Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • my hekayə 36
  • Qızıl dana

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qızıl dana
  • Müqəddəs Kitab hekayələri
  • Oxşar material
  • İsraillilər sözlərinin üstündə durmurlar
    Müqəddəs Kitab dünyasına səyahət
  • Oxucuların sualları
    Gözətçi qülləsi 2010
  • Qızıl qanun nədir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Yehovanın yollarını öyrənirik
    Gözətçi qülləsi 2005
Əlavə
Müqəddəs Kitab hekayələri
my hekayə 36
İsraillilər qızıl dananın qarşısında oxuyur, oynayır və ona ibadət edir

Hekayə 36

Qızıl dana

AY AMAN! Gör camaat nə edir! Onlar danaya sitayiş edirlər! Axı nəyə görə?!

Xeyli vaxt keçir, Musa dağdan enmir. Bunu görən xalq qərara alır: ‘Musanın başına nə gəldiyini bilmirik. Gəlin özümüzə bir allah düzəldək ki, bizi buradan çıxarsın’.

Musanın qardaşı Harun razılaşır: ‘Yaxşı, qızıl sırğalarınızı çıxarıb mənə gətirin’. Xalq qızılları gətirir. Harun da onları əridib qızıl dana düzəldir. Camaat deyir: ‘Bizi Misirdən çıxaran allahımız budur!’ Sonra israillilər böyük bayram qurub, qızıl danaya sitayiş edirlər.

Yehova bunu görəndə bərk qəzəblənir və Musaya deyir: ‘Tələs, düş aşağı. Camaat böyük günah edir. Onlar Mənim qanunlarımı yaman tez unutdular, indi də qızıl danaya sitayiş edirlər’.

Musa on qanun yazılmış daş lövhələri sındırır

Musa tələsik dağdan enir. Yaxınlaşanda nə görsə yaxşıdır?! Camaat qızıl dananın ətrafında mahnı oxuyub rəqs edir! Musa elə bərk qəzəblənir ki, əlindəki daş lövhələri yerə vurur. Lövhələr çilik-çilik olur. Sonra qızıl dananı odda əridib yox edir.

Doğrudan da, xalq böyük günah edib. Musa kişilərdən bəzilərinə qılınclarını götürməyi əmr edir: ‘Qızıl danaya sitayiş edənlərin hamısı ölməlidir!’ Həmin kişilər 3 000 adam öldürürlər. Səncə, bu hadisə yalan allahlara deyil, yalnız və yalnız Yehova Allaha ibadət etməyin düzgün olduğunu göstərmirmi?

Çıxış 32:1-35.

Suallar

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş