Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • be d. 18 s. 143—s. 144 abz. 4
  • Müqəddəs Kitab əsasında cavab ver

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Kitab əsasında cavab ver
  • Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Oxşar material
  • Ayələri düzgün izah et
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Allahın Kəlamından istifadə edərək özünə və başqalarına kömək et
    Gözətçi qülləsi 2013
  • Allahın sözünün misilsiz gücü
    Gözətçi qülləsi 2017
  • Tutarlı dəlillər gətir
    Teokratik Xidmət Məktəbində təlim alırıq
Əlavə
Teokratik Xidmət Məktəbində təlim alırıq
be d. 18 s. 143—s. 144 abz. 4

DƏRS 18

Müqəddəs Kitab əsasında cavab ver

Nə etməlisən?

Suallara cavab verərkən Müqəddəs Kitabdan istifadə et.

Nə üçün vacibdir?

Bizə ‘kəlamı təbliğ etmək’ tapşırığı verilib. İsa: «Mən... Özümdən söyləmirəm», — deməklə bizim üçün nümunə qoymuşdur (2 Tim. 4:2; Yəh. 14:10).

BİZDƏN etiqadımız, həyat tərzimiz, cari hadisələrə münasibətimiz, gələcəyə ümidimiz haqda soruşanda Müqəddəs Kitaba əsasən cavab verməyə çalışırıq. Nə üçün? Çünki o, Allahın Kəlamıdır. Bizim etiqadlarımız məhz Müqəddəs Kitaba əsaslanmışdır. Həyatımızı oradakı prinsiplərə uyğun sürürük. O, bizim dünyaya olan baxışımızı formalaşdırır. Gələcəyə ümidimiz Müqəddəs Kitabın Allahdan ilham almış vədlərinə əsaslanır (2 Tim. 3:16, 17).

Daşıdığımız adın üzərimizə qoyduğu məsuliyyəti yaxşı dərk edirik. Biz Yehovanın Şahidləriyik (Yeşaya 43:12). Buna görə də suallara cavab verərkən insan fəlsəfəsinə yox, ilhamlanmış Kəlamında Yehovanın dediyi sözlərə əsaslanırıq. Düzdür, hansısa məsələyə dair hər birimizin öz nöqteyi-nəzəri var. Ancaq buna baxmayaraq, Allahın Kəlamının həqiqət olduğuna tam əmin olduğumuz üçün onun baxışlarımızı formalaşdırmasına yol veririk. Sözsüz, Müqəddəs Kitab bir çox məsələlərdə bizə öz seçimimizi etməyə imkan verir. Biz öz fikrimizi başqasına yeritmirik, əksinə, insanlara kömək edirik ki, Müqəddəs Kitabdakı prinsipləri öyrənsinlər və beləliklə, bizim kimi öz seçimlərini etsinlər. Həvari Pavel kimi biz də insanların ‘iman gətirib itaət etmələrini’ istəyirik (Rom. 16:26).

İsa Məsih Vəhy 3:14 ayəsində «sadiq və həqiqi Şahid» adlanır. O, suallara necə cavab verir, düşdüyü vəziyyətlərin öhdəsindən necə gəlirdi? Hərdən insanları düşündürən nümunələrdən istifadə edirdi. Digər hallarda sual verənin özündən ayəni necə başa düşdüyünü soruşurdu. İsa çox vaxt bunun üçün ayələri ya sitat gətirir, ya öz sözləri ilə deyir, yaxud da dolayısı ilə onlara istinad edirdi (Mat. 4:3-10; 12:1-8; Luka 10:25-28; 17:32). Birinci əsrdə Müqəddəs Yazıların tumarları adətən sinaqoqlarda saxlanılırdı. Elə bir dəlil yoxdur ki, ona əsasən İsada həmin tumarların olduğunu söyləyək. Buna baxmayaraq, o, Müqəddəs Yazıları çox yaxşı bilirdi və başqalarını öyrədərkən tez-tez onlara istinad edirdi (Luka 24:27, 44-47). O, haqlı olaraq özündən öyrətmədiyini deyə bilmişdi. İsa Atasından eşitdiklərini söyləyirdi (Yəh. 8:26).

Biz də İsa kimi davranmaq istəyirik. İsadan fərqli olaraq, biz Allahın dediklərini şəxsən eşitməmişik. Ancaq Müqəddəs Kitab Allahın Kəlamıdır. Cavablarımızı Müqəddəs Kitaba əsaslandırsaq, diqqəti özümüzə cəlb etməyəcəyik. Belə etməklə göstərəcəyik ki, qeyri-kamil insanın nöqteyi-nəzərini ifadə etmək əvəzinə, nəyin həqiqət olduğunu Allahın söyləməsinə yol veririk (Yəh. 7:18; Rom. 3:4).

Əlbəttə, bizim məqsədimiz sadəcə Müqəddəs Kitabdan istifadə etmək deyil. Bunu həmsöhbətimizə mümkün qədər çox fayda gətirəcək tərzdə etməliyik. Biz istəyirik ki, o, bizə heç bir qərəzli fikrin təsiri olmadan qulaq assın. İnsanın əhval-ruhiyyəsindən asılı olaraq ayəni oxumazdan əvvəl demək olar: «Sizcə, bizi ilk növbədə Allahın fikri maraqlandırmalı deyilmi?» Yaxud soruşmaq olar: «Siz bilirdinizmi ki, Müqəddəs Kitabda məhz bu suala cavab var?» Müqəddəs Kitab həmsöhbətin üçün nüfuzlu mənbə deyilsə, başqa təqdimədən istifadə etmək lazım gələ bilər. Bu zaman demək olar: «İcazə verin qədimdə deyilmiş bu peyğəmbərlik barədə sizə danışım», yaxud «Bəşər tarixində ən geniş yayılmış bu kitabda deyilir ki...».

Bəzi hallarda ayəni sadəcə öz sözlərinlə demək qərarına gələ bilərsən. Ancaq mümkün olan hallarda yaxşı olar ki, Müqəddəs Kitabın özünü açıb orada yazılanları oxuyasan. Əgər həmsöhbətinin Müqəddəs Kitabı varsa, ayəni onun öz kitabından göstər. Müqəddəs Kitabdan bu cür istifadə etmək insanlara çox vaxt güclü təsir göstərir (İbr. 4:12).

Məsihçi ağsaqqallara cavablarını Müqəddəs Kitaba əsaslandırmaq xüsusilə vacibdir. Ağsaqqal kimi xidmət etmək üçün olan tələblərdən biri ‘aldığı təlimə uyğun və etimada layiq kəlama ciddi riayət etməkdir’ (Tit. 1:9). Yığıncağın üzvü ağsaqqaldan məsləhət aldıqdan sonra həyatında ciddi qərar qəbul edə bilər. Buna görə də həmin məsləhətin Müqəddəs Kitaba əsaslanması son dərəcə vacibdir! Ağsaqqalın bu sahədə verdiyi nümunə başqalarını da belə təlim verməyə təşviq edə bilər.

NECƏ NAİL OLMAQ OLAR?

  • Müqəddəs Kitabı hər gün oxu. Yaxşı cədvəl üzrə şəxsi öyrənmə keçir.

  • Yığıncaq görüşlərində şərh verərkən ayələrdən istifadə etməyə vərdiş et.

  • Hansısa sual veriləndə və ya hansısa vəziyyətlə qarşılaşanda cavab verməzdən, yaxud qərar qəbul etməzdən əvvəl həmişə özündən soruş: «Müqəddəs Kitabda bu haqda nə deyilir?»

  • Müəyyən məsələyə dair Müqəddəs Kitabda nə deyildiyini bilməyəndə fərziyyə irəli sürmə, yaxud öz fikrini söyləmə. Araşdırma aparmağı təklif et.

ÇALIŞMA: 1) Təbliğdə, 2) yaxın zamanlarda xəbərlərdə deyilən hansısa məsələ ilə, 3) geniş yayılmış hər hansı tədbirlə bağlı sənə verilən bir və ya iki sualı yaz. Hər sualın cavabı üçün ən azı bir müvafiq ayə seç.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş