Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • my hekayə 76
  • Yerusəlim viran edilir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yerusəlim viran edilir
  • Müqəddəs Kitab hekayələri
  • Oxşar material
  • Müqəddəs Yazıların kitabı nömrə 26 Yezekel
    «Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2007
  • «Yezekel» kitabından diqqətəlayiq fikirlər — II hissə
    Gözətçi qülləsi 2007
  • «Yezekel» kitabından diqqətəlayiq fikirlər — I hissə
    Gözətçi qülləsi 2007
  • «Məbədi təsvir et»
    Pak ibadət dirçəlir!
Əlavə
Müqəddəs Kitab hekayələri
my hekayə 76
Babil əsgərləri israilliləri əsir aparır

Hekayə 76

Yerusəlim viran edilir

NAVUXODONOSOR padşahın ən savadlı israilliləri Babilə aparmasından artıq 10 il keçib. Gör indi nə baş verir! Yerusəlim od-alov içindədir! Sağ qalmış israilliləri isə Babilə əsir aparırlar.

Yadındadırsa, Yehovanın peyğəmbərləri xalqı xəbərdar edirdilər ki, onlar pis əməllərindən əl çəkməsələr başlarına belə bir hadisə gələcək. Amma israillilər peyğəmbərlərə qulaq asmaq belə istəmirdilər. Onlar Yehovanı qoyub, yalançı allahlara sitayiş edirdilər. Bunun üçün xalq cəzaya layiqdir. Allahın peyğəmbəri Yezekel İsrail xalqının etdiyi pis işləri qələmə aldığı üçün bu gün bunları biz də oxuya bilərik.

Yezekelin kim olduğunu bilirsən? O, Yerusəlim dağıdılmazdan 10 il əvvəl, Navuxodonosor padşahın Babilə apardığı gənclərdən biridir. Danieli və üç dostu Şadrak, Meşak və Aved-Neqonu da elə bu vaxt Babilə aparmışdılar.

Yezekel Babildə olan vaxt, Yehova ona Yerusəlim məbədini göstərir. Əlbəttə, bu möcüzədir. Yezekelin hələ də Babildə olmasına baxmayaraq, Yehova ona məbəddə baş verən hər bir şeyi, bütün pis işləri görməyə imkan verir. Yezekelin gördüyü şeylər dəhşətlidir!

Yehova Allah Yezekelə deyir: ‘Xalqın məbəddə etdiyi iyrənc əməllərə bir bax. Divarda ilanlar və başqa heyvanların şəkillərini görürsən? Gör bir israillilər onlara necə səcdə qılırlar!’ Yezekel bunları görür və məbəddə baş verən hər şeyi qələmə alır.

Allah davam edir: ‘İsrail başçılarının gizlincə nələr etdiyini görürsən?’ Bəli, Yezekel bunu da görür. 70 nəfər başçının hamısı yalançı allahlara sitayiş edərək deyirlər: ‘Yehova bizi görmür. O, xalqını tərk edib’.

Sonra Yehova Allah Yezekelə məbədin şimal darvazasının yanındakı qadınları göstərir. Bu qadınlar Tammuz adlı yalançı allaha ibadət edirlər. Bəs Yehovanın məbədinin girəcəyində duran 25 kişi necə? Yezekel onların da nə ilə məşğul olduğunu görür. Bu kişilər üzlərini şərqə tutub günəşə sitayiş edirlər!

Yehova Allah deyir: ‘Bu xalq Mənə qətiyyən hörmət qoymur. Onlar pis əməllərini başqa yerdə yox, düz Mənim məbədimdə edirlər!’ O söz verir: ‘Xalqım Mənim qəzəbimin gücünü biləcək. Onlar məhv ediləndə rəhmim gəlməyəcək’.

Yerusəlimin divarları yanır

Yezekel bu şeyləri görəndən cəmi üç il sonra israillilər Navuxodonosor padşaha qarşı üsyan qaldırırlar. Navuxodonosor da onlara qarşı döyüşə çıxır. Bir il yarımdan sonra babillilər Yerusəlimin divarlarını dağıdıb, şəhəri tamamilə yandırırlar. Camaatın əksəriyyətini öldürür, qalanlarını da Babilə əsir aparırlar.

Bəs Yehova nə üçün israillilərin belə vəziyyətə düşmələrinə yol verdi? Çünki onlar Yehovaya qulaq asmır, Onun qanunlarına tabe olmurdular. İsraillilərin başına gələnlər bizə Allahın dediyi hər şeyi yerinə yetirməyin nə qədər vacib olduğunu göstərir.

İsrail torpağında çox az adamın qalmağına icazə verilir. Navuxodonosor padşah Gedalya adlı bir yəhudini İsraildə qalanların üzərinə başçı təyin edir. Amma bir neçə israilli Gedalyanı öldürür. Xalq qorxur ki, bu pis işə görə babillilər gəlib onları məhv edəcəklər. Buna görə Yeremyanı özlərilə bərabər Misirə qaçmağa məcbur edirlər.

Camaat Misirə qaçandan sonra İsrail torpağında heç kəs qalmır. 70 il ərzində orada bir nəfər belə yaşamır. Torpaq tamamilə boş qalır. Amma Yehova söz verir ki, 70 ildən sonra xalqını yenidən vətəninə qaytaracaq. Bəs bu vaxt Babildə Allahın xalqının başına nələr gəlir? Gəl öyrənək.

2 Padşahlar 25:1-26; Yeremya 29:10; Yezekel 1:1-3; 8:1-18.

Suallar

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş