Suallar Qutusu
◼ Ruhani cəhətdən böyümək üçün uşaqlar nələri bilməlidirlər?
Məsihçi valideynlər uşaqlarını «Yehovanın verdiyi tərbiyə və öyüd-nəsihətlə» böyütmək üçün çox zəhmət çəkirlər (Efes. 6:4). Məsələn, onlar hər səhər öz uşaqları ilə gündəlik ayəni araşdırırlar. Ailəvi ibadət və digər tədbirlər zamanı birlikdə filmə baxır və onu müzakirə edirlər, «Gənclərin sualları» rubrikasından tələbata uyğun məqalələr müzakirə edirlər, Müqəddəs Kitab hadisələrini xatırlayırlar və ya səhnələşdirirlər. Ancaq uşaqlarının «yetkinliyə doğru» irəliləməsi üçün valideynlər Müqəddəs Kitab həqiqətlərini onlara dərindən öyrətməlidirlər (İbr. 6:1).
Gəlin düşünək, sahəmizdə qarşılaşdığımız insanlara nələri öyrədirik. İlk dəfə və ya növbəti dəfə gələndə biz, adətən, çalışırıq ki, «Müqəddəs Kitab əslində nə öyrədir?» öyrənmə başlayaq. Bu kitabı bitirdikdən sonra biz «Özünüzü Allahın məhəbbətində saxlayın» kitabına keçirik. Çünki «Müqəddəs Kitab öyrədir» kitabı vasitəsilə öyrənən Müqəddəs Yazılardan əsas təlimləri alır. «Allahın məhəbbəti» kitabı isə onlara Müqəddəs Kitab prinsiplərini gündəlik həyatlarında tətbiq etməyi öyrədir. Hər iki vəsaiti araşdırmaq yenilərə Məsihdə «kök atıb... imanda sarsılmaz» olmağa kömək edir (Kolos. 2:6, 7). Bu vəsaitlər uşaqlarımız üçün də faydalıdır. Onlara da fidyə, Padşahlıq, ölənlərin vəziyyəti haqda öyrətmək lazımdır. Həmçinin Allahın əzablara nə üçün yol verdiyini və axır günlərdə yaşadığımızı haradan bildiyimizi də başa salmaq lazımdır. Üstəlik, onlar əmin olmalıdırlar ki, Yehovanın Şahidləri həqiqi yoldadırlar. Gənclər Müqəddəs Kitab prinsiplərini və qavrayışlarını necə işlətməyi yaxşı bilməlidirlər (İbr. 5:14). Sözsüz, valideynlər uşaqlarının yaşını və götürmə qabiliyyətlərini nəzərə almalıdırlar. Lakin əksər uşaqlar hələ lap erkən yaşlarından Müqəddəs Kitab həqiqətlərini dərindən öyrənə bilirlər (Luka 2:42, 46, 47).
Valideynlərə kömək etmək üçün jw.org saytında «Müqəddəs Kitab öyrədir» kitabını keçməyin üsulu ilə bağlı rəhbərlik təqdim olunacaq. Valideynlər bu materialı saytımızdan MÜQƏDDƏS YAZILARIN TƏLİMLƏRİ > YENİYETMƏLƏR başlığı altında tapa bilərlər. Gələcəkdə həmçinin «Allahın məhəbbəti» kitabını keçməyin üsulu ilə bağlı rəhbərlik təqdim olunacaq. Əlbəttə, bu kitabların çap edilmiş versiyalarını da istifadə etmək olar. Valideynlər bu materialı ailəvi ibadətlərinin bir hissəsində və ya uşaqlarından biri ilə öyrənmə keçəndə, yaxud uşağa şəxsi öyrənmə keçirməyi öyrədəndə istifadə edə bilərlər.