Nəğmə 43
Oyaq qalın, mətin olun, möhkəmlənin!
1. Oyaq qal, mətin, möhkəm ol,
Dözməyə qətiyyətli.
Rəbbin zəfəri yaxındır,
Qorxma, qal mərd ürəkli.
Sadiq ol Məsihin əmrinə,
Qal sən salehlik tərəfində.
(NƏQARƏT)
Oyaq qal, mətin və möhkəm ol,
Dözməyə qətiyyətli!
2. Oyaq qal, sayıq ol hər an,
İtaət et Məsihə,
Bu gün onun sadiq qulu
Verir göstəriş bizə.
Qayğına qalır ağsaqqallar,
Onlar bizə arxa dururlar.
(NƏQARƏT)
Oyaq qal, mətin və möhkəm ol,
Dözməyə qətiyyətli!
3. Birlikdə oyaq qalaraq
Səyimizi qoruyaq.
Hücum etsə düşmənimiz,
Xidməti buraxmayaq.
Bax, Rəbbə qardaşlar həmd edir,
Onun böyük günü tez gəlir!
(NƏQARƏT)
Oyaq qal, mətin və möhkəm ol,
Dözməyə qətiyyətli!
(Həmçinin baxın: Mat. 24:13; İbr. 13:7, 17; 1 Pet. 5:8.)