Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • jy fəs. 3 s. 14—s. 15 abz. 2
  • Yolu hazırlayan doğulur

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yolu hazırlayan doğulur
  • İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Oxşar material
  • Yolu hazırlayan doğulur
    İsa Məsihin həyatı və xidməti
  • İlsəbanın uşağı olur
    Müqəddəs Kitab dünyasına səyahət
  • Allahdan nazil olan iki xəbər
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • O doğulmazdan öncə ehtiram görür
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
Əlavə
İsa peyğəmbər. Yol, həqiqət, həyat
jy fəs. 3 s. 14—s. 15 abz. 2
İlsəba yeni doğulmuş oğlunu başqalarına göstərir

FƏSİL 3

Yolu hazırlayan doğulur

LUKA 1:57—79

  • VƏFTİZÇİ YƏHYA DOĞULUR VƏ ADI QOYULUR

  • ZƏKƏRİYYƏ YƏHYANIN ROLUNUN NƏDƏN İBARƏT OLACAĞINI PEYĞƏMBƏRLİK EDİR

İlsəbanın doğmaq vaxtı yaxınlaşır. Məryəm üç aydır ki, onun yanındadır. İndi isə sağollaşıb getməyin vaxtı gəlib çatır. Qarşıda onu uzun yol gözləyir. O, Yəhudiyyənin dağlıq bölgəsinin şimalında yerləşən Nasirə şəhərindəki evinə qayıtmalıdır. Təxminən altı aydan sonra Məryəmin də uşağı olacaq.

Məryəm gedəndən bir qədər sonra İlsəba uşağını dünyaya gətirir. Xoşbəxtlikdən, doğuş rahat keçir, ana da, körpə də sapsağlamdır. İlsəba uşağı qohum-əqrəbasına, qonşularına göstərəndə hamı çox sevinir.

Allahın qanununa əsasən, İsraildə oğlan uşaqları səkkizgünlük olanda sünnət olunmalı idilər. Elə bu vaxt onlara ad qoyulurdu (Lavililər 12:2, 3). Bəzilərin fikrincə, uşağa atasının adı qoyulmalıdır. Lakin İlsəba: «Yox! Onun adı Yəhya olacaq», — deyə etiraz edir (Luka 1:60). Çünki Cəbrayıl mələk demişdi ki, uşağın adı Yəhya olmalıdır.

Oradakılar razılaşmırlar və bir ağızdan: «Axı qohumlarınız arasında bu adda adam yoxdur», — deyirlər (Luka 1:61). Sonra işarələrlə atasından uşağa hansı adı qoymaq istədiyini soruşurlar. Zəkəriyyə bir lövhəcik istəyir və orada: «Uşağın adı Yəhyadır», — yazır (Luka 1:63).

Zəkəriyyə lövhəciyin üzərində yazır; Zəkəriyyənin dili açılır və o peyğəmbərlik edir

Bu an bir möcüzə baş verir — Zəkəriyyənin dili açılır! Yəqin yadınızdadır ki, Zəkəriyyənin dili mələyə inanmadığı üçün tutulmuşdu. İndi isə Zəkəriyyə danışmağa başlayanda oradakılar heyrətə gəlir və ürəklərində deyirlər: «Görəsən, bu uşaq kim olacaq?» (Luka 1:66). Onlar uşağa Yəhya adının verilməsində Allahın əlinin olduğunu görürlər.

Zəkəriyyə müqəddəs ruhla dolub deyir: «İsrailin Allahı Yehovaya alqış olsun! Çünki O, Öz xalqına nəzər saldı, ona nicat yolunu açdı. Qulu Davudun evindən bizə güclü bir xilaskar yetirdi» (Luka 1:68, 69). Buradakı «xilaskar» sözü hələ doğulmamış İsa Məsihə işarə edir. Zəkəriyyə deyir ki, Allah «bizi düşmənlərin əlindən qurtardıqdan sonra» bu xilaskarın vasitəsilə «Ona ömür boyu cəsarətlə, sədaqət və salehlik içində qulluq etmək şərəfini bizə nəsib edəcək» (Luka 1:74, 75).

Sonra Zəkəriyyə öz oğlu haqda deyir: «Ey körpə, sən isə Haqq-Taalanın peyğəmbəri adlanacaqsan, ona görə ki, Yehovanın qarşısında gedib Onun yollarını hazırlayacaqsan, Onun xalqına günahların əfvi vasitəsilə xilas olunacağını bildirəcəksən. Bu, Allahımızın rəhmi sayəsində olacaq. Bu rəhmin sayəsində göydən gələn şəfəq üzərimizə nur saçacaq, zülmətdə və ölüm kölgəsində oturanlara işıq verəcək, addımlarımızı sülh yoluna yönəldəcək» (Luka 1:76—79). Necə də ruhlandırıcı peyğəmbərlikdir!

Bu ərəfədə hələ ərdə olmayan Məryəm Nasirə şəhərinə, öz evinə gəlib çatır. Bəs görəsən, onun hamiləliyi aşkar olanda başına nələr gələcək?

  • Yəhya İsadan nə qədər böyükdür?

  • Yəhyanın anadan olmasının səkkizinci günündə nələr baş verir?

  • Allah Yəhyaya hansı tapşırığı verəcək?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş