«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
«Nikahın Yehovanın adını ucaldır?»
*** jd-E s. 125, 126, abz. 4, 5 ***
Qoy nikahın Allahın adını ucaltsın
4 B. e. ə V əsrdə Məlaki peyğəmbərin dövründə Yəhudada boşanmalar adi hal almışdı. Məlaki peyğəmbər xalqa demişdi: «Cavanlıqda evləndiyin arvadınla sənin aranda Yehova Özü şahiddir». Kişilərin xəyanətinə görə Yehovanın qurbangahından xəyanətə məruz qalmış qadınların göz yaşları, ah-zar əskik olmurdu. Azğınlaşmış kahinlər də bu insafsızlığa göz yumurdular! (Məlaki 2:13, 14).
5 Yehova Məlaki peyğəmbərin dövründə yaşanan bu acınacaqlı vəziyyətə necə yanaşırdı? Peyğəmbər yazmışdı: «Mən boşanmaya nifrət edirəm, — deyir İsrailin Allahı Yehova». O, həmçinin qeyd etmişdi ki, Yehova dəyişmir (Məlaki 2:16; 3:6). Buradan hansı nəticəyə gələ bilərik? Yehova Allah ta başlanğıcdan boşanmanın əleyhinə olub (Yaradılış 2:18, 24). Məlakinin günlərində də bu belə idi. Yehovanın boşanmaya münasibəti bu gün də eynidir. Bəzi insanlar sadəcə həyat yoldaşlarını artıq bəyənmədikləri üçün boşanmaq istəyirlər. Onların ürəkləri xaindir, amma Yehova ürəkləri araşdırır (Ərəmya 17:9, 10). İnsan boşanmaya bəraət qazandırmağa çalışsa da, Yehova boşanmanın arxasında duran hər bir niyyət və hiylədən agahdır. Bəli, «hər şey apaçıq Onun gözü önündədir. Biz Ona cavab verəcəyik» (İbranilərə 4:13).