Nəğmə 93
«Qoy nurunuz parlasın»
1. Məsihin əmridir, parlasın nurun.
Bərq vursun günəştək qoy sənin üzün.
İlahi hikmətlə nur saçır Kəlam.
Əməlin təmiz olsun, nur yaysın hər an.
2. Xoş xəbərdir ancaq ürəyə məlhəm.
Həm ümid verir o, əhli-məzara.
Pak Kəlam işıqdır bu haqq yolunda.
Xoş, duzlu sözlərlə qoy nur artsın səndə.
3. Dünyaya işıqdır xeyirxah işlər.
Sözümüz incidir, hər yanda parlar.
Heç zaman sönməz nur, düz yolda qalsaq.
Gəl şərəf verək Rəbbə, hey fəxri olaq.
(Həmçinin baxın: Zəb. 119:130; Mət. 5:14, 15, 45; Kol. 4:6.)