Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • fy fəs. 16 s. 183—191
  • Ailənizi əbədi gələcəklə tə’min edin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ailənizi əbədi gələcəklə tə’min edin
  • Ailə xoşbəxtliyinin sirri
  • Başlıqlar
  • Oxşar material
  • ÖZÜNƏ HAKİM OLMAĞIN DƏYƏRİ
  • BAŞÇILIĞA DÜZGÜN NÖQTEYİ–NƏZƏR
  • EŞİTMƏKDƏ İTİ OLUN
  • MƏHƏBBƏTİN VACİB ROLU
  • ALLAHIN İRADƏSİNİ YERİNƏ YETİRƏN AİLƏ
  • AİLƏ VƏ SİZİN GƏLƏCƏYİNİZ
  • Daimi nikahın iki açarı
    Ailə xoşbəxtliyinin sirri
  • Ailədə Allaha sədaqət göstərin
    Vahid həqiqi Allaha ibadət edin
  • Nikah — Allahın ənamı
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
  • Nikah məhəbbətli Allahın hədiyyəsidir
    Allahın məhəbbətindən ayrılmayın
Əlavə
Ailə xoşbəxtliyinin sirri
fy fəs. 16 s. 183—191

ON ALTINCI FƏSİL

Ailənizi əbədi gələcəklə tə’min edin

1. Yehovanın ailələr üçün niyyəti nədən ibarət olmuşdur?

YEHOVA Adəmlə Həvva arasında nikah bağlayan zaman, Adəm öz sevincini, qədim ibrani dilində yazılmış ilk şe’ri bəstələməklə ifadə etdi (Təkvin 2:22, 23). Lakin Yaradanın niyyətinə, özünün insan övladlarına sadəcə sevinc bəxş etməkdən daha artıq şey daxil olurdu. O istəyirdi ki, ər–arvad cütləri və ailələr Onun iradəsini yerinə yetirsinlər. O, ilk ər–arvada belə dedi: “Səmərəli olun və çoxalın, yer üzünü doldurun və ona sahib olun; və dənizin balıqlarına və göylərin quşlarına və yer üzərində hərəkət edən hər canlı şeyə hakim olun” (Təkvin 1:28). Bu tapşırıq necə də möhtəşəm və dəyərli idi! Adəmlə Həvva Yehovanın iradəsini tam itaətkarlıqla yerinə yetirsəydilər həm özləri, həm də gələcək övladları necə də xoşbəxt olardılar!

2, 3. Bu gün ailələr ən böyük xoşbəxtliyi necə tapa bilərlər?

2 Buna bənzər şəkildə, bu gün də ən xoşbəxt ailələr, Allahın iradəsini birlikdə yerinə yetirən ailələrdir. Həvari Pavel yazırdı: “Allah yolunda yerimək [“Allaha sadiq olmaq”, YD] isə hər şey üçün faydalıdır, çünki indiki və gələcək həyat üçün ümid verir” (1 Timoteyə 4:8). Yehovaya pərəstiş edən və Onun Müqəddəs Kitabda olan göstərişlərinə riayət edən ailələr “indiki... həyatda” xoşbəxtliyə nail olacaqlar (Məzmur 1:1–3; 119:105; 2 Timoteyə 3:16). Müqəddəs Kitabın prinsiplərini ailə üzvlərindən heç olmazsa birinin həyata keçirməsi, heç kimin riayət etməməsindən daha yaxşıdır.

3 Bu kitabda, ailənin xoşbəxt olmasına yardım edən bir çox Müqəddəs Kitab prinsipləri müzakirə edilir. Yəqin fikir verdiniz ki, həmin prinsiplərdən bə’ziləri bu kitabın səhifələrində dönə–dönə təkrarlanır. Nəyə görə? Ona görə ki, onlar ailə həyatının müxtəlif sahələrində hamının xeyrinə tə’sir göstərən həqiqətləri təqdim edir. Əgər ailə üzvləri Müqəddəs Kitabın bu prinsiplərini həyata keçirməyə çalışsalar, Allaha sadiqliyin həqiqətən də “indiki... həyat üçün ümid” verdiyini görəcəklər. Gəlin bu vacib prinsiplərdən dördünə bir daha diqqət yetirək.

