Nəğmə 14
Budur, Mən yeni şeylər yaradıram
1. Artıq hökm etməyin zamanı gəlib.
Allahın Oğlu taxta yüksəlib.
Əvvəl göylərdə qələbə çaldı,
İndi yerdə hökmün vaxtı çatdı.
(NƏQARƏT)
Allah bizimlə olacaq,
Çadrı Yerdə qurulacaq.
Ağrı-acı, göz yaşı bitdi,
Artıq ölüm də sona yetdi.
«Yeni şeylər yaradıram», — deyir,
Bunu Özü vəd edir.
2. Qoy bütün bəşər görsün bu şəhəri,
Parlayan Yeni Yerusəlimi.
Gözəl bir gəlin kimi bəzənib,
Allahın calalından nur alıb.
(NƏQARƏT)
Allah bizimlə olacaq,
Çadrı Yerdə qurulacaq.
Ağrı-acı, göz yaşı bitdi,
Artıq ölüm də sona yetdi.
«Yeni şeylər yaradıram», — deyir,
Bunu Özü vəd edir.
3. İnsanlar bu şəhərdən zövq alacaq,
Hər gün qapılar açıq qalacaq.
Bütün xalqlara işıq saçacaq,
Qoy yeriyək bu işıqda ancaq.
(NƏQARƏT)
Allah bizimlə olacaq,
Çadrı Yerdə qurulacaq.
Ağrı-acı, göz yaşı bitdi,
Artıq ölüm də sona yetdi.
«Yeni şeylər yaradıram», — deyir,
Bunu Özü vəd edir.
(Həmçinin baxın: Mat. 16:3; Vəhy 12:7-9; 21:23-25.)