Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • fy fəs. 14 s. 163—172
  • Qocalığı birgə qarşılamaq

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qocalığı birgə qarşılamaq
  • Ailə xoşbəxtliyinin sirri
  • Başlıqlar
  • Oxşar material
  • ÖVLADLARINIZIN SƏRBƏSTLİYİNƏ UYĞUNLAŞIN
  • MÜNASİBƏTLƏRİNİZƏ TƏRAVƏT VERİN
  • NƏVƏ SAHİBİ OLMAQDAN SEVİNC ƏLDƏ EDİN
  • YAŞINIZA UYĞUNLAŞIN
  • HƏYAT YOLDAŞININ İTKİSİNƏ TAB GƏTİRMƏK
  • ALLAH YAŞLI XİDMƏTÇİLƏRİNİ QİYMƏTLƏNDİRİR
  • Ailənizi əbədi gələcəklə tə’min edin
    Ailə xoşbəxtliyinin sirri
  • Yehova nəvazişlə yaşlı xidmətçilərinin qayğısına qalır
    Gözətçi qülləsi 2008
  • Aranızda olan yaşlılara hörmət edin
    Gözətçi qülləsi 2014
Ailə xoşbəxtliyinin sirri
fy fəs. 14 s. 163—172

ON DÖRDÜNCÜ FƏSİL

Qocalığı birgə qarşılamaq

1, 2. a) Yaşla əlaqədar insanlarda hansı dəyişikliklər baş verir? b) Müqəddəs Kitabın yazıldığı dövrdə yaşayan və Allah qorxusu olan kişilər nə üçün qocalıqdan məmnunluq duyurdular?

YAŞA dolduqca həyatda bir çox dəyişikliklər olur. Fiziki zəiflik bizi taqətdən salır. Güzgüyə baxdıqda, üzümüzdə yeni qırışların əmələ gəldiyini, saçımızın ağardığını, hətta seyrəkləşdiyini görürük. Ola bilsin, yaddaşımız da bir az zəifləyib. Uşaqlar ailə qurduqda, onlarla olan münasibət artıq başqa cür olur; nəvələr dünyaya gəldikdə isə, bu münasibət yenidən dəyişir. Təqaüdə çıxdıqdan sonra bə’zi insanların adi həyat tərzi tamam dəyişir.

2 Doğrudan da, qocalıq insan üçün bir sınaq ola bilər (Vaiz 12:1–8). Lakin gəlin, Müqəddəs Kitabın yazıldığı dövrdə yaşayan, Allahın xidmətçilərinə diqqət yetirək. Onlar, ölümdən yaxa qurtara bilməsələr də, həyatları boyu müdriklik və anlayışa yiyələnmişlər; əldə etdikləri bu biliklər isə, onlara qocalıq dövründə böyük məmnunluq gətirmişdir (Təkvin 25:8; 35:29; Eyub 12:12; 42:17). Bəs onlar, yaşlarına baxmayaraq, xoşbəxtliklərini necə qoruyub saxlayırdılar? Əlbəttə ki, onlar bu gün Müqəddəs Kitabda tapdığımız prinsiplərə müvafiq olaraq yaşadıqları üçün xoşbəxt idilər (Məzmur 119:105; 2 Timoteyə 3:16, 17).

3. Pavel yaşlı kişi və qadınlara hansı məsləhəti vermişdi?

3 Həvari Pavel, Titusa yazdığı məktubunda yaşlı olanlara müdrik məsləhət vermişdi. O yazırdı: “Qoca kişilər ayıq [“vərdişlərində mö’tədil”, YD], vüqarlı, təmkinli [“sağlam düşüncəli”, YD], imanda, məhəbbətdə və dözümdə sağlam olsunlar; qadınlar da eyni şəkildə müqəddəslərə layiq tərzdə davransınlar, iftiraçı, şərab düşkünü olmasınlar və xeyirxahlıq tə’lim etsinlər” (Titusa 2:2, 3). Bu sözlərə riayət edilərsə, qocalığın özü ilə gətirdiyi çətinlikləri cəsarətlə qarşılamaq olar.

ÖVLADLARINIZIN SƏRBƏSTLİYİNƏ UYĞUNLAŞIN

4, 5. Bir çox valideynlər, uşaqların doğma evlərini tərk etməsinə necə münasibət göstərirlər və bə’ziləri yeni şəraitə necə uyğunlaşırlar?

4 Həyatdakı yeni rollara uyğunlaşmaq lazımdır. Yetkin uşaqlar ailə qurub evi tərk etdikləri zaman, bu sözlərin doğruluğu aydın görünür! Bir çox valideynlər üçün bu, qocalığın ilk əlamətidir. Uşaqların böyüməsi valideynləri sevindirsə də, onlar, uşaqları sərbəst həyata hazırlamaq üçün əllərindən gələni edib etmədiklərinə görə çox vaxt narahat olurlar. Ola bilsin, indi valideynlər övladları üçün darıxırlar.

5 Aydındır ki, uşaqlar doğma evlərini tərk etdikdən sonra da valideynlər onların rifahı ilə maraqlanmağa davam edirlər. Bir ana deyir: “Əgər onların bütün işlərinin qaydasında olduğu barədə tez–tez xəbər tuta bilsəydim, bu məni xoşbəxt edərdi”. Bir ata isə deyir: “Qızımız evimizi tərk etdikdən sonra bizə çox çətin oldu. Evimizdə böyük bir boşluq yarandı, çünki biz bütün işləri birlikdə görərdik”. Bəs bu valideynlər uşaqlarının artıq evdə olmadıqlarına necə alışdılar? Buna, başqalarının qeydinə qalmağın və onlara kömək etməyin sayəsində nail oldular.

6. Ailədəki qarşılıqlı münasibətlərə düzgün yanaşmaqda nə kömək edir?

6 Uşaqlar ailə qurduqdan sonra, valideynlərin rolu dəyişir. Təkvin 2:24 ayəsində deyilir: “Bunun üçün insan anasını və atasını buraxacaq və arvadına bağlanacaqdır və bir bədən olacaqdırlar”. Allahın başçılıq prinsiplərini və lazımi qayda–qanunlarını qəbul etmək, valideynlərə hər şeyə düzgün qiymət verməkdə kömək edər (1 Korinflilərə 11:3; 14:33, 40).

7. Bir ata, qızları ərə gedib doğma evlərini tərk etdikdən sonra hansı gözəl mövqeyi tutdu?

7 Bir ər–arvad, hər iki qızları ərə gedib, doğma evlərini tərk etdikdən sonra, həyatlarında güclü boşluq hiss etdilər. Əvvəlcə ata kürəkənlərindən inciyirdi. Lakin başçılıq prinsipi üzərində düşünərək, nəticədə anladı ki, artıq öz ailələri üçün kürəkənləri məs’uliyyət daşıyırlar. Buna görə də, qızları məsləhət üçün ona müraciət edəndə, o, bu barədə ərlərinin nə düşündüklərini soruşurdu və bacardığı qədər onları dəstəkləməyə çalışırdı. İndi kürəkənlər həmin ataya bir dost kimi yanaşır və onun məsləhətlərini sevinclə qəbul edirlər.

8, 9. Bə’zi valideynlər yetkin yaşlı övladlarının sərbəstliyinə necə uyğunlaşmışlar?

8 Yeni evlənənlərin etdikləri iş Müqəddəs Kitaba zidd olmasa da, valideynlərin onlar üçün daha yaxşı olacağını düşündükləri kimi davranmırlarsa, nə etmək olar? Övladları evli olan bir ər–arvad deyir: “Biz həmişə onlara Yehovanın nöqteyi–nəzərini başa düşmələrinə kömək edirik; əgər aldıqları qərar ilə razı deyiliksə, mübahisə etmirik, onlara dayaq olmağa və ruhlandırmağa çalışırıq”.

9 Asiyanın bə’zi ölkələrində, analar oğullarının sərbəst olmalarını qəbul etməkdə xüsusilə çətinlik çəkirlər. Lakin əgər onlar, məsihçi qayda–qanunlarına və başçılıq prinsipinə hörmət edirlərsə, gəlinlərlə olan mübahisələrin azaldığını görürlər. Məsihçi bir qadın, oğullarının doğma evdən getmələrinin onun üçün “daha çox minnətdarlıq mənbəyi” olduğunu düşünür. O, oğullarının yeni məs’uliyyətlərini müvəffəqiyyətlə yerinə yetirdiklərini gördükdə çox sevinir. Bu, öz növbəsində, yaşa dolduqca əri ilə onun daşımalı olduqları fiziki və psixi yükün yüngülləşməsi deməkdir.

MÜNASİBƏTLƏRİNİZƏ TƏRAVƏT VERİN

10, 11. Müqəddəs Kitabın hansı məsləhəti, orta yaş dövründə yaranan bə’zi tələlərdən uzaq olmağa kömək edir?

10 İnsanlar, orta yaşa qədəm qoymağa müxtəlif cür yanaşırlar. Bə’zi kişilər gənc görünmək üçün öz geyim tərzlərini dəyişirlər. Bir çox qadınları, aybaşının kəsilməsi ilə əlaqədar baş verən dəyişikliklər narahat edir. Təəssüflər olsun ki, gənclərlə eşqbazlıq edərək bə’zi orta yaşlı adamlar öz həyat yoldaşlarında inciklik və qısqanclıq hissləri oyadırlar. Lakin Allah qorxusu olan yetkin yaşlı kişilər “ağıllı” davranır və yersiz hisslərini cilovlayırlar (1 Peter 4:7, KM). Eyni tərzdə, sağlam düşüncəli qadınlar da, öz ərlərinə olan məhəbbətdən və Yehovanı məmnun etmək istədikləri üçün, nikahlarını sarsılmaz olaraq saxlamağa çalışırlar.

11 Ləmuel padşah Allahdan ilham alaraq, ərinin haqqını “pisliklə deyil, həyatının bütün günlərində yaxşılıqla” ödəyən “bacarıqlı arvad” (YD) haqqında tə’rif sözləri yazmışdır. Əlbəttə ki, məsihçi ər anlayacaq ki, orta yaş dövrü ilə əlaqədar keçirdiyi dəyişkən əhval–ruhiyyənin öhdəsindən gəlmək, arvadı üçün necə də çətindir. Arvadına olan məhəbbəti “onu öyməyə” təşviq edəcəkdir (Süleymanın məsəlləri 31:10, 12, 28).

12. İllər ötdükcə ərlə arvad bir–birlərinə necə yaxınlaşa bilərlər?

12 Uşaqlarınızı birlikdə böyüdərkən, yəqin ki, onların tələbatlarının qayğısına qalaraq, öz istəklərinizdən məmnuniyyətlə imtina edirdiniz. İndi, onlar sizdən ayrı yaşadıqları zaman, diqqətinizi yenidən evlilik həyatınıza yönəltmək vaxtıdır. Bir ər söyləyir: “Qızlarım evdən ayrıldıqdan sonra, yenidən arvadıma qulluq etməyə başladım”. Başqa bir ər deyir: “Biz bir–birimizin sağlamlığının qeydinə qalır və bir–birimizə gimnastika ilə məşğul olmağın vacibliyini xatırladırıq”. Özlərini tənha hiss etməmək üçün, onlar həyat yoldaşı ilə birlikdə yığıncaqdakı tanışlarını və dostlarını evlərinə qonaq də’vət edirlər. Bəli, başqaları ilə maraqlanmaqla çoxlu xeyir–dualar qazanmaq olar. Bundan əlavə, bu, Yehovanı sevindirir (Filipililərə 2:4; İbranilərə 13:2, 16).

13. Açıqlıq və səmimilik, qocalığı birgə qarşılayan ərlə arvadın münasibətlərində hansı rolu oynayır?

13 Ünsiyyətdə az olduğunuza görə aranızda uçurum yaranmasına yol verməyin. Bir–birinizlə açıq söhbət edin (Süleymanın məsəlləri 17:27). Bir ər deyir: “Biz bir–birimizə qayğı və hörmət göstərməyə çalışırıq; bu, bir–birimizi daha yaxşı başa düşməkdə bizə kömək edir”. Onun həyat yoldaşı bu sözlərə qoşulur: “Yaşa dolduqca, birlikdə çay içməkdən, söhbət etməkdən və bərabər bir iş görməkdən sevinc əldə etməyi öyrəndik”. Sizin açıq və səmimi olmağınız evlilik tellərini möhkəmlədər və nikahın məhvedicisi olan Şeytanın hücumlarına qarşı durmaq bacarığı verə bilər.

NƏVƏ SAHİBİ OLMAQDAN SEVİNC ƏLDƏ EDİN

14. Timoteyin bir məsihçi kimi tərbiyə olunmasında, ehtimal ki, onun nənəsinin hansı rolu olmuşdur?

14 Nəvələr — “yaşlıların tacıdır” (Süleymanın məsəlləri 17:6). Nəvələrlə ünsiyyətdə olmaq, doğrudan da sevinc, nəş’ə və təravət gətirə bilər. Müqəddəs Kitab, qızı Evniki ilə birlikdə imanını balaca nəvəsi Timoteylə bölüşən Loida nənə haqqında yaxşı sözlər söyləyir. Bu uşaq, anası ilə nənəsinin Müqəddəs Kitab həqiqətini qiymətləndirdiklərini bilərək böyümüşdür (2 Timoteyə 1:5; 3:14, 15).

15. Nəvələrin tərbiyəsində nənə və babalar nə edə bilərlər, lakin onlar nədən çəkinməlidirlər?

15 Nənələr və babalar məhz elə bu xüsusi sahədə çox şey edə bilərlər. Nənə–babalar, Yehovanın niyyətləri haqqında olan biliyinizi artıq öz uşaqlarınızla bölüşmüsünüz. İndi isə, həmin bilikləri növbəti nəsillə də bölüşə bilərsiniz! Əksər hallarda kiçik yaşlı uşaqlar nənə və babalarının danışdıqları Müqəddəs Kitab hekayələrinə böyük maraqla qulaq asırlar. Əlbəttə, siz, atanın Müqəddəs Kitab həqiqətlərini uşaqlarına öyrətmək məs’uliyyətini öz üzərinizə götürməyəcəksiniz (Təsniyə 6:7). Siz, sadəcə onun cəhdlərinə kömək edəcəksiniz. Qoy sizin də duanız məzmurçunun duası kimi olsun: “İxtiyar və ağsaçlı olunca belə, ey Allah, sənin qüdrətini gələcək nəslə, əzəmətini gələcəklərin hər birinə bildirincəyə qədər, məni buraxma” (Məzmur 71:18; 78:5, 6).

16. Nənə–babalar ailədə gərginliyə səbəb olmaqdan necə qaçına bilərlər?

16 Təəssüflər olsun ki, bə’zən nənə–babalar nəvələrini o dərəcədə əzizləyirlər ki, övladları ilə münaqişə yaranır. Bununla belə, sizin səmimi xeyirxahlığınız sayəsində, nəvələriniz öz valideynlərinə söyləmək istəmədikləri şeyləri sizə asanlıqla e’tibar edə bilərlər. Bə’zən nəvələr ümid edirlər ki, onları əzizləyən nənə və babalar valideynlərin deyil, onların tərəfini tutacaqlar. Belə hallarda nə etmək olar? Hikmətli olun və nəvələrinizə hər şeyi valideynlərinə açıq söyləməyi məsləhət edin. İzah edin ki, belə davranmaqla onlar Yehovanı sevindirəcəklər (Efeslilərə 6:1–3). Lazım gələrsə, nəvələrinizə, əvvəlcədən onların valideynləri ilə söhbət edərək “zəmin hazırlamaq” üçün, öz köməyinizi təklif edə bilərsiniz. Nəvələrinizə, illər ərzində qazandığınız təcrübə haqda açıqca danışın. Sizin dürüstlüyünüz və səmimiliyiniz onlara fayda gətirə bilər.

YAŞINIZA UYĞUNLAŞIN

17. Yaşlı məsihçilər məzmurçunun hansı qətiyyətliyindən nümunə götürməlidirlər?

17 İllər ötüb keçir və insan birdən anlayır ki, əvvəllər etdiyi və ya etmək istədiyi hər şeyi edə bilmir. İnsan özünün qocalmasına necə yanaşmalıdır? Özünü 30 yaşında hesab etmək olar, lakin güzgüyə baxdıqda tamam başqa bir həqiqət üzə çıxır. Ruhdan düşmək lazım deyil. Məzmurçu Yehovaya yalvarırdı: “İxtiyarlıq zamanında məni özündən atma; qüvvətim tükəndiyi zaman məni buraxma”. Məzmurçunun qətiyyətliyindən nümunə götürməyə çalışın. O deyirdi: “Mən daima ümid edərəm və sənə həmd üzərinə həmd qataram” (Məzmur 71:9, 14).

18. Yetkin məsihçilər təqaüdə çıxdıqdan sonra, vaxtlarını necə daha səmərəli istifadə edə bilərlər?

18 Bir çoxları qabaqcadan hazırlaşırlar ki, təqaüdə çıxdıqdan sonra Yehovaya daha çox həmd etsinlər. Hal–hazırda təqaüddə olan bir ata deyir: “Qızımız məktəbi bitirdikdən sonra nə edəcəyimi əvvəlcədən planlaşdırdım. Tammüddətli xidmətə başlamaq qərarına gəldim və Yehovaya daha çox xidmət etmək üçün sərbəst olum deyə, firmalarımı satdım. Mən Allahdan rəhbərlik diləyirdim”. Əgər tez bir zamanda təqaüdə çıxmalısınızsa, qoy Ulu Yaradanımızın bu sözləri sizə təsəlli versin: “İxtiyarlığınıza qədər də mən oyam və ağ saçlı oluncaya qədər sizi mən yüklənəcəyəm” (İşaya 46:4).

19. Yaşlı insanlara nə məsləhət verilir?

19 Təqaüdçü həyatına alışmaq çətin ola bilər. Həvari Pavel qoca kişilərə “vərdişlərində mö’tədil” olmağı məsləhət etmişdi. Bunun üçün insan özünü ələ almalıdır ki, rahat həyat axtarmaq meylinə düşməsin. Təqaüdə çıxdıqdan sonra müəyyən rejim və nizam–intizam, bəlkə də, indi əvvəlkindən daha çox lazımdır. Buna görə də həmişə məşğul olun, “hər zaman Rəbbin işində tərəqqi edin və bilin ki, Rəbbin yolunda çəkdiyiniz əmək əbəs deyildir” (1 Korinflilərə 15:58). Başqalarına daha çox yardım edin (2 Korinflilərə 6:13). Bir çox məsihçilər bunu, xoş xəbəri yaşlarının yol verdiyi qədər sə’ylə təbliğ etməklə görürlər. İllərin ötüb keçməsinə baxmayaraq, “imanda, məhəbbətdə və dözümdə sağlam” olun (Titusa 2:2).

HƏYAT YOLDAŞININ İTKİSİNƏ TAB GƏTİRMƏK

20, 21. a) İndiki əşyalar sistemində ərlə arvadı gec–tez ayıran nədir? b) Anna, həyat yoldaşlarını itirən kəslərə hansı gözəl nümunəni vermişdir?

20 Nə qədər kədərli olsa da, indiki əşyalar sistemində ölüm gec–tez ərlə arvadı ayırır. Dul qalan məsihçilər bilirlər ki, onların sevdikləri həyat yoldaşları yuxudadır və onlarla yenidən görüşəcəklərinə əmindirlər (Yəhya 11:11, 25). Buna baxmayaraq, ölüm itkisi çox ağırdır. Sağ qalanlar bunun öhdəsindən necə gələ bilərlər?a

21 Müqəddəs Kitabda xatırladılan hər hansı bir personajın necə davrandığı barədə düşünmək çox faydalı olur. Anna, əri ilə yeddi il yaşadıqdan sonra dul qalmışdı, oxuduğumuz hadisə zamanı isə onun artıq 84 yaşı vardı. Şübhəsiz ki, Anna, ərinin ölümünə görə kədər içində idi. Ona güc verən nə idi? O, gecə–gündüz mə’bəddə Yehova Allaha müqəddəs xidməti icra edirdi (Luka 2:36–38). Əlbəttə ki, Annanın dua ilə xidmət edərək keçirdiyi həyatı, bir dul qadın kimi duyduğu kədər və tənhalıq hissinə gözəl şəfa idi.

22. Bə’zi dul kişi və qadınlar tənhalığın öhdəsindən necə gəlirlər?

22 On ildən artıq dul qalmış 72 yaşlı bir qadın söyləyir: “Mən, ən çox danışmaq üçün kimsənin olmamasından çətinlik çəkirdim. Ərim məni hər zaman diqqətlə dinləyərdi. Biz yığıncaqdan və məsihçi xidmətimizdən söhbət edərdik”. Başqa dul qadın isə deyir: “Vaxt ən yaxşı əlac olsa da, mən elə düşünürəm ki, insanın “sağalmasına” kömək edən vacib amil onun öz vaxtından necə istifadə etməsidir. İndi başqalarını daha yaxşı başa düşür və onlara daha çox kömək edə bilirsən”. 67 yaşlı dul kişi bu qadının fikri ilə razılaşaraq deyir: “Başqalarına təsəlli verərkən, öz itkinə tab gətirmək daha asan olur”.

ALLAH YAŞLI XİDMƏTÇİLƏRİNİ QİYMƏTLƏNDİRİR

23, 24. Müqəddəs Kitab qocalara, xüsusilə də dullara hansı gözəl təsəllini verir?

23 Ölüm sizi sevimli həyat yoldaşınızdan ayırsa da, Yehova hər zaman sədaqətli və e’tibarlı qalır. Qədim zəmanədə yaşayan Davud padşah tərənnüm edirdi: “Rəbdən bir şey dilədim, onu araram: Rəbbin camalını görüb, onun mə’bədində heyran olmaq üçün, həyatımın bütün günləri Rəbbin evində oturmaqdır” (Məzmur 27:4).

24 Həvari Pavel təşviq edir: “Həqiqətən dul olan qadınlara hörmət et” (1 Timoteyə 5:3). Bu sözlərin ardınca gələn məsləhət göstərir ki, yaxın qohumları olmayan ləyaqətli dullar yığıncaqdan lazımi maddi kömək ala bilərlər. Bununla belə, dullara “hörmət etmək”, onları qiymətləndirməyi də özünə daxil edir. Yehovanın, Ona sədaqətli olan dul qadın və kişilərə qiymət verdiyini və həmişə kömək edəcəyini bilmək necə də böyük təsəlli verə bilər! (Yaqub 1:27).

25. Hansı məqsəd yaşlı insanlar üçün zəruri olaraq qalır?

25 Allahın ilhamlandırılmış Kəlamında deyilir: “Yaşlı adamların gözəlliyi ağarmış saçlardır”. “Ağarmış saçlar gözəllik tacıdır; salehlik yolunda tapılar” (Süleymanın məsəlləri 16:31; 20:29). Beləliklə, evli və ya yenidən tənha olmanıza baxmayaraq, Yehovaya xidmət etməyi həyatınızda birinci yerə qoymaqda davam edin. Onda Allahın qarşısında artıq indidən gözəl ada və qocalıqla bağlı əzabların olmadığı bir dünyada əbədi həyat ümidinə sahib olacaqsınız (Məzmur 37:3–5; İşaya 65:20).

a Bu haqda, Yehovanın Şahidləri tərəfindən nəşr edilən “Sizə əziz olan adam öləndə” adlı broşürada daha geniş müzakirə olunur.

MÜQƏDDƏS KİTABIN BU PRİNSİPLƏRİ... QOCALIĞI BİRGƏ QARŞILAYAN ƏR–ARVADA NECƏ KÖMƏK EDİR?

Nəvələr — qocaların “tacıdır” (Süleymanın məsəlləri 17:6).

Qoca yaşlarında Yehovaya xidmət etmək üçün əlavə imkanlar yarana bilər (Məzmur 71:9, 14).

Qocalara “vərdişlərində mö’tədil” olmaq məsləhət edilir (Titusa 2:2).

Dul qalan ər və ya arvad dərin kədər içində olsalar da, Müqəddəs Kitabda təsəlli tapa bilərlər (Yəhya 11:11, 25).

Yehova, yaşlı sadiq xidmətçilərini qiymətləndirir (Süleymanın məsəlləri 16:31).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş