NƏĞMƏ 70
Layiqli adamları axtaraq
Çap versiyası
1. Məsih öyrətdi müjdəni yaymağı,
Bizə göstərdi yöndəmin.
«Girsəniz hansı şəhərə və kəndə,
Tapın siz layiqli adamı.
Dilə sən sülhü getdiyin o evə,
Layiqli olana sülh olsun.
Kim üz döndərib, rədd etsə müjdəni,
Qoy sülhün özünə qayıtsın».
2. Sizə hay verən Məsihə hay verər,
Qəlbi açmağa Rəbb qadir.
Həyat yolunda yerimək istəyi
Onları xidmətə sövq edir.
Təbliğ edəndə düşmə heç təlaşa,
Rəbb təpər verəcək dilinə.
Olsa rəftarın hörmətcil və nəcib,
Xoş təsir bağışlar insana.
(Həmçinin baxın: Həv. 13:48; 16:14; Kol. 4:6.)