qaladır, O, bol nemət verər,
Sözü olsun sənə yol.
(Həmçinin baxın: Məz. 59:16; Sül. məs. 18:10; 1 Kor. 16:13.)