«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
*** nwtsty-E Mt 3:1, 2 ayələri üçün əlavə izahat ***
Təbliğ: Bu yunan sözü əsasən «carçı qismində bəyan etmək» mənasını daşıyır. Bəyan etməyin üsulunu vurğulayır, yəni burada müəyyən bir qrupa vəz etməkdən yox, açıq-aşkar car çəkməkdən söhbət gedir.
Padşahlıq: Yunan sözü basileya həm padşah tərəfindən idarə olunan hökuməti, həm də padşahın hakimiyyəti altında olan ərazini və ona tabe olan xalqları bildirir. Bu söz birinci dəfə burada işlənir. Bütün İncildə cəmi 162 dəfə yazılıb, onun da 55 dəfəsinə Məttanın yazdığı müjdədə rast gəlinir. Mətta əksər hallarda bu sözü Allahın səmavi hakimiyyətinə aid işlədib. Mətta bu sözü elə tez-tez yazıb ki, onun yazdığı müjdəni Padşahlıq müjdəsi adlandırmaq olar.
Səmavi Padşahlıq: Bu ifadə təxminən 30 dəfə və yalnız Məttanın yazdığı müjdədə işlənir. Markın, Lukanın yazıdığı müjdələrdə Allahın Padşahlığı ifadəsi işlənir. Bu da onu göstərir ki, Allahın Padşahlığı ruhani göydə yerləşir və oradan idarə edir (Mt 21:43; Mr 1:15; Lk 4:43; Dn 2:44; 2Tm 4:18).
Yaxınlaşır: yəni səmavi Padşahlığın gələcək hökmdarı zühur etmək üzrə idi.
*** nwtsty-E media ***
Vəftizçi Yəhyanın geyimi və görünüşü
Yəhya dəvə yunundan toxunmuş paltar geyir, belinə dəri qurşaq bağlayırdı. Qurşaqda balaca əşyalar qoymaq olurdu. İlyas peyğəmbər də bu cür paltar geyirdi (2Pd 1:8). Dəvə yunundan olan parçalar cod olurdu və belə paltarları əsasən kasıblar geyirdi. Varlılar isə ipək və ya kətandan tikilmiş zərif libaslar geyirdilər (Mt 11:7—9). Doğulandan bəri nəziri olduğu üçün Yəhyanın saçına heç vaxt kəsilməmişdi. Onun geyimindən, görünüşündən sadə yaşayışı, həyatını büsbütün Allaha həsr etdiyi dərhal aydın görünürdü.
Çəyirtkə
Müqəddəs Kitabda istifadə olunan «çəyirtkə» sözü çəyirtkələrin qısa bığcıqları olan bütün növlərinə, xüsusilə də böyük sürü şəklində uçan növlərinə aid işlənir Yerusəlimdə aparılan bir araşdırmaya əsasən müəyyən olunub ki, səhra çəyirtkələri 75 faiz proteindən ibarətdir. Hazırda çəyirtkədən qida kimi istifadə olunduqda başı, ayaqları, qanadları və qarın hissəsi atılır. Qalan hissəsi çiy yaxud bişmiş halda yeyilir. Zülalla zəngin olan bu cücülər krevet yaxud yengəc dadı verirlər.
Çöl balı
Şəkildə vəhşi bal arılarının düzəltdiyi pətək (1) və balla dolu olan şan (2) təsvir olunub. Yəhyanın yediyi bal, ola bilsin ki, Apis mellifera syriaca kimi tanınan, həmin ərazidə yaşayan vəhşi bal arılarının hazırladığı bal idi. Yəhuda çöllüyünün isti, quru iqliminə çox yaxşı uyğunlaşmış aqressiv təbiətli bu arıları əhliləşdirmək olmur. Lakin artıq eramızdan əvvəl doqquzuncu əsrdən İsraildə yaşayan insanlar bal arılarını silindirşəkilli gil qablarda saxlayırdılar. İordan vadisində yerləşən qədim şəhərin mərkəzi hissəsində (hazırda Tel Rehob kimi tanınır) aparılan qazıntı işləri zamanı çoxlu belə pətək aşkara çıxmışdır. Bu pətəklərdəki bal indiki Türkiyənin ərazisindən gətirilən arı növlərinin balı idi.
