Nəğmə 115
İlahi Kəlam yolunu uğurlu edər
(Yuşə 1:8)
1. Bəxş edib Kəlamın Allah,
Biz ondan həzz alaq.
Hər gün gəl oxuyaq pəsdən
Hey dərin düşünək.
Sən uyğun yaşasan ona
O edər himayət.
(NƏQARƏT)
Hər gün sən Kəlamı oxu
Rəbb verər bərəkət.
Hər işin bil, avand olar,
Sən alarsan hikmət.
2. Rəbb dedi: «Qanunu gərək
Hər padşah köçürsün.
Heç vaxt sapmasın qoy ondan,
Daima oxusun.
Düşməsin dilindən Qanun,
Qoy olsun tam bələd».
(NƏQARƏT)
Hər gün sən Kəlamı oxu
Rəbb verər bərəkət.
Hər işin bil, avand olar,
Sən alarsan hikmət.
3. Sülh tapar qəlbimiz bizim,
Hər gün biz oxusaq.
Ən çətin anlarda belə,
Biz ona üz tutaq.
Kök atar bəsirət bizdə
Hey etsək qiraət.
(NƏQARƏT)
Hər gün sən Kəlamı oxu
Rəbb verər bərəkət.
Hər işin bil, avand olar,
Sən alarsan hikmət.
(Həmçinin baxın: Qan. 17:18; 1 Pad. 2:3, 4; Zəb. 119:1; Ərm. 7:23.)