«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
OKTYABR
***w00 15/1 s. 23, 24 ***
Yehova ilə yaxın münasibətləriniz olsun
ŞAGİRD YAQUB yazmışdı: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (Yaqub 4:8). Davud peyğəmbər də demişdi: «Yehovadan qorxanların payı Onun dostluğudur» (Zəbur 25:14). Bu sözlərdən görünür ki, Yehova Allahımız Ona yaxınlaşmağımızı istəyir. Ancaq Allaha ibadət edən, Onun qanunlarına itaət edən hər kəs özünü Allaha yaxın hiss etmir.
Bəs sənin haqqında nə demək olar? Allahla sıx, məhrəm münasibətin varmı? Şübhəsiz, sən Ona yaxın olmaq istəyirsən. Elə isə, Allahla yaxın, isti münasibətlərə necə nail olmaq olar? Bu bizə nə verəcək? Süleyman peyğəmbərin «Məsəllər» kitabının 3-cü fəslində bu suallara cavab verilir.
Xeyirxahlıqdan və düzlükdən yapış
Qədim İsraildə padşah olmuş Süleyman «Məsəllər» kitabının üçüncü fəslinə bu sözlərlə başlayır: «Oğlum, nəsihətimi unutma, hökmlərimi sidqi-ürəkdən tut. Onlar sənin ömrünü, gününü uzadar, həyatına rahatlıq gətirər» (Məsəllər 3:1, 2). Süleyman hikmətli kəlamlarını Allahın ruhunun təsirindən cuşa gələrək yazırdı. Deməli, əslində bu ata nəsihəti Yehova Allahdan gəlir və hər bir insana ünvanlanır. Bu sözlərdən aydın görürük ki, Allah bizə Öz Kəlamında yazdırdığı qanunlarına, əmrlərinə, öyüd-nəsihətinə uyğun yaşamağı buyurur. Bunu etsək, onlar, Süleyman demişkən, ömrümüzü, günümüzü uzadar, həyatımıza rahatlıq gətirər. Bəli, artıq indidən güzəranımız dinc ola bilər, zalım adamların başına gələn vaxtsız ölümdən, bu ölümə aparan təhlükəli işlərdən gen gəzə bilərik. Bundan əlavə, yeni dünyada sülh, əmin-amanlıq içində əbədi yaşayacağımıza da ümid bəsləyə bilərik (Məsəllər 1:24—31; 2:21, 22).
Süleyman peyğəmbər davam edir: «Xeyirxahlığı, sədaqəti əldən buraxma, onları boynuna sarı, ürəyinin lövhəsinə yaz. Onda Allah da, bəndə də üzünə xoş baxar, anlayış sahibitək tanınarsan» (Məsəllər 3:3, 4).
Orijinaldan «xeyirxahlıq» kimi tərcümə olunmuş ibrani sözü özünə məhəbbət, öhdəlik, sədaqət və bağlılıq hisslərini daxil edir. Bəs biz həyatımızda nə baş verirsə, versin, Yehovaya bağlı qalmaq əzmindəyik, ya yox? Biz dindaşlarımızla münasibətdə xeyirxahlıq, məhəbbət nümayiş etdiririk? Onlara bağlı qalmaq üçün əlimizdən gələni edirik? Gündəlik işlərdə, hətta çətin vəziyyətlərdə belə, çalışırıqmı ki, «xeyirxahlıq qanunu» dilimizdən düşməsin? (Məsəllər 31:26).
Məhəbbətli, xeyirxah Allahımız Yehova həm də bağışlayan Allahdır (Zəbur 86:5). Əgər keçmişdə etdiyimiz günahlara görə artıq tövbə etmişiksə və indi düz yolda yeriyiriksə, arxayın ola bilərik ki, «Yehovadan təravət mövsümü» gələcək (Həvarilərin işləri 3:19). Elə isə, Allahdan örnək alıb başqalarının da günahlarını bağışlamalı deyilikmi? (Mətta 6:14, 15).
Yehova «haqq Allahı»dır və istəyir ki, Onun dostları düzlüklə, təmizliklə davransınlar (Zəbur 31:5). Heç biz ikili həyat sürsək, yəni məsihilərin yanında bir cür, kənarda isə «iç üzünü gizlədən» yalançılar kimi başqa cür davransaq, Yehova Allah bizə yaxın olmaq istəyər? (Zəbur 26:4). Bu, necə də ağılsız hərəkət olardı, axı hər şey apaçıq Yehovanın gözü önündədir! (İbranilərə 4:13).
Xeyirxahlıq və düzlük boyuna taxılan boyunbağı kimi dəyərlidir, bu ülvi sifətlərin sayəsində Allahın da, bəndənin də rəğbətini qazanmaq olar. Ancaq biz onları təkcə zahirən nümayiş etdirməməliyik, onları ürəyimizin lövhəsinə həkk etdirməliyik, yəni xasiyyətimizin ayrılmaz hissəsinə çevirməliyik.
Yehovaya tam güvənməyi öyrənin
Müdrik padşah sözünə davam edir: «Bütün qəlbinlə Yehovaya etibar et, öz ağlına güvənmə. Hər işində Onu düşün, O da yollarını rəvan edər» (Məsəllər 3:5, 6).
Biz Yehovaya tam, şəkksiz-şübhəsiz etibar edə bilərik. Yaradanımız «möhtəşəm güc» sahibidir, «hədsiz qüvvə» qaynağıdır (Əşiya 40:26, 29). O, bütün niyyətlərini həyata keçirməyə qadirdir. Onun adı belə, «Olmasına səbəb olur» mənasını daşıyır və bizi əmin edir ki, bu adın Sahibi bütün vədlərini mütləq yerinə yetirəcək. Allahın «yalan danışması mümkün [deyil]». Bu fakt öz-özlüyündə göstərir ki, Allah həqiqətin təcəssümüdür (İbranilərə 6:18). Ancaq Onun ən əsas sifəti məhəbbətdir (1 Yəhya 4:8). «Yehova bütün yollarında ədalətlidir, hər işində sədaqətlidir» (Zəbur 145:17). Doğrudan da, Allahdan başqa kimə etibar etmək olar?! Allaha etibar etməyi öyrənmək üçün gərək dadaq, görək Yehova necə gözəl Allahdır. Bu nə deməkdir? Biz Müqəddəs Kitabdan öyrəndiyimiz şeyləri həyatımızda icra edəndə və bunun bizə gətirdiyi xeyir üzərində düşünəndə Yehovanın necə gözəl Allah olduğunu dərk edəcəyik (Zəbur 34:8).
Biz hər işimizdə Yehovanın fikrini necə nəzərə ala bilərik? Məzmurçu müqəddəs ruhun ilhamı ilə yazmışdır: «Əməllərin barədə düşüncələrə dalaram, bütün işlərini dərin-dərin düşünərəm» (Zəbur 77:12). Allahı görmək mümkün olmadığından, Onunla möhkəm dostluq münasibətləri yaratmaq üçün Onun möhtəşəm işləri və xalqı ilə rəftarı barədə düşünmək çox vacibdir.
Yehovanın fikrini nəzərə almağın digər yolu dua etməkdir. Davud padşah «bütün günü» Yehovanı çağırırdı (Zəbur 86:3). Onun gecələr dua etmək adəti vardı, misal üçün çöllükdə gizlənərkən o, bütün gecəni duada keçirmişdi (Zəbur 63:6, 7). Həvari Bulus «hər an ruhun təsirilə... dua edin» deyə səsləyirdi (Efeslilərə 6:18). Bəs biz tez-tezmi dua edirik? Allahla dost kimi ürəkdən ünsiyyət etməyi sevirikmi? Çətinə düşəndə, kömək üçün Ona əl açırıqmı? Vacib qərar qəbul etməzdən qabaq bizə yol göstərməsi üçün Ona üz tuturuqmu? Sidqi-ürəkdən etdiyimiz dualar bizi Yehovaya istədir. Biz arxayınıq ki, O, dualarımıza qulaq asacaq, yollarımızı rəvan edəcək.
Yehova olan yerdə, öz ağlımıza və ya dünyanın görkəmli şəxslərinin ağlına güvənmək əsl ağılsızlıqdır! Süleyman padşah demişdi: «Öz gözündə ağıllı olma. Yehovadan qorx, pislikdən çəkin. Onda canın sağlam olar, vücudun təravətli» (Məsəllər 3:7, 8). Allahı incitmək qorxusu sağlam qorxudur. Bu hiss bizim bütün hərəkətlərimizin, fikir və duyğularımızın başında durmalıdır. Bu cür ehtiram dolu qorxu insanın ruhuna şəfa, təravət verir, onu pis yoldan çəkindirir.
Yehovaya hər şeyin ən yaxşısını verin
Yehovaya daha hansı yolla yaxınlaşa bilərik? Süleyman peyğəmbər demişdi: «Sərvətinlə, məhsulunun nübarilə Yehovanı şərəfləndir» (Məsəllər 3:9). Yehovanı şərəfləndirmək üçün Ona dərin ehtiram bəsləməli, Onun adını ucaltmaq üçün təbliğ işində iştirak etməli və başqa yollarla bu işi dəstəkləməliyik. Yehovanı şərəfləndirmək üçün istifadə etdiyimiz sərvətimiz bu bizim vaxtımız, bacarığımız, gücümüz və maddi vəsaitlərimizdir. Biz bütün bunların nübarını, yəni ən yaxşısını verməliyik. «Padşahlığı və Allahın tələb etdiyi salehliyi hər şeydən üstün tutun» əmrinə tabe olmaq istəyimiz əlimizdə olanları necə istifadə etdiyimizə təsir etməməlidir? (Mətta 6:33).
*** w00-E 15/1 s. 24 ***
Yehova ilə yaxın münasibətləriniz olsun
Xeyirxahlıq və düzlük boyuna taxılan boyunbağı kimi dəyərlidir, bu ülvi sifətlərin sayəsində Allahın da, bəndənin də rəğbətini qazanmaq olar. Ancaq biz onları təkcə zahirən nümayiş etdirməməliyik, onları ürəyimizin lövhəsinə həkk etdirməliyik, yəni xasiyyətimizin ayrılmaz hissəsinə çevirməliyik.
Yehovaya tam güvənməyi öyrənin
Müdrik padşah sözünə davam edir: «Bütün qəlbinlə Yehovaya etibar et, öz ağlına güvənmə. Hər işində Onu düşün, O da yollarını rəvan edər» (Məsəllər 3:5, 6).
Biz Yehovaya tam, şəkksiz-şübhəsiz etibar edə bilərik. Yaradanımız «möhtəşəm güc» sahibidir, «hədsiz qüvvə» qaynağıdır (Əşiya 40:26, 29). O, bütün niyyətlərini həyata keçirməyə qadirdir. Onun şəxsi adı belə, «Olmasına səbəb olur» mənasını daşıyır və bizi əmin edir ki, bu adın sahibi bütün vədlərini mütləq yerinə yetirəcək. Allahın «yalan danışması mümkün [deyil]». Bu fakt öz-özlüyündə artıq Allahı həqiqətin təcəssümü edir (İbranilərə 6:18). Ancaq Onun ən əsas sifəti məhəbbətdir. (1 Yəhya 4:8). «Yehova bütün yollarında ədalətlidir, hər işində sədaqətlidir» (Zəbur 145:17). Doğrudan da, Allahdan başqa kimə etibar etmək olar?! Allaha etibar etməyi öyrənmək üçün gərək dadaq, görək Yehova necə gözəl Allahdır. Bu nə deməkdir? Biz Müqəddəs Kitabdan öyrəndiyimiz şeyləri həyatımızda icra edəndə və bunun bizə gətirdiyi xeyir üzərində düşünəndə Yehovanın necə gözəl Allah olduğunu dərk etmək olar (Zəbur 34:8).
Biz hər işimizdə Yehovanın fikrini necə nəzərə ala bilərik? Məzmurçu müqəddəs ruhun ilhamı ilə yazmışdır: «Əməllərin barədə düşüncələrə dalaram, bütün işlərini dərin-dərin düşünərəm» (Zəbur 77:12). Allahı görmək mümkün olmadığından, Onunla möhkəm dostluq münasibətləri yaratmaq üçün Onun möhtəşəm işləri və xalqı ilə rəftarı barədə düşünmək çox vacibdir.
Yehovanın fikrini nəzərə almağın digər yolu dua etməkdir. Davud padşah «bütün günü» Yehovanı çağırırdı (Zəbur 86:3). Onun gecələr dua etmək adəti vardı, misal üçün çöllükdə gizlənərkən o, bütün gecəni duada keçirmişdi (Zəbur 63:6, 7). Həvari Bulus «hər an ruhun təsirilə... dua edin» deyə səsləyirdi (Efeslilərə 6:18). Bəs biz tez-tezmi dua edirik? Allahla dost kimi ürəkdən ünsiyyət etməyi sevirikmi? Çətinə düşəndə, kömək üçün Ona əl açırıqmı? Vacib qərar qəbul etməzdən qabaq bizə yol göstərməsi üçün Ona üz tuturuqmu? Sidqi-ürəkdən etdiyimiz dualar bizi Yehovaya istədir. Biz arxayınıq ki, O, dualarımıza qulaq asacaq, yollarımızı rəvan edəcək.
Yehova olan yerdə, öz ağlımıza və ya dünyanın görkəmli şəxslərinin ağlına güvənmək əsl ağılsızlıqdır! Süleyman padşah demişdi: «Öz gözündə ağıllı olma. Yehovadan qorx, pislikdən çəkin. Onda canın sağlam olar, vücudun təravətli» (Məsəllər 3:7, 8). Allahı incitmək qorxusu sağlam qorxudur. Bu hiss bizim bütün hərəkətlərimizin, fikir və duyğularımızın başında durmalıdır. Bu cür ehtiram dolu qorxu insanın ruhuna şəfa, təravət verir, onu pis yoldan çəkindirir.
Yehovaya hər şeyin ən yaxşısını verin
Yehovaya daha hansı yolla yaxınlaşa bilərik? Süleyman peyğəmbər demişdi: «Sərvətinlə, məhsulunun nübarilə Yehovanı şərəfləndir» (Məsəllər 3:9). Yehovanı şərəfləndirmək üçün Ona dərin ehtiram bəsləməli, Onun adını ucaltmaq üçün təbliğ işində iştirak etməli və başqa yollarla bu işi dəstəkləməliyik. Yehovanı şərəfləndirmək üçün istifadə etdiyimiz sərvətimiz bu bizim vaxtımız, bacarığımız, gücümüz və maddi vəsaitlərimizdir. Biz bütün bunların nübarını, yəni ən yaxşısını verməliyik. «Padşahlığı və Allahın tələb etdiyi salehliyi hər şeydən üstün tutun» əmrinə tabe olmaq istəyimiz əlimizdə olanları necə istifadə etdiyimizə təsir etməməlidir? (Mətta 6:33).
*** it-2-E s. 180 ***
Bilik
Biliyin mənbəyi. Biliyin əsas mənbəyi Yehova Allahdır. Həyatı O verir, həyat olmasaydı, nə isə bilmək də mümkün olmazdı (Zb 36:9; Hv 17:25, 28). Ümumiyyətlə hər şeyi Allah yaradıb. İnsan Allahın yaratdıqlarını seyr etməklə bilik qazanır (Vh 4:11; Zb 19:1, 2). Allah həmçinin insanlar üçün Öz Kəlamını nazil edib ki, Onun iradəsini və niyyətini öyrənsinlər (2Tm 3:16, 17). Beləliklə, bütün həqiqi elmin mərkəzində Yehova durur, buna görə də həqiqi elm axtaran insan Allah qorxusuna sahib olmalıdır ki, Onun narazılığını qazanmasın. Elmin başında bu cür qorxu durur (Ms 1:7). Allah qorxusu insana dəqiq biliyi qazanmaq imkanı açır, Allahı tanımaq istəməyənlər isə həyatda baş verənlərdən çox vaxt yanlış nəticə çıxarırlar.
*** w00-E 15/9 s. 25, 26 ***
Adınızı qoruyun
GÖZƏL binalar inşa edən insan əla memar kimi tanınır. Yaxşı oxuyan qız əlaçı adını qazanır. Əlini ağdan qaraya vurmayan adama isə tənbəl deyirlər. Müqəddəs Kitabda yaxşı ad qazanmağın vacibliyini vurğulanır. Orada deyilir: «Təmiz ad böyük sərvətdən üstündür, şərəf qızıl-gümüşdən yaxşıdır» (Məsəllər 22:1).
Təmiz ada bir günün içində sahib olmaq mümkün deyil. İnsan təmiz adı uzun müddət ərzində gördüyü yaxşı əməllərin müqabilində qazanır. Ancaq təmiz ad bircə ağılsız hərəkətin badına gedə bilər. Misal üçün, bircə əxlaqsız hərəkət kifayətdir ki, insanın adına ləkə dəysin. Məsəllər kitabının 6-cı fəslində qədim İsraildə padşah olmuş Süleyman peyğəmbər insanın adını ləkələyən və Yehova Allahla münasibətləri korlayan düşüncədən və hərəkətlərdən xəbərdar edir. O, düşünülmədən hansısa işə boyun olmaq, tənbəllik, yalan və cinsi əxlaqsızlıq — Yehova Allahın nifrət etdiyi əsas şeylərin adını çəkir. Bu məsləhətlərə əməl etsək, təmiz adımızı qoruyacağıq.
Düşünmədən heç nəyə boyun olmayın
Məsəllər kitabının 6-cı fəsli bu sözlərlə başlayır: «Oğlum, başqasından ötrü girov boyun olmusansa, yadla əl sıxıb razılığa gəlmisənsə, vəd edərək tələyə düşmüsənsə, dilindən çıxan söz səni tora salıbsa, canını qurtar, oğlum. Çünki onun pəncəsinə keçmisən. Belə et: get onun ayağına düş, yalvar, yaxar» (Məsəllər 6:1—3).
Bu məsəldə tövsiyə edilir ki, başqalarının, xüsusən də yad adamların işgüzar məsələlərinə qarışmayaq. Düzdür, israillilər kasıblamış, özünü dolandıra bilməyən qardaşlarına kömək əlini uzatmalıydılar (Lavililər 25:35—38). Amma bəzi israillilər xatalı işlərə baş qoşurdular, maddi xeyir almaqdan ötrü başqalarını dilə tuturdular ki, onlar üçün zamin dursunlar və beləcə, borc məsuliyyətini o adamların boynuna qoyurdular. Bu gün də buna oxşar vəziyyətlər yarana bilər. Məsələn, bank və ya hər hansı bir digər maliyyə müəssisəsi insana böyük məbləğdə borc verməzdən qabaq zaminin imzasını tələb edə bilər. Başqalarından ötrü boynuna bu cür məsuliyyəti götürmək həqiqətən də, ağılsızlıqdır! Axı biz bu yolla başımıza iş aça, bankda və digər kreditorların yanında yalançı çıxa bilərik!
Əgər biz çətin vəziyyətə düşmüşüksə, yəni ilk baxışdan bizə ağıllı görünən bir işə girişmişik, amma sonradan ağılsızlıq etdiyimizi başa düşmüşüksə, nə etməliyik? Süleyman padşah bizə məsləhət görür ki, qürurumuzu sındırıb o adamın ayağına düşək, yalvaraq, yaxaraq. Məsələni düzəltmək üçün əlimizdən gələni etməliyik. Bir kitabda deyilir: «Qarşı tərəflə razılığa gəlmək, məsələni həll etmək üçün var gücünüzlə çalışın, işi elə yoluna qoyun ki, boynunuza götürdüyünüz öhdəçilik özünüzə və ailənizə zərər vurmasın». Bunu dərhal, gecikmədən etmək lazımdır. Görün padşah bununla bağlı nə deyir: «Gözünə yuxu vermə, göz qapaqların yumulmasın. Ovçudan qaçan ceyran kimi qaç qurtul, səyyadın əlindən çıxan quştək canını qurtar» (Məsəllər 6:4, 5). Düşünmədən boynunuza götürdüyünüz öhdəçiliyin tələsinə düşməkdənsə, mümkün qədər sözünüzü geri götürüb kənara çəkilməyiniz daha yaxşıdır.
Qarışqa kimi zəhmətkeş olun
Süleyman padşah məsləhət görür: «Ey tənbəl, get qarışqaya bax. Onu müşahidə elə, hikmət qazan». Bapbalaca qarışqadan nə öyrənmək olar? Padşah cavab verir: «Onun nə ağası, nə başçısı, nə hökmdarı var. Azuqəsini yayda tədarük edər, yemini biçin mövsümündə yığar» (Məsəllər 6:6—8).
Qarışqalar çox mütəşəkkildirlər və bir-birilə çox gözəl əməkdaşlıq edirlər. Onlar instinktiv olaraq qabaqcadan özlərinə yem tədarükü görürlər. Onların «nə ağası, nə başçısı, nə hökmdarı var». Düzdür, qarışqa koloniyalarında kraliça qarışqa olur, ancaq bu dişi qarışqa o mənada kraliçadır ki, dünyaya yeni nəsil gətirir və bütün koloniyaya analıq edir. O heç bir əmr vermir. Qarışqaların üstündə başçılıq edən, onlara nəzarət edib tələsdirən yoxdur, bununla belə, onlar yorulmadan işləyirlər.
Məgər qarışqa kimi biz də zəhmətsevər olmalı deyilik? İşimizə nəzarət edən olsa da, olmasa da, var gücümüzlə çalışmalı, işimizdə püxtələşməyə çalışmalıyıq. Məktəbdə, iş yerimizdə, yaxud da Allahın işini görəndə əlimizdən gələni etməliyik. Qarışqa öz zəhmətinin bəhrəsini gördüyü kimi, Allah da istəyir ki, biz «çəkdiyimiz zəhmətdən həzz alaq» (Vaiz 3:13, 22; 5:18). Təmiz vicdan və məmnunluq hissi halal zəhmətin mükafatıdır (Vaiz 5:12).
Süleyman padşah iki ritorik sual verməklə tənbəli oyatmağa çalışır: «Ay tənbəl, nə vaxtadək yatacaqsan? Haçan yuxudan duracaqsan?» Sonra əlavə edir: «Bir az da yatsan, bir az da mürgüləsən, bir az da əl-qolunu sallayıb otursan, yoxsulluq quldur kimi başının üstünü kəsəcək, ehtiyac soyğunçu kimi üstünə cumacaq» (Məsəllər 6:9—11). Tənbəl tənbəllik edənəcən yoxsulluq quldur kimi onu haqlayır, ehtiyac soyğunçu tək üstünə cumur. Tənbəlin tarlalarını çox keçməmiş başdan-başa alaq, gicitkən basır (Məsəllər 24:30, 31). Onun gördüyü iş böyük ziyana düşür. Axı kim bu cür işçiyə dözər? Sahibkar bu cür tənbəl işçiyə çoxmu dözəcək? Heç tənbəl şagird dərslərindən yaxşı qiymət alar?
Dürüst olun
İnsanın adını bədnam edən və Allahla münasibətlərinə xələl gətirən digər hərəkət haqda Süleyman peyğəmbər belə deyir: «Yaramaz, bədəməl adam dilində saxta sözlər gəzər. Göz vurar, ayaqları ilə işarə edər, barmaqları ilə göstərər. Ürəyi məkrlidir, daima fitnə qurar, nifaq salar» (Məsəllər 6:12—14).
Burada söhbət yalançıdan gedir. Adətən, yalançı yalanını gizlətməyə çalışır. O bunu necə edir? Yalnız «saxta sözlər»lə yox, həmçinin hərəkətləri ilə. Bir alim bunu belə izah edir: «Jestlər, səsin tonu və üz ifadələri — bütün bunlar insanın yalan üçün istifadə etdiyi vasitələrdir. Səmimiliyin arxasında pozğun düşüncə və aravuranlıq durur». Bu cür insan bəd niyyətlidir və eləcə dava yaradır. Bəs belə adamın axırını necə olacaq?
*** w00-E 15/11 s. 29, 30 ***
«Əmrlərimə bağlı qal ki, ömrün uzun olsun»
«Onları [qanunlarımı] barmaqlarına sarı, ürəyinin lövhəsinə köçür» (Məsəllər 7:3). Barmaqlarımızı həmişə görürük və etmək istədiyimizi onların köməyilə edirik. Eynilə, Müqəddəs Kitabdan öyrəndiklərimiz, Allahın bizə verdiyi tərbiyə daim yaddaşımızda olmalı və gördüyümüz hər işdə bizə bələdçilik etməlidir. Onları ürəyimizin lövhəsinə köçürməliyik ki, bizim bir hissəmiz olsunlar.
Süleyman peyğəmbər hikmətlə dərrakənin vacibliyini unutmayaraq deyir: «Hikmətə: “Bacımsan”, — de, Dərrakəyə: “Əqrəbamsan”, — söylə» (Məsəllər 7:4). Hikmət Allahın verdiyi biliyi düzgün tətbiq etmək bacarığıdır. Biz hikməti doğma bacımızı sevdiyimiz kimi sevməliyik. Bəs dərrakə nədir? Dərrakə məsələni düşünmək, dərinliyinə varıb onun hissələri arasında əlaqə yaratmaq qabiliyyətidir. Dərrəkə yaxın insan qədər bizə əziz olmalıdır.
Nə üçün biz Allahın bizə verdiyi tərbiyəni əziz tutmalı və hikmətlə dərrakəni qiymətləndirməliyik? Çünki «onda onlar səni pozğun qadından qoruyar, əxlaqsız qadından, onun şirin dilindən saxlar» (Məsəllər 7:5). Bunlara belə yanaşsaq, özümüzü əxlaqsız insanların yağlı dilindən və tələsindən qorumuş olacağıq.
Cavan oğlan hiyləgər qadınla görüşür
Bunun ardınca İsrail padşahı qarşılaşdığı hadisəni danışır: «Evimin pəncərəsindən, şəbəkə arxasından aşağı baxıb naşı gənclərə tamaşa edirdim. Onların arasında ağılsız bir cavan diqqətimi cəlb etdi. O, həmin qadının evinin tinindən keçirdi, Onun evinə tərəf gedirdi. Qaş qaralır, axşam düşürdü, gecənin zülməti yaxınlaşırdı» (Məsəllər 7:6—9).
Süleyman şəbəkədən baxıb bu hadisəni müşahidə edir. Qaş qaralır, küçələr zülmətə qərq olur. O, naşı gənci görür. Onun hikməti, dərrakəsi azdır. Görünür, o, hara gəldiyini, onu gözləyən təhlükəni bilir. O, qadının evinin tininə yaxşınlaşır. Kimdir o qadın? Onun ağlından nələr keçir?
Diqqətli padşah sözünə davam edir: «Baxıb gördüm ki, fahişə libaslı, ürəyi fənd-fellə dolu bir qadın onun qabağına çıxdı. O, hay-küyçüdür, həyasızdır, ayağı evə yığılmır. Gah küçələrə, gah meydanlara çıxır, hər tinin başında pusqu qurur» (Məsəllər 7:10—12).
Qadının geyimindən kim olduğu açıq-aydın görünür (Yaradılış 38:14, 15). O, fahişələr kimi açıq-saçıq geyinib. Üstəlik, onun ürəyi fənd-fellə doludur, yəni fikirləri məkrlidir, niyyəti pisdir («An American Translation; New International Version»). O, hay-küyçüdür, həyasızdır, boşboğazdır, özbaşınadır, azğındır. Ayağı evə yığılmır, bu gənc kimi naşıları ovlamaq üçün bütün günü meydanlarda, küçə-tinlərindədir.
Məlahətli sözlər
Beləcə, cavan oğlan məkrli niyyəti olan bu əxlaqsız qadınla görüşür. Görünür, bu dərhal Süleyman peyğəmbərin diqqətini çəkir. O danışır: «O, oğlanı tutub öpdü, arsız-arsız dedi: “Yandırma qurbanı kəsməli idim. Bu gün nəzirimi yerinə yetirdim. Ona görə də pişvazına çıxdım, səni axtarıb tapdım”» (Məsəllər 7:13—15).
Qadının dodaqları zərifdir. Utanıb-çəkinmədən o, bu sözləri deyir. O, qəsdən elə sözlər düşünüb deyir ki, oğlanı tovlasın. Yandırma qurbanından, nəzir deməkdən söz açmaqla özünü saleh, mömin göstərməyə çalışır. Yerusəlim məbədində gətirilən yandırma qurbanlarına ət, un, yağ və şərab daxil idi (Lavililər 19:5, 6; 22:21; Saylar 15:8—10). Qurban gətirən adam qurbanın bir hissəsini özünə və ailəsinə götürə bilərdi. Bu səbəbdən qadın demək istəyirdi ki, evində yemək-içmək boldur. Evdə yaxşı vaxt keçirə bilərlər. Qadın evdən qəsdən çıxmışdı ki, gənc oğlanı tapsın. Necə də qayğıkeş qadındır! Görəsən, bu yalana kim inanar? Bir Müqəddəs Kitab alimi deyir: «O, həqiqətən də, kimisə gözləyirdi. Görəsən, məhz bu cavan oğlanı? Yalnız bu cavan oğlan kimi ağılsızın biri onun bu sözlərinə inanardı».
Qadın təkcə geyimi, məlahətli sözləri ilə, oğlanın boynuna sarılmaqla və öpüşləri ilə yox, gözəl ətirləri ilə də oğlanı yoldan çıxarır. O deyir: «Çarpayıma zərif örtüklər, əlvan Misir kətanı sərmişəm. Yatağıma mürr, əzvay, darçın səpmişəm» (Məsəllər 7:16, 17). O, yatağını zövqlə, Misirdən gətirilmiş rəngbərəng örtüklərlə bəzəyib, onların üstünə mürr, əzvay, darçın ətri sürtüb.
Sonra o deyir: «Gəl eşq badəsini sübhədək içək, sevgi atəşi ilə alovlanaq». Bu dəvət baş-başa nahar etmək dəvəti deyil. Söhbət cinsi əlaqədən gedir. Bu təklif cavan oğlana maraqlı gəlir və onu cəlb edir. Onu tovlamaq üçün qadın ardınca deyir: «Ərim evdə yoxdur, uzaq səfərə çıxıb. Pul kisəsini götürüb, bir də ay bədirlənəndə qayıdacaq» (Məsəllər 7:18—20). Bu sözləri ilə oğlanı əmin edir ki, qorxmağa əsas yoxdur, əri iş səfərindədir, bir müddət buralarda olmayacaq. Görün oğlanı necə yoldan çıxarır! «Qadın dil töküb cavanı tovladı, şirin dillə onu yoldan çıxartdı» (Məsəllər 7:21). Bu tələyə düşməmək üçün bu cavan oğlan Yusif kimi iradəli olmalıdır (Yaradılış 39:9, 12). Bəs o, sınağın qarşısında dura biləcək?
*** w00-E 15/11 s. 30, 31 ***

«Kəsilməyə gedən buğa kimi»
«Cavan da kəsilməyə gedən buğa kimi, kündəyə salınıb cəzalandırılan axmaq kimi, onun ardınca getdi. Axırda ciyərinə ox saplanacaq. O, quş kimi tora düşməyə tələsir, bilmir ki, canı alınacaq» (Məsəllər 7:22, 23).
Cavan oğlanın bu sınaqdan çıxmağa gücü çatmır. Ağlını başına yığmayıb «kəsilməyə gedən buğa kimi» qadının ardınca gedir. Kündəyə salınan insan cəzadan qaça bilmədiyi kimi, o da özünü günaha batırır. Ciyərinə ox saplanacağı vaxta qədər, yəni ölümcül yara almayanacan, o, təhlükəni görmür. Cinsi yolla keçən xəstəliklər nəticəsində sözün əsl mənasında ölə bilər. Bundan əlavə, aldığı yara o mənada ölümcül ola bilər ki, onun Allahla münasibətlərini məhv edə bilər. «O bilmir ki, canı alınacaq». O, böyük təhlükə qarşısındadır, çünki Allaha qarşı ciddi günah edib. Beləcə, quş kimi tora düşməyə tələsir!