*** nwtsty-E Mt 1:3 ayəsi üçün əlavə izahat ***
Tamar: Məsihin nəsil şəcərəsində Məttanın adını çəkdiyi beş qadından birincisi. O biri qadınlar başqa xalqdan olan Rahab və Rut (5-ci ayə), həmçinin Uryayın arvadı Badsəba (6-cı ayə) və Məryəm (16-cı ayə) idi. Məsihin nəsil şəcərəsində əsas etibarilə yalnız kişilərin adı çəkilib. Bu qadınların yalnız kişilərin adı çəkilən nəsil şəcərəsində qeyd olunmasına səbəb yəqin o olmuşdur ki, onlar qeyri-adi şəkildə Məsihin ulu nənəsi olmuşlar.
*** nwtsty-E Mt 3:11 ayəsi üçün əlavə izahat ***
Vəftiz edirəm: Yaxud «suya batırıram». Yunan sözü baptizo «(suya) batırmaq», «baş vurmaq» deməkdir. Müqəddəs Kitabdakı digər ayələrdən aydın olur ki, vəftiz tam olaraq suya batırılmaq deməkdir. Məsələn, Yəhya İordan vadisində, Salimin yaxınlığında vəftiz edirdi, «çünki orada su bol idi» (Yh 3:23). Filip həbəşistanlı məmuru vəftiz etmək istəyəndə onların hər ikisi suya girmişdilər (Hv 8:38). Nemanın yeddi dəfə İordana baş vurduğu yazılan 2Pd 5:14 ayəsində Septuagintada eyni yunan sözü işlədilib.
*** nwtsty-E Mt 5:3 ayəsi üçün əlavə izahat ***
Xoşbəxtdir: Sadəcə günü xoş keçmək, qayğısız, şən olmaq nəzərdə tutulmur. İnsana aid işləndikdə Allahın mübarək qıldığı və razı qaldığı adamın əhvalı nəzərdə tutulur. Bu söz həm də Allaha və səmavi calalında olan İsaya aid işlənir (1Ti 1:11; 6:15).
Allaha ehtiyacı olduğunu dərk edənlər: Dərk edənlər kimi tərcümə olunan yunan ifadəsi hərfən «yoxsul», «ehtiyac içində olan», «dilənçi» deməkdir. Bu kontekstdə həmin söz ehtiyacı olan və bu ehtiyacını aydın şəkildə dərk edən adamlar barədə işlənir. Lk 16:20, 22 ayələrində «dilənçi» İlazərdən danışılanda da bu söz işlənir. Bəzi tərcümələrdə «ruhən yoxsul» kimi tərcümə edilən yunan sözü ruhani cəhətdən yoxsul olduğunu və Allaha ehtiyacı olduğunu kəskin surətdə hiss edən adam mənasını daşıyır.
*** nwtsty-E Mt 5:7 ayəsi üçün əlavə izahat ***
Rəhmdillilər: Müqəddəs Kitabda «rəhmdilli» və «mərhəmət» kimi tərcümə olunan sözlər sadəcə bağışlamaq, yaxud hökmü yüngülləşdirmək mənaları ilə məhdudlaşmır. Çox vaxt köməyə ehtiyacı olanlara ürəyi yanıb kömək etmək mənasını daşıyır.
*** nwtsty-E Mt 5:9 ayəsi üçün əlavə izahat ***
Sülhpərvərlər: Sadəcə sülhü qoruyan adamlar yox, sülh olmayan yerdə sülh yaradan adamlardır.
*** w07-E 1/12 s. 17, abz. 2 ***
Övladınızı sülhpərvər böyüdün
Övladlarına sülhə can atmağı aşılamaq məsihi valideynlərin arzusudur (1 Butrus 3:11). Sülhpərvərliyin gətirdiyi xoşbəxtliyi dadmaq üçün şübhə, məyusluq və ədavət kimi hisslərlə mübarizə aparmağa dəyər.
Hikmət xəzinəsindən incilər
*** nwtsty-E Mt 4:9 ayəsi üçün əlavə izahat ***
Səcdə qılsan: Burada işlənən yunan sözünü «ibadət etmək» kimi də tərcümə etmək olar. Lakin bu söz burada felin elə formasındadır ki, ani baş verən hərəkəti bildirir. Sözün «səcdə qıl» kimi tərcümə olunması onu göstərir ki, İblis İsadan ona həmişə ibadət etməsini yox, bir dəfə səcdə qılmasını istəmişdi.
*** nwtsty-E Mt 4:23 ayəsi üçün əlavə izahat ***
Vəz edir... təbliğ edir: Vəz etmək təbliğ etməkdən fərqlənir. Vəz edən təbliğçidən fərqli olaraq, təlim verir, izah edir, inandırıcı dəlillər və sübutlar gətirir.
*** nwtsty-E Mt 6:24 ayəsi üçün əlavə izahat ***
Qulluq etmək: Yunan sözü yalnız bir ağaya məxsus olan qul kimi işləmək mənasını verir. İsa burada deyir ki, məsihi mal-dövlət dalınca qaça-qaça Allaha layiq olduğu sədaqəti göstərə bilməz.
*** nwtsty-E Mt 6:33 ayəsi üçün əlavə izahat ***
Salehliyi: Allahın tələb etdiyi salehliyi üstün tutanlar can-dildən Allahın iradəsini yerinə yetirir və Onun xeyirlə şərə dair normalarına riayət edir. Bu təlim fərisilərin təlimi ilə tam bir təzad təşkil edirdi. Fərisilər həmişə özlərinin salehliyə dair normalarını təsis etməyə çalışırdılar (Mt 5:20).
Padşahlıq: Bəzi qədim yunan əlyazmalarında «Allahın Padşahlığı».
Üstün tutun: Yunan dilində bu felin forması davamedici hərəkəti bildirir və «həmişə üstün tutun» kimi də tərcümə edilə bilər. İsanın davamçısı olan adam Padşahlığı bir müddət üstün tutub sonra başqa şeylərə diqqətini cəmləməz. Əksinə, o, həmişə Padşahlığa həyatında əsas yeri ayırar.
*** nwtsty-E Mt 7:28, 29 ayələri üçün əlavə izahat ***
Onun necə vəz etdiyinə: Bu ifadə İsanın necə öyrətdiyinə, onun təlim üsullarına, o cümlədən, öyrətdiyi təlimlərə, yəni vəzində söylədiyi fikirlərə aiddir.
Heyran qaldı: Burada işlənən yunan sözü «heyrətdən ağzı açıq qalmaq» mənasını verir. Felin davamedici formada olması isə onu göstərir ki, İsanın sözləri camaatın zehninə uzun müddətə həkk olundu.
Onların mirzələri kimi yox: Mötəbər mənbə kimi nüfuzlu ravvinlərdən sitat gətirən mirzələrdən fərqli olaraq, İsa Yehovanın nümayəndəsi kimi, ixtiyar sahibi kimi danışır, təlimlərini Allahın Kəlamına əsaslandırırdı (Yh 7:16).
*** nwtsty-E Mt 8:3 ayəsi üçün əlavə izahat ***
Ona toxundu: Tövratdakı qanuna görə cüzam xəstələri başqalarını da yoluxdurmamaq üçün hamıdan təcrid olunmalı idilər (Lv 13:45, 46; Sy 5:1—4). Lakin yəhudi din rəhbərləri özlərindən əlavə qaydalar icad etmişdilər. Məsələn, heç kəs cüzamlıya təxminən 1,8 metrdən yaxın getməməli idi. Küləkli havada isə təxminən 45 metr aralı gəzməli idilər. Bu cür qaydalar ona gətirib çıxardı ki, hamı cüzamlılarla rəhmsizcəsinə rəftar etməyə başladı. Məsələn, bir rəvayətdə deyilir ki, bir ravvin cüzamlılardan gizlənirdi, o biri isə cüzamlıları yaxına buraxmamaq üçün onlara daş atırdı. Maraqlısı budur ki, rəvayətdə həmin ravvinlər haqda müsbət tonda danışılır. Ancaq İsa tamam fərqli davrandı. Onun cüzamlının halına ürəyi elə yandı ki, başqa yəhudilərin ağlasığmaz hesab etdiyi bir hərəkəti etdi, həmin adama toxundu. Baxmayaraq ki, İsa bir kəlmə sözlə də onu sağalda bilərdi (Mt 8:5—12).
İstəyirəm: İsa sadəcə xahişi qəbul etmədi, həm də bunu yerinə yetirməyi istədiyini söylədi və bununla da göstərdi ki, onu sadəcə borc hissindən irəli gələrək sağaltmır.
*** nwtsty-E Mt 9:10 ayəsi üçün əlavə izahat ***
Süfrə başında əyləşərkən: Kiminləsə süfrə başında əyləşmək həmin adamla yaxın münasibəti bildirirdi. Beləliklə, İsanın günlərində yəhudilər adətən qeyri-yəhudilərlə bir süfrəyə oturmaz, onlarla çörək kəsməzdilər.
Vergiyığan: Bir çox yəhudilər Roma hökuməti üçün vergi yığırdılar. Xalq bu yəhudilərə nifrət edirdi. Yad hökumətə işləməkləri bir yana qalsın, üstəlik, hökumətin qoyduğu vergidən artığını alıb camaatı soyurdular. Yəhudilər vergiyığanlardan uzaq dururdular, onları günahkarlar və fahişələrlə eyni gözdə görürdülər (Mt 11:19; 21:32).
*** nwtsty-E Mt 9:36 ayəsi üçün əlavə izahat
Halına acıdı: Yunanca splaxnizomay. Bu fel bağırsaq (splaxna) sözü ilə eyniköklü sözdür və dərin hiss və həyəcanı bildirir. Bu, şəfqət hissini bildirmək üçün yunan dilində olan ən güclü sözlərdən biridir.
*** nwtsty-E Mt 10:29, 30 ayələri üçün əlavə izahat ***
Sərçə: Yunanca stravtion kiçiltmə formasındadır və istənilən kiçik quşu bildirir. Lakin çox vaxt yeməli quşlardan ən ucuz quş olan sərçəni bildirir.
Bir qara qəpiyə: Hərfən assarion. 45 dəqiqəlik işin əvəzində verilən zəhməthaqqı (B14 əlavəsinə bax). Bu dəfə, Cəliləyə üçüncü dəfə gedərkən İsa demişdi ki, iki sərçə bir assarionadır. Başqa bir dəfə, təxminən bir il sonra Yəhudeyada xidmət edərkən İsa demişdi ki, iki assariona beş sərçə almaq olar (Lk 12:6). Bunları müqayisə edəndə aydın olur ki, sərçələr alverçilər üçün elə əhəmiyyətsiz idilər ki, beşincini havayı verirdilər.
Sizin isə başınızdakı tüklər belə, bir-bir sayılıb: Deyilənə görə, başda orta hesabla 100 000-dən çox tük olur. Yehovanın bu cür xırda şeyləri də bilməsi Onun Məsihin hər bir davamçısı ilə yaxından maraqlandığına zəmanət verir.
*** nwtsty-E media ***
Sərçə
Sərçə yeməli quşlardan ən ucuzu idi. 45 dəqiqəlik işin zəhməthaqqısına iki sərçə almaq olardı. Sərçə kimi tərcümə olunan yunan sözü istənilən balaca quşa aid, o cümlədən hələ də İsraildə çox olan ev sərçəsinə (Passer domesticus biblicus) və ispan sərçəsinə aid işlənə bilər.
*** nwtsty-E Mt 11:28 ayəsi üçün əlavə izahat ***
Yükü ağır olanlar: İsanın yanına dəvət etdiyi kəslər qayğılarla yüklənən zəhmətkeş adamlar idi. İnsanların Tövratdakı qanunlardan əlavə uydurduğu qayda-qanunlar ucbatından bu adamlar üçün Yehovaya ibadət etmək yükə çevrilmişdi (Mt 23:4). Hətta istirahət üçün nəzərdə tutulan Şənbə də ağır bir yük olmuşdu (Çx 23:12; Mr 2:23—28; Lk 6:1—11).
Mən sizə təravət verəcəyəm: Yunancadan təravət kimi tərcümə olunan söz həm istirahəti (Mt 26:45; Mr 6:31), həm də güc toplamaq üçün ağır işdən sonra dincəlməyi bildirir (2Kr 7:13; Fm 7). Kontekst göstərir ki, İsanın boyunduruğunu götürmək (Mt 11:29) istirahət yox, xidmət etmək deməkdir. Burada işlənən yunan feli məlum növdədir, hərəkətin icraçısı isə İsadır. Deməli, İsa yorğunlara güc verəcək ki, onlarda İsanın rahat və yüngül boyunduruğunu götürmək istəyi oyansın.
*** nwtsty-E Mt 11:29 ayəsi üçün əlavə izahat ***
Boyunduruğumu üzərinizə götürün: İsa «boyunduruq» sözünü məcazi mənada, hakimiyyətə və göstərişə tabe olmaq mənasında işlədirdi. Əgər o, ikitərəfli boyunduruğu, yəni Allahın onun üzərinə qoyduğu boyunduruğu nəzərdə tuturdusa, deməli, şagirdlərini onunla eyni boyunduruq altına girməyə səsləyirdi ki, onlara kömək etsin. Belə olan halda bu ifadə bu cür tərcümə oluna bilər: «Mənimlə birgə boyunduruğumun altına girin». Yox əgər özünün başqalarının üzərinə qoyduğu boyunduruqdan danışırdısa, o zaman onları bir şagird kimi, hakimiyyətinə və göstərişinə tabe olmağa səsləyirdi.