Nəğmə 107
Yehovanın dağına gəlin
1. Bax sən, bax o dağa
Ən uca zirvədir o.
Bu dağ Rəbbin dağıdır
Bu gün o ucalıb.
Çaytək bax axışır
Ümmətlər gəlib deyir:
«Gəlin xidmət edək biz
Var olan Allaha».
Budur vaxt yetişdi,
Kiçikdən qüdrətli xalq olur.
Rəbb verir bərəkət,
Böyüyüb, güclənirik bizlər.
Bax bu xalq əzm ilə
Tərəfin tutur Rəbbin.
Şövqlə və sədaqətlə
Haqq yolda yeriyir.
2. «Vəz et xoş müjdəni», —
Əmr etdi İsa Məsih.
Qoy şad xəbər sürətlə
Hər yanda yayılsın.
Şahdır bu gün Məsih,
Biz tabe olaq ona.
Gəl hər həlim kəsə biz
Rəbb Sözün çatdıraq.
Möhtəşəm bir sevinc —
Bax böyük izdiham hey artır!
Bil ki, var hamının
Bu işdə əvəzsiz töhfəsi.
Car çək hər kəs gəlsin
Müqəddəs dağa sarı.
Yalnız Allah layiqdir
Əbədi səcdəyə.
(Həmçinin baxın: Zəb. 43:3; 99:9; Əşy. 60:22; Həv. 16:5.)