«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
SENTYABR
*** it-1-E s. 783, abz. 3 ***
«Çıxış»
Yehova möhtəşəm surətdə qüdrətini nümayiş etdirərək adını ucaltdı və İsraili xilas etdi. Qırmızı dənizin şərq sahilində təhlükəsizlikdə olarkən Musa İsraillilərlə birgə mahnı oxudu, onun bacısı, peyğəmbər Məryəm isə əlinə qaval aldı və onun ardınca bütün qadınlar əllərində qaval rəqs edə-edə çıxdılar. Məryəm kişilərə cavab olaraq oxudu (Çx 15:1, 20, 21). İsraillilər öz düşmənlərindən tamamilə azad olmuşdular. Onlar Misirdən çıxanda Yehova qoymamışdı ki, nə bir insan, nə də bir heyvan onlara zərər vursun. Heç it də heyvanlarının üstünə hürməmişdi (Çx 11:7). Çıxış kitabında ordusu ilə birlikdə fironun da dənizə girib məhv olduğu deyilməsə də, Zəbur 136:15 ayəsində deyilir ki, Yehova fironla ordusunu Qırmızı dənizə atdı.
*** it-2-E s. 448 ***
«Ağız»
Allahın yaratdığı bu orqan heyvanlarda qidanı qəbul etmək və mədə üçün hazırlamaq funksiyasını, insanlarda isə bununla yanaşı danışmaq funksiyasını da icra edir. Danışığımız Allahı ucaltmalıdır (Zb 34:1; 51:15; 71:8; 145:21). Məzmurda deyilir ki, canlı varlıqların hər biri Yehovaya alqış oxuyacaq. Buna görə də əgər insanlar yaşamaq istəyirlərsə, onda ağızlarından Yehovaya alqış çıxmalıdır. Həvari Bulus izah etmişdi ki, Allaha və Onun Oğluna iman, hətta sidqi-ürəkdən olsa belə, kifayət deyil. Xilas olmaq üçün imanla yanaşı, bunu dillə bəyan etmək lazımdır (Zb 150:6; Rm 10:10).
Yehova bir Yaradan kimi ixtiyar və qüdrət sahibidir. O, niyyətinə uyğun olaraq Öz xidmətçilərinin dilinə lazım olan sözləri qoya bilər. Qədimdə O, möcüzəvi surətdə peyğəmbərlərinə ilham verərək Öz sözlərini onların dilinə qoyurdu (Çx 4:11, 12, 15; Ər 1:9). Bir dəfə O, hətta şüursuz heyvanın, ulağın dilini açmışdı (Sy 22:28, 30; 2Bt 2:15, 16). Bu gün Allahın sözü xidmətçilərinin dilindədir. Ancaq onlar Onun sözlərini ilham alaraq yox, Ondan gələn Kəlamı oxuyaraq danışırlar. Bu Kəlam onları hər cür yaxşı işə tamamilə hazır edir (2Tm 3:16, 17). Onlar daha Məsihin gəlib müjdə gətirməsini gözləmirlər, yaxud da nəyi təbliğ etməyi bilmək üçün başqa mənbəyə üz tutmurlar. Danışmalı olduqları sözlər düz onların qarşısında, hazır vəziyyətdədir, necə ki onlara deyilmişdi: O söz sənin yanındadır, dilində, ürəyindədir (Rm 10:6—9; Qn 30:11—14).
Həyat, yaxud ölüm gətirə bilər. Buradan belə nəticə çıxır ki, dildən düzgün istifadə etmək vacibdir və Yehova da bunu tələb edir. Onun Kəlamında deyilir: Salehin dili həyat çeşməsidir (Məs 10:11). Buna görə də dilə ciddi nəzarət etmək lazımdır (Zb 141:3; Ms 13:3; 21:23). Dildən səfehcəsinə istifadə edən özünü məhv edər (Ms 10:14; 18:7). İnsan ağzından çıxardığı sözlərə görə Allahın qarşısında məsuliyyət daşıyır (Mt 12:36, 37). İnsan düşünmədən danışa, tələsik əhd edə bilər (Vz 5:4—6). Başqasına yaltaqlana bilər, bu isa həmin adamın uçuruma yuvarlanmasına, özünün isə məhkumiyyətinə səbəb ola bilər (Ms 26:28). Xüsusilə də şər adamların qarşısında olarkən dili yüyənləmək son dərəcə vacibdir, çünki Allahın xidmətçisi ilahi hikmətin buyurduğu sözlərdən azacıq da olsun kənara çıxsa, Allahın adına ləkə gətirə bilər, özünün isə məhvə məhkum edər (Zb 39:1). İsa şikayətlənmədən və mənfur düşmənlərini təhqir etmədən Allahın iradəsinə tabe olmaqda gözəl nümunə qoymuşdur (Əş 53:7; Hv 8:32; 1Bt 2:23).
Məsihilər qeyri—kamildirlər, buna görə də həmişə ehtiyatlı olmalı, ürəyini qorumalıdırlar. Isa demişdi ki, insanı yediyi şeylər yox, ağzından çıxan şeylər murdar edir, çünki insan ürəyində aşıb-daşan fikirləri dilə gətirir (Mt 12:34; 15:11). Beləliklə, ehtiyatlı olmalıyıq ki, düşünmədən, nəticəsini ölçüb—bicmədən ağzımızdan söz çıxarmayaq. Bunun üçünsə insan gərək ağlını işlədib Allahın Kəlamından öyrəndiyi yaxşı şeyləri tətbiq etsin (Ms 13:3; 21:23).