Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 1/7 s. 4—7
  • Allah indi nə tədbir görür?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allah indi nə tədbir görür?
  • Gözətçi qülləsi 2010
  • Başlıqlar
  • Oxşar material
  • Günahın acınacaqlı nəticələri
  • Bərpa işi davam edir
  • Allah bəşəriyyətin xilası üçün hansı tədbiri gördü?
    Əbədi həyata aparan bilik
  • İsa Allahın salehliyini ucaldır
    Gözətçi qülləsi 2010
Gözətçi qülləsi 2010
w10 1/7 s. 4—7

Allah indi nə tədbir görür?

«Ya Rəbb [«Yehova», YD], nə üçün uzaqda durmusan? Mən dara düşəndə niyə gizlənirsən?» (MƏZMUR 10:1).

SADƏCƏ olaraq xəbər başlıqlarına göz gəzdirməklə «axır günlərdə» yaşadığımıza əmin ola bilərik. Ailəmizin başını qara buludlar alanda — cinayətin, bədbəxt hadisənin qurbanı olanda, yaxud əzizimiz öləndə bizdə sual yarana bilər: «Allah hara baxır? Baş verənlərə görə Allah narahatdırmı? Ümumiyyətlə, O, mövcuddur, ya yox?»

Ola bilərmi ki, Allahdan gözlədiklərimiz yanlış təsəvvürə əsaslansın? Təsəvvür edin ki, balaca bir uşaq atası işə getdiyi üçün çox məyusdur. Uşaq atası üçün darıxır və onun tez bir zamanda evə qayıtmasını istəyir. O, özünü atılmış kimi hiss edir. Uşaq bütün günü oturub-durub eyni sözü deyir: «Atam haradadır?»

Uşağın hər şeyi tam başa düşmədiyini asanlıqla deyə bilərik. Çünki atanın həmin vaxt ailəsini dolandırmaq üçün işlədiyini bilirik. Biz də «Allah haradadır?» sualını verəndə həmin uşaq kimi davranmış olmuruqmu?

Məsələn, bəziləri istəyirlər ki, Allah günah işlədən insanları dərhal cəzalandıran bir cəllad olsun. Digərlərinin isə fikrincə, Allah Şaxta Baba kimi bizə hədiyyələr verir və işlə, həyat yoldaşı və hətta uduşlu lotereya bileti ilə təmin edir.

Hər iki fikir göstərir ki, əgər Allah ədaləti dərhal bərqərar etmirsə, yaxud kömək üçün etdiyimiz dualara cavab vermirsə, deməli çəkdiyimiz əzab-əziyyət Onun vecinə deyil və O, bizim ehtiyaclarımızdan bixəbərdir. Lakin bu heç də belə deyil! Əslində, Yehova Allah hal-hazırda bütün bəşər ailəsinin rifahı üçün çalışır. Ancaq bunu bəzilərinin gözlədiyi kimi etmir.

Belə olan halda, Allah indi hansı tədbirləri görür? Bu suala cavab vermək üçün biz bəşər tarixinin başlanğıcına qayıtmalıyıq. Məhz həmin vaxt insanların Allahla münasibəti ciddi şəkildə pozulmuşdu, amma vəziyyət ümidsiz deyildi.

Günahın acınacaqlı nəticələri

İllərlə bərbad vəziyyətdə olan bir evi təsəvvür edin: dam uçub, qapılar rəzələrindən çıxıb, xaricdən isə o, sınıq-salxaq vəziyyətdədir. Axı bir vaxtlar bu ev çox gözəl idi! Dəyən zərərin həcmini nəzərə alsaq, onu bərpa etmək elə də asan iş deyil və bunu bir gecənin içində etmək qeyri-mümkündür.

İndi isə gəlin 6 000 il bundan qabaq, gözəgörünməz ruhani varlıq olan Şeytanın Adəmlə Həvvanı Allaha qarşı üsyana təhrik etdiyi zaman bəşəriyyətə vurulan zərərə nəzər salaq. Buna qədər bu ilk insanın mükəmməl sağlamlığı var idi. Həmçinin onlar gələcək nəsilləri ilə birlikdə əbədi yaşaya bilərdilər (Yaradılış 1:28). Günah işlədəndə isə Adəmlə Həvva hələ dünyaya gəlməmiş bəşər ailəsinə zərər vurdular.

Üsyanın acınacaqlı nəticələrinə adi bir şey kimi baxmamalıyıq. Müqəddəs Kitabda deyilir: «Günah tək bir adam [Adəm] vasitəsilə və ölüm günah vasitəsilə dünyaya girdi» (Romalılara 5:12). Günah ölüm gətirməklə yanaşı, Yaradanla münasibətlərimizə də xətər yetirdi və onun təsiri fiziki, əqli və mənəvi vəziyyətimizdən görünür. Nəticə etibarilə bizim vəziyyətimiz də bərbad vəziyyətdə olan evi xatırladır. Saleh Əyyub ‘insanın ömrünün az, həyatının sıxıntı ilə dolu’ olduğunu deyəndə bizim vəziyyətimizi düzgün şəkildə təsvir etmişdi (Əyyub 14:1).

Bəs Adəmlə Həvva günah işlətdikdən sonra Allah insanlardan üz döndərdimi? Əsla! Səmavi Atamız o vaxtdan indiyə kimi bəşər ailəsinin rifahı naminə çalışır. Onun bizim uğrumuzda nələr etdiyini daha yaxşı başa düşməkdən ötrü gəlin evin bərpası üçün tələb olunan üç addımı nəzərdən keçirək. Həmçinin hər bir addımın Allahın bəşəriyyəti kamilliyə qaytarmaqla bağlı gördüyü tədbirlərlə necə əlaqəli olduğuna baxaq.

1 Evə göz gəzdirəndən sonra ev sahibi onu ya dağıdacağına, ya da ki bərpa edəcəyinə qərar verməlidir.

Eden bağında qaldırılan üsyandan dərhal sonra Yehova Allah bəşəriyyəti kamilliyə qaytarmaq niyyətində olduğunu bəyan etdi. O, üsyanın arxasında duran gözəgörünməz ruhani varlığa dedi: «Mən səninlə qadın arasına, sənin balanla onun övladı arasına düşmənçilik salıram. Bu övlad sənin başından vuracaq, sən də onu dabanından sancacaqsan» (Yaradılış 3:15).

Bu sözlərlə Yehova Eden bağında qaldırılan üsyanın səbəbkarını məhv edəcəyini vəd etdi (Romalılara 16:20; Vəhy 12:9). Bundan əlavə, Yehova həmin «övlad»ın bəşəriyyəti günahdan azad edəcəyini də söylədia (1 Yəhya 3:8). Bu vədlər çox vacib bir həqiqəti üzə çıxarır: Yehova yaratdıqlarını məhv etməyəcək, onları kamilliyə qaytaracaq. Lakin bunun üçün vaxt tələb olunur.

2 Memar evin tamamlanmış vəziyyətinin necə olacağını aydın göstərən çertyoj hazırlayır.

Yehova Allah israillilərə qanunlar toplusu və ibadət üçün nəzərdə tutulan məbədin təsvirini vermişdi. Müqəddəs Kitabda deyilir: «Bunlar, gələcək şeylərin kölgəsidir» (Koloslulara 2:17). Çertyojlar kimi, bu qanunlar və məbədin təsviri daha möhtəşəm şeylərə işarə edirdi.

Məsələn, günahların bağışlanması üçün israillilər heyvan qurbanı gətirirdilər (Levililər 17:11). Bu, əsrlər sonra gətiriləcək və bəşəriyyət üçün əsil fidyə olacaq daha möhtəşəm qurbana işarə edirdib. İsraillilərin ibadət etdiyi Müqəddəs məskənin və məbədin quruluşu gələcəkdə peyda olacaq Məsihin fidyə qurbanlığından tutmuş göyə qalxmasına qədər nə edəcəyini təmsil edirdi. (7-ci səhifədəki sxemə baxın.)

3 Bərpa işlərini çertyoj əsasında görəcək bənna seçilir.

İsa peyğəmbər bəşəriyyəti xilas etmək üçün israillilərin gətirdiyi qurbanlar timsalında öz canını fidyə kimi verməli olan vəd edilmiş Məsih idi. Yerində olaraq Vəftizçi Yəhya onu «dünyanın günahını aradan qaldıran Allah Quzusu» adlandırdı (Yəhya 1:29). İsa Məsih bu tapşırığı yerinə yetirməyə canla-başla razı oldu. O demişdi: «Mənim iradəmi deyil, Məni göndərən Atamın iradəsini yerinə yetirmək üçün göydən endim» (Yəhya 6:38).

Allahın iradəsinə İsanın ‘bir çoxları üçün canını fidiyə olaraq verməsi’ ilə yanaşı, davamçıları ilə Padşahlıq əhdini bağlaması da daxildir (Matta 20:28; Luka 22:29, 30). Allah bəşəriyyət üçün olan niyyətini bu Padşahlıq vasitəsi ilə həyata keçirəcək. Allahın Padşahlığı haqqında xəbər Onun göydən yer üzünü idarə etmək üçün qurduğu hökumətdən bəhs etdiyinə görə ‘müjdə’ adlanır (Matta 24:14; Daniel 2:44)c.

Bərpa işi davam edir

Göyə qalxmazdan əvvəl İsa davamçılarına bu əmri verdi: «Bütün xalqları şagirdim edin, onları Ata, Oğul və Müqəddəs Ruh naminə vəftiz edin... və budur, Mən, dövrün sonuna qədər hər gün sizinləyəm» (Matta 28:19, 20).

Beləliklə, bəşəriyyətin kamilliyə qaytarılması İsanın ölümü ilə başa çatmadı. Bu, «dövrün sonuna qədər» — Allahın Padşahlığının yer üzünü idarə edəcəyi vaxta kimi davam edəcək. Biz artıq bu vaxtın astanasındayıq. Bunu İsanın «dövrün sonuna» dair verdiyi və hal-hazırda yerinə yetən əlamətə əsasən deyə bilərikd (Matta 24:3—14; Luka 21:7—11; 2 Timoteyə 3:1—5).

Bu gün Yehovanın Şahidləri İsanın əmrinə riayət edərək Allahın Padşahlığı haqqında xoş xəbəri 236 ölkə və ərazidə təbliğ edirlər. Elə əlinizdə tutduğunuz bu jurnalın məqsədi də Padşahlıq və onun edəcəyi işlər haqqında daha çox öyrənməyinizə kömək etməkdir. «Gözətçi Qülləsi»nin hər bir sayının 2-ci səhifəsində belə bir qeydə rast gəlirik: «Bu jurnal... artıq göydə qurulmuş hökumət olan Allahın Padşahlığının tezliklə bütün pislikləri məhv edəcəyi və yer üzünü Cənnətə çevirəcəyi haqqındakı xoş xəbərlə insanlara təsəlli verir. Hazırda Allahın təyin etdiyi Padşah kimi hökmranlıq edən, tökülən qanı ilə bəşəriyyətin əbədi həyata nail olmasına yol açan İsa Məsihə iman etməyə təşviq edir».

Düzdür, bu gün siz terror aktları, təbii fəlakətlər haqqında eşidə bilərsiniz. Eyni zamanda, bədbəxtlik sizdən də yan keçməyə bilər. Ancaq Müqəddəs Kitabı öyrənməyin sayəsində siz Allahın bəşəriyyəti tərk etmədiyinə əmin olacaqsınız. Orada deyilir ki, «O, heç birimizdən uzaq deyil» (Həvarilərin işləri 17:27). Həmçinin Yehova Allah ulu valideynlərimizin itirdiklərini geri qaytarmaqla bağlı verdiyi vədini mütləq həyata keçirəcək! (Yeşaya 55:11).

[Haşiyələr]

a Yaradılış 3:15 ayəsi ilə bağlı ətraflı məlumat almaq üçün Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Yehovaya yaxınlaş» kitabının 19-cu fəslinə (rus.) baxın.

b Ətraflı məlumat almaq üçün Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 5-ci fəslinə baxın.

c Allahın Padşahlığı ilə bağlı ətraflı məlumat almaq üçün Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 8-ci fəslinə baxın.

d Ətraflı məlumat almaq üçün «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 9-cu fəslinə baxın.

[7-ci səhifədəki şəkillər/çərçivə]

(Çərçivəyə nəşrdə baxın)

Gerçəkliyin surəti. Müqəddəs məskən nəyi təmsil edirdi?

QURBANGAH

Allahın İsanın qurbanlığını qəbul etməyə hazır olması (İBRANİLƏRƏ 13:10—12).

BAŞ KAHİN

İsa (İBRANİLƏRƏ 9:11).

1 Kəffarə günü baş kahin insanların günahına görə qurban təqdim edirdi (LAVİLİLƏR 16:15, 29—31).

1 Eramızın 33-cü ilinin 14 nisanında İsa bizim uğrumuzda öz həyatını qurban verdi (İBRANİLƏRƏ 10:5—10; 1 YƏHYA 2:1, 2).

MÜQƏDDƏS YER

Allahın ruhunun İsada olması (MATTA 3:16, 17; ROMALILARA 8:14—17; İBRANİLƏRƏ 5:4—6).

PƏRDƏ

İsanın bədəni — onun göydəki həyatını yer üzündəki həyatından ayıran maneə (1 KORİNFLİLƏRƏ 15:44, 50; İBRANİLƏRƏ 6:19, 20; 10:19, 20).

2 Baş kahin Müqəddəs yeri Ən Müqəddəs yerdən ayıran pərdənin iç tərəfinə keçirdi.

2 Dirildikdən sonra İsa göyə qalxıb ‘uğrumuzda Allahın hüzurunda zühur edərək’ pərdənin iç tərəfinə keçdi (İBRANİLƏRƏ 9:24—28).

ƏN MÜQƏDDƏS YER

Göy (İBRANİLƏRƏ 9:24).

3 İldə bir dəfə baş kahin gətirilən qurbanların qanını Ən Müqəddəs yerdə, Əhd sandığının qarşısında çiləyirdi (LAVİLİLƏR 16:12—14).

3 İsa tökülən qanının dəyərini təqdim edərək günahlarımıza görə əsil kəffarə vermiş oldu (İBRANİLƏRƏ 9:12, 24; 1 PETER 3:21, 22).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş