NƏĞMƏ 37
Yehovanı bütün qəlbinlə sev
Çap versiyası
1. Ey Yehova, ey Xudaya,
Cani-dildən bağlıyam Sənə.
Haqq yolda qalmaq arzumdur,
Olmayım bivəfa peymana.
Hər Kəlmən mənə bir bəxşişdir,
Həzz alır könlüm əmrindən.
NƏQARƏT
Ey Yehova, Sən Atamsan,
Mən ürəkdən bağlıyam Sənə.
2. Ay göydə sadiq şahidtək
Şan-şöhrətin bəyan eyləyər.
Mən də sədaqət göstərrəm,
Tək adını edərəm izhar.
Andıma uyğun yaşayıram,
Ruhuma hopub həqiqət.
NƏQARƏT
Ey Yehova, Sən Atamsan,
Mən ürəkdən bağlıyam Sənə.
(Həmçinin baxın: Qan. 6:15; Zəb. 40:8; 113:1—3; Vaiz 5:4; Yəh. 4:34.)