«Məbada onun keçdiyi yola qədəm qoyasan»
Hikmətli peyğəmbər bu əhvalatdan belə bir nəticə çıxarır: «Ey oğullarım, sözlərimə qulaq verin, dediklərimə diqqət kəsilin. Məbada ürəyin o qadının yollarına meyil salsın, məbada onun keçdiyi yola qədəm qoyasan. Çünki o, neçəsini məhv edib. Tələf etdiyi adamların sayı-hesabı yoxdur. Onun evi Məzara aparır, ölümün dərin otaqlarına gedib çıxır» (Məsəllər 7:24—27).
Süleyman peyğəmbərin məsləhəti ondan ibarət idi ki, əxlaqsız insanların ölüm gətirən yollarından uzaq duraq və ömrümüz uzun olsun (Məsəllər 7:2). Bizim dövrümüz üçün lap yerinə düşünə məsləhətdir. Şübhəsiz, şikarlarını gözləyən əxlaqsız insanların olduğu yerlərdən uzaq durmalıyıq. Belə yerlərə gedərək nəyə görə onların toruna düşək? Niyə ağılsız olub pozğunların yolu ilə gedək?
Süleyman peyğəmbərin gördüyü pozğun qadın cavan oğlanı «sevgi atəşi ilə» alovlanmağa dəvət edir. Nə qədər gənclər, xüsusilə də qızlar bu yollarla tovlanır. Amma düşünün: Kimsə sizi əxlaqsızlığa təhrik edirsə, buna nə ad vermək olar? Bu, əsl məhəbbətdir, yoxsa açıq aydın xudbinlikdir? Qadını həqiqətən sevən kişi onu Müqəddəs Kitab əsasında tərbiyə olunmuş vicdanına zidd getməyə təhrik edər? Süleyman peyğəmbər məsləhət görür: «Məbada ürəyin o qadının yollarına meyil salsın».
Başqasını yoldan çıxaran insan adətən şirin dilinə salır və hiyləyə əl atır. Hikmət və dərrakə sayəsində hiyləni tutmaq olur. Unutmayın ki, Yehovanın qanunları bizi müdafiə edir. Buna görə də gəlin əlimizdən gələni edək ki, Allahın qanunlarına bağlı qalaq və ömrümüz uzun, əbədi olsun (1 Yəhya 2:17).
*** w00-E 15/11 s. 29 ***
«Əmrlərimə bağlı qal ki, ömrün uzun olsun»
«Onları [qanunlarımı] barmaqlarına sarı, ürəyinin lövhəsinə köçür» (Məsəllər 7:3). Barmaqlarımızı həmişə görürük və etmək istədiyimizi onların köməyilə edirik. Eynilə, Müqəddəs Kitabdan öyrəndiklərimiz, Allahın bizə verdiyi tərbiyə daim yaddaşımızda olmalı və gördüyümüz hər işdə bizə bələdçilik etməlidir. Onları ürəyimizin lövhəsinə köçürməliyik ki, bizim bir hissəmiz olsunlar.
Süleyman peyğəmbər hikmətlə dərrakənin vacibliyini unutmayaraq deyir: «Hikmətə: “Bacımsan”, — de, Dərrakəyə: “Əqrəbamsan”, — söylə» (Məsəllər 7:4). Hikmət Allahın verdiyi biliyi düzgün tətbiq etmək bacarığıdır. Biz hikməti doğma bacımızı sevdiyimiz kimi sevməliyik. Bəs dərrakə nədir? Dərrakə məsələni düşünmək, dərinliyinə varıb onun hissələri arasında əlaqə yaratmaq qabiliyyətidir. Dərrəkə yaxın insan qədər bizə əziz olmalıdır.
Nə üçün biz Allahın bizə verdiyi tərbiyəni əziz tutmalı və hikmətlə dərrakəni qiymətləndirməliyik? Çünki «onda onlar səni pozğun qadından qoruyar, əxlaqsız qadından, onun şirin dilindən saxlar» (Məsəllər 7:5). Bunlara belə yanaşsaq, özümüzü əxlaqsız insanların yağlı dilindən və tələsindən qorumuş olacağıq.
Cavan oğlan hiyləgər qadınla görüşür
Bunun ardınca İsrail padşahı qarşılaşdığı hadisəni danışır: «Evimin pəncərəsindən, şəbəkə arxasından aşağı baxıb naşı gənclərə tamaşa edirdim. Onların arasında ağılsız bir cavan diqqətimi cəlb etdi. O, həmin qadının evinin tinindən keçirdi, Onun evinə tərəf gedirdi. Qaş qaralır, axşam düşürdü, gecənin zülməti yaxınlaşırdı» (Məsəllər 7:6—9).
Süleyman şəbəkədən baxıb bu hadisəni müşahidə edir. Qaş qaralır, küçələr zülmətə qərq olur. O, naşı gənci görür. Onun hikməti, dərrakəsi azdır. Görünür, o, hara gəldiyini, onu gözləyən təhlükəni bilir. O, qadının evinin tininə yaxşınlaşır. Kimdir o qadın? Onun ağlından nələr keçir?
*** w00-E 15/11 s. 31 ***
«Əmrlərimə bağlı qal ki, ömrün uzun olsun»
«Kəsilməyə gedən buğa kimi»
«Cavan da kəsilməyə gedən buğa kimi, kündəyə salınıb cəzalandırılan axmaq kimi, onun ardınca getdi. Axırda ciyərinə ox saplanacaq. O, quş kimi tora düşməyə tələsir, bilmir ki, canı alınacaq» (Məsəllər 7:22, 23).
Cavan oğlanın bu sınaqdan çıxmağa gücü çatmır. Ağlını başına yığmayıb «kəsilməyə gedən buğa kimi» qadının ardınca gedir. Kündəyə salınan insan cəzadan qaça bilmədiyi kimi, o da özünü günaha batırır. Ciyərinə ox saplanacağı vaxta qədər, yəni ölümcül yara almayanacan, o, təhlükəni görmür. Cinsi yolla keçən xəstəliklər nəticəsində sözün əsl mənasında ölə bilər. Bundan əlavə, aldığı yara o mənada ölümcül ola bilər ki, onun Allahla münasibətlərini məhv edə bilər. «O bilmir ki, canı alınacaq». O, böyük təhlükə qarşısındadır, çünki Allaha qarşı ciddi günah edib. Beləcə, quş kimi tora düşməyə tələsir!
«Məbada onun keçdiyi yola qədəm qoyasan»
Hikmətli peyğəmbər bu əhvalatdan belə bir nəticə çıxarır: «Ey oğullarım, sözlərimə qulaq verin, dediklərimə diqqət kəsilin. Məbada ürəyin o qadının yollarına meyil salsın, məbada onun keçdiyi yola qədəm qoyasan. Çünki o, neçəsini məhv edib. Tələf etdiyi adamların sayı-hesabı yoxdur. Onun evi Məzara aparır, ölümün dərin otaqlarına gedib çıxır» (Məsəllər 7:24—27).
Süleyman peyğəmbərin məsləhəti ondan ibarət idi ki, əxlaqsız insanların ölüm gətirən yollarından uzaq duraq və ömrümüz uzun olsun (Məsəllər 7:2). Bizim dövrümüz üçün lap yerinə düşünə məsləhətdir. Şübhəsiz, şikarlarını gözləyən əxlaqsız insanların olduğu yerlərdən uzaq durmalıyıq. Belə yerlərə gedərək nəyə görə onların toruna düşək? Niyə ağılsız olub pozğunların yolu ilə gedək?
Süleyman peyğəmbərin gördüyü pozğun qadın cavan oğlanı «sevgi atəşi ilə» alovlanmağa dəvət edir. Nə qədər gənclər, xüsusilə də qızlar bu yollarla tovlanır. Amma düşünün: Kimsə sizi əxlaqsızlığa təhrik edirsə, buna nə ad vermək olar? Bu, əsl məhəbbətdir, yoxsa açıq aydın xudbinlikdir? Qadını həqiqətən sevən kişi onu Müqəddəs Kitab əsasında tərbiyə olunmuş vicdanına zidd getməyə təhrik edər? Süleyman peyğəmbər məsləhət görür: «Məbada ürəyin o qadının yollarına meyil salsın».
Başqasını yoldan çıxaran insan adətən şirin dilinə salır və hiyləyə əl atır. Hikmət və dərrakə sayəsində hiyləni tutmaq olur. Unutmayın ki, Yehovanın qanunları bizi müdafiə edir. Buna görə də gəlin əlimizdən gələni edək ki, Allahın qanunlarına bağlı qalaq və ömrümüz uzun, əbədi olsun (1 Yəhya 2:17).
*** w01-E 15/5 s. 29, 30 ***
Hikmət sayəsində ömrünüz uzanar
Məsihilər təvazökarcasına hikmətin nəsihətini qəbul etməlidirlər. Bu xüsusilə gənclərə və Yehovanı təzəlikcə tanıyan insanlara aiddir. Yehovaya ibadətdə təcrübəsiz olduqları üçün onlara dərrakə lazımdır. Bu o demək deyil ki, onların bütün niyyətləri pisdir. Xeyr, sadəcə olaraq, arzu və məqsədlərinin, həmçinin düşüncə tərzlərininin Allahı razı salması üçün onlara hələ çalışmaq lazımdır. Bundan əlavə, bu vaxt tələb edir. Buna görə də vacibdir ki, onlar «Allahın sözündəki saf südə qarşı» iştaha oyatsınlar (1 Butrus 2:2).
Əslində, heç birimiz ibtidai təlimlərlə kifayətlənməməliyik. Hamımız Allahın dərin sirlərinə qarşı marağımızı alovlandırmalı və yetkin adam üçün olan bərk qida ilə qidalanmalıyıq (İbranilərə 5:12—6:1; 1 Korinflilərə 2:10). İsa Məsihin təyin etdiyi «ağıllı və sadiq nökər» canla-başla çalışıb vaxtlı-vaxtında hamıya ilahi biliklər verir (Mətta 24:45—47). Gəlin Allahın Kəlamını və ona əsaslanan nəşrləri mütaliə etməklə ağıllı və sadiq nökərin təqdim etdiyi hikmət süfrəsindən tam qidalanaq!
«Rişxəndçini məzəmmət etmə»
Hikmətin təlimləri sırasında öyüd-nəsihətə və tənbehə də yer var. Ancaq hikmətin bu üzü hər kəsə xoş gəlmir. Buna görə də «Məsəllər» kitabının ilk bölməsinin sonunda bu cür xəbərdarlıq yer alıb: «Rişxəndçiyə öyüd-nəsihət verən hörmətdən düşər, şər adamı danlayan yaralanar. Rişxəndçini məzəmmət etmə, yoxsa səndən zəhləsi gedər» (Məsəllər 9:7, 8a).
Rişxəndçi ona düz yola gəlməyə kömək etmək istəyənə həqarətlə baxır, ürəyində ona nifrət qaynayır. Şər adam öyüd-nəsihətin qədrini bilmir. Allahın Kəlamındakı gözəl həqiqət incilərini həqiqəti sevməyən və ya ona lağ edən insana öyrətməyə çalışmaq müdrik iş deyil! Həvari Bulus Antakyada təbliğ edəndə həqiqətə qarşı sevgi nədir bilməyən bir qrup yəhudi ilə rastlaşdı. Onlar Bulusu mübahisəyə cəlb etməyə çalışdılar, sonra küfr danışa-danışa ona qarşı çıxmağa başladılar, Bulus isə sadəcə bunu dedi: «Madam ki siz [Allahın sözünü] rədd edirsiniz və özünüzü əbədi həyata layiq hesab etmirsiniz, biz digər xalqlara üz tuturuq» (Həvarilərin işləri 13:45, 46).
Padşahlıq müjdəsini təmiz ürəkli insanlara çatdıran zaman gəlin ehtiyatlı olaq və rişxəndçilərlə mübahisələrə girməyək. İsa Məsih şagirdlərinə belə göstəriş vermişdi: «Bir evə girəndə ev sakinlərini salamlayın. Əgər o evdəkilər layiqli adamdırlarsa, qoy dilədiyiniz sülh onların üzərinə gəlsin, yox əgər layiqli deyillərsə, qoy sülhünüz özünüzə qayıtsın. Hansı yerdə sizi qəbul etməsələr və ya sözünüzü dinləməsələr, o evdən, yaxud o şəhərdən çıxanda ayağınızın tozunu çırpın» (Mətta 10:12—14).
Ağıllı adamla rişxəndçinin məzəmmətə münasibəti arasında yerlə göy qədər fərq var. Süleyman deyir: «Ağıllı adamı məzəmmət et, səni sevər. Ağıllı adama öyüd-nəsihət versən, hikməti artar» (Məsəllər 9:8b, 9a). Ağıllı insan bilir ki, «cəza o anda insana sevinc yox, ağrı gətirir. Sonradan isə bu yolla tərbiyə olunmuş adamlarda salehliyin sülh bəhrəsini yetişdirir» (İbranilərə 12:11). Nəsihəti qəbul etmək çətin olsa da, nəyə görə əvəzini çıxmağa, yaxud özünü təmizə çıxarmağa çalışasan? Axı bilirsən ki, bu sənin xeyrinədir, daha müdrik olacaqsan.
«Salehə bilik versən, elmi çoxalar», deyə müdrik padşah sözünə yekun vurur (Məsəllər 9:9b). Elm almaq heç vaxt gec deyil, hikmət hamıya lazımdır. Ahıl yaşlarında həqiqəti qəbul edib həyatlarını Yehovaya həsr edənləri görmək nə xoşdur! Gəlin çalışaq daima özümüzdə öyrənməyə həvəs alışdıraq və zehnimizin fəallığını qoruyaq.
«İllərinin üstünə illər gələr»
Əsas mövzunu vurğulayaraq, Süleyman hikmət qazanmaq üçün lazım olan ən ümdə şeyin adını çəkir: «Yehovadan qorxmaqdır hikmətin başı, müqəddəs Allahın elmi dərrakə verir» (Məsəllər 9:10). Allah-Taalaya qarşı dərin ehtiram, qorxu duymadan ilahi hikmətə yiyələnmək mümkün deyil. İnsan çoxlu biliyə sahib ola bilər, ancaq əgər onda Allah qorxusu yoxdursa, qazandığı bilik Yaradana şərəf gətirməyəcək. Hətta o, məlum faktlardan yanlış nəticə çıxarmaqla özünü gülünc vəziyyətə qoya bilər. Müqəddəs Allah Yehova haqda bilik almaq hikmətin mühüm hissəsi olan dərrakəyə yiyələnmək üçün ən vacib addımdır.
Bəs hikmətin bəhrəsi nədir? (Məsəllər 8:12—21, 35) İsrail padşahı hikmət haqda yazır: «Mənim sayəmdə ömrün uzanar, illərinin üstünə illər gələr» (Məsəllər 9:11). Ömrün, günün uzun olması hikmətlə dostluqdan asılıdır. Bəli, «hikmət öz sahibinin həyatını hifz edir» (Vaiz 7:12).
Hikmət qazanmaq üçün güc sərf edib–etməmək qərarını özümüz verməliyik. Süleyman bu haqda belə deyir: «Hikmətli olsan, xeyir taparsan, rişxəndçilik etsən, zərərini özün çəkərsən» (Məsəllər 9:12). Hikmətli özü üçün hikmətlidir, bu, onun özünə xeyir gətirəcək, rişxəndçi öz təqsiri ucbatından zərər çəkəcək. Doğru deyilir: nə əkərsən, onu da biçərsən. Buna görə də gəlin qulağımızı hikmətə sarı açaq (Məsəllər 2:2).
«Axmaq qadın»
Süleyman davam edir: «Axmaq qadın hay-küy salar. O, cahildir, heç nə qanmır. O, şəhərin hündür yerində, evinin qapısında kətil qoyub oturur. Yoldan keçənləri çağırır, öz yolu ilə gedənləri haylayır: “Cahillər bura gəlsin”» (Məsəllər 9:13—16a).
Axmaqlıq səsli-küylü, həyasız, nadan qadın kimi təsvir edilir. O da ev tikib və indi fikri-zikri yan-yörəsinə naşı adamları yığmaqdır. Yoldan keçənlərin seçimi var. Onlar kimin dəvətinə hay verəcəklər: hikmətin yoxsa axmaqlığın?
«Oğurluq su şirin olar»
Hikmət də, axmaqlıq da yolçuları səsləyərək diqqətlərini cəlb etməyə çalışır. Amma hər biri insanları ayrı cür səsləyir. Hikmət insanları süfrəsinə şərab, ət və çörək düzülmüş ziyafətə dəvət edir. Axmaqlığın dəvəti isə pozğun qadının yollarına bənzəyir. Süleyman yazır: «[Qadın] ağılsızlara deyir: “Oğurluq su şirin olar, gizli yeyilən çörəyin başqa ləzzəti var”» (Məsəllər 9:16b, 17).
*** w07-E 15/7 s. 8 ***
«Hikmət insanın sipəridir»
Məsəllər 16:16 ayəsində yazılıb: «Hikmət qazanmaq qızıldan qat-qat yaxşıdır! Gümüşdənsə dərrakə qazanmaq vacibdir». Nəyə görə hikmət bu qədər dəyərlidir? «Çünki hikmət də pul kimi insanın sipəridir. Amma elmin üstünlüyü bundadır ki, hikmət öz sahibinin həyatını hifz edir» (Vaiz 7:12). Bəs hikmət öz sahibinin həyatını necə hifz edir?
İlahi hikmətə yiyələnmək, yəni Allahın Kəlamı olan Müqəddəs Kitabdan dəqiq bilik əldə edib bu biliyə əsasən yaşamaq bizə Allahın bəyəndiyi yolla getməyə kömək edir (Məsəllər 2:10—12). Qədim İsrailin padşahı Süleyman peyğəmbər demişdi: «Düz adamın yolu pislikdən uzaqdır, yoluna fikir verən canını qoruyar» (Məsəllər 16:17). Bəli, hikmət öz sahibini pis yollardan çəkindirər, onun canını xilas edər. Uzun sözün qısası, Məsəllər 16:16—33 ayələrində yazılan hikmətli kəlamlar göstərir ki, ilahi hikmət bizim xasiyyətimizə, danışığımıza və hərəkətlərimizə müsbət təsir göstərir.
«Sadə olun»
Hikmət sanki deyir: «Təkəbbürə, qürura... nifrət edirəm» (Məsəllər 8:13). Təkəbbürlə hikmət bir-birilə tərs mütənasibdir. Biz hikmətlə davranmalı, ehtiyatlı olmalıyıq ki, özümüzdən razı və ya lovğa olmayaq. Əgər biz həyatımızın hər hansı sahəsində uğur əldə etmişiksə, məsihi yığıncağında bizə hansısa məsuliyyət həvalə olunubsa, xüsusilə ehtiyatlı olmalıyıq.
Məsəllər 16:18 ayəsində yazılıb: «Əcəldən qabaq qürur, süqutdan öncə təkəbbür gələr». Kainatda baş verən ən böyük süqutu yadımıza salaq. Bu, sonradan Şeytan İblis olan Allahın yaratdığı ruhani varlığın süqutu idi (Yaradılış 3:1—5; Vəhy 12:9). Onun əcəlindən əvvəl məhz qürur gəlirdi. Buna görə Müqəddəs Kitabda deyilir ki, imana təzə gələn insan yığıncaqda nəzarətçi kimi təyin olunmamalıdır, çünki o, «qürrələnib İblisə çıxarılmış hökmə» düçar ola bilər (1 Timutiyə 3:1, 2, 6). Bəli, çalışmalıyıq ki, nə başqasında qürur hissi oyadaq, nə də özümüz qürurlu olaq.
*** w07-E 15/7 s. 8, 9 ***

Məsəllər 16:19 ayəsində yazılıb: «Sadə olub həlimlərlə oturub-durmaq məğrurlarla qənimət bölüşdürməkdən yaxşıdır». Qədim Babil padşahı Navuxodonosorun hadisəsindən bu xəbərdarlığa qulaq asmağın nə qədər vacib olduğunu görmək olar. O, qürurlanaraq Durə düzündə ehtimal ki, özünü təmsil edən böyük bir heykəl qoydurtdurdu. Hündürlüyü 27 metrə çatan bu heykəl hündür bir postamentin üzərində ucaldılmışdı (Dənyal 3:1). Heykəl Navuxodonosorun imperiyasının möhtəşəmliyinin simvolu idi. Bu heykəl kimi hündür və əzəmətli olan qüllələr, şpillər, göydələnlər insanı mat qoya bilər. Amma bu şeylər Allahı təəcübləndirmir. Məzmurçu deyirdi: «Yehova nə qədər uca olsa da, təvazökar adama nəzər salır, təkəbbürlü adamı isə yaxına buraxmır» (Zəbur 138:6). Əslində, «insanların gözündə uca sayılan şey Allahın gözündə iyrəncdir» (Luka 16:15). Ona görə də yaxşı olar ki, lovğa xülyalara qapılmaqdansa, təvazökarlığı əldə rəhbər tutaq (Romalılara 12:16).
Anlayışla və inandırıcı tərzdə danışın
Hikmət sahibi olmağımız danışığımıza necə təsir göstərir? Bir hikmətli peyğəmbər yazırdı: «Məsələyə anlayışla yanaşan uğur tapar, Yehovaya güvənən nə bəxtiyardır! Ürəyi hikmətli olan kəs ağıllı adlanar, şirin dil inandırıcı olar. Anlayış öz sahibi üçün həyat çeşməsidir, amma axmağı öz axmaqlığı cəzalandırar. Müdrik adamın ürəyi dilini arif edər, sözlərini inandırıcı edər» (Məsəllər 16:20—23).
Hikmət anlayışla və inandırıcı tərzdə danışmağımıza kömək edir. Çünki ürəyi hikmətli olan insan hər məsələdə uğur, başqa sözlə yaxşı şey tapmağa çalışır və Allaha güvənir. Əgər biz başqalarında yaxşı şey tapmağa can atırıqsa, onda onların haqqında müsbət tonda danışacağıq. Həmçinin dilimiz acı və ya kobud yox, şirin, inandırıcı olacaq. Başqalarının vəziyyətini anlamaq bizə kömək edəcək ki, onların hansı çətinliklərlə üzləşdiklərini və bunlara necə tab gətirdiklərini başa düşək.
Padşahlıq haqda müjdəni çatdırarkən və şagird hazırlayarkən də danışığımızda hikmət əks olunmalıdır. Allahın Kəlamını başqalarına öyrədəndə məqsədimiz sadəcə Müqəddəs Kitabdakı məlumatı çatdırmaq deyil. Amalımız hər bir kəsin ürəyinə yol tapmaqdır. Bunun üçün də inandırıcı şəkildə danışmaq lazımdır. Həvari Bulus Timutini «doğruluğuna əmin olduğu», yəni inandığı şeylərə bağlı qalmağa təşviq edirdi (2 Timutiyə 3:14, 15).
*** w07-E 15/7 s. 9, 10 ***

«İnandırmaq» kimi tərcümə olunan yunan sözü «dəlil və əxlaqi səbəblər gətirərək insanın fikrini dəyişmək» mənasını daşıyır («An Expository Dictionary of New Testament Words, by W. E. Vine»). İnsanın fikrini dəyişməyə qadir inandırıcı dəlillər gətirmək üçün onun düşüncəsini, maraq dairəsini, vəziyyətini və keçmişini nəzərə almaq lazımdır. Bəs belə bir anlayışa necə yiyələnmək olar? Şagird Yaqub belə deyir: «Hər bir insan eşitməyə hazır olmalı, danışmağa... tələsməməlidir» (Yaqub 1:19). Bizi dinləyən insana suallar verməklə və onu diqqətlə dinləməklə ürəyindəkiləri üzə çıxara bilərik.
Həvari Bulusda başqalarını inandırmaq yaxşı alınırdı (Həvarilərin işləri 18:4). Hətta ona qarşı çıxan Demetri adında bir gümüş ustası demişdi: «Bu Bulus nəinki Efesdə, demək olar, bütün Asiya əyalətində xeyli adamın beynini doldurub [inandırıb] ki, guya əllə düzəldilmiş allahlar, əslində, allah deyillər» (Həvarilərin işləri 19:26). Bulus təbliğdə aldığı nailiyyətləri öz qabiliyyəti sayəsində əldə etdiyini düşünürdü? Xeyr. O başa düşürdü ki, bütün bunlar «Allahın ruhunun gücü» sayəsindədir (1 Korinflilərə 2:4, 5). Bizə də Yehova Allahın müqəddəs ruhu kömək edir. Həmçinin Yehovaya güvəndiyimiz üçün əminik ki, xidmətdə anlayışla və inandırıcı tərzdə danışmağa çalışsaq, O, bizə kömək edəcək.
«Ürəyi hikmətli olan kəs»in «ağıllı» adlanması yerindədir (Məsəllər 16:21). Bəli, «anlayış öz sahibi üçün həyat çeşməsidir». Bəs ayədəki «axmaq» barədə nə demək olar? Onlar «hikmətə, tərbiyəyə xor baxar» (Məsəllər 1:7). Onlar Yehovanın tərbiyəsinə xor baxdıqları üçün, bu, nə ilə nəticələnəcək? Yuxarıda da qeyd olunduğu kimi, Süleyman demişdi: «Axmağı öz axmaqlığı cəzalandırar» (Məsəllər 16:22). Bu cür insanlar cəzalandırılaraq daha ağır tərbiyəyə məruz qalırlar. Bundan əlavə, axmaq insanlar özlərini bəla, rəzillik, xəstəlik və hətta ölümə düçar edirlər.
Süleyman peyğəmbər hikmətin bizim danışığımıza göstərdiyi təsiri vurğulayaraq yazır: «Xoş sözlər arı şanıdır, cana şirin, sümüklərə məlhəmdir» (Məsəllər 16:24). Bal şirin olduğu üçün ac insanı doydura bilər. Eynilə də xoş sözlər insanı ruhlandırır və qəlbinə təskinlik verir. Bal həmçinin faydalıdır, insanı bir çox xəstəliklərdən sağalda bilər. Eynilə, xoş sözlər insanın ruhani sağlamlığına müsbət təsir göstərir (Məsəllər 24:13, 14).
Düz hesab etdiyiniz yollardan ehtiyat edin
Süleyman peyğəmbər deyir: «Yol var ki, adama düz görünür, amma axırı ölümdür» (Məsəllər 16:25). Bu sözlər bizi Allahın qanununa zidd gedən düşüncədən və hərəkətlərdən xəbərdar edir. İnsan gözü ilə müəyyən yollar düz görünə bilər, ancaq əslində onlar Allahın Kəlamındakı saleh qanunlara zidd gedir. Bundan əlavə, Şeytan da insanı azdıra bilər, insan elə düşünə bilər ki, düz davranır, əslində isə onun getdiyi yol ölümə aparır.
*** g-E 11/13 s. 16 ***
Sizin üçün də hər gün «bayramdır»?
«Məzlumun hər günü qaradır, amma könlü şad olan üçün həmişə bayramdır» (Məsəllər 15:15).
AYƏDƏKİ sözlərin məğzi nədir? Bu sözlər insanın daxili əhval-ruhiyyəsini əks etdirir. Məzlum insanın beyni bədbin fikirlərlə doludur və bu da onun gününü «qara» edir. Könlü şad olan insan isə diqqətini müsbət şeylərə cəmləyir. Bunun sayəsində o, daxilən sevinc hissi keçirir. Buna görə demək olar ki, onun üçün sanki hər günü «bayramdır».
Hər birimizin çətinlikləri var və onlar bizim xoşbəxtliyimizi əlimizdən ala bilər. Ancaq bu çətin vaxtlarda sevincimizi qorumaq üçün bəzi şeylər edə bilərik. Gəlin görək Müqəddəs Kitabda bu barədə nə deyilir.
• Yol verməyin ki, sabahın qayğıları bu gün sizi sıxsın. İsa peyğəmbər demişdi: «Buna görə də heç vaxt sabahkı gün üçün narahat olmayın, çünki sabahkı gün özü ilə yeni qayğılar gətirəcək. Hər günün dərdi özünə bəsdir» (Mətta 6:34).
• Diqqətinizi sahib olduğunuz nemətlərə cəmləyin. Kefiniz pozulanda aldığınız nemətlərin siyahısını tutun və onların üzərində düşünün. Həmçinin keçmişdə işlətdiyiniz günahları və etdiyiniz səhvləri unutmağa çalışın. Onlardan dərs götürüb həyatınıza qaldığınız yerdən davam edin. Sürücü gözünü maşının yan güzgüsünə zilləmir, o, ora ötəri baxıb yoluna davam edir. Siz də bu cür edin. Yadda saxlayın ki, Yehova bağışlayan Allahdır (Zəbur 130:4).
• Problemləriniz sizi üstələyəndə sizə ürək-dirək verə biləcək insana ürəyinizi boşaldın. Məsəllər 12:25 ayəsində yazılıb: «Nigarançılıq ürəyi sıxar, xoş söz könlü şad edər». Bu «xoş söz»ü ailə üzvünüz, yaxud da dostunuz deyə bilər, yəni sizi «hər zaman sevən» və tənqidi, bədbin fikirli olmayan birisi (Məsəllər 17:17).
Allahın Kəlamındakı hikmətli kəlmələr çoxlarına çətin vaxtlarında həyatdan sevinc duymağa kömək edib. Qoy bu müdrik kəlamlar sizin də dadınıza yetsin.
*** w07-E 15/5 s. 18, 19 ***
«Niyyətin baş tutar»
Özümüzə vurğun olmaq səhvlərimizə bəraət qazandırmağa, pis tərəflərimizi gizlətməyə, öz qüsurumuza göz yummağa gətirib çıxara bilər Amma Yehova Allahı aldatmaq mümkün deyil. O, insanın niyyətlərini görür. İnsanın niyyəti onun hansı düşüncədə olmasıdır, düşüncə isə ürəklə bağlıdır. İnsanın niyyəti əsasən onun ürəyinin, yəni fikirlərinin və hisslərinin vəziyyətindən asılıdır. Yehova ürəyimizi araşdırıb niyyətlərimizin nə yerdə olduğunu yoxlayır və bunu qərəzsiz edir. Yaxşı olar ki, niyyətlərimizə fikir verək.
«Hər işini Yehovaya tapşır»
Nəyisə planlaşdırmaq üçün gərək ağlımızı işlədək, bu da, öz növbəsində, məcazi ürəklə əlaqəlidir. Adətən, niyyətdən sonra əməllər gəlir. Bəs yaxşı, niyyət etdiyimiz şeyləri həyata keçirə biləcəyik? Süleyman peyğəmbər demişdi: «Hər işini Yehovaya tapşır, onda niyyətin baş tutar» (Məsəllər 16:3). «İşimizi Yehovaya tapşırmaq» Ona etibar etmək, özümüzü Onun əllərinə təslim etmək, məcazi mənada yükümüzü öz çiyinlərimizdən götürüb Onun çiyinlərinə qoymaq deməkdir. Məzmurçu yazmışdı: «Yolunu Yehovaya tapşır, Ona güvən, O, sənin işini hasil edər» (Zəbur 37:5).
Amma niyyətlərimizin həyata keçməsini istəyiriksə, gərək onlar Allahın Kəlamına uyğun olsun və düzgün məqsəddən irəli gəlsin. Həmçinin Yehovadan kömək, dəstək diləməliyik və var-gücümüzlə çalışmalıyıq ki, Müqəddəs Kitabdakı məsləhətlərə riayət edək. Sınaqlar və ya çətinliklər zamanı qayğı yükümüzü Yehovaya vermək xüsusilə vacibdir, çünki O, bizə dayaq olacaq. Həqiqətən də, Yehova «heç vaxt saleh insanı yıxılmağa qoymaz» (Zəbur 55:22).
«Yehova hər şeyi Öz məqsədi üçün qurub»
İşlərimizi Yehovaya tapşırmağın daha hansı faydası var? Hikmətli padşah belə sözlər demişdi: «Yehova hər şeyi Öz məqsədi üçün qurub» (Məsəllər 16:4a). Yaradanımız Yehova niyyətlər Allahıdır. İşlərimizi Yehovaya tapşıranda həyatımız məqsədli və mənalı olacaq. Yehovanın niyyəti odur ki, yer heç vaxt dağılmasın, insanlar da əbədiyyən yaşasın (Vaiz 3:11). O, Yer kürəsini boş yerə deyil, yaşayış üçün yaradıb (Əşiya 45:18). Onun bəşəriyyətlə bağlı əzəli niyyəti də mütləq həyata keçəcək (Yaradılış 1:28). Əgər insan həyatını həqiqi Allaha həsr edərsə, onun həyatı əbədi və dolğun olacaq.
Yehova «hətta pislərin fəlakət günündə məhv olmasını da» qurub (Məsəllər 16:4b). Bu o demək deyil ki, pisləri Yehova yaradıb, çünki Onun «hər işi mükəmməl»dir (Qanunun təkrarı 32:4). O sadəcə pislərin olmasına izin verib və vaxtı çatanda Yehova Öz hökmünü icra edəcək. Məsələn, Yehova Misir fironuna belə demişdi: «Səni ona görə sağ saxladım ki, sənə gücümü göstərim və bütün dünya adımı eşitsin» (Çıxış 9:16). On bəla və fironun ordusu ilə birgə Qırmızı dənizdə batması Yehovanın misilsiz gücə malik olduğunu göstərdi.
Yehova Allah vəziyyəti elə dəyişə bilər ki, pis insanlar heç xəbərləri olmadan belə, Onun məqsədi üçün xidmət etsinlər. Məzmurçu demişdi: «İnsanın qəzəbi belə, Səni ucaldır, insan qəzəbinin son izharı ilə Özünü bəzərsən» (Zəbur 76:10). Düzdür, Yehova icazə verə bilər ki, düşmənləri Onun xidmətçilərini təqib etsin, amma bunu müəyyən dərəcəyə kimi icazə verir: yalnız Öz xalqını cəzalandırmaq və öyrətmək üçün.
Yehova Allah təvazökar xidmətçilərinə dayaq olur. Bəs qürurlu insanlara necə yanaşır? Süleyman padşah demişdi: «Ürəyi təkəbbürlü adamdan Yehova ikrah edir, bil ki, o, cəzasız qalmaz» (Məsəllər 16:5). Ola bilsin, «ürəyi təkəbbürlü» adamlar birləşib bir-birinə dəstək olur, amma əminliklə demək olar ki, onlar cəzadan qaça bilməyəcəklər. Buna görə də biliyimizdən, bacarığımızdan və məsuliyyətlərimizdən asılı olmayaraq, hər birimiz təvazökarlıq xüsusiyyətini yetişdirməliyik.
«Yehova xofu»
Dünyaya günahlı gəlirik, buna görə də səhvlər edirik (Romalılara 3:23; 5:12). Bəs pis niyyətlərdən necə qaçmaq olar? Məsəllər 16:6 ayəsində deyilir: «Məhəbbət və sədaqət günahı yuyar, Yehova xofu insanı şərdən saxlayar». Düzdür, Yehova məhəbbətindən və sədaqətindən irəli gələrək günahlarımızı bağışlayır, amma günah işləməkdən bizi Allah xofu saxlamalıdır. Biz Allaha sevgi və Onun bizə bəslədiyi məhəbbətə görə minnətdarlıqla yanaşı Onu kədərləndirmək qorxusunu da yetişdirməliyik.
Allahın misilsiz qüdrəti barədə düşünəndə Onun xofu ürəyimizdə kök salır. Yehovanın yaratdıqlarına nəzər salıb Onun gücü haqqında fikirləşin. Allahın yaratdığı xilqətə baxaraq Onun nə qədər qüdrətli olduğunu görmək Əyyuba düşüncə tərzini dəyişməyə kömək etdi (Əyyub 42:1—6). Müqəddəs Kitabdan Yehovanın Öz xalqına olan münasibəti haqqında oxuyanda və düşünəndə bu, bizə təsir etmir? Məzmurçu öz hisslərini belə ifadə etmişdi: «Gəlin, ey insanlar, Allahın işlərinə baxın! O, bəşər oğulları uğrunda necə də möhtəşəm işlər görür!» (Zəbur 66:5). Ancaq bu o demək deyil ki, biz Allahın bizə göstərdiyi məhəbbətə adi bir şey kimi yanaşmalıyıq. İsraillilər Yehovaya asi çıxanda, Onun müqəddəs ruhunu incidəndə, O da onların düşməninə çevrilirdi, onlara qarşı vuruşurdu (Əşiya 63:10). Lakin «Yehova bəndənin tutduğu yoldan razı qalarsa, hətta düşmənini də onunla barışdırar» (Məsəllər 16:7). Bəli, Yehova xofu, həqiqətən də, insanı qoruyur!
Müdrik padşah Süleyman demişdi: «Halal yolla gələn xırda gəlir haram yolla gələn böyük gəlirdən yaxşıdır» (Məsəllər 16:8). Məsəllər 15:16 ayəsində yazılıb: «Aza qane olub Yehova xofu ilə yaşamaq varlı olub səksəkə içində yaşamaqdan yaxşıdır». Əgər salehlik yolu ilə yerimək istəyiriksə, Allah xofu mütləqdir.
«İnsan ürəyində özü üçün yol qurar»
Allah insanlara iradə azadlığı verib və insan yaxşı ilə pisi ayırd edə bilər. Qərar qəbul etməzdən öncə biz müxtəlif variantları nəzərdən keçirib onlardan birini və ya bir neçəsini seçməyi bacarırıq. Süleyman peyğəmbər deyir: «İnsan ürəyində özü üçün yol qurar». Qərar verəndən sonra isə «addımlarını Yehova yönəldər» (Məsəllər 16:9). Yehova addımlarımızı yönəldə bildiyi üçün yaxşı olar ki, niyyətimizin baş tutması üçün Ona üz tutaq.
*** w14-E 1/12 s. 12, 13 ***
Anlayış hiddəti ləngidər»
Bir basketbol müəllimi qəzəbini cilovlaya bilmədiyi üçün işdən qovulur.
Uşaq istədiyi şeyi əldə etmədiyi üçün isterika qoparır.
Ana oğlu otağını yığışdırmadığı üçün onun üstünə qışqırır.
HAMIMIZ belə əsəbi insanlarla rastlaşmışıq; çox güman ki, özümüz də bəzən qəzəblənmişik. Qəzəb hissinin yaxşı bir şey olmadığını qəbul etsək də, çox vaxt əsəbiləşmək üçün əsaslı səbəblər olduğunu düşünürük, xüsusilə də haqsızlıqla qarşılaşanda. Amerika Psixologiya Assosiasiyasının dərc etdirdiyi bir məqaləyə deyilir ki, «qəzəb normal, insana fayda gətirən insani bir hissdir».
Bu cür düşüncə tərzi normal gələ bilər, xüsusilə də, həvari Bulus Allahdan ilham alaraq yazdığı sözlərə görə. O, insanın bəzən əsəbiləşə biləcəyini qəbul edərək növbəti sözləri yazmışdı: «Qəzəblənsəniz də günah işləməyin, gün batana qədər hirsli qalmayın» (Efeslilərə 4:26). Bu sözlərdən hansı nəticəyə gəlmək olar: qəzəblənib özümüzdən çıxmalıyıq, yoxsa qəzəbi cilovlamaq üçün var gücümüzlə çalışmalıyıq?
HİRSLƏNMƏK DÜZGÜN HƏRƏKƏTDİR?
Həvari Bulus əsəbiləşməklə bağlı məsləhət verəndə, çox guman ki, məzmurçunun növbəti sözlərini nəzərdə tuturdu: «Hirslənəndə günah işləməyin» (Zəbur 4:4). Bəs bu sözlərin yazılmasında məqsəd nə idi? Bulus izah edir: «Hər cür kini, hirsi, qəzəbi, qışqırığı, təhqiri, habelə zərər gətirən hər şeyi kənara qoyun» (Efeslilərə 4:31). Əslində Bulus məsihilərə qəzəblənməməyi buyurur. Maraqlıdır ki, Amerika Psixologiya Assosiasiyasının dərc etdiyi həmin məqalədə qeyd olunur: «Aparılan tədqiqatlar göstərir ki, hiddət qəzəbi daha da artırır və... problemin həllini çətinləşdirir».
Bəs görəsən, biz hirsi necə kənara qoya bilərik? Hikmətli Süleyman padşah demişdi: «Anlayış hiddəti ləngidər, günahın üstündən keçmək insanın yaraşığıdır» (Məsəllər 19:11). İnsan qəzəblənirsə, anlayış ona qəzəbi cilovlamağa necə kömək edə bilər?
ANLAYIŞ QƏZƏBİ CİLOVLAMAĞA NECƏ KÖMƏK EDƏ BİLƏR?
Anlayış vəziyyəti hərtərəfli görmək qabiliyyətidir. Anlayışa sahib olmaq vəziyyəti üzdən yox, dərindən görməyi bacarmaq deməkdir. Bəs biz qəzəblənəndə anlayış bizə necə kömək edə bilər?
Haqsızlıqla üzləşəndə əsəbiləşə bilərik. Qəzəbi cilovlamayıb kobud cavab versək, nəticədə ya özümüzə, ya da başqalarına zərər yetirəcəyik. Vaxtında alovun qarşısı alınmasa, o, bütün evi külə döndərə bilər. Eləcə də, özümüzü ələ almasaq, qəzəb adımıza ləkə gətirəcək və başqaları ilə, hətta Yehova Allahla münasibətlərimizi pozacaq. Deməli, görəndə ki, əsəbiləşirik, məsələyə dərindən baxmağa çalışmalıyıq. Belə etdikdə hisslərimizi cilovlaya biləcəyik.
Süleyman padşahın atası Davud Nabal adlı bir nəfərə görə az qala nahaq qan tökəcəkdi. Ancaq Davuda vəziyyətə başqa tərəfdən baxmağa kömək etdilər. Davudla adamları çöllükdə Nabalın qoyunlarını qoruyurdular. Nabal qoyunlarını qırxanda isə Davud ondan bir az ərzaq istədi. Nabalın cavabı isə belə oldu: «Mən çörəyimi, suyumu, qırxımçılar üçün kəsdiyim əti götürüb yeri-yurdu məlum olmayan adamlara verim?» Davud bu alçaldıcı sözləri eşidəndə 400 adam toplayıb Nabalı və onun ev əhlini məhv etməyə gedir (1 İşmuil 25:4—13).
Nabalı arvadı Abiqayil vəziyyətin nə yerdə olduğunu biləndə Davudun qabağına çıxır. Davudla adamlarını görən kimi Abiqayil onların önündə diz çöküb yerə qədər təzim etdi və dedi: «İzin ver, bu qarabaşın sənə bir söz desin, qarabaşının sözünü dinlə». Sonra o, əri Nabalın axmaq olduğunu dedi və vurğuladı ki, Davud nahaq qan töksə, peşman olacaq (1 İşmuil 25:24—31).
Abiqayilin sözləri Davuda nəyi başa düşməyə kömək etdi? Birincisi, sən demə, Nabal elə təbiətən axmaq insan imiş. İkincisi, Davud başa düşdü ki, qisas alsaydı, nahaq qan tökəcəkdi. Ola bilsin, sizi də kimsə yaman əsəbiləşdirib. Belə vəziyyətdə nə etməlisiniz? Qəzəbi cilovlamaqla bağlı bir məqalədə belə bir məsləhət verilir: «Dərindən nəfəs alın və ona kimi sayın» («Mayo Clinic»). Deməli, dayanıb bu vəziyyətin nəyə görə yaranması və axırda nəyə gətirib çıxardacağı barədə düşünün. Qoyun anlayış sizə hirsinizi cilovlamağa və ümumiyyətlə ondan azad olmağa kömək etsin (1 İşmuil 25:32—35).
Bu gün də çox adam hirsini cilovlamağı öyrənib. 23 yaşı olan Sebastyan adlı bir məhkum deyir ki, Polşada həbsdə olarkən o, Müqəddəs Kitabı araşdırmağın sayəsində hisslərini cilovlamağı öyrəndi. O bölüşür: «İlk öncə, problem barədə düşünürəm. Sonra Müqəddəs Kitab prinsipinə əməl etməyə çalışıram. Əminəm ki, Müqəddəs Kitabda olan rəhbərliyi başqa heç yerdə tapmaq olmaz».
Setsuo adlı bir nəfər də eyni cür davranır. O deyir: «İşdə məni kimsə əsəbiləşdirəndə həmişə qışqır-bağır salırdım. Müqəddəs Kitabı öyrənməyə başlayandan sonra qışqırmaq əvəzinə özümdən soruşuram: “Əslində, səhv kimdədir? Bəlkə elə mənim özümdədir?”» Bu kimi sualların üzərində düşünmək ona əsəbini cilovlamağa kömək etdi.
Düzdür, hiddət güclü hiss ola bilər, ancaq Allahın Kəlamındakı məsləhətlər bu hissdən də güclüdür. Bu məsləhətlərə əməl etsəniz və Allahdan duada kömək istəsəniz, anlayış qazanacaqsınız və bu, sizə qəzəbi cilovlamağa kömək edəcək.
*** w07-E 1/6 s. 31 ***
Oxucuların sualları
Məsəllər 22:6 ayəsində yazılan sözlər o deməkdirmi ki, düzgün tərbiyə edilmiş məsihi uşaqlar Yehovanın yolundan heç vaxt çıxmayacaqlar?
Ayədə belə yazılıb: «Uşağa düzgün yolu öyrət, qocalanda da o yoldan çıxmaz». Ağac körpə olanda ona necə forma verirsənsə, elə də böyüyür. Eynilə də uşağa düzgün tərbiyə verəndə, o Yehovaya xidmət etməyə daha çox meyilli olur. Valideynlər də yaxşı bilir ki, uşağa tərbiyə vermək üçün xeyli vaxt və səy tələb olunur. Məsihi valideynlər uşaqlarına tərbiyə verərkən onları diqqətli şəkildə öyrətməli, nəsihət etməli, dəstəkləməli, həmçinin özləri də yaxşı bir valideyn kimi uşaqlarına nümunə olmalıdırlar. Onlar bunu illər boyu, müntəzəm şəkildə və məhəbbətlə etməlidirlər.
Bu o deməkdirmi ki, uşaq Yehovaya xidmət etməkdən imtina edirsə, deməli, valideyn düzgün tərbiyə verməyib? Bəzi ailələrdə valideynlər uşaqlarına tərbiyə vermək və Yehovanın qayda-qanunlarını öyrətmək üçün yetərincə can yandırmırlar (Efeslilərə 6:4). Digər tərəfdən isə, «Məsəllər» kitabındakı ayə zəmanət vermir ki, yaxşı tərbiyə edilmiş uşaq böyüyəndə Yehovaya sadiq qalacaq. Valideynlər uşaqlarını istədikləri kimi formalaşdıra bilməzlər. Uşaqların da, böyüklər kimi, iradə azadlığı var. Onlar necə yaşamaq istədiklərinə özləri qərar verməlidirlər (Qanunun təkrarı 30:15, 16, 19). Valideynlər əllərindən gələni etsələr də, bəzi uşaqlar, «Məsəllər» kitabındakı bu ayəni yazmış Süleyman kimi, Yehovaya sadiq qalmırlar. Hətta Yehovanın da Ona sadiq qalmayan övladları olub.
Bununla belə, bu ayə demək istəmir ki, heç bir uşaq Yehovanın yolundan çıxmayacaq. Amma ümumi götürsək, nəticə ayədə deyildiyi kimi olur. Bu, valideynlər üçün böyük stimuldur! Uşaqlarını Yehovanın yolunda tərbiyə etmək üçün çəkdikləri zəhmətin gözəl bəhrələr gətirəcəyini bilmək onları ürəkləndirməlidir. Valideynlərin çox ciddi rolu var. Onların uşaqları üzərində təsiri güclü olduğundan məsuliyyətlərinə ciddi yanaşmalıdırlar (Qanunun təkrarı 6:6, 7).
Uşaqları Yehovadan uzaqlaşan valideynlər ümid edə bilərlər ki, çəkdikləri zəhmət hədər getməyəcək. Övladları nə vaxtsa Yehovaya geri dönəcək. Müqəddəs Kitabdakı həqiqət böyük gücə malikdir və valideynin tərbiyəsi hələm-hələm unudula bilməz (Zəbur 19:7).
*** w97-E 15/10 s. 32 ***
Bu zəmanədə əxlaqlı övlad böyütmək mümkündürmü?
OTTAVADA (Kanada) Vayner adına Ailə İnstitutunun əməkdaşı Robert Qlossop qeyd etmişdi: «Biz standart əxlaq normaları olmayan, müxtəlif mədəniyyətin yer aldığı çox cəncəlli bir cəmiyyətdə yaşayırıq». Bu nəyə gətirib çıxarır? «Toronto Star» qəzetinin hesabatında deyilir: «Yeniyetmə hamiləliyi, uşaq cinayəti və yeniyetmələrin intihar halları durmadan artır».
Bu problem Şimali Amerikanın sərhədlərini aşır. ABŞ-ın Rod Aylend ştatındakı Braun Universitetinin İnsan İnkişafı Mərkəzinin direktoru Bill Deymon bu problemlə bağlı Böyük Britaniyada, Avropanın müxtəlif ölkələrində, eləcə də Avstraliya, İsrail və Yaponiyada araşdırmalar aparmışdı. O bildirmişdi ki, kilsələr, məktəblər və digər qurumlar gənclərə yetərincə düzgün yol göstərmir. O düşünür ki, bizim mədəniyyətimiz «gənclərə lazımi keyfiyyətləri və bacarıqları yetişdirməyin vacib olduğunu aşılamaq anlayışını itirib». Deyman uşaqların tərbiyəsi ilə bağlı mütəxəssislərin «tərbiyə və cəza uşağın sağlamlığına mənfi təsir göstərir» sözlərinə istinad edərək bildirmişdi ki, bu, «öz bildiyini edən, itaətsiz övladlar böyütməyin reseptidir».
Zəmanəmizin gəncləri nəyə ehtiyac duyur? Onlar daima məhəbbət dolu tərbiyəyə və düzəlişə ehtiyac duyurlar. Tərbiyə verərkən hər uşağın çəmini tutmaq lazımdır. Məhəbbətlə tərbiyə vermək uşağı məntiqlə başa salmaq deməkdir. Məhz buna görə Məsəllər 8:33 ayəsində bizə məsləhət görülür ki, «tərbiyəyə qulaq asın». Amma bəzi uşaqlara söz kar eləmir. Bu cür uşaqları, tarazılığı qorumaq şərti ilə, itaətsizlik etdiklərinə görə cəzalandırmaq lazımdır (Məsəllər 17:10; 23:13, 14; 29:19). Müqəddəs Kitabın bu məsləhəti uşağı incidəcək və xəsarət yetirəcək dərəcədə qəzəblə vurmağa və ya döyməyə əsas vermir (Məsəllər 16:32). Əksinə, uşağa başa salmaq lazımdır ki, ona nəyə görə düzəliş edilir və valideyn bunu övladını sevdiyi, onun xeyrini düşündüyü üçün edir. (İbranilərə 12:6, 11 ayələrinə bax.)
Bu barədə Müqəddəs Kitaba əsaslanan praktiki məsləhətləri «Ailə xoşbəxtliyinin sirri» kitabından tapa bilərsiniz.
*** it-2-E s. 818, abz. 4 ***
Kötək, çomaq
Valideynlərin səlahiyyəti. «Kötək» sözü həmçinin valideynin övladı üzərindəki səlahiyyətini təmsil edir. «Məsəllər» kitabında valideynlərin səlahiyyətindən çox söz açılır. Bu ifadə, fiziki cəza da daxil olmaqla, təlim-tərbiyənin bütün növlərini özünə daxil edir. Valideynlər bu «kötəkdən» uşaqlarını tərbiyə etmək məqsədi ilə istifadə etməlidirlər və buna görə Allahın qarşısında məsuliyyət daşıyırlar. Əgər valideyn bu məsuliyyətini icra etməzsə, uşağını təhlükəyə atar, onun ölümünə bais olar, öz adını rüsvay edər və Allahın rəğbətini itirər (Ms 10:1; 15:20; 17:25; 19:13). «Axmaqlıq uşağın ürəyində kök salar, tərbiyə kötəyi onu uşaqdan uzaqlaşdırar», «uşaqdan tərbiyəni əsirgəmə, onu kötəkləsən, ölməz. Onu kötəklə ki, Məzardan qoruyub saxlayasan» (Ms 22:15; 23:13, 14). Çünki «oğlundan kötəyi əsirgəyən ona nifrət edir, oğlunu sevən onun tərbiyəsi ilə ciddi məşğul olar» (Ms 13:24; 19:18; 29:15; 1İş 2:27—36).
*** w09 15/10, s. 12, abz. 1, 2 ***
Oxucuların sualları
1 «Süleymanın məsəlləri»ni yazan adam bir gəncə məsləhət verərək deyir: «Əvvəlcə çöldəki işini qurtar, zəmi sal, sonra evini tik». Bir çox tərcümələrdə bu ayənin sonuncu hissəsi belə səslənir: «Sonra ailə üzvlərini möhkəmləndir». Bu ilhamlanmış məsəldə hansı fikir vurğulanır?
2 Əvvəllər bu ayə belə izah olunurdu: ailə başçısı təkcə işləməklə yox, həmçinin ailəsini möhkəmləndirməklə, yəni ruhlandırmaqla onun qayğısına qalmalıdır. O, bunu ruhani təlim verməklə edə bilər. Bu fikir Müqəddəs Kitaba əsaslanan həqiqət olsa da, görünür, ayədə əsas fikir başqadır. Bəs bunu nəyə görə belə demək olar? İki səbəbi nəzərdən keçirək.