Nəğmə 96
Layiqli adamları axtarın
1. Məsih öyrətdi müjdəni yaymağı,
Bizə göstərdi yöndəmin:
«Hansı şəhərə və kəndə girsəniz,
Tapın siz layiqli adamı.
Dilə sən sülhü getdiyin o evə,
Layiqli olana sülh olsun.
Kim üz döndərib, rədd etsə müjdəni,
Qoy sülhün özünə qayıtsın».
2. Sizə hay verən Məsihə hay verər,
Qəlbi açmağa Rəbb qadir.
Həyat yolunda yerimək istəyi,
Onları xidmətə sövq edir.
Təbliğ edəndə düşmə heç təlaşa
Rəbb təpər verəcək dilinə.
Olsa rəftarın hörmətcil və nəcib,
Xoş təsir bağışlar insana.
(Həmçinin baxın: Həv. 13:48; 16:14; Kol. 4:6.)