MƏSİHİ HƏYATI
Bukletlər vasitəsilə söhbətə necə başlamalı?
2018-ci il yanvar sayından etibarən «Məsihi həyatı və ibadəti. İş dəftəri» vərəqəsinin ön səhifəsində söhbət planları dərc olunur. Biz təbliğdə sadəcə ədəbiyyat verməyə yox, insanlarla söhbət etməyə təşviq olunuruq. Təbliğçilərə söhbətə təkcə Müqəddəs Kitab vasitəsilə başlamağa kömək etmək üçün videolar təqdim olunur. Bəs bu o deməkdirmi ki, ev-ev təbliğ edərkən nəşrdən istifadə etməməliyik? Xeyr. Məsələn, bukletlər vasitəsilə söhbətə başlamaq çox effektiv ola bilər. Biz bukletləri aşağıda gətirilən qaydaya uyğun təqdim edə bilərik:
Ön səhifədə gətirilən sualı verin.
Sonra cavab olaraq ikinci səhifənin yuxarısında gətirilən Müqəddəs Kitab ayəsini (ayələrini) oxuyun. Əgər vaxt varsa, bukletin içindən bəzi məlumatları oxuyub, müzakirə edin.
Bukleti ev sakininə verin və təşviq edin ki, qalan məlumatı ona münasib vaxtda özü oxusun.
Sağollaşmamışdan qabaq «Düşünün» çərçivəsindəki sualları göstərin və Müqəddəs Kitabdan cavabı müzakirə etmək üçün növbəti dəfəyə vaxt təyin edin.
Təkrar gələndə cavabı müzakirə edin, növbəti təkrar söhbət üçün açıq sual saxlayın. Sualı saytımızdan və ya bukletin son səhifəsində istinad olunan nəşrdən seçə bilərsiniz. Münasib vaxtda «İlahi müjdə» kitabçasını və ya istənilən təlim vəsaitini təqdim edin.