Nəğmə 4
Allah qarşısında yaxşı ad qazanaq
(Vaiz 7:1)
1. Hər gün və hər an Rəbbi xatırlayaq,
Ona itaət etməyə çalışaq.
Vicdanla davranıb, yaxşı ad qazansaq,
Fərəhlə baxar bizə Allah.
2. Boşdur dünyada ad-san arzulamaq,
Onun rəğbətin, şərəfin axtarmaq.
Yehovadan heç vaxt olmaz ayrı qalmaq,
Puçdur dünyayla yoldaş olmaq.
3. Biz istəyirik, yaddaşında qalsın,
Kitabında qoy adımız yazılsın.
Köməyinlə, ya Rəbb, nur yolunda qalaq,
Sonadək bu adı qoruyaq.
(Həmçinin baxın: Yar. 11:4; Sül. məs. 22:1; Mal. 3:16; Vəhy 20:15.)