-
Yehovanın Şahidlərinin dini görüşləriYehova Allahın müasir xalqı
-
-
DƏRS 5
Yehovanın Şahidlərinin dini görüşləri
Argentina
Syerra–Leone
Belçika
Malayziya
Bu gün bir çox adamlar axtardığı məmnunluğu və qəlb rahatlığını tapmadığı üçün daha dini yerlərə getmir. Amma Yehovanın Şahidlərinin yığıncaqlarına getməyə dəyər. Nəyə görə?
Xoş və mehriban ab-hava. Birinci əsrdə İsa peyğəmbərin davamçıları bir yerə yığışıb Allaha ibadət edir, Müqəddəs Yazıları araşdırır və bir-birilərini ruhlandırırdılar (İbranilərə 10:24, 25). Bu insanların arasında mehribanlıq hökm sürürdü, onlar bir-birilərinə dost, qardaş gözü ilə baxırdılar (2 Salonikililərə 1:3; 3 Yəhya 14). Biz də onların yolu ilə gedirik və onların duyduğu sevinci duyuruq.
Allahın Kəlamı tədris olunur. Müqəddəs Kitabın yazıldığı vaxtlarda kişi, qadın, uşaq — hər kəs Allahın Kəlamını öyrənmək üçün birlikdə toplaşırdı. Bu gün də belədir. Görüşlərimizdə Allahın Kəlamını öyrətmək üçün təyin olunmuş qardaşlar bizə kömək edirlər ki, Allahın qanunlarını həyatımızda tətbiq edək (Qanunun təkrarı 31:12; Nəhəmya 8:8). Bu görüşlərin bəzi hissələrində dinləyicilər də müzakirədə iştirak edir və birlikdə Allahı nəğmələrdə tərənnüm edirlər. Bu yolla hər kəs Allahın verdiyi ümidə iman gətirdiyini ifadə edir (İbranilərə 10:23).
Allaha imanımız güclənir. Həvari Bulus Romadakı yığıncağa yazmışdı: «Sizinlə görüşməyi ürəkdən arzulayıram və... istəyirəm ki, hamımız: mən də, siz də bir-birimizin imanı vasitəsilə bir-birimizi ruhlandıraq» (Romalılara 1:11, 12). Hər dəfə görüşlərdə biz bir-birimizin imanını gücləndirir və Allaha məqbul yaşamaq əzmimizi möhkəmləndiririk.
Biz sizi növbəti görüşə dəvət edirik. Çox istəyərdik ki, siz yuxarıda deyilənləri gəlib öz gözünüzlə görəsiniz. Qapımız hər kəsin üzünə açıqdır. Yığıncağa gələnlərdən pul yığılmır.
Görüşlərimiz hansı nümunə əsasında keçirilir?
Biz nəyə görə görüşlərə gəlməliyik?
-
-
Dindaşlarımızla görüşmək vacibdirYehova Allahın müasir xalqı
-
-
DƏRS 6
Dindaşlarımızla görüşmək vacibdir
Madaqaskar
Norveç
Livan
İtaliya
Keçilməz meşə, pis hava, həyatın çətinlikləri, işdən sonrakı yorğunluq. Bunların heç biri yığıncağa getməyimizə əngəl ola bilməz. Nəyə görə biz qardaşlarımızla görüşmək üçün əlimizdən gələni edirik?
Problemləri həll etməyə kömək edir. Həvari Bulus məsləhət görmüşdü ki, yığıncağa gələnlər bir-birilərinə qarşı diqqətli olsunlar (İbranilərə 10:24). Bu ifadə «ciddi düşünmək» mənasını daşıyır. Bu o deməkdir ki, biz bir-birimizi yaxından tanımalı, bir-birimizin qayğısına qalmalıyıq. Bacı-qardaşlarımızla tanış olduqca görürük ki, bizim üzləşdiyimiz çətinliklərlə onlar da qarşılaşıblar və bunun öhdəsindən uğurla gəliblər. Biz də onların köməyilə çətinlikləri dəf edə bilərik.
Əsl dostlar qazanırıq. Dindaşlarımız bizim tanışlarımız yox, dostlarımızdır. Biz onlarla təkcə yığıncaqda görüşmürük. Vaxt ayırıb birgə istirahət də edirik. Beləcə, bir-birimizin qədrini daha çox bilir, bir-birimizi daha çox sevirik. Dostumuz çətinliyə düşəndə onun dadına çatırıq, necə deyərlər, dost dar gündə tanınar (Məsəllər 17:17). Bəli, biz bir-birimizin qeydinə qalmalıyıq. Bunun üçün isə yığıncağın bütün üzvləri ilə dost olmalıyıq (1 Korinflilərə 12:25, 26).
Biz sizi təşviq edirik ki, özünüzə dostları Allahı sevən insanlar arasından, Yehovanın Şahidləri arasından seçəsiniz. Sizi dostlarımızın sırasında görməyə şad olarıq.
Yığıncaqda bacı-qardaşlarla yaxından tanış olmaq nə üçün vacibdir?
Siz yığıncağımızın üzvləri ilə tanış olmaq istəyərdiniz?
-
-
Görüşlərimiz necə keçir?Yehova Allahın müasir xalqı
-
-
DƏRS 7
Görüşlərimiz necə keçir?
Yeni Zelandiya
Yaponiya
Uqanda
Litva
İsa peyğəmbərin birinci əsrdəki davamçıları yığıncaqda dua edir, Müqəddəs Yazıları oxuyub müzakirə edir və Allahı nəğmələrdə tərənnüm edirdilər. O görüşlərdə heç bir ritual ayinlər icra olunmurdu (1 Korinflilərə 14:26). Bugünkü yığıncaqlar da buna bənzər tərzdə keçir.
Allahın Kəlamı tədris olunur və aktuallığı göstərilir. Həftənin axırı iki hissədən ibarət görüş keçirilir. Açıq görüş adlanan birinci hissədə Müqəddəs Kitaba əsaslanan 30 dəqiqəlik məruzə söylənilir. Məruzədə Allahın Kəlamının dövrümüz haqda dedikləri və orada yazılan öyüdlərin faydası açıqlanır. Hamı oxunan ayələri izləyir. Məruzədən sonra «Gözətçi qülləsi» müzakirəsi başlayır və bir saat ərzində dinləyicilərin iştirakı ilə «Gözətçi qülləsi» jurnalının təlim nəşrindən bir məqalə müzakirə olunur. Bu məqalələr bizə kömək edir ki, addımlarımızı Allahın Kəlamını rəhbər tutaraq ataq. Bütün dünyada sayı 118 000-dən çox olan yığıncaqlarda eyni material keçirilir.
Təlim bacarıqlarına yiyələnirik. Həftəiçi üç hissədən ibarət başqa bir görüş keçirilir. Məsihi həyatı və ibadəti adlanan bu görüş hər ay çıxan «Məsihi həyatı və ibadəti. İş dəftəri»ndəki materiala əsaslanır. Görüşün birinci hissəsi «Allahın Kəlamındakı xəzinə» adlanır. Bu hissə yığıncağın qabaqcadan Müqəddəs Kitabdan oxuduğu parçanı daha yaxşı mənimsəməyə kömək edir. Görüşün «Səriştəli müjdəçi olun» adlı növbəti hissəsində səhnəciklər olur. Bu hissədə insanlarla Müqəddəs Kitab əsasında söhbət etməyin üsulları göstərilir. Bu görüşü aparan qardaşın verdiyi məsləhətlər bizə oxumaq və danışmaq qabiliyyətimizi təkmilləşdirməyə kömək edir (1 Timutiyə 4:13). «Məsihi həyatı» adlanan sonuncu hissədə Müqəddəs Kitab prinsiplərini gündəlik həyatımızda necə tətbiq edə biləcəyimiz müzakirə olunur. Bu hissəyə Müqəddəs Kitabı daha dərindən başa düşmək üçün sual-cavab şəklində aparılan bənd də daxildir.
Biz əminik ki, görüşlərimizə gəlsəniz, Müqəddəs Kitabın yüksək səviyyədə tədris olunduğunu görəcəksiniz (Əşiya 54:13).
Yehovanın Şahidlərinin görüşləri necə keçir?
Hansı görüşdə iştirak etmək istəyərdiniz?
-