Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • rr s. 47
  • Dörd simalı məxluqlar

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Dörd simalı məxluqlar
  • Pak ibadət dirçəlir!
  • Oxşar material
  • Dörd simalı dörd məxluq
    Pak ibadət dirçəlir!
  • «Məbədi təsvir et»
    Pak ibadət dirçəlir!
  • Müqəddəs Yazıların kitabı nömrə 26 Yezekel
    «Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2007
  • «Allahdan nazil olan görüntülər gördüm»
    Pak ibadət dirçəlir!
Əlavə
Pak ibadət dirçəlir!
rr s. 47
İnsan başlı, öküz bədənli, qanadlı qədim heykəl.

ÇƏRÇİVƏ 4A

Dörd simalı məxluqlar

Sözsüz ki, Hizqiyal sarayların və məbədlərin qarşısında gözətçi kimi duran insan başlı, öküz və şir bədənli, qanadlı nəhəng heykəllər görmüşdü. Çünki bu cür heykəllərə qədim Aşşur və Babilistanın hər yerində rast gəlmək olardı. Yəqin Hizqiyal da hamı kimi bu vahiməli heykəllərin qarşısında durub heyrətlə onlara tamaşa edirdi. Bəzən hündürlüyü altı metrə çatan bu heykəllər nə qədər qüdrətli görünsələr də, cansız idilər, sadəcə daşdan oyulmuş heykəllər idilər.

İNSAN BAŞLI QANADLI ÖKÜZ

İnsanların boyu (təxminən 1,8 m) insan başlı qanadlı öküzün boyu (təxmiən 4,42 m) ilə müqayisə olunur.

Şəkildəki insan başlı, öküz bədənli, qanadlı heykəl qədim Aşşurun Xorsabad şəhərinin qala darvazasının bir hissəsi olub. İnanca görə, heykəl şəri şəhərə girməyə qoymurmuş.

Hizqiyal isə görüntüdə cansız heykəllər yox, məxluqlar görmüşdü. Bu iki şey arasında yerlə göy qədər fərq var. Bu mənzərə Hizqiyala elə təsir etmişdi ki, o, peyğəmbərliyinin girişində məxluq sözünü on dəfədən çox işlətmişdi (Hizq. 1:5—22). Dörd məxluqun Allahın taxtından aşağıda həmahəng hərəkət etməsi, yəqin Hizqiyalın beyninə birdəfəlik həkk etmişdi ki, Yehova bütün varlıqları idarə edir. Bu gün həmin görüntü xəyalımızda Yehovanın böyüklüyünü, qüdrətini və hakimiyyətinin əzəmətini canlandıraraq bizi heyrətə salır (1 Saln. 29:11).

Qanadları açılmış dörd simalı dörd məxluqdan biri.

4-cü fəslin 4-cü abzasına baxın

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş