Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w16 oktyabr s. 31—32
  • Bilirsiniz?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bilirsiniz?
  • Gözətçi qülləsi 2016
  • Oxşar material
  • Buğda və alaq otu məsəli
    Məsihi həyatı və ibadəti iş dəftəri 2018
  • ‘Salehlər günəş kimi parlayacaqlar’
    Gözətçi qülləsi 2010
  • «Öz müdafiəm üçün bir neçə kəlmə söz demək istəyirəm»
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • Dövlət nümayəndələri qarşısında müjdəni müdafiə edin
    Gözətçi qülləsi 2016
Əlavə
Gözətçi qülləsi 2016
w16 oktyabr s. 31—32
Bir kişi başqa adamın sahəsinə alaq toxumu səpir

Bilirsiniz?

Qədimdə kiminsə başqasının tarlasına alaq toxumu səpməsi nə dərəcədə realdır?

İmperator Yustinianın «Diqestlər»inin sürəti (1468-ci il)

İmperator Yustinianın «Diqestlər»inin surəti (1468-ci il). Bu sənəd qədim dövrün hüquqi məsələlərinin təfsilatlarını təsvir edən çoxsaylı sənədlərdən yalnız biridir

MƏTTA 13:24—26 ayələrinə əsasən İsa Məsih demişdi: «Səmavi Padşahlıq öz tarlasında yaxşı toxum əkmiş adama bənzəyir. Adamlar yatanda onun düşməni gəldi, buğdanın arasına alaq toxumu səpib getdi. Buğda cücərib sünbül gətirəndə alaq otları da çıxdı». Bəzi yazıçılar bu misaldakı hadisənin reallıqdan uzaq olduğunu iddia edirlər, amma qədim Romaya aid rəsmi sənədlər bu kimi halların doğruluğunu sübut edir.

Bir Müqəddəs Kitab lüğətində yazılıb: «Qisas məqsədilə kiminsə tarlasına alaq otu səpmək Roma qanunlarına görə cinayət sayılırdı. Bu cür hallarla bağlı qanunun tərtib edilməsi göstərir ki, bu hal Romada geniş yayılmışdı». Hüquqşünas alim Alester Ker qeyd etmişdi ki, eramızın 533-cü ilində Roma imperatoru Yustinian özünün «Diqestlər» adlı əsərini, yəni Roma qanunlarının və Roma «klassik» hüquqşünaslarının əsərlərindən parçaların toplusunu çap etdirmişdi (təxminən b. e. 100—250-ci illəri). Bu əsərə əsasən («Diqestlər» 9.2.27.14), hüquqşünas Ulpian ikinci əsrdə fəaliyyət göstərən Roma dövlət məmuru Selsin baxdığı bir iş barədə yazmışdı. Orada qeyd olunur ki, bir nəfər başqasının tarlasına alaq toxumu səpir və nəticədə bütün məhsul tələf olur. «Diqestlər»də torpaq sahibinin və ya icarəçisinin hüquqlarından söhbət açılır və deyilir ki, onun cinayətkardan zərərin qarşılığını tələb etmək hüququ var idi.

Roma İmperiyasında bu cür cinayət hallarının olması sübut edir ki, İsanın çəkdiyi məsəldəki hadisə reallığa uyğundur.

Roma dövləti birinci əsrdə yəhudilərə Yəhudiyyə üzərində nə dərəcədə geniş səlahiyyət vermişdi?

BİRİNCİ əsrdə Yəhudiyyə Roma müstəmləkəsi idi. Yəhudiyyəni tabeliyində orduları olan Roma məmurları idarə edirdi. Onların əsas vəzifəsi vergiləri yığmaq və ərazidə asayişi qorumaq idi. Roma məmurlarının səlahiyyətinə qanuna zidd hərəkatları yatızdırmaq və qanunu pozan kəsləri cəzalandırmaq daxil idi. Amma Roma dövləti gündəlik məsələlərlə bağlı idarəçiliyi yerli hakimlərə tapşırmışdı.

Yəhudi Sinedrionun məhkəmə dinləməsi

Sinedrionun məhkəmə dinləməsi

Yəhudi qanunları ilə bağlı məsələlərə yəhudi ali məhkəməsi və rəhbərlik şurası qismində fəaliyyət göstərən Sinedrion baxırdı. Bütün Yəhudiyyədə aşağı instansiya məhkəmələri fəaliyyət göstərirdi. Cinayət və vətəndaş işlərinin əksəriyyətinə Roma dövləti yox, bilavasitə bu məhkəmələr baxırdı. Yəhudi məhkəmələrinin bir şeyə, cinayətkara ölüm cəzası kəsməyə səlahiyyəti çatmırdı. Bu qərarı əsasən Roma məmurları verirdi. Amma istisna hallar olurdu, misal kimi bizə yaxşı tanış olan hadisəni, Sinedrion üzvlərinin Stefana məhkəmə qurmasını və onu daşqalaq etdirib öldürməsini çəkmək olar (Həv. 6:8—15; 7:54—60).

Sinedriona geniş səlahiyyət verilmişdi. Ancaq Emil Şürer adlı bir alimin sözlərinə əsasən, Roma məmurları istədiyi vaxt müəyyən işə, məsələn, dövlət səviyyəsində olan işlərə birbaşa müdaxilə edirdilər. Bu cür hallardan biri sərkərdə Klavdi Lisinin vəzifədə olduğu vaxt baş vermişdi. O, Roma vətəndaşı həvari Bulusu həbs etmişdi (Həv. 23:26—30).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş