Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwbr19 sentyabr s. 1—16
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr 2019
  • Başlıqlar
  • 2—8 SENTYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | İBRANİLƏRƏ 7, 8
  • «Məliksadiq timsallı əbədi kahin»
  • it-2-E s. 366
  • Məliksadiq
  • it-2-E s. 367, abz. 4
  • Məliksadiq
  • Hansı mənada Məliksadiqin həyatının nə başlanğıcı, nə də sonu bəlli deyil?
  • it-2-E s. 366
  • Məliksadiq
  • it-1-E s. 1113, abz. 4, 5
  • Məsihin kahinliyi Harunun kahinliyindən nədə üstündür?
  • Hikmət xəzinəsindən incilər
  • w00 1/11 s. 8, abz. 11
  • Vaxtı ilə Allaha məqbul olan qurbanlar
  • it-1-E s. 523, abz. 5
  • Əhd
  • Qanun əhdi necə köhnəldi?
  • Müqəddəs Kitab qiraəti
  • SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN
  • it-1-E s. 524, abz. 3—5
  • Əhd
  • 9—15 SENTYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | İBRANİLƏRƏ 9, 10
  • «Gələcək nemətlərin kölgəsi»
  • it-1-E s. 862, abz. 1
  • Əfv
  • cf s. 183, abz. 4
  • «Bundan sonra da ardımca gəl»
  • it-2-E s. 602, 603
  • Kamillik
  • Hikmət xəzinəsindən incilər
  • w92-E 1/3 s. 31, abz. 4—6
  • Oxucuların sualları
  • it-1-E s. 249, 250
  • Vəftiz
  • Müqəddəs Kitab qiraəti
  • 16—22 SENTYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | İBRANİLƏRƏ 11
  • «İmanın vacibliyi»
  • w16.10 s. 27, abz. 6
  • Yehova Allahın vədlərinə iman edin
  • w13-E 1/11 s. 11, abz. 2—5
  • Onu cidd-cəhdlə axtaranlara mükafat verir
  • w16.10 s. 23, abz. 10, 11
  • Ümid etdiyiniz şeylərin mütləq yerinə yetəcəyinə imanınızı möhkəmləndirin
  • Hikmət xəzinəsindən incilər
  • it-1-E s. 804, abz. 5
  • İman
  • wp17.1 s. 12, 13
  • O, Allahın razılığını qazandı
  • Müqəddəs Kitab qiraəti
  • 23—29 SENTYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | İBRANİLƏRƏ 12, 13
  • «Yehova sevdiyini tərbiyə edir»
  • w12 15/3 s. 29, abz. 18
  • w12-E 1/7 s. 21, abz. 3
  • «Dua edəndə deyin: “Ata”»
  • w18.03 s. 32, abz. 18
  • «Tərbiyəyə qulaq asın, ağıllı olun»
  • it-1-E s. 629
  • Tərbiyə
  • Hikmət xəzinəsindən incilər
  • w11 15/9 s. 17, abz. 11
  • Yarışda dözümlə qaç
  • w89-E 15/12 s. 22, abz. 10
  • Yehovanı razı salan qurbanlar gətirin
  • Müqəddəs Kitab qiraəti
  • 30 SENTYABR — 6 OKTYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YAQUB 1, 2
  • «Günaha və ölümə aparan yol»
  • g17.4 s. 14
  • Tamah və nəfs
  • MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?
  • g17.4 s. 14
  • Tamah və nəfs
  • Hikmət xəzinəsindən incilər
  • it-2-E s. 253, 254
  • İşıq
  • it-2-E s. 222, abz. 4
  • Qanun
  • Müqəddəs Kitab qiraəti
  • MƏSİHİ HƏYATI
  • AİLƏLƏRƏ KÖMƏK | VALİDEYNLƏR
  • Övladınızla sekstinq barədə danışın
  • PROBLEM
  • SƏBƏBLƏR
  • NƏ EDƏ BİLƏRSİNİZ?
  • [Haşiyə]
  • [5-ci səhifədəki çərçivə]
  • ƏSAS AYƏLƏR
  • [5-ci səhifədəki çərçivə]
  • TƏKLİF
«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr 2019
mwbr19 sentyabr s. 1—16

«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

2—8 SENTYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | İBRANİLƏRƏ 7, 8

«Məliksadiq timsallı əbədi kahin»

(İbranilərə 7:1, 2) Allah-Taalanın kahini Səlim padşahı Məliksadiq padşahlar üzərində zəfər çalmış İbrahimin qarşısına çıxdı və ona xeyir-dua verdi. İbrahim də ona hər şeyin onda birini verdi. O, əvvəla «salehlik Padşahıdır» (adının mənasına görə), sonra Səlim padşahı, yəni «sülh Padşahıdır».

it-2-E s. 366

Məliksadiq

Qədim Səlim şəhərinin padşahı və Allah-Taala Yehovanın kahini (Yr 14:18, 22). Müqəddəs Yazılarda adı çəkilən ilk kahindir və bu vəzifəni b. e. ə. 1933-cü ildən bir qədər əvvəl tutmuşdu. Mənası «sülh» olan Səlim şəhərinin padşahı Məliksadiqi həvari Bulus «sülh Padşahı», adının mənasına görə isə «salehlik Padşahı» adlandırmışdı (İb 7:1, 2). Belə hesab olunur ki, qədim Səlim sonrakı Yerusəlim şəhərinin özəyi olub; adı Yerusəlim adının tərkib hissəsidir, həmçinin Müqəddəs Kitabda Yerusəlim şəhəri bəzən Səlim də adlanır (Zb 76:2).

İbram (İbrahim) Kədirluməri və onun müttəfiqlərini məğlub edəndən sonra Şəvaya, yəni Padşah dərəsinə gəldi. Orada Məliksadiq «çörək və şərab gətirdi» və İbrahimə xeyir-dua verdi: «Yeri-göyü yaradan Allah-Taala İbramı mübarək qılsın. Düşmənlərini sənə təslim edən Allah-Taalaya alqış olsun!» Onda İbrahim padşah və kahin olan bu adama hər şeyin, yəni müttəfiq padşahlarla müharibədə ələ keçirdiyi qənimətin ən yaxşı hissəsinin onda birini verdi (Yr 14:17—20; İb 7:4).

(İbranilərə 7:3) Ata-anasının kim olduğu, əsli-nəcabəti bilinmir. Həyatının nə başlanğıcı, nə sonu bəllidir. Allahın Oğluna bənzədildiyi üçün o, əbədi kahin olaraq qalır.

it-2-E s. 367, abz. 4

Məliksadiq

Hansı mənada Məliksadiqin həyatının nə başlanğıcı, nə də sonu bəlli deyil?

Bulus Məliksadiqlə bağlı vacib bir məqamı vurğulayaraq demişdi: «Ata-anasının kim olduğu, əsli-nəcabəti bilinmir. Həyatının nə başlanğıcı, nə sonu bəllidir. Allahın Oğluna bənzədildiyi üçün o, əbədi kahin olaraq qalır» (İb 7:3). Məliksadiq başqa insanlar kimi doğulmuş və ölmüşdü. Lakin Müqəddəs Kitabda onun ata-anasının adı yazılmayıb, əsil-nəcabəti, sonrakı nəsli barədə heç bir məlumat yoxdur. Müqəddəs Kitabda onun həyatının başlanğıcı və sonu barədə də heç nə yazılmayıb. Beləliklə, Məliksadiq kahinliyinin sonu olmayan İsa Məsihin çox gözəl timsalıdır. Məliksadiqin kahinlikdə sələfi və xələfi barədə yazılı məlumat olmadığı kimi, Məsihi də özünə bənzər kahin əvəz etmədi və Müqəddəs Kitaba əsasən, etməyəcək də. Üstəlik, İsa Yəhuda qəbiləsində və padşah Davudun nəslində doğulsa da, nə onun kahinliyi, nə də eyni vaxtda kahin və padşah vəzifəsini daşıması törədiyi nəsillə əlaqəli idi. O bu vəzifələri Yehovanın ona içdiyi anda görə almışdı.

(İbranilərə 7:17) Çünki Müqəddəs Yazılarda onun haqqında deyilir: «Sən Məliksadiq timsallı əbədi kahinsən».

it-2-E s. 366

Məliksadiq

Məsihin kahinliyinin timsalı. Məsihlə bağlı bir mühüm peyğəmbərlikdə Yehova Davudun «ağasına» and içib deyir: «Sən Məliksadiq timsallı əbədi kahinsən» (Zb 110:1, 4). Bu məzmur ibranilərə əsas verirdi ki, vəd olunmuş Məsihin eyni zamanda həm kahin, həm də padşah olacağını fikirləşsinlər. Həvari Bulus ibranilərə yazdığı məktubda xəbər verilən şəxsin kimliyi ilə bağlı yarana biləcək bütün şübhələri aradan qaldırdı: İsanın «Məliksadiq timsallı əbədi baş kahin» olduğunu dedi (İb 6:20; 5:10).

it-1-E s. 1113, abz. 4, 5

Məsihin kahinliyi Harunun kahinliyindən nədə üstündür?

Məsihin baş kahinliyinin aliliyi həm də ondadır ki, yəhudi kahinlərinin əcdadı olan Lavi, mahiyyət etibarilə, Məliksadiqə ondabir vermişdi, çünki İbrahim Səlimin padşahına və kahininə ondabir verəndə Lavi İbrahimin belində idi. Üstəlik, həmin mənada Məliksadiq Laviyə xeyir-dua vermişdi və qaydaya görə böyük kiçiyə xeyir-dua verir (İb 7:4—10). Həvari həmçinin qeyd edir ki, Məliksadiqin «ata-anasının kim olduğu, əsli-nəcabəti blinmir. Həyatının nə başlanğıcı, nə sonu bəllidir». Və bunun məhvolunmaz həyat üçün dirilən İsa Məsihin əbədi kahinliyinin timsalı olduğunu vurğulayır (İb 7:3, 15—17).

Buna baxmayaraq, Məsih kahinliyi Harunun nəslindən gəldiyi üçün almasa da, onun bu vəzifədə sələfi və xələfi olmasa da, Harunun baş kahinliyinin təmsil etdiyi hər şeyi yerinə yetirir. Həvari bunu aydın şəkildə göstərmişdi: səhrada qurulmuş müqəddəs çadırın insan əlinin deyil, Yehovanın qurduğu həqiqi çadırın nümunəsi olduğunu, lavili kahinlərin icra etdiyi müqəddəs xidmətin səmavi şeylərin timsalı və kölgəsi olduğunu demişdi (İb 8:1—6; 9:11). O izah etmişdi ki, İsa Məsih heyvan qurbanlarını deyil, öz kamil bədənini təqdim etmişdi, bununla da heyvan qurbanlarını ləğv etmişdi. Sonra İsa göylərə daxil olmuş, keçilərin və buğaların qanı ilə yox, öz qanı ilə müqəddəs məkana birdəfəlik girib bizim üçün əbədi xilas əldə etmişdi (İb 4:14; 9:12; 10:5, 6, 9). O, Harunun girdiyi Ən müqəddəs yerin təmsil etdiyi müqəddəs məkana, yəni düz göyə daxil olmuşdu. İndi o, göydə bizdən ötrü Allahın önündə durur (İb 9:24).

Hikmət xəzinəsindən incilər

(İbranilərə 8:3) Hər bir baş kahin Allaha bəxşişlər və qurbanlar təqdim etmək üçün təyin edilir, buna görə onun da təqdim etməyə nəyi isə olmalı idi.

w00 1/11 s. 8, abz. 11

Vaxtı ilə Allaha məqbul olan qurbanlar

Həvari Pavel deyir: “Hər bir baş kahin hədiyyə və qurban təqdim etmək üçün tə’yin olunur” (İbranilərə 8:3). Diqqət yetirək ki, Pavel, qədim İsrailin baş kahininin təqdim edəcəyi sovqatları iki qrupa ayırır: “hədiyyələr” və “qurbanlar”, yaxud “günahlara müqabil... qurbanlar” (İbranilərə 5:1). Adətən insanlar, hədiyyələrlə məhəbbət və minnətdarlığı ifadə edirlər; hədiyyələr, bir kimsənin dostluğunu, iltifat və ya razılığını qazanmaq üçün də istifadə edilir (Təkvin 32:20; Süleymanın məsəlləri 18:16). Bunun kimi, Qanunda göstərilən sovqatlardan çoxunu, Allahın e’timad və iltifatına nail olmaq üçün təqdim olunan “hədiyyələr” hesab etmək olar. Qanunu pozanlardan, törədilən zərərin əvəzini ödəmək və günahın örtülməsi üçün “günahlara müqabil... qurbanlar” təqdim etmək tələb olunurdu. Tövratda, xüsusilə də Çıxış, Levililər və Saylar kitablarında çoxsaylı müxtəlif qurban və sovqatlar təsvir olunur. Bütün bunları təfsilatı ilə qavramaq və yadda saxlamaq bir o qədər də asan deyil, amma müxtəlif növ qurbanların təqdim edilməsinə aid bə’zi əsas şərtlər bizim diqqətimizə layiqdir.

(İbranilərə 8:13) Allah «yeni əhd» deməklə əvvəlki əhdin köhnəldiyini göstərir. Dövrünü başa vurmuş və köhnəlmiş şey bir azdan yox olacaq.

it-1-E s. 523, abz. 5

Əhd

Qanun əhdi necə köhnəldi?

Lakin Allah Ərəmya peyğəmbər vasitəsilə yeni əhdin olacağını xəbər verəndə Qanun əhdi müəyyən mənada köhnəldi (Ər 31:31—34; İb 8:13). Eramızın 33-cü ilində Məsihin işgəncə dirəyində ölməsilə Qanun əhdi ləğv olundu (Kl 2:14), yeni əhdlə əvəz olundu (İb 7:12; 9:15; Hv 2:1—4).

Müqəddəs Kitab qiraəti

(İbranilərə 7:1—17) Allah-Taalanın kahini Səlim padşahı Məliksadiq padşahlar üzərində zəfər çalmış İbrahimin qarşısına çıxdı və ona xeyir-dua verdi. 2 İbrahim də ona hər şeyin onda birini verdi. O, əvvəla «salehlik Padşahıdır» (adının mənasına görə), sonra Səlim padşahı, yəni «sülh Padşahıdır». 3 Ata-anasının kim olduğu, əsli-nəcabəti bilinmir. Həyatının nə başlanğıcı, nə sonu bəllidir. Allahın Oğluna bənzədildiyi üçün o, əbədi kahin olaraq qalır. 4 Görün o necə böyük adam idi. Əcdadımız İbrahim qənimətin ən yaxşı hissəsinin onda birini ona vermişdi. 5 Bəli, Qanuna görə Lavi oğullarından kahinlik vəzifəsinə təyin olunanlara əmr edilmişdi ki, xalqdan, öz qardaşlarından ondabir vergisini yığsınlar, baxmayaraq ki, onlar İbrahimin övladları idilər. 6 Ancaq lavililərlə eyni nəsildən olmayan bu adam vədlərə malik olan İbrahimdən ondabir vergisi aldı və ona xeyir-dua verdi. 7 Bu danılmazdır ki, böyük kiçiyə xeyir-dua verir. 8 Ondabir vergisini alan lavililər fani adamlar idi, ondabir vergisini alan digər adam haqqında isə şəhadət edilir ki, o sağdır. 9 Hətta deyə bilərəm ki, ondabir vergisini yığan Lavi də İbrahim vasitəsilə ondabir vergisi vermişdi, 10 belə ki, o, Məliksadiqlə qarşılaşan İbrahimin gələcək övladı idi. 11 Əgər xalqa verilən Qanunun səciyyəvi əlaməti olan Lavi kahinliyi vasitəsilə kamilliyə yetişmək mümkün olsaydı, onda başqa bir kahinin, Harun timsallı yox, Məliksadiq timsallı kahinin meydana gəlməsinə ehtiyac qalardı? 12 Ancaq kahinliyin dəyişilməsi Qanunun da dəyişilməsi zərurətini yaradır. 13 Sözügedən adam başqa qəbilədəndir və o qəbilədən heç kəs qurbangahda xidmət etməmişdir. 14 Ağamızın Yəhuda qəbiləsindən gəldiyi hamıya məlumdur. Ancaq Musa kahinlərin bu qəbilədən gəlməsi barədə heç bir şey deməmişdi. 15 Məliksadiq timsallı başqa bir kahinin meydana çıxması ilə bu, daha da aydın bəlli olur. 16 O, soya əsaslanan hüquqi tələblər sayəsində yox, məhvolunmaz həyatın qüvvəsi sayəsində kahin oldu. 17 Çünki Müqəddəs Yazılarda onun haqqında deyilir: «Sən Məliksadiq timsallı əbədi kahinsən».

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

it-1-E s. 524, abz. 3—5

Əhd

Yeni əhd. Yehova b. e. ə. yeddinci əsrdə Ərəmya peyğəmbər vasitəsilə xəbər vermişdi ki, yeni əhd bağlayacaq və bu əhd israillilərin pozduğu Qanun əhdi kimi olmayacaq (Ər 31:31—34). Eramızın 33-cü ili 14 nisanda, ölümündən əvvəlki gecə Ağanın şam yeməyini təsis edərkən İsa Məsih yeni əhdin bağlandığını elan etdi. Bu əhd onun qurbanlığı vasitəsilə qüvvəyə minəcəkdi (Lk 22:20). Dirilməsinin 50-ci günü, Atasının yanına qalxandan 10 gün sonra İsa Yehovadan aldığı müqəddəs ruhu Yerusəlimdə üst mərtəbədə yığışmış şagirdlərinin üzərinə tökdü (Hv 2:1—4, 17, 33; 2Kr 3:6, 8, 9; İb 2:3, 4).

Yeni əhdin tərəfləri Yehova və Allahın İsraili, yəni Məsihlə vəhdətdə olmaq üçün ruhdan doğulanlardır. Onlar Məsihin yığıncağını, yaxud bədənini təşkil edirlər (İb 8:10; 12:22—24; Qt 6:15, 16; 3:26—28; Rm 2:28, 29). Yeni əhd İsa Məsihin axıdılmış qanı (insan həyatını qurban verməsi) sayəsində qüvvəyə minib. İsa göyə qalxandan sonra qanının dəyəri Yehovaya təqdim olunmuşdu (Mt 26:28). Kimsə göylər dəvəti üçün Allah tərəfindən seçiləndə (İb 3:1) Allah onu Məsihin qurbanlığı vasitəsilə bağladığı əhdinə daxil edir (Zb 50:5; İb 9:14, 15, 26). İsa Məsih yeni əhdin Vasitəçisidir (İb 8:6; 9:15) və İbrahim Övladının əsas hissəsidir (Qt 3:16). İsa yeni əhdə vasitəçilik etməsi sayəsində bu əhddə olanlara İbrahimin əsl övladının bir hissəsi olmağa kömək edir (İb 2:16; Qt 3:29). Bu onların günahlarının bağışlanması sayəsində mümkün olur. Yehova onları saleh sayır (Rm 5:1, 2; 8:33; İb 10:16, 17).

Məsihin ruhdan doğulmuş, məsh olunmuş bu qardaşları baş kahinin tabeliyində olan kahinlər, «padşah və kahin tayfası» olurlar (1Bt 2:9; Vh 5:9, 10; 20:6). Onlar kahinlik edirlər, yəni «müqəddəs xidməti» icra edirlər (Fp 2:17) və «yeni əhdin xidmətçiləri» adlanırlar (2Kr 3:6). Göylər dəvəti alanlar sədaqətlə, ölənədək Məsihin izi ilə getməlidirlər. Bundan sonra Yehova onları ilahi təbiətə qovuşduraraq kahinlər padşahlığı edəcək, onları göydə Məsihin həmvarisləri kimi ölməzliklə və çürüməzliklə mükafatlandıracaq (1Bt 2:21; Rm 6:3, 4; 1Kr 15:53; 1Bt 1:4; 2Bt 1:4). Yeni əhdin məqsədi İbrahimin övladının bir hissəsi kimi, Yehovanın adını daşıyan xalq təşkil etməkdir (Hv 15:14). Onlar Məsihə məxsus olan «gəlin» olur və Məsihin Padşahlıq üçün, birgə idarə etmək üçün əhdə daxil etdiyi insanları təşkil edirlər (Yh 3:29; 2Kr 11:2; Vh 21:9; Lk 22:29; Vh 1:4—6; 5:9, 10; 20:6). Yeni əhdin məqsədinə uyğun olaraq, bu əhd Allahın İsrailinə daxil olan hər kəs dirilib göydə ölməzlik alanadək fəaliyyət göstərəcək. Həyata keçmiş bu niyyətin gətirdiyi faydalar əbədi olacaq, elə bu səbəbə görə bu əhd «əbədi əhd» adlanır (İb 13:20).

9—15 SENTYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | İBRANİLƏRƏ 9, 10

«Gələcək nemətlərin kölgəsi»

(İbranilərə 9:12—14) O, keçilərin və buğaların qanı ilə yox, öz qanı ilə müqəddəs məkana birdəfəlik girib bizim üçün əbədi xilas əldə etdi. Əgər keçi və buğaların qanı, həmçinin murdar adamların üzərinə çilənən düyənin külü bədəni təmizləyib pak edirsə, gör əbədi ruh vasitəsilə özünü Allaha qüsursuz bir qurban kimi təqdim etmiş Məsihin qanı vicdanımızı ölü əməllərdən necə təmizləyəcək! Bunun sayəsində biz var olan Allaha müqəddəs xidməti icra edə bilərik.

it-1-E s. 862, abz. 1

Əfv

Allahın İsrail xalqına verdiyi qanuna əsasən, Allaha, yaxud insana qarşı günah etmiş adamın günahlarının bağışlanması üçün o, əvvəlcə səhvini Tövratdakı qayda-qanuna uyğun olaraq düzəltməli idi, sonra isə əksər hallarda Yehovaya qurban qanı təqdim etməli idi (Lv 5:5—6:7). Beləliklə, Bulus belə bir prinsip söyləmişdi: «Qanuna görə, demək olar ki, hər şey qanla təmizlənir. Qan tökülməsə, əfv mümkün deyil» (İb 9:22). Əslində isə qurban gətirilən heyvanların qanı günahları yuya və insanın vicdanını mükəmməl surətdə təmizləyə bilmirdi (İb 10:1—4; 9:9, 13, 14). Lakin qabaqcadan xəbər verilmiş yeni əhd İsa Məsihin fidyə qurbanlığı əsasında əsl əfvi mümkün etdi (Ər 31:33, 34; Mt 26:28; 1Kr 11:25; Ef 1:7). Hətta yer üzündə olarkən İsa iflic olmuş adama şəfa verməklə günahları bağışlamağa ixtiyarı olduğunu göstərmişdi (Mt 9:2—7).

(İbranilərə 9:24—26) Axı Məsih gerçəkliyin surəti olan əllə düzəldilmiş müqəddəs məkana yox, düz göyə daxil oldu. İndi o, göydə bizdən ötrü Allahın önündə durur. 25 O, hər il Ən müqəddəs yerə heyvan qanı ilə girən baş kahin kimi, dəfələrlə özünü qurban gətirmək üçün bunu etmədi. 26 Belə olsaydı, o, bəşərin təməli qoyulandan bəri dönə-dönə əzab çəkməli olardı. Ancaq indi o, özünü qurban verərək günahları yumaq üçün dövrlərin yekununda birdəfəlik zühur etdi.

cf s. 183, abz. 4

«Bundan sonra da ardımca gəl»

4 İsanın göyə çatması, qarşılanması və böyük sevinclə Atasına qovuşması barədə Müqəddəs Yazılarda heç nə yazılmayıb. Lakin İsa göyə qayıdandan az sonra baş verən işlər barədə Müqəddəs Kitabda qabaqcadan xəbər verilmişdi. On beş əsrdən çox yəhudi xalqı müntəzəm surətdə müqəddəs bir ayinin şahidi olurdu. İldə bir dəfə, Kəffarə günündə baş kahin məbədin Ən Müqəddəs yerinə girib qurbanların qanını əhd sandığının qarşısında damcıladırdı. Həmin gün baş kahin Məsihi təmsil edirdi. İsa göyə qalxandan sonra həmin ayinin mənasını birdəfəlik icra etdi. O, göydə Yehovanın əzəmətli hüzuruna, kainatda ən müqəddəs yerə daxil oldu və öz fidyə qurbanlığının dəyərini Atasına təqdim etdi (İb 9:11, 12, 24). Bəs Yehova onu qəbul etdi?

(İbranilərə 10:1—4) Qanun gələcək nemətlərin əsli yox, kölgəsi olduğundan o, hər il gətirilən eyni qurbanlarla Allaha ibadət edənləri kamil edə bilməz. 2 Belə olsaydı, məgər qurban gətirməyə son qoyulmazdı? Axı müqəddəs xidməti icra edənlər həmişəlik təmizlənsəydilər, daha heç vaxt özlərini günahkar hiss etməzdilər. 3 Bu qurbanlar hər il insanlara günahlarını xatırladır, 4 çünki buğaların və keçilərin qanı günahları heç cür yuya bilməz.

it-2-E s. 602, 603

Kamillik

Musanın qanununun mükəmməlliyi. Musa vasitəsilə İsrailə verilən Qanuna digər göstərişlərlə yanaşı, kahinliyin təsis olunması, müxtəlif heyvan qurbanlarının gətirilməsi də daxil idi. Allahdan olsa da və elə bu səbəbdən mükəmməl olsa da, nə Qanun, nə oradakı kahinlik, nə də qurbanlar, həvarinin də Allahın ilhamı ilə yazdığı kimi, Qanun altında olanları kamilliyə yetişdirə bilmədi (İb 7:11, 19; 10:1). Qanun insanları günah və ölümdən azad etmədi, əksinə, günahı daha da qabarıq göstərdi (Rm 3:20; 7:7—13). Bununla belə, Allahın təsis etdiyi bu quruluş Allahın onun üçün təyin etdiyi məqsədi icra edirdi. Qanun insanları Məsihə aparan «tərbiyəçi» kimi fəaliyyət göstərdi və gələcək nemətlərin mükəmməl kölgəsi oldu (Qt 3:19—25; İb 10:1). Beləliklə, Bulus «insan günahlı olduğu üçün Qanunun edə bilmədiyi şey»dən danışanda, görünür, İbranilərə 7:11, 18—28 ayələrində izah olunduğu kimi, yəhudi baş kahininin (qurbanlara nəzarət etmək üçün Qanuna əsasən təyin olunan və Kəffarə günündə qurbanın qanı ilə Ən müqəddəs yerə girən) xidmət etdiyi kəsləri «tamamilə xilas edə» bilmədiyini nəzərdə tuturdu. Düzdür, Harun nəslindən olan kahinlərin vasitəsilə qurbanların təqdim olunması sayəsində insanlar Yehovanın qarşısında təmiz ada sahib olurdu, amma bu onları günahkar olduqları hissindən büsbütün, tamamilə azad etmirdi. Həvari buna işarə edərək deyirdi ki, kəffarə qurbanları Allaha ibadət edənləri kamil edə bilməz, yəni onların vicdanını tamamilə təmiz edə bilməz (İb 10:1—4: İb 9:9 ayəsi ilə əlaqələndir). Baş kahin günahdan əsil mənada azad olmaq üçün fidyə dəyərini ödəməyə qadir deyildi. Yalnız Məsihin əbədi kahin xidməti və böyük qüvvəyə malik olan qurbanlığı buna qadirdir (İb 9:14; 10:12—22).

Hikmət xəzinəsindən incilər

(İbranilərə 9:16, 17) Çünki Allahla əhd bağlayanda əhd bağlayan insanın ölməsi gərək olur. 17 Əhd bağlayan insan sağ ikən əhd qüvvədə deyil, əhd ölüm əsasında qüvvəyə minir.

w92-E 1/3 s. 31, abz. 4—6

Oxucuların sualları

Bulus demişdi ki, Allahla insan arasında əhdləri qüvvəyə mindirmək üçün ölüm lazım idi. Qanun əhdi buna bir misaldır. Musa bu əhdin vasitəçisi idi, Allahla İsrail xalqı arasında bu razılaşmanı həyata keçirən kəs idi. Buna görə də Musa mühüm rol oynamışdı. O, israillilər əhdə daxil olan zaman onlar tərəfdən çıxış edən adam idi. Beləliklə, Musaya Yehovadan olan Qanun əhdinin vasitəçisi kimi baxmaq olar. Bəs Qanun əhdinin qüvvəyə minməsi üçün Musa öz qanını tökməli idi? Xeyr. Onun əvəzinə heyvanlar qurban gətirildi və onların qanı Musanın qanını əvəz etdi (İbranilərə 9:18—22).

Bəs Yehova ilə ruhani İsrail xalqı arasında bağlanan yeni əhd barədə nə demək olar? İsa Məsih Yehova ilə ruhani İsrail arasında Vasitəçi kimi möhtəşəm bir rol oynadı. Bu əhd Yehovadan olsa da, İsa Məsihə söykənmişdi. İsa əhdin Vasitəçisi olmaqdan başqa bu əhdə daxil olan ilk adamlarla birbaşa ünsiyyətdə olmuşdu (Luka 22:20, 28, 29). Üstəlik, o bu əhdi qüvvəyə mindirmək üçün lazım olan qurbanı təqdim etməyə qadir idi. Bu qurban heyvan qurbanı yox, kamil insan həyatı idi. Odur ki, Bulus Məsih barədə yeni əhdin vasitəçisi kimi danışmışdı. Məsih düz göyə daxil olub, bizdən ötrü Allahın önündə durandan sonra yeni əhd qüvvəyə mindi (İbranilərə 9:12—14, 24).

Musa və İsa barədə vasitəçilər kimi danışmaqla Bulus demirdi ki, həmin əhdlər onlardan qaynaqlanıb. Bu əhdləri bağlayan Allah olub. O iki şəxs isə həmin əhdlərin bağlanmasında vasitəçi kimi mühüm rol oynamışlar. Həmçinin hər iki halda ölüm labüd olmuşdur, Musanın əvəzinə heyvanlar qurban verilmişdi, Məsih isə yeni əhdə daxil olanlar üçün öz qanını təqdim etmişdi.

(İbranilərə 10:5—7) Buna görə də Məsih dünyaya daxil olanda Allaha belə demişdi: «Sən qurban və təqdimə istəmədin, lakin mənə bədən hazırladın. 6 Yandırma qurbanları, günah qurbanları Sənə məqbul deyildi. 7 O zaman dedim: “Ey Allah, budur, gəlmişəm Sənin iradəni yerinə yetirim (tumarda mənim haqqımda yazılıb)”».

it-1-E s. 249, 250

Vəftiz

Luka deyir ki, İsa vəftiz olunan zaman dua edirdi (Lk 3:21). İbranilərə məkubu yazan da deyir ki, İsa Məsih dünyaya daxil olanda (doğulanda yox, çünki o zaman oxuya bilmirdi və bu sözləri də deyə bilməzdi, əksinə, vəftiz olunmaq üçün özünü təqdim edəndə və xidmətə başlayanda) Zəbur 40:6—8 ayələrinə uyğun olaraq demişdi: «Sən qurban və təqdimə istəmədin, lakin mənə bədən hazırladın... Ey Allah, budur, gəlmişəm Sənin iradəni yerinə yetirim (tumarda mənim haqqımda yazılıb)» (İb 10:5—9). İsa Yəhudi xalqının üzvü olaraq doğulmuşdu. Bu xalq isə Allahla əhddə idi, yəni onlarla Qanun əhdi bağlanmışdı (Çx 19:5—8; Qt 4:4). Bu səbəbdən İsa vəftiz olunmaq üçün Yəhyanın yanına gələndə artıq Yehova Allahla əhddə idi. İsa oraya sadəcə Qanuna əsasən ondan tələb olunanları etmək üçün gəlməmişdi. O, Atası Yehovanın iradəsini yerinə yetirmək üçün özünü Ona təqdim etməyə gəlmişdi. Atasının iradəsi isə onun üçün hazırlanmış bədəni qurban vermək və Tövrata əsasən gətirilən heyvan qurbanlarına son qoymaq idi. Həvari Bulus deyir: «Bu “iradəyə” əsasən, biz İsa Məsihin bədəninin təqdim edilməsi sayəsində birdəfəlik müqəddəs edilmişik» (İb 10:10). Atanın İsa üçün olan iradəsi həmçinin Padşahlıqla əlaqədar işi görməyi özünə daxil edirdi. İsa həm də bu xidməti icra etmək üçün özünü təqdim etmişdi (Lk 4:43; 17:20, 21). Yehova onu müqəddəs ruhla məsh edərək və: «Sən Mənim sevimli Oğlumsan. Səndən çox razıyam» deyərək Oğlunun özünü təqdim etməsini qəbul etdiyini göstərdi (Mr 1:9—11; Lk 3:21—23; Mt 3:13—17).

Müqəddəs Kitab qiraəti

(İbranilərə 9:1—14) Əvvəlki əhdin müqəddəs xidmətlə əlaqədar hüquqi tələbləri və yerdə müqəddəs məkanı var idi. 2 Bu məkanda düzəldilmiş birinci otaqda çıraqdan, masa və təqdim çörəkləri var idi. Bu otaq Müqəddəs yer adlanırdı. 3 İkinci pərdənin arxasında çadırın Ən müqəddəs yer adlanan otağı yerləşirdi. 4 Orada qızıl buxurdan və hər tərəfi qızılla örtülmüş Əhd sandığı qoyulmuşdu. Sandıqda içində manna olan qızıl qab, Harunun tumurcuqlamış əsası və əhd lövhələri var idi. 5 Sandığın üstündə şanlı kərrublar vardı və onların kölgəsi kəffarə qapağını örtürdü. Ancaq indi bunlar haqqında ətraflı danışmağın vaxtı deyil. 6 Hər şey bu cür qurulandan sonra kahinlər müqəddəs xidməti icra etmək üçün hər dəfə çadırın birinci otağına girərdilər. 7 İkinci otağa isə ildə bir dəfə yalnız baş kahin, özü də mütləq qanla girər və onu öz günahlarından və xalqın bilmədən törətdiyi günahlardan ötrü Allaha təqdim edərdi. 8 Beləcə, müqəddəs ruh göstərir ki, birinci çadır var ikən müqəddəs məkana yol hələ açıq deyildi. 9 Bu çadır indi baş verənlərin timsalı idi. Bu quruluşa əsasən, bu günə kimi Allaha bəxşişlər və qurbanlar təqdim edilir. Ancaq bunlar müqəddəs xidməti icra edənin vicdanını tamamilə təmiz edə bilməz. 10 Onlar yalnız qida, içki və müxtəlif qüsl ayinləri ilə bağlıdırlar. Bunlar bədənlə bağlı hüquqi tələblər idi və hər şeyi yoluna qoymağın vaxtı yetişənəcən qüvvədə qalmalı idi. 11 Ancaq indiki nemətləri gətirmiş Məsih baş kahin kimi gələndə insan əli ilə qurulmamış və bu aləmdən olmayan daha böyük və mükəmməl çadıra girdi. 12 O, keçilərin və buğaların qanı ilə yox, öz qanı ilə müqəddəs məkana birdəfəlik girib bizim üçün əbədi xilas əldə etdi. 13 Əgər keçi və buğaların qanı, həmçinin murdar adamların üzərinə çilənən düyənin külü bədəni təmizləyib pak edirsə, 14 gör əbədi ruh vasitəsilə özünü Allaha qüsursuz bir qurban kimi təqdim etmiş Məsihin qanı vicdanımızı ölü əməllərdən necə təmizləyəcək! Bunun sayəsində biz var olan Allaha müqəddəs xidməti icra edə bilərik.

16—22 SENTYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | İBRANİLƏRƏ 11

«İmanın vacibliyi»

(İbranilərə 11:1) İman ümid edilən şeylərin mütləq yerinə yetəcəyinə əminlikdir, gözlə görünməyən gerçəkliklərin sübutunu açıq-aşkar görməkdir.

w16.10 s. 27, abz. 6

Yehova Allahın vədlərinə iman edin

6 İbranilərə 11:1 ayəsində imana tərif verilir. (Ayəni oxuyun.) Bu ayəyə əsasən iman özünə gözlə görünməyən iki amili daxil edir. Birincisi, ümid edilən şeyləri. Bura hələ baş verməmiş hadisələr, yəni gələcəkdə həyata keçəcək vədlər daxildir, məsələn, dünyadakı pisliyin məhv olması və yeni dünyanın gəlməsi. İkinci amil gözlə görünməyən gerçəkliklərdir. Bu, özünə insan gözü ilə görmək mümkün olmayan həqiqətləri daxil edir, məsələn, Yehova Allahın, İsa Məsihin, mələklərin varlığını və səmavi Padşahlığın fəaliyyətini (İbr. 11:3). İmanımızın canlı olduğunu və Allahın Kəlamında yazılan görünməyən həqiqətlərə iman etdiyimizi necə sübut edə bilərik? Sözlərimizlə və əməllərimizlə. Bunlarsız imanımız kamil ola bilməz.

(İbranilərə 11:6) İman etmədənsə Allahın razılığını qazanmaq mümkün deyil, çünki Allaha yaxınlaşan adam Onun varlığına və Onu cidd-cəhdlə axtaranlara mükafat verdiyinə inanmalıdır.

w13-E 1/11 s. 11, abz. 2—5

Onu cidd-cəhdlə axtaranlara mükafat verir

Yehovanın razılığını qazanmaq üçün nə etmək lazımdır? Bulus yazmışdı: «İman etmədənsə Allahın razılığını qazanmaq mümkün deyil». Diqqət yetirin ki, Bulus demir iman etmədən Allahın razılığını qazanmaq çətindir. Deyir ki, bu mümkün deyil. Başqa sözlə, Allahı razı salmaq üçün iman əsas amildir.

Bəs Yehova necə imandan razı qalır? Bizim Allaha imanımız iki şeyi özünə daxil etməlidir. Əvvəla, biz «Onun varlığına», yəni mövcud olduğuna inanmalıyıq. Allahın mövcudluğuna şübhə etsək, Onun razılığını necə qazana bilərik? Bununla belə, həqiqi iman bununla bitmir, çünki cinlər də Yehovanın mövcud olduğuna inanır (Yaqub 2:19). Allahın mövcudluğuna iman bizi hərəkətə, yəni Onun istədiyi kimi yaşayaraq imanımızı sübut etməyə təşviq etməlidir (Yaqub 2:20, 26).

İkincisi, biz Allahın mükafat verdiyinə inanmalıyıq. Həqiqi imana sahib olan insan tam əmindir ki, onun Allahın istədiyi kimi yaşamağa cəhd etməsi hədər getməyəcək (1 Korinflilərə 15:58). Yehovanın bizə mükafat vermək bacarığına, yaxud arzusuna şübhə etsək, Onun razılığını necə qazana bilərik? (Yaqub 1:17; 1 Butrus 5:7). Allahın laqeyd, qədirbilməz, xəsis olduğunu düşünən insan Müqəddəs Kitabda təsvir olunan Allahı tanımır.

Bəs Yehova kimə mükafat verir? Bulus deyir ki, Onu cidd-cəhdlə axtaranlara. Müqəddəs Kitab tərcüməçiləri üçün olan bir elmi əsərdə deyilir ki, «cidd-cəhdlə axtarmaq» kimi tərcümə olunan yunan sözü «tapmaq üçün axtarışa çıxmaq» yox, ibadət edərək Allaha yaxınlaşmaq deməkdir. Digər bir elmi əsərdə deyilir ki, bu yunan feilinin işləndiyi forma intensiv və bütün gücünü toplayaraq çalışmağı bildirir. Bəli, kimin ki imanı onu səmimi məhəbbətlə və cidd-cəhdlə Yehovaya ibadət etməyə təşviq edir, Yehova belə adamı mükafatlandırır (Mətta 22:37).

(İbranilərə 11:33—38) Onlar iman vasitəsilə padşahları məğlub edir, salehliyi bərqərar edir, vədlər alır, şirlərin ağzını bağlayır, 34şiddətli alovdan xəsarətsiz çıxır, qılınc ağzından qurtulur, zəifdən güclüyə çevrilir, müharibədə şücaət göstərir, işğalçı qoşunları darmadağın edirdilər. 35Qadınlar ölmüş əzizlərinə dirilmə vasitəsilə qovuşur, digərləri daha yaxşı dirilməyə çatmaq üçün hər hansı bir fidyə vasitəsilə azad edilməkdən imtina edərək işgəncə çəkirdilər. 36Kimisi lağa qoyulur, kimisi qamçılanır, hətta qandallanıb zindana atılırdı. 37Onlar daşlanır, sınanır, mişarla ikiyə bölünür, qılıncdan keçirilir, qoyun və keçi dərisində sərgərdan gəzir, korluq və zülm çəkir, pis rəftar görürdülər. 38Dünya onlara layiq deyildi. Onlar səhralarda, dağlarda, qaya oyuqlarında, mağaralarda dolaşırdılar.

w16.10 s. 23, abz. 10, 11

Ümid etdiyiniz şeylərin mütləq yerinə yetəcəyinə imanınızı möhkəmləndirin

10 «İbranilərə məktub»un 11-ci fəslində həvari Bulus sınaqlara sinə gərmiş adı bizə məlum olmayan imanlı insanlardan bəhs edir. Məsələn, həvari oğlunu itirmiş, amma sonra dirilmə vasitəsilə ona qovuşmuş mömin qadınlardan söz açır. Sonra «daha yaxşı dirilməyə çatmaq üçün hər hansı bir fidyə vasitəsilə azad edilməkdən» imtina edən insanlar barədə danışır (İbr. 11:35). Həvari Bulusun konkret kimi nəzərdə tutduğunu bilmirik, amma misal kimi Allaha tabe olduqları və Onun iradəsinə boyun əydikləri üçün daşqalaq edilib qətlə yetirilən Nabut və Zəkəriyyənin adını çəkə bilərik (1 Pad. 21:3, 15; 2 Saln. 24:20, 21). Yaxud Dənyal və onun dostlarını nümunə çəkmək olar. Onların seçimi var idi, əqidələrindən dönsəydilər, azad ola bilərdilər. Amma onlar Allahın qüdrətinə o dərəcədə inanırdılar ki, şirlərin ağzını bağlamış və «şiddətli alovdan xəsarətsiz» çıxmışdılar (İbr. 11:33, 34; Dən. 3:16—18, 20, 28; 6:13, 16, 21—23).

11 İmanları uğrunda peyğəmbərlər, məsələn, Mikay və Ərəmya «lağa qoyulur,.. qandallanıb zindana atılırdı». Bəzi peyğəmbərlər İlyas kimi «səhralarda, dağlarda, qaya oyuqlarında, mağaralarda dolaşırdılar». Onların hər biri dözüm göstərmişdi, çünki ümid etdikləri şeylərin «mütləq yerinə yetəcəyinə» əmin idilər (İbr. 11:1, 36—38; 1 Pad. 18:13; 22:24—27; Ərm. 20:1, 2; 28:10, 11; 32:2).

Hikmət xəzinəsindən incilər

(İbranilərə 11:4) Habil imanı sayəsində Allaha Qabilin qurbanından daha qiymətli qurban gətirdi. Habil bu imanı sayəsində saleh olduğu barədə şəhadət aldı, çünki Allah onun bəxşişlərindən razı qaldı. Habil ölsə də, imanı vasitəsilə indiyədək danışır.

it-1-E s. 804, abz. 5

İman

Qədim iman nümunələri. Bulusun sadaladığı, «böyük şahidlər buludu»na (İb 12:1) daxil olan hər kəsin iman etmək üçün tutarlı əsası var idi. Məsələn, şübhəsiz, Habilin xəbəri var idi ki, Allah ilanın başını əzəcək övlad barədə vəd verib. Həmçinin o, Yehovanın Ədən bağında onun valideynlərinə kəsdiyi hökmün yerinə yetdiyini öz gözü ilə görürdü. Ədəndən kənarda Adəmlə ailəsi alın təri ilə çörək yeyirdi, çünki torpaq lənətlənmişdi və tikan, qanqal yetirirdi. Yəqin Habil Həvvanın ərinə ehtiyac duyduğunu, Adəmin də ona ağalıq etdiyini müşahidə edirdi. Şübhəsiz, anası hamiləliyində keçirdiyi ağrılarından gileylənirdi. Həmçinin o zaman Ədən bağının girişində kərrublar keşik çəkirdilər və yanar qılınc fırlanırdı (Yr 3:14—19, 24). Bütün bunlar Habil üçün sübut idi və onu əmin edirdi ki, «vəd olunmuş övlad» qurtuluş verəcək. Buna görə də imandan irəli gələrək o, Allaha qurban gətirdi. Bu qurban Qabilin gətirdiyi qurbandan daha qiymətli idi (İb 11:1, 4).

(İbranilərə 11:5) Hənuq imanı sayəsində köçürüldü ki, ölümü görməsin. Allah Hənuqu köçürtdüyü üçün onu heç yerdə tapmaq mümkün olmadı. O, köçürülməzdən əvvəl Allahın razılığını qazandığı barədə şəhadət aldı.

wp17.1 s. 12, 13

O, Allahın razılığını qazandı

Bəs onda Hənuq peyğəmbər hansı mənada «köçürüldü ki, ölümü görməsin»? Görünür, Yehova elə etdi ki, Hənuq peyğəmbərin həyatı amansız düşmənlərinin əlinə keçmədən dayansın. Ancaq peyğəmbər bundan öncə «Allahın razılığını qazandığı barədə şəhadət aldı». Bu necə oldu? Ölməsinə bir az qalmış o, Allahdan vəhy aldı. Görünür, bu vəhydə o, özünün yerüzü Cənnətdə olduğunu görmüşdü. Allahın ondan razı qaldığı ilə bağlı belə bir nişanə aldıqdan sonra o, ölüm yuxusuna getdi. Hənuq və Allahın digər sadiq bəndələri haqda yazarkən həvari Bulus demişdi: «Hamısı həyatı imanla başa vurdu» (İbranilərə 11:13). Bundan sonra yəqin ki, düşmənləri onun cəsədini axtardılar, amma «onu heç yerdə tapmaq mümkün olmadı». Görünür, Yehova Allah onun cəsədini yoxa çıxarmışdı. Bununla Allah onun cəsədini murdar etmək və ya onu yalan dini yaymaq üçün istifadə etmək istəyənlərin qarşısını aldı.

Müqəddəs Kitab qiraəti

(İbranilərə 11:1—16) İman ümid edilən şeylərin mütləq yerinə yetəcəyinə əminlikdir, gözlə görünməyən gerçəkliklərin sübutunu açıq-aşkar görməkdir. 2 Onun sayəsində qədimdə yaşamış adamlar özləri haqqında müsbət şəhadət almışlar. 3 İmanımız sayəsində dərk edirik ki, dövrlər Allahın sözü ilə qurulub. Beləcə, gözlə görünən şeylər görünməyən şeylərdən əmələ gəlib. 4 Habil imanı sayəsində Allaha Qabilin qurbanından daha qiymətli qurban gətirdi. Habil bu imanı sayəsində saleh olduğu barədə şəhadət aldı, çünki Allah onun bəxşişlərindən razı qaldı. Habil ölsə də, imanı vasitəsilə indiyədək danışır. 5 Hənuq imanı sayəsində köçürüldü ki, ölümü görməsin. Allah Hənuqu köçürtdüyü üçün onu heç yerdə tapmaq mümkün olmadı. O, köçürülməzdən əvvəl Allahın razılığını qazandığı barədə şəhadət aldı. 6 İman etmədənsə Allahın razılığını qazanmaq mümkün deyil, çünki Allaha yaxınlaşan adam Onun varlığına və Onu cidd-cəhdlə axtaranlara mükafat verdiyinə inanmalıdır. 7 Nuh, imanı sayəsində, hələ görünməyən şeylərlə bağlı Allah tərəfindən xəbərdar ediləndən sonra Allah qorxusu ilə ailəsinin xilası üçün gəmi tikdi. O, imanı ilə dünyanı məhkum etdi və imandan doğan salehliyin varisi oldu. 8 İbrahim, imanı sayəsində, Allah tərəfindən çağırılanda itaət edib miras alacağı torpağa yollandı. O, hara getdiyini bilməsə də, yola düşdü. 9 O, imanı sayəsində vəd diyarında qürbətdə olan qəribtək ömür sürdü. Özü ilə eyni vədə varis olan İshaq və Yaqubla birlikdə çadırlarda yaşadı. 10 Çünki o, memarı və inşaatçısı Allah olan, əsil bünövrə üzərində tikilmiş şəhəri gözləyirdi. 11 Sara da, imanı sayəsində, yaşının ötməsinə baxmayaraq, uşağa qalmaq üçün güc aldı, çünki vəd verənin etibarlı olduğuna inanırdı. 12 Beləcə, qoca bir kişidən göydəki ulduzlar və dəniz sahilindəki qum dənələri qədər saysız-hesabsız övlad törəndi. 13 Bu adamlar vəd edilən şeyləri almasalar da, hamısı həyatı imanla başa vurdu. O şeyləri uzaqdan görüb sevindilər o torpaqda qərib və müvəqqəti sakin olduqlarını bəyan etdilər. 14 Bu cür danışanlar cidd-cəhdlə öz yurdlarını axtardıqlarını göstərirlər. 15 Əgər onlar çıxdıqları yeri daima xatırlasaydılar, imkan tapıb ora qayıdardılar. 16 Ancaq onlar daha yaxşı bir yerə, göyə aid bir yerə can atırlar. Buna görə də onlar Allahı özlərinin Allahı kimi çağıranda Allah onlara görə utanmır, O, onlar üçün şəhər hazırlayıb.

23—29 SENTYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | İBRANİLƏRƏ 12, 13

«Yehova sevdiyini tərbiyə edir»

(İbranilərə 12:5) Ancaq bir oğul kimi sizə verilən bu nəsihəti tamamilə yaddan çıxarmısınız: «Oğlum, Yehovanın tərbiyəsinə xor baxma, O, səni tənbeh edəndə ruhdan düşmə.

w12 15/3 s. 29, abz. 18

Qəlbimizi yaralayan məsləhətlər. Ola bilsin, sən nə vaxtsa aldığın məsləhətə görə hələ də inciklik hissi ilə arxaya baxırsan. Bu, bizə ürək ağrısı verməklə yanaşı, həm də zəiflədə bilər və ruhdan düşməyimizə gətirib çıxarar (İbr. 12:5). İstər verilən məsləhəti qulaqardına vuraq, istərsə də onu qəbul etdiyimiz üçün ruhdan düşək, nəticə eyni olaraq qalır — biz məsləhətin bizə fayda gətirməsinə və düzəliş etməsinə imkan vermirik. Süleymanın sözlərinə diqqət yetirmək necə də yaxşı olardı! O yazır: «Aldığın tərbiyəyə bağlan, ayrılma, onu saxla, o sənin həyatındır» (Sül. məs. 4:13). Yol işarələrinə riayət edən sürücü kimi, gəlin məsləhətləri qəbul edib onları tətbiq edərək irəli gedək! (Sül. məs. 4:26, 27; İbranilərə 12:12, 13 ayələrini oxu.)

(İbranilərə 12:6, 7) Çünki Yehova kimi sevirsə, onu tərbiyə edir, lazım gəlsə, oğul kimi qəbul etdiyi hər kəsi cəzalandırır». 7 Buna dözün, çünki bu, bir tərbiyə üsuludur. Allah sizinlə öz oğulları kimi davranır. Məgər elə oğul var ki, atası onu cəzalandırmasın?

w12-E 1/7 s. 21, abz. 3

«Dua edəndə deyin: “Ata”»

Övladlarını sevən ata onları tərbiyə edir, çünki onların gələcəkdə necə insan olacağı onun üçün vacibdir (Efeslilərə 6:4). Belə ata övladlarına düzəliş edərkən qəti olsa da, heç vaxt sərt olmur. Səmavi Atamız da bəzən bizə düzəliş etməyi lazım bilir. Amma Allah həmişə məhəbbətlə tərbiyə edir, heç vaxt insanı alçaltmır. İsa da Atası kimi davranırdı. O heç vaxt, hətta şagirdləri onun məsləhətinə əməl etməyəndə də onlara qarşı sərt olmayıb (Mətta 20:20—28; Luka 22:24—30).

(İbranilərə 12:11) Düzdür, cəza o anda insana sevinc yox, ağrı gətirir. Sonradan isə bu yolla tərbiyə olunmuş adamlarda salehliyin sülh bəhrəsini yetişdirir.

w18.03 s. 32, abz. 18

«Tərbiyəyə qulaq asın, ağıllı olun»

Düzdür cəza insana ağrı gətirir, amma Yehovanın bu cəza vasitəsilə verdiyi tərbiyəni rədd etmək insana daha betər ağrı yaşadır (İbr. 12:11). Buna Qabili və Sidqiyyə padşahı misal çəkmək olar. Yehova Qabilin qardaşına nifrət etdiyini və onu öldürmək qəsdində olduğunu görəndə ona nəsihət etmişdi: «Niyə qəzəblənib qaş-qabağını salladın? Düzəlib yaxşı iş görsən, məgər gözümdə ucalmazsan? Ancaq belə etməsən, onda bil ki, yolunun üstündə günah pusqu qurub, o, səni ələ keçirmək istəyir. İndi nə edəcəksən, ona üstün gələcəksən?» (Yar. 4:6, 7). Təəssüf ki, Qabil Allahın sözlərini qulaqardına vurdu və içindəki günah onu məğlub etdi. Qabil özü öz başına bəla açdı. Heç bu ağrını, bu əzabı çəkməyə dəyərdi?! (Yar. 4:11, 12). Amma Yehovanın verdiyi töhməti qəbul etsəydi, Qabil bu qədər acı yaşamazdı.

it-1-E s. 629

Tərbiyə

İbrani dilində musar ismi və yasar feili «tərbiyə», «cəza», «məzəmmət», «öyüd» mənasını verir. Yunanca Septuagintada və İncildə işlənən paydeya ismi və paydeyo feili də, əsas etibarilə, eyni mənanı daşıyır. Mənası «uşaq» olan pays ismindən əmələ gələn paydeya sözü, əsas etibarilə, uşaqları böyütmək üçün lazım olan tərbiyə, nəsihət, təlim, məzəmmət, cəza mənasını verir.

Mənbəyi və məqsədi. Yehova məhəbbətindən irəli gələrək xalqını tərbiyə edir (Ms 3:11, 12). O, xidmətçilərinə öyüd-nəsihət verərək onların yanlış fikirlərini düzəldir və düşüncə tərzini, davranışlarını formalaşdırır. Allahın Öz əzəmətini Musanın dövründə yaşayan israillilərə göstərməsi onların tərbiyə edilməsinə xidmət edirdi. Yehova Misirin bütün allahları üzərində hökmünü icra edərkən, xalqını azad edərkən və Misir ordusunu Qırmızı dənizdə məhv edərkən misilsiz bir qüdrətini nümayiş etdirmişdi. Bundan başqa, Yehova dikbaş israillilərin də əleyhinə hökm çıxarıb onları cəzalandırmışdı. İsrailliləri möcüzəvi surətdə qida və su ilə təmin etmiş, həmçinin dediyi hər bir sözü ürəyə həkk etməyin və yerinə yetirməyin vacibliyini göstərən dərslər vermişdi. Bu tərbiyə onların təvazökar olması üçün və Yehovadan qorxmağın, bu qorxunu iman və əməllə göstərməyin vacibliyini onlara aşılamaq üçün idi (Qn 8:3—5; 11:2—7).

Yehova çox vaxt Öz nümayəndənləri, qanuni təsis olunmuş hakimiyyətlər vasitəsilə tərbiyə edir. Məsələn, arvadını evləndikləri vaxt bakirə olmamaqda yalandan günahlandıran israillini hakim kimi xidmət edən ağsaqqallar cəzalandırmalı idilər (Qn 22:13—19). Valideynlər övladlarını düzgün tərbiyə edəndə Yehovanı təmsil edirlər. Uşaqlar da bu cür tərbiyəyə valideyn sevgisi kimi baxmalı, başa düşməlidirlər ki, bu onların rifahı üçündür (Ms 1:8; 4:1, 13; 6:20—23; 13:1, 24; 15:5; 22:15; 23:13, 14; Ef 6:4). Məsihi yığıncağında ağsaqqallar Allahın Kəlamı əsasında nəsihət verir, məzəmmət edir, tənbeh edir, bir sözlə tərbiyə verirlər (2Tm 3:16). Yehovanın günah edən məsihilərə verdiyi tərbiyənin məqsədi onlara günah yolundan dönməyə və bu allahsız dünyaya kəsilən hökmə uğramamağa kömək etməkdir (1Kr 11:32). Məsihi yığıncağının başı kimi İsa Məsih məhəbbətdən irəli gələrək lazımi tərbiyənin verilməsinə diqqət yetirir (Vh 3:14, 19).

Tərbiyənin ciddi forması yığıncaqdan kənaredilmədir. Həvari Bulus Himeney və Aleksandrı Şeytana təslim edəndə məhz bu üsula əl atmışdı (1Tm 1:20). Yığıncaqdan uzaqlaşdırılan insanlar yenidən Şeytanın əlində olan dünyanın bir hissəsi olur (1Kr 5:5, 11—13).

Yehovanın iznilə xidmətçilərinin üzləşdiyi təqiblər də tərbiyə, yaxud təlim rolunu oynaya bilər, onlarda gözəl salehlik bəhrəsi yetişdirə bilər. Sınaq bitəndən sonra dinclik dövrü yetişəndə bu bəhrənin xeyrini görə bilərlər (İb 12:4—11). Hətta Allahın Oğlu da Atasının iznilə başına gələn əzablardan mərhəmətli və şəfqətli baş kahin olmağı öyrənmişdi (İb 4:15).

Qulaq asmağın və xor baxmağın nəticələri. Şər adamlar, axmaqlar, əxlaqsız adamlar Yehovanın tərbiyəsinə xor baxır, onu tamamilə rədd edirlər (Zb 50:16, 17; Ms 1:7). Bu cür axmaqlığın nəticəsi pis olur və növbəti tərbiyəyə, çox vaxt isə şiddətli cəzaya gətirib çıxarır. Məsəldə deyildiyi kimi, «axmağı öz axmaqlığı cəzalandırar» (Ms 16:22). Belə adamların axırı yoxsulluq, rüsvayçılıq, xəstəlik, hətta vaxtsız ölüm ola bilər. İsrailllilərin tarixindən görünür ki, itki necə böyük ola bilər. Yehova onları peyğəmbərlər vasitəsilə tənbeh və məzəmmət edərək tərbiyə edirdi, onlar isə buna əhəmiyyət vermirdilər. Digər tərbiyə üsulu olaraq, Yehova onları qorumadı, onlara nemət vermədi, onlar buna da məhəl qoymadılar. Axırda qabaqcadan deyilən şiddətli cəzaya məruz qaldılar. İstila olunub sürgün edildilər (Ər 2:30; 5:3; 7:28; 17:23; 32:33; Hş 7:12—16; 10:10; Sf 3:2).

Ancaq tərbiyəni qəbul etmək, Yehovadan sağlam şəkildə qorxmaq insanı müdrik edir, yəni belə insan biliyini düzgün tətbiq etməyi bacarır və beləliklə də özünü əzab-əziyyətdən, ağrı-acıdan qoruyur. Verilən tərbiyəyə uyğun davranmaq insanın ömrünü uzadır və əbədi gələcəyini təmin edir. Ona görə də tərbiyəni uca tutmaq lazımdır (Ms 8:10, 33—35; 10:17).

Hikmət xəzinəsindən incilər

(İbranilərə 12:1) Bu cür böyük şahidlər buludu ilə əhatə olunduğumuz üçün gəlin hər cür yükü və bizə əngəl törədən günahı kənara ataq və qarşımızdakı yarışda dözümlə qaçaq.

w11 15/9 s. 17, abz. 11

Yarışda dözümlə qaç

«Böyük şahidlər buludu», məcazi dillə desək, kənarda durub yarışa tamaşa edən və ya sevimli idmançılarına, yaxud komandalarına azarkeşlik edən kəslər deyildilər. Məsihçilikdən öncə yaşayan Yehovanın bu sadiq xidmətçiləri yarışın fəal iştirakçıları idi. Onlar qarşılarındakı məsafəni uğurla qaçaraq yarışda qalib gəlmişdilər. Həyatda olmasalar da, sınaqdan çıxmış bu «idmançılar» yarışa təzəcə qoşulanlar üçün gözəl nümunə ola bilərdilər. Təsəvvür edirsiniz, yeni iştirakçılar peşəkar idmançıların əhatəsində olduqlarını və ya onlar tərəfindən tamaşa edildiklərini bilsəydilər, hansı hisslər keçirərdilər? Məgər bu, onları əllərindən gələni, hətta bundan da artığını etməyə təşviq etməzdi? Qədimdə yaşamış bu şahidlər təsdiqləyə bilərdilər ki, nə qədər çətin olsa da, yarışda qalib gəlmək mümkündür. «Şahidlər buludu»nun nümunəsini yadda saxlayaraq birinci əsrdəki ibrani məsihçilər də cəsarət nümayiş etdirə və «dözümlə qaçaraq» məsafəni qət edə bilərdilər. Biz də bunu bacara bilərik.

(İbranilərə 13:9) Müxtəlif yad təlimlərə uyub yolunuzdan azmayın, çünki ürək qida ilə yox, Allahın lütfü ilə qüvvətlənsə daha yaxşıdır. Qidaya aludə olan adam ondan bir xeyir tapmayıb.

w89-E 15/12 s. 22, abz. 10

Yehovanı razı salan qurbanlar gətirin

10 İbrani məsihilərə iudaizm tərəfdarlarının müxtəlif yad təlimlərinə uyub, yollarından azmamaq lazım idi (Qalatiyalılara 5:1—6). Ürək bu təlimlərlə deyil, Allahın lütfü ilə qüvvətlənib, həqiqətdə möhkəm qala bilər. Görünür, bəziləri qida və qurbanlar üstündə mübahisə edirdilər, çünki Bulus deyirdi ki, ürək qida ilə qüvvətlənmir və «qidaya aludə olan adam ondan bir xeyir tapmayıb». İnsana ruhani xeyiri müəyyən yeməkləri yemək, müəyyən günləri tutmaq yox, möminlik və fidyəni qiymətləndirmək gətirir (Romalılara 14:5—9). Üstəlik, Məsihin qurbanlığı lavililərin təqdim etdiyi qurbanları qüvvədən salmışdı (İbranilərə 9:9—14; 10:5—10).

Müqəddəs Kitab qiraəti

(İbranilərə 12:1—17) Bu cür böyük şahidlər buludu ilə əhatə olunduğumuz üçün gəlin hər cür yükü və bizə əngəl törədən günahı kənara ataq və qarşımızdakı yarışda dözümlə qaçaq. 2 Eyni zamanda gözümüzü imanımızın Öndəri və kamilləşdirəni İsadan ayırmayaq. O, qarşıda onu gözləyən sevincə görə rüsvayçılığa məhəl qoymayıb işgəncə dirəyində çəkdiyi əzablara dözdü və Allahın taxtının sağında əyləşdi. 3 Bəli, öz zərərinə danışan günahlıların o cür ədavətli sözlərinə dözən İsa haqqında ciddi düşünün ki, yorulub təslim olmayasınız. 4 Siz bu günahla mübarizədə hələ qanınız axana qədər döyüşməmisiniz. 5 Ancaq bir oğul kimi sizə verilən bu nəsihəti tamamilə yaddan çıxarmısınız: «Oğlum, Yehovanın tərbiyəsinə xor baxma, O, səni tənbeh edəndə ruhdan düşmə. 6 Çünki Yehova kimi sevirsə, onu tərbiyə edir, lazım gəlsə, oğul kimi qəbul etdiyi hər kəsi cəzalandırır». 7 Buna dözün, çünki bu, bir tərbiyə üsuludur. Allah sizinlə öz oğulları kimi davranır. Məgər elə oğul var ki, atası onu cəzalandırmasın? 8 Ancaq əgər siz hamınız bu cəzanı almasanız, onda oğul yox, qeyri-qanuni doğulmuş övlad olarsınız. 9 Bizim cismani atalarımız da bizə cəza vermişlər və biz onlara hörmət etmişik. Elə isə, məgər ruhani həyatımızın Atasına daha böyük həvəslə itaət edib yaşamamalıyıq? 10 Atalarımız qısa müddət ərzində və düzgün saydıqları şəkildə bizə cəza vermişlər, Allah isə bunu bizim xeyrimiz üçün edir ki, Onun kimi müqəddəs olaq. 11 Düzdür, cəza o anda insana sevinc yox, ağrı gətirir. Sonradan isə bu yolla tərbiyə olunmuş adamlarda salehliyin sülh bəhrəsini yetişdirir. 12 Buna görə də yana düşmüş qolları və zəif dizləri gücləndirin, 13 düz yoldan ayrılmayın ki, axsaq ayaq yerindən çıxmasın, əksinə, sağalsın. 14 Hamıyla sülhdə olmağa çalışın və müqəddəsliyə can atın, çünki bunsuz heç kəs Ağanı görə bilməz. 15 Diqqətli olun ki, hamınız Allahın lütfünü alasınız, aranızda zəhərli kök boy atıb sizin üçün çətinlik yaratmasın və çoxlarını murdarlamasın. 16 Qoymayın ki, içinizdə əxlaqsız, yaxud Eys kimi müqəddəs şeyləri qiymətləndirməyən adam olsun. O, bir qarın yeməkdən ötrü ilk oğulluq haqqından keçdi. 17 Siz bilirsiniz ki, Eys sonradan xeyir-duanı miras almaq istəyəndə rədd edilmişdi. O, göz yaşı töküb atasının qərarını dəyişdirməyə çalışsa da, bu, artıq mümkün deyildi.

30 SENTYABR — 6 OKTYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YAQUB 1, 2

«Günaha və ölümə aparan yol»

(Yaqub 1:14) Lakin hər kəs öz nəfsi ilə tovlanıb aldanaraq sınanır.

g17.4 s. 14

Tamah və nəfs

İnsanı yoldan çıxaran, pis əməllərə şirnikdirən istəyə tamah, yaxud nəfs deyilir. Məsələn, mağazada alış-veriş edəndə gözünüzə çox arzuladığınız bir əşya sataşır. Ani olaraq ağlınızdan belə bir fikir keçir: «Nə bunu götürərdim, heç kimin xəbəri də olmazdı». Amma bu dəm daxildən bir səs, yəni vicdanınız sizə səslənib «olmaz!» deyir və siz bu günahlı fikri beyninizdən qovub yolunuza davam edirsiniz. Bu halda demək olar ki, siz tamaha üstün gəldiniz.

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

Əgər sizdə bu cür nəfsi istəklər yaranırsa, bu o demək deyil ki, siz pis insansınız. Müqəddəs Kitaba əsasən, hamı nəfsi ilə sınanır (1 Korinflilərə 10:13). Əsas odur, bu istəklər yarananda siz necə davranırsınız. Bəzi insanlar bu nəfsi istəkləri qəlbində böyüdür və gec-tez tamahına təslim olur. Bəziləri isə bu istəyin günah olduğunu başa düşdüyü üçün onu dərhal boğur.

«Hər kəs öz nəfsi ilə tovlanıb aldanaraq sınanır» (Yaqub 1:14).

(Yaqub 1:15) Sonra nəfs boylu qalıb günah doğur, törədilmiş günah isə, öz növbəsində, ölümə aparır.

g17.4 s. 14

Tamah və nəfs

Yaqub 1:15 ayəsində insanı günaha aparan addımlar məcazi dillə təsvir olunur. Orada yazılıb: «Nəfs boylu qalıb günah doğur». Necə ki, hamilə qadın gec-tez bətnindəki uşağı dünyaya gətirir, eləcə də nəfsi istəkləri ürəyində böyüdən insan əvvəl-axır bir xəta törədəcək. Buna görə də günahlı arzuları beşikdəcə boğmalıyıq, onların köləsi yox, ağası olmalıyıq.

Hikmət xəzinəsindən incilər

(Yaqub 1:17) Hər bir gözəl pay və hər bir kamil nemət yuxarıdan, səmavi nurların Atasından nazil olur. O, kölgə kimi dəyişkən deyil.

it-2-E s. 253, 254

İşıq

Yehova «səmavi nurların Atası»dır (Yq 1:17). O, gündüzü işıqlandırmaq üçün günəşi verib, gecəni aydınlaşdıran aydan, ulduzlardan ötrü qaydalar qoyub (Ər 31:35), həmçinin bütün ruhani aydınlığın, biliklərin Mənbəyidir (2Kr 4:6). Onun qanunu, hökmləri və sözü onları rəhbər tutanlar üçün işıqdır (Zb 43:3; 119:105; Ms 6:23; Əş 51:4). Məzmurçu demişdi: «Sənin nurunla görürük biz nur» (Zb 36:9; əlaqələndir: Zb 27:1; 43:3). Necə ki, günəş işığı «gün günorta yerinə qalxdıqca daha da işıqlanır», salehlərin də ilahi hikmətlə işıqlanan yolu get-gedə daha da işıqlanır (Ms 4:18). Yehovanın dediyi yolla getmək Onun nurunda yerimək deməkdir (Əş 2:3—5). Lakin insan nəyəsə pis gözlə, yaxud pis niyyətlə baxırsa, o, böyük ruhani zülmətdədir. İsa Məsihin dediyi kimi: «Yox əgər gözün acdırsa, bütün bədənin zülmət içində olacaq. Səndə olan işıq zülmətdirsə, bu zülmət necə də qatıdır!» (Mt 6:23; əlaqələndir: Qn 15:9; 28:54—57; Ms 28:22; 2Bt 2:14).

(Yaqub 2:8) Əgər siz Müqəddəs Yazılarda qanunların şahı olan «başqasını özünü sevdiyin kimi sev» qanununu icra edirsinizsə, çox yaxşı iş görürsünüz.

it-2-E s. 222, abz. 4

Qanun

«Qanunların şahı». Şah adi insanlardan adlı-sanlı və nüfuzlu olduğu kimi, «qanunların şahı» olan qanun da insanlar arasındakı münasibətlərə aid olan başqa qanunlardan üstün və önəmlidir (Yq 2:8). Qanun əhdinin məğzi məhəbbət idi və «başqasını özünü sevdiyin kimi sev» əmri (qanunların şahı) Tövrat və Peyğəmbərlərin kitabının təməlini təşkil edən əmrlərin ikincisi idi (Mt 22:37—40). Məsihilər Qanun əhdinə tabe olmasalar da, yeni əhdlə əlaqədar olaraq, Padşah Yehovanın və Onun Oğlunun, Padşah İsa Məsihin qanununa tabedirlər.

Müqəddəs Kitab qiraəti

(Yaqub 2:10—26) Əgər kimsə bütün Qanuna riayət edib, təkcə bir tələbi pozursa, belə adam bütün qanunlarıpozmuş olur. 11 Çünki «zina etmə» deyən həmçinin «qətl etmə» deyib. Buna görə də əgər sən zina etmir, lakin qətl törədirsənsə, deməli, qanunu pozursan. 12 Azad xalqın qanunu ilə mühakimə ediləcək adamlar kimi danışın və hərəkət edin. 13 Mərhəmət göstərməyənə rəhmsiz hökm çıxarılacaq. Mərhəmət hökm üzərində zəfər çalır. 14 Qardaşlar, əgər kimsə deyir ki, imanı var, ancaq onun yaxşı əməlləri yoxdursa, bunun nə faydası? Məgər belə iman onu xilas edə bilər? 15  Əgər bir qardaşın, yaxud bacının geyinməyə paltarı və gündəlik yeməyi yoxdursa 16 və sizlərdən biri onlara: «Sağ-salamat gedin, isinin və qarnınızı doydurun», — deyir, amma möhtac olduqları zəruri şeyləri vermirsə, bunun nə faydası? 17 Eynilə, iman da əməlsiz ölüdür. 18 Ancaq kimsə deyə bilər: «Sənin imanın var, mənim də əməlim. Sən mənə öz imanını əməlsiz göstər, mən isə sənə imanımı əməldə göstərim». 19 Allahın tək olduğuna inanırsan? Əcəb edirsən! Cinlər də inanır və qorxularından tir-tir əsirlər. 20 Ey düşüncəsiz insan, məgər bilmirsən ki, əməlsiz iman faydasızdır? 21 Məgər atamız İbrahim oğlu İshaqı qurbangahın üzərində təqdim edəndən sonra əməlləri sayəsində saleh bilinmədi? 22 Görürsən, onun imanı əməllərlə müşayiət edilirdi və əməllərlə də tamamlandı. 23 Beləcə, Müqəddəs Yazılardakı: «İbrahim Yehovaya iman gətirdi və buna görə saleh sayıldı» sözləri yerinə yetdi və ona «Yehovanın dostu» deyildi. 24 Göründüyü kimi, insan əməlləri ilə saleh bilinir, ancaq imanla deyil. 25 Məgər fahişə Rahab da elçiləri qonaqpərvərliklə qarşılayıb başqa yolla ötürəndən sonra əməlləri sayəsində saleh bilinmədi? 26 Bəli, ruhsuz bədən ölü olduğu kimi, əməlsiz iman da ölüdür.

MƏSİHİ HƏYATI

AİLƏLƏRƏ KÖMƏK | VALİDEYNLƏR

Övladınızla sekstinq barədə danışın

PROBLEM

Ola bilsin, gənclər arasında sekstinqin geniş yayıldığını eşitmisiniz. «Görəsən, mənim də uşağım bununla məşğul olur?» — deyə, bəlkə də, ürəyinizdə narahatçılıq keçirirsiniz.

Bu barədə övladınızla danışmaq istəyirsiniz. Amma necə danışasınız? Bu suala cavab verməzdən əvvəl gəlin görək nəyə görə bəzi gənclər sekstinqlə məşğul olur və nəyə görə buna barmaqarası yanaşmaq olmaz.

SƏBƏBLƏR

• Bəzi yeniyetmələr xoşlarına gələn adamlara açıq-saçıq mesajlar göndərərək onlarla flirt edirlər.

• Bəzən oğlan qızı açıq-saçıq şəkillərini göndərməyə məcbur edir.

• Bəzən oğlan dostlarını əyləndirmək, yaxud ayrılandan sonra qisas almaq üçün qızın çılpaq şəkillərini hamıya göndərir.

Səbəb hər nə olsa da, telefonla «silahlanmış» yeniyetmə çox problem yarada bilər. Bir kitabda deyilir: «Bir düyməni basmaqla insanların həyatı məhv ola bilər» («CyberSafe»).

Bir çox insanlar başa düşmürlər ki, kiber aləmə şəkil düşdüsə, daha ondan necə istifadə edildiyinə nəzarət etmək mümkün olmayacaq. Bir dəfə ABŞ Federal Təhqiqat Bürosunun bülletenində deyilirdi ki, on səkkiz yaşlı qızın smartfonla oğlan dostuna göndərdiyi çılpaq şəkli məktəbdəki yüzlərlə yeniyetməyə göndərildiyinə görə qız intihar etmişdi. Deyilənə görə, o biri şagirdlər də şəkli başqalarına yollayırmışlar və qıza sataşırmışlar.

Sekstinqə görə cinayət işi də açılır. Məsələn, bəzi yerlərdə başqa azyaşlılara seksual xarakterli şəkillər göndərən azyaşlılar uşaq pornoqrafiyası yaymaqda ittiham olunur və seks cinayətkarı kimi qeydə alınır. Əgər telefonun alışında valideynin adı hallanıbsa, yaxud valideyn övladını sekstinqdən çəkindirmək üçün ölçü götürməyibsə, o da məsuliyyətə cəlb oluna bilər.

NƏ EDƏ BİLƏRSİNİZ?

Qaydalar qoyun. Yeniyetmənin telefondan necə istifadə etdiyini tam nəzarətdə saxlaya bilməsəniz də, onun üçün qaydalar qoyun və bu qaydaları pozmağın nə ilə nəticələnəcəyini ona bildirin. Həmçinin yadda saxlayın ki, valideyn olaraq övladınızın smartfonunu yoxlamağa ixtiyarınız çatır (Müqəddəs Kitab prinsipi: Efeslilərə 6:1).

Yeniyetmə ilə söhbət edin. Deyə bilərsiniz: «Hərə sekstinqi bir cür izah edir. Bəs səncə, sekstinq nədir?» «Səncə necə şəkillər tərbiyəsiz şəkillərdir?» «Bəzi yerlərdə bir azyaşlının başqa bir azyaşlının çılpaq şəklini başqasına göndərməsi qanunla cinayət hesab olunur. Səncə də, bu hərəkət pisdir?» «Nəyə görə sekstinq tərbiyəsizlikdir?» Onun dediklərinə diqqətlə qulaq asın və ona şəkli göndərməyin sonrasını fikirləşməyə kömək edin (Müqəddəs Kitab prinsipi: İbranilərə 5:14).

Bir vəziyyəti fərz edib, müzakirə edin. Qızınıza deyə bilərsiniz: «Tutaq ki, oğlan qızı məcbur edir ki, ona çılpaq şəklini göndərsin. O nə etsin? Onunla dostluğunu itirməmək üçün dediyini eləsin? Bəlkə, dediyini etməsin, amma flirt etməyə davam etsin? Münasibətə son qoysun? Böyüklərə desin?» Qızınıza bu barədə düşünməyə kömək edin. Sözsüz ki, oğlunuzla da eyni cür söhbət edə bilərsiniz (Müqəddəs Kitab prinsipi: Qalatiyalılara 6:7).

Övladınızda yaxşılığa məhəbbət yetişdirin. Bu kimi suallar verin: Sənin üçün təmiz ad nə dərəcədə vacibdir? Hansı cəhətlərinlə tanınmaq istəyərdin? Kiminsə göndərdiyi tərbiyəsiz şəkli başqasına göndərib onu alçaltsaydın, özünü necə hiss edərdin? Qətiyyətlə düzgün davransan, özünü necə hiss edərsən? Övladınıza vicdanını təmiz saxlamağa kömək edin (1 Butrus 3:16).

Özünüz nümunə qoyun. Müqəddəs Kitabda deyilir ki, ilahi hikmət safdır və riyakarlıqdan uzaqdır (Yaqub 3:17). Sizin dəyərlərinizdə bu öz əksini tapır? «Biz özümüz yaxşı nümunə qoymalıyıq, xoşagəlməz, yaxud qeyri-qanuni saytlarlara və şəkillərə baxmamalıyıq», — deyə bir kitabda deyilir («CyberSafe»).

[Haşiyə]

«Sekstinq» smartfon vasitəsilə seksual xarakterli mətnlər, şəkillər, yaxud videoların göndərilməsidir. Daha çox məlumat üçün jw.org saytına daxil olun və «Sekstinq barədə nəyi bilməliyəm?» adlı məqaləni onlayn oxuyun (MÜQƏDDƏS KİTAB TƏLİMLƏRİ > YENİYETMƏLƏR bölməsinə baxın).

Şəkli göndərməyin sonrasını fikirləşin

[5-ci səhifədəki çərçivə]

ƏSAS AYƏLƏR

«Uşaqlar,.. valideynlərinizin sözünə qulaq asın» (Efeslilərə 6:1).

«[Yetkin adam] ağlını... yaxşını pisdən ayırmağa öyrəşdirib» (İbranilərə 5:14).

«İnsan nə əkərsə, onu da biçəcək» (Qalatiyalılara 6:7).

[5-ci səhifədəki çərçivə]

TƏKLİF

Sizə, yaxud yeniyetmə övladınıza sekstinq barədə danışmaq çətindirsə, belə edin:

Əvvəlcə uşaqdan başqalarının nə etdiyi barədə soruşun. Sonra deyin: «Sekstinq barədə çox eşitmişəm. Bu, çox yayılıb?»

Sonra onun başqalarının hərəkətlərinə necə münasibət bəslədiyini öyrənin. Soruşun: «Səncə, adamlar sekstinqin nə ilə nəticələndiyini başa düşür?»

Daha sonra müzakirə edin ki, övladınız nə edərdi. Belə keçid etmək olar: «Gəl indi danışaq, sənin telefonuna açıq-saçıq mesaj gəlsə, nə etməlisən».

Məsləhət: Söhbətə başlamaq üçün xəbərlərdən nəsə danışmaq olar. Məsələn, «O gün bir qız haqqında oxumuşdum. Onun çılpaq şəklini bütün məktəbə yayıblar. Doğrudan, belə şeylər olur?»

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş