Nəğmə 33
Onlardan qorxmayın!
1. İrəli get, mənim xalqım,
Padşahlığı et elan.
Qorxma heç vaxt düşməndən.
Bilsin hər həlim insan:
Göydə zəfər çalıb Oğlum,
Şeytanı qovdu yerə,
Buxovlanacaq bu rəqib,
Azad olacaq xilqət.
(NƏQARƏT)
Qorxmayın, sevimlilərim,
Çox olsa da hədələr.
Göz bəbəyim kimi sizi
Qoruyaram düşməndən.
2. Düşmən güclü görünsə də,
Böhtanlar atsa belə,
Hiylə, kələk işlətsə,
Aldatmağa çalışsa,
Qorxmayın, sadiq şahidlər,
Hər nə etsələr sizə,
Yol vermərəm sarsılasız,
Tək Mənimdir qələbə.
(NƏQARƏT)
Qorxmayın, sevimlilərim,
Çox olsa da hədələr.
Göz bəbəyim kimi sizi
Qoruyaram düşməndən.
3. Qorxma, səni tərk etmərəm,
Gücün, qalxanınam Mən.
Canını da itirsən,
Ölüm təslimdir Mənə.
Bədəni öldürəndən yox,
Həyatı verəndən qorx.
Həqiqi həyat yaxındır,
Cəsarətli, mətin ol!
(NƏQARƏT)
Qorxmayın, sevimlilərim,
Çox olsa da hədələr.
Göz bəbəyim kimi sizi
Qoruyaram düşməndən.
(Həmçinin baxın: Qanun. t. 32:10; Neh. 4:14; Məz. 59:1; 83:2, 3.)