ÖZÜNƏ HAKİM OLMAĞIN DƏYƏRİ

4. Nikahda özünə hakim olmaq keyfiyyətini təzahür etdirmək nə üçün vacibdir?

4 Süleyman padşah demişdir: “Nəfsinə hakim olmayan adam, yıxılmış və divarsız şəhər kimidir” (Süleymanın məsəlləri 25:28; 29:11). “Nəfsinə hakim olmaq”, yə’ni özünə hakim olmaq nikahda xoşbəxtliyə nail olmaq istəyənlər üçün zəruridir. Məhvedici, məsələn, qəzəb və ya ehtiras hisslərinə qapılmaqla nikaha elə bir zərbə vurmaq olar ki, əgər düzəltmək mümkün olsa da, bunun üçün illər tələb oluna bilər.

5. Qeyri–kamil insan özünə hakim olmaq keyfiyyətini necə inkişaf etdirə bilər və bu hansı faydanı gətirəcəkdir?

5 Əlbəttə, Adəmin nəslindən olan insanlardan heç biri qeyri–kamil bədənini tam idarə edə bilmir (Romalılara 7:21, 22). Bununla belə, özünə hakim olmaq — müqəddəs ruhun səmərəsidir (Qalatiyalılara 5:22, 23). Deməli, əgər biz bu keyfiyyət barədə dua etsək, Müqəddəs Yazılardakı müvafiq prinsipləri həyata keçirsək, bu keyfiyyəti təzahür etdirən insanlarla ünsiyyətdə olsaq və onu təzahür etdirməyənlərdən kənar dursaq, Allahın ruhu bizdə özünə hakim olmaq keyfiyyətini inkişaf etdirəcəkdir (Məzmur 119:100, 101, 130; Süleymanın məsəlləri 13:20; 1 Peter 4:7). Bu bizə, şirnikdirici tə’sirlərlə qarşılaşsaq belə, “cinsi əxlaqsızlıqdan” çəkinməkdə kömək edəcəkdir (1 Korinflilərə 6:18). Qəddarlığı rədd edəcək, içki düşkünlüyündən uzaq olacaq və ya onun öhdəsindən gələcəyik. Bizi acıqlandıran şeylərə və çətinliklərə daha sakit yanaşacağıq. Uşaqlar da daxil olmaqla, gəlin hamımız, ruhun bu vacib səmərəsini özümüzdə inkişaf etdirməyi öyrənək (Məzmur 119:1, 2).

BAŞÇILIĞA DÜZGÜN NÖQTEYİ–NƏZƏR

6. a) Allah hansı başçılıq qaydasını tə’sis etmişdir? b) Ər nəyi yadda saxlamalıdır ki, onun başçılığı ailəyə xoşbəxtlik gətirsin?

6 İkinci vacib prinsip — başçılığı qəbul etməkdir. Pavel, bununla əlaqədar lazımi qaydanı belə təsvir etdi: “Bunu da bilmənizi istəyirəm ki, hər ərin başı Məsih, arvadın başı ər, Məsihin başı isə Allahdır” (1 Korinflilərə 11:3). Bu o deməkdir ki, ər ailədə rəhbərliyi öz üzərinə götürür, arvadı sədaqətlə ona kömək edir, uşaqlar isə valideynlərinə tabe olurlar (Efeslilərə 5:22–25, 28–33; 6:1–4). Lakin diqqət yetirin ki, başçılıq düzgün şəkildə həyata keçirildiyi zaman xoşbəxtlik gətirir. Allaha sadiq olan ərlər, başçılığın diktatura olmadığını bilirlər. Onlar, öz Başçıları olan İsanı təqlid edirlər. İsa, “bütün varlıqların üzərində baş” olduğu halda, “Ona xidmət edilmək üçün deyil”, başqalarına “xidmət etməyə... gəlmişdir” (Efeslilərə 1:22; Matta 20:28). Bunun kimi, məsihçi də öz başçılıq vəzifəsindən şəxsi mənfəəti üçün deyil, arvadının və uşaqlarının mənafeyinin qeydinə qalmaq üçün istifadə edir (1 Korinflilərə 13:4, 5).

7. Allahın ailədə qadına ayırdığı vəzifəni yerinə yetirməkdə, Müqəddəs Kitabın hansı prinsipləri ona kömək edəcəkdir?

7 Allaha sadiq olan qadına gəldikdə isə, o, əri ilə yarışmır və onun üzərində ağalıq etməyə çalışmır. O, ərinə sevinclə köməklik göstərir və onunla əməkdaşlıq edir. Bə’zən Müqəddəs Kitabda qadın haqqında ərə “mənsub olan” şəxs kimi bəhs edilir; beləliklə də, onun başçısının kim olduğuna dair heç bir şübhə qalmır (Təkvin 20:3, YD). Qadın ərə gedərkən, “izdivac qanunu” altına girir (Romalılara 7:2). Eyni zamanda Müqəddəs Kitab qadını “köməkçi” və “tamamlayıcı” adlandırır (Təkvin 2:20, YD). Qadın, ərində çatışmayan xüsusiyyət və qabiliyyətlərə malikdir və ərinə lazımi köməkliyi göstərir (Süleymanın məsəlləri 31:10–31). Müqəddəs Kitabda qadın haqqında bir “dost”, öz həyat yoldaşı ilə çiyin–çiyinə çalışan şəxs kimi də bəhs edilir (Malaki 2:14). Müqəddəs Kitabın bu prinsipləri, ərlə arvada öz vəzifələrini başa düşməkdə, bir–birlərinə qarşı ləyaqətli münasibət göstərməkdə və lazımi hörməti bəsləməkdə kömək edir.

EŞİTMƏKDƏ İTİ OLUN

8, 9. Ailədə ünsiyyət qabiliyyətini yaxşılaşdırmaqda hansı prinsiplərin hamıya kömək edəcəyini izah edin.

8 Bu kitabda ünsiyyətin gərəkliyinə tez–tez diqqət yetirilir. Nəyə görə? Ona görə ki, insanlar söhbət etdikdə və bir–birlərini diqqətlə dinlədikdə, problemləri həll etmək asan olur. Dönə–dönə qeyd edilir ki, ünsiyyət ikitərəfli hərəkəti olan küçəyə bənzəyir. İsanın şagirdi Yaqub bunu belə ifadə edir: “Hər bir adam eşitməkdə iti, söz söyləməkdə təmkinli... olsun” (Yaqub 1:19).

9 Necə danışmağımıza diqqət yetirməmiz də vacibdir. Düşünülməmiş, mə’nasız və ya həddindən artıq tənqidi sözlər, yaxşı ünsiyyətə zərər vurur (Süleymanın məsəlləri 15:1; 21:9; 29:11, 20). Dediyimiz sözlər doğru olsa da, əgər onlar soyuq, təkəbbürlə və ya başqasının hisslərinə hörmət edilmədən ifadə edilirsə, ehtimal ki, həmin sözlər faydadan çox zərər gətirəcək. Nitqimiz xoşagələn, “duz qatılmış” olmalıdır (Koloslulara 4:6). Sözlərimiz, “oyulmuş gümüşün içində qızıl almalar kimi” olmalıdır (Süleymanın məsəlləri 25:11). Yaxşı ünsiyyət qurmağı öyrənən ailələr, xoşbəxtliyə doğru böyük addım atırlar.

MƏHƏBBƏTİN VACİB ROLU

10. Nikahda məhəbbətin hansı növü zəruridir?

10 Bu kitabın səhifələrində “məhəbbət” sözünə tez–tez rast olunur. İlk növbədə məhəbbətin hansı növünün xatırlandığı yadınızdadırmı? Düzdür, nikahda vacib rol oynayan romantik məhəbbətdir (yunan. eros), xoşbəxt nikahda isə ərlə arvad arasında dərin bağlılıq yaranır və onların dostluğu möhkəmlənir (yunan. filia). Lakin yunanca aqape sözü ilə ifadə olunan məhəbbət daha dərin mə’na kəsb edir. Bu, Yehovaya, İsaya və yaxınlarımıza qarşı inkişaf etdirdiyimiz məhəbbətdir (Matta 22:37–39). Bu, Yehovanın bəşəriyyətə qarşı təzahür etdirdiyi məhəbbətdir (Yəhya 3:16). Məhz bu cür məhəbbəti həyat yoldaşımıza və övladlarımıza təzahür etdirə bilməmiz necə də gözəldir! (1 Yəhya 4:19).

11. Məhəbbət ailənin firavanlığına necə kömək edir?

11 Məhəbbətin bu yüksək növü nikahda, doğrudan da “kamil birliyin bağı” kimi xidmət edir (Koloslulara 3:14). Ərlə arvadı bir–birinə bağlayır və onları bir–birinin və uşaqların xeyri naminə ən yaxşı şeyləri etməyə təşviq edir. Ailələr çətinliklərlə qarşılaşanda, məhəbbət, birgə göstərilən səy nəticəsində bu çətinliyi aradan qaldırmağa kömək edir. Həyat yoldaşları yaşa dolduqca, məhəbbət daha sonra da onların bir–birlərinə kömək etmələrinə və bir–birlərini qiymətləndirmələrinə yardım edir. “Məhəbbət... öz mənfəətini axtarmaz... hər şeyə qatlaşar, hər şeyə inanar, hər şeyə ümid bəsləyər, hər şeyə tab gətirər... məhəbbət əsla tükənməz” (1 Korinflilərə 13:4–8).

12. Ərlə arvadın Allaha olan məhəbbətləri onların nikahını nəyə görə möhkəmləndirir?

12 Nikahda kəsilən əhd, həyat yoldaşlarının yalnız bir–birlərinə deyil, ilk növbədə Yehovaya bəslənən məhəbbətlə bərkidildikdə xüsusilə möhkəm olur (Vaiz 4:9–12). Nəyə görə? Həvari Yəhya yazır: “Allahı sevmək, Allahın əmrlərinə riayət etmək deməkdir” (1 Yəhya 5:3). Bu səbəbdən ər və arvad uşaqlarını çox sevdiklərinə görə deyil, Yehovanın tələb etdiyi üçün Ona sadiq olmağı öyrətməlidirlər. (Təsniyə 6:6, 7). Ərlə arvad, yalnız bir–birlərini sevdikləri üçün deyil, ən başlıcası “əxlaqsızları və zinakarları məhkum” edən Yehovanı sevdikləri üçün əxlaqsızlıqdan qaçınmalıdırlar (İbranilərə 13:4). Nikahda həyat yoldaşlarından biri ciddi problemlər yaradarsa, digəri Yehovaya olan məhəbbətindən irəli gələrək, Müqəddəs Kitabın prinsiplərinə riayət etməyə davam edəcəkdir. Bir–birlərinə olan məhəbbətləri Yehovaya olan məhəbbətlə bərkidilmiş ailələr necə də xoşbəxtdirlər!

ALLAHIN İRADƏSİNİ YERİNƏ YETİRƏN AİLƏ

13. Allahın iradəsini yerinə yetirməyə qətiyyətlilik, insanların diqqətlərini həqiqətən də vacib olan şeydən ayırmamaqda onlara necə kömək edəcəkdir?

13 Məsihçinin bütün həyatı, Allahın iradəsini yerinə yetirməyə mərkəzləşib (Məzmur 143:10). Allaha sadiq olmaq dedikdə, məhz bu nəzərdə tutulur. Allahın iradəsini yerinə yetirmək, ailələrə kömək edir ki, onlar diqqətlərini həqiqətən də vacib olan şeylərə yönəltsinlər (Filipililərə 1:9, 10). Məsələn, İsa xəbərdarlıq etmişdi: “Mən oğulu atadan, qızı anadan və gəlini qaynanadan ayırmağa gəlmişəm; və insanın düşmənləri öz evinin sakinləri olacaqdır” (Matta 10:35, 36). İsanın xəbərdarlığına müvafiq olaraq, onun şagirdlərinin çoxu öz ailə üzvləri tərəfindən təzyiqlərə mə’ruz qalırlar. Bu necə də kədərli və ağır vəziyyətdir! Buna baxmayaraq, ailə bağları, Yehova Allaha və İsa Məsihə bəslədiyimiz məhəbbətə üstün gəlməli deyil (Matta 10:37–39). Əgər kim isə ailəsi tərəfindən göstərilən təzyiqlərə baxmayaraq tab gətirirsə, müqavimət göstərənlər, Allaha sadiqliyin verdiyi səmərələri gördükdə, öz fikirlərini dəyişə bilərlər (1 Peter 3:1, 2; 1 Korinflilərə 7:12–16). Belə olmasa da, göstərilən müqavimətə görə Allaha xidmət etməyi dayandırmaqdan uzunmüddətli fayda əldə etmək mümkün olmayacaq.

14. Allahın iradəsini yerinə yetirmək arzusu, uşaqlarının xeyrinə olaraq ən yaxşı tərzdə davranmaqda valideynlərə necə kömək edəcəkdir?

14 Allahın iradəsini yerinə yetirmək, valideynlərə düzgün qərar qəbul etməkdə kömək edir. Məsələn, bə’zi xalqlarda valideynlər uşaqlarına gəlir mənbəyi kimi baxırlar və ümid edirlər ki, qocalanda övladları onların qeydinə qalacaqlar. Yetkin yaşlı övladların qoca valideynlərinə qayğı göstərmələri düzgün və ədalətlidir, bu cür düşüncə, valideynləri öz övladlarını pulpərəst həyat tərzinə öyrətməyə təşviq etməməlidir. Əgər valideynlər övladlarını, maddi zənginliyi ruhani dəyərlərdən üstün tutmağa öyrədirlərsə, bunun uşaqlara heç bir faydası olmayacaqdır (1 Timoteyə 6:9).

15. Timoteyin anası Evniki, Allahın iradəsini yerinə yetirən analara nəyə görə ən gözəl nümunədir?

15 Bu cəhətdən ən gözəl nümunə, Pavelin gənc dostu Timoteyin anası Evnikidir (2 Timoteyə 1:5). Əri onunla bir imana şərik olmasa da, Evniki, Timoteyin nənəsi Loida ilə birlikdə, oğlunu Allaha sədaqətli insan kimi böyütmüşdü (2 Timoteyə 3:14, 15). Timotey kifayət qədər böyüdükdən sonra, Evniki onun evi tərk edib, Pavelin yol yoldaşı kimi missionerlik xidmətində Padşahlıq haqqında xoş xəbəri təbliğ etməsinə icazə verdi (Həvarilərin işləri 16:1–5). Oğlunun görkəmli bir missioner olması, yəqin ki, Evnikini olduqca sevindirmişdir! Yetkin yaşlarında olan Timoteyin Allaha sədaqətli olmasına, uşaqlıqda aldığı tə’lim gözəl şəkildə tə’sir etmişdi. Evniki oğlu Timotey üçün darıxırdı və onun sədaqətli xidməti haqqında aldığı xəbərləri sevinclə, məmnunluqla dinləyirdi (Filipililərə 2:19, 20).

AİLƏ VƏ SİZİN GƏLƏCƏYİNİZ

16. Bir oğul kimi İsa hansı lazımi qayğını göstərdi, lakin onun ən əsas məqsədi nədən ibarət idi?

16 İsa, Allahdan qorxan bir ailədə tərbiyə almışdır, böyüyəndə isə, anasına oğul qayğısı ilə yanaşırdı (Luka 2:51, 52; Yəhya 19:26). Lakin İsanın əsas məqsədi, Allahın iradəsini yerinə yetirmək idi; bu, onun üçün insanlara əbədi həyat yolunu açmaq mə’nasını daşıyırdı. İsa bunu, özünün kamil insan həyatını günahlı bəşəriyyət uğrunda fidiyə olaraq verməklə etdi (Mark 10:45; Yəhya 5:28, 29).

17. İsanın sədaqəti, Allahın iradəsini yerinə yetirən insanlar üçün hansı gözəl ümidlərə yol açdı?

17 İsanın ölümündən sonra, Yehova onu göylər həyatı üçün diriltdi və nəhayətdə göylər Padşahlığının Padşahı tə’yin edərək, ona böyük səlahiyyət verdi (Matta 28:18; Romalılara 14:9; Vəhy 11:15). İsanın qurbanlığı, həmin Padşahlıqda onunla birlikdə idarə etmək üçün bə’zi insanların seçilməsinə imkan yaratdı. Digər səmimi qəlbli insanlara isə, yer üzü cənnətdəki kamil həyata yol açdı (Vəhy 5:9, 10; 14:1, 4; 21:3–5; 22:1–4). Bu gün malik olduğumuz ən böyük imtiyazlardan biri, bu gözəl xoş xəbəri yaxınlarımıza çatdırmaqdır (Matta 24:14).

18. Həm ailələrə, həm də ayrı–ayrı şəxslərə nə haqda xatırladılır və onlar nəyə təşviq olunurlar?

18 Həvari Pavelin göstərdiyi kimi, Allaha sədaqətli olaraq sürülən həyat, insanların “gələcək” həyatdakı bu xeyir–duaları miras alacaqları və’dinə malikdir. Şübhəsiz ki, bu, xoşbəxtliyə aparan ən gözəl yoldur! Unutmayaq ki, “dünya və onun ehtirası keçib gedir, amma Allahın iradəsini yerinə yetirən əbədi yaşayır” (1 Yəhya 2:17). Buna görə də, uşaq da olsanız, ata və ya ana, ər yaxud arvad, uşaqlı və ya uşaqsız, tənha yaşayan yetkin yaşlı bir şəxs də olsanız Allahın iradəsini yerinə yetirməyə çalışın. Təzyiqlərə mə’ruz qalsanız və ya ağır çətinliklərlə qarşılaşsanız belə, unutmayın ki, yaşayan Allahın xidmətçisisiniz. Qoy sizin davranışınız Yehovanı sevindirsin! (Süleymanın məsəlləri 27:11). Qoy həyat tərziniz sizə indi xoşbəxt bir həyat, gələcək yeni dünyada isə əbədi həyat bəxş etsin!

MÜQƏDDƏS KİTABIN BU PRİNSİPLƏRİ... AİLƏNİZİN XOŞBƏXT OLMASINA NECƏ KÖMƏK EDİR?

Özünə hakim olmaq keyfiyyətini inkişaf etdirmək mümkündür (Qalatiyalılara 5:22, 23).

Əgər ərlə arvad başçılıq barədə düzgün nöqteyi–nəzərə sahibdirlərsə, onlar ailənin rifahı üçün çalışacaqlar (Efeslilərə 5:22–25, 28–33; 6:4).

Ünsiyyətdə olmaq — qulaq asmaq mə’nasını daşıyır (Yaqub 1:19).

Yehovaya olan məhəbbət nikahı möhkəmləndirir (1 Yəhya 5:3).

Allahın iradəsini yerinə yetirmək — ailə üçün ən vacib məqsəddir (Məzmur 143:10; 1 Timoteyə 4:8).

SUBAYLIQ ƏN’AMI

Hər kəs evlənmir. Və ailə quran hər bir ərlə arvad uşaq sahibi olmağı qərara almır. İsa subay idi və “göylərin Padşahlığı uğrunda” seçilən subaylıq haqqında ən’am kimi bəhs edirdi (Matta 19:11, 12, İ–93). Həvari Pavel də subaylığı seçmişdi. O, həm subaylığın, həm də nikahın “ən’am” olduğunu söyləyirdi (1 Korinflilərə 7:7, 8, 25–28). Buna görə də, bu kitabda əsasən nikah və uşaqların tərbiyəsi ilə bağlı məsələlər müzakirə edilsə də, subay qalanlar və ya nikahda olub, uşaqsız qalmağı qərara alanlar üçün də mümkün olan xeyir–dualar və mükafatlar haqqında unutmayaq.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş