Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwbr21 mart s. 1—9
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr 2021
  • Başlıqlar
  • 1—7 MART
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | SAYLAR 7, 8
  • «İsraillilər bizə nədə nümunədir?»
  • it-1-E s. 497, abz. 3
  • İcma
  • it-2-E s. 796, abz. 1
  • Rubən
  • w04 1/10 s. 30, abz. 1
  • “Saylar” kitabından diqqətəlayiq fikirlər
  • Hikmət xəzinəsindən incilər
  • it-1-E s. 835
  • İlk oğul; ilkin
  • 8—14 MART
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | SAYLAR 9, 10
  • «Yehova xalqına necə rəhbərlik edir?»
  • it-1-E s. 398, abz. 3
  • Düşərgə
  • w11 15/4 s. 4—5
  • Allahın necə rəhbərlik etdiyini dərk edirsənmi?
  • Hikmət xəzinəsindən incilər
  • it-1-E s. 199, abz. 3
  • Birgə toplaşmaq
  • 15—21 MART
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | SAYLAR 11, 12
  • «Nə üçün deyingən olmamalıyıq?»
  • w01 1/9 s. 11, abz. 20
  • Unutqan dinləyicilər olmayın
  • w06 1/8 s. 6, abz. 7
  • ‘Hər şeyi şikayətsiz edin’
  • it-2-E s. 719, abz. 4
  • Dava
  • Hikmət xəzinəsindən incilər
  • it-2-E s. 309
  • Manna
  • 22—28 MART
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | SAYLAR 13, 14
  • «İman bizi necə cəsarətli edir?»
  • w06 1/10 s. 20—21, abz. 5, 6
  • İman və Allah qorxusu bizi cəsarətləndirir
  • Hikmət xəzinəsindən incilər
  • it-1-E s. 740
  • Allahın israillilərə verdiyi ölkə
  • 29 MART — 4 APREL
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | SAYLAR 15, 16
  • «Qürurdan və özündənrazılıqdan çəkinin»
  • w11 15/9 s. 27, abz. 12
  • Yehova səni tanıyırmı?
  • w11 15/9 s. 27, abz. 11
  • Yehova səni tanıyırmı?
  • Hikmət xəzinəsindən incilər
  • w98-E 1/9 s. 20, abz. 1, 2
  • Vacib şeyləri hər şeydən üstün tutun!
  • 5—11 APREL
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | SAYLAR 17—19
  • «Sizin... irsiniz Mənəm»
  • w11 15/9 s. 13, abz. 9
  • Yehovanın sənin payın olmasına yol verirsən?
  • w11 15/9 s. 7—8, abz. 4
  • Yehova mənim payımdır
  • Hikmət xəzinəsindən incilər
  • g02-E 8/6 s. 14, abz. 2
  • Vacib məhsul olan duz
  • 12—18 APREL
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | SAYLAR 20, 21
  • «Gərgin vəziyyətlərdə həlim qalın»
  • w19.02 s. 12—13, abz. 19
  • Həlimliyə can ataraq Yehovanı razı salın
  • w19.02 s. 13, abz. 20, 21
  • Həlimliyə can ataraq Yehovanı razı salın
  • w09-E 1/9 s. 19, abz. 5
  • Haqqın tərəfində duran Hakim
  • Hikmət xəzinəsindən incilər
  • w14 15/6 s. 25—26, abz. 12
  • İnsan zəifliyinə Yehovanın gözü ilə bax
  • 19—25 APREL
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | SAYLAR 22—24
  • «Yehova lənəti xeyir-duaya çevirir»
  • bt s. 53—55, abz. 5
  • «İsa haqqındakı müjdəni» bəyan edirik
  • it-2-E s. 291
  • Ağılsızlıq
  • Hikmət xəzinəsindən incilər
  • w04 1/10 s. 32, abz. 1
  • “Saylar” kitabından diqqətəlayiq fikirlər
  • 26 APREL —2 MAY
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | SAYLAR 25, 26
  • «Bir nəfərin hərəkəti çoxlarına fayda gətirdi»
  • lvs s. 118, abz. 1, 2
  • Əxlaqsızlıqdan qaç
  • lvs s. 119, abz. 4
  • Əxlaqsızlıqdan qaç
  • Hikmət xəzinəsindən incilər
  • it-1-E s. 359, abz. 1, 2
  • Sərhəd
«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr 2021
mwbr21 mart s. 1—9

«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

1—7 MART

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | SAYLAR 7, 8

«İsraillilər bizə nədə nümunədir?»

it-1-E s. 497, abz. 3

İcma

İsraildə məsul kişilər çox vaxt bütün xalqı təmsil edirdilər (Üz 10:14). Beləliklə, Müqəddəs çadır qurulub qurtaranda «qəbilə başçıları» bəxşişlər gətirdilər (Sy 7:1—11). Həmçinin Nəhəmyanın da dövründə bağlanan əhdi xalqın adından kahinlər, lavililər və xalqın başçıları möhürləyib təsdiqlədi (Nə 9:38—10:27). İsraillilər səhrada dolaşan vaxt da «icmanın başçıları, xalqın başbilənləri, nüfuzlu adamlar» var idi. Onlardan 250 nəfəri Qarun, Datan, Abiram və Onla əlbir olub, Musaya və Haruna qarşı qalxmışdı (Sy 16:1—3). Yehovanın buyruğu ilə Musa İsrailin ağsaqqalı, başbiləni sayıb-bildiyi adamların içindən 70 nəfər seçmişdi. Musa xalqın yükünü tək daşıya bilmədiyindən onlar Musaya kömək edəcəkdilər (Sy 11:16, 17, 24, 25). Lavililər 4:15 ayəsində icmanın ağsaqqallarından danışılır. Görünür, xalqı təmsil edənlər xalqın ağsaqqalları, başçıları, hakimləri və məmurları idi (Sy 1:4, 16; Yş 23:2; 24:1).

it-2-E s. 796, abz. 1

Rubən

İsraillilərin düşərgəsində rubənlilər Müqəddəs çadırdan cənubda düşərgə salmışdılar. Onların bir tərəfində Şəmun qəbiləsi, digər tərəfində isə Cad qəbiləsi düşərgə salmışdı. Yola düşəndə Rubənin başçılıq etdiyi bu üçqəbiləli bölüm Yəhuda, Yəsakir və Zəbulun qəbiləsindən ibarət üçqəbiləli bölümün ardınca gedirdi (Sy 2:10—16; 10:14—20). Qubangahın açılışı günü də qəbilələr eyni ardıcıllıqla bəxşişlərini gətirdilər (Sy 7:1, 2, 10—47).

w04 1/10 s. 30, abz. 1

“Saylar” kitabından diqqətəlayiq fikirlər

8:25, 26. Yaşlı levililər mütləq xidməti dayandırırdılar, bununla bu kişilərin yaşına hörmət edilir, həmçinin levililərə məxsus olan vəzifə başqa münasib adamlara həvalə oluna bilərdi. Bununla belə, yaşlılar başqa levililərə könüllü kömək edə bilərdilər. Padşahlığın təbliğçiləri üçün yaş məhdudiyyəti olmasa da, bu qanunun əsasını təşkil edən prinsip bizə çox şey öyrədir. Əgər məsihçi qocalıq ucbatından müəyyən vəzifələri yerinə yetirmək iqtidarında deyilsə, o, gücü çatan xidmət növündə iştirak edə bilər.

Hikmət xəzinəsindən incilər

it-1-E s. 835

İlk oğul; ilkin

İsraillilərin ilk doğulan oğulları gələcəyin nəsil başçıları olduqlarından onlar bütün xalqı təmsil edirdilər. Yehova bütün İsrail xalqını «ilki» adlandırmışdı. İbrahimlə bağladığı əhdə görə onları xalq olaraq ilki hesab edirdi (Çx 4:22). İlk doğulan oğulların həyatını qoruduğu üçün Yehova belə bir əmr vermişdi: «İsraillilərin içində kişi cinsindən olan bütün ilkinləri Mənim üçün ayırın. İlk doğulan oğlan uşaqları, eləcə də heyvanların erkək balalarından birincisi Mənə məxsusdur» (Çx 13:2). Beləliklə, ilk oğullar Allaha həsr olunmuşdular.

8—14 MART

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | SAYLAR 9, 10

«Yehova xalqına necə rəhbərlik edir?»

it-1-E s. 398, abz. 3

Düşərgə

Bu böyük düşərgə bir yerdən başqa yerə gedəndə (Saylar kitabının 33-cü fəslində Musa düşərgə saldıqları təxminən 40 yerin adını çəkir) onun mükəmməl şəkildə təşkil olunduğu görünürdü. Bulud Müqəddəs çadırın üstündə dayanıb duranda düşərgə olduğu yerdə qalırdı. Elə ki bulud qalxırdı, düşərgə də tərpənirdi. «Onlar Yehovanın əmri ilə düşərgə salar, Yehovanın əmri ilə də yola düşərdilər» (Sy 9:15—23). Yehovanın əmrini isə düşərgəyə döymə gümüşdən düzəldilmiş iki kərənay vasitəsilə çatdırırdılar (Sy 10:2, 5, 6). Kərənay səsi zilə-bəmə qalxıb-düşəndə düşərgəni yığmaq lazım idi. Düşərgəni birinci dəfə «ikinci ilin [b. e. ə. 1512-ci il] ikinci ayının iyirminci günündə» yığdılar. Başda əhd sandığı olmaqla əvvəlcə Yəhuda qəbiləsinin başçılıq etdiyi üçqəbiləli bölüm yola düşdü. Bu bölümdə Yəhuda qəbiləsinin ardınca Yəsakir, sonra isə Zəbulun qəbiləsi gedirdi. Onların ardınca Müqəddəs çadırın müəyyən hissələrini daşıyan Hirsən və Merar oğulları gedirdi. Sonra Rubənin başçılıq etdiyi üçqəbiləli bölüm gedirdi. Bu bölümdə Rubənin ardınca Şəmun, sonra Cad gedirdi. Onlardan sonra müqəddəs məkanın əşyalarını daşıyan kəhatlılar yola düşdü. Onlardan da sonra Əfraimin başçılıq etdiyi üçüncü üçqəbiləli bölüm gedirdi. Bu bölümdə Əfraimin ardınca Mənəssə, sonra Binyamin gedirdi. Ən nəhayət, arxada Danın başçılıq etdiyi bölüm gedirdi. Bu bölümdə Danın ardınca Aşir, sonra Niftalı gəlirdi. Beləliklə, iki ən böyük və güclü bölümün biri qabaqda, digəri isə arxada gedirdi (Sy 10:11—28).

w11 15/4 s. 4—5

Allahın necə rəhbərlik etdiyini dərk edirsənmi?

Allahın rəhbərliyini qiymətləndirdiyimizi necə göstərə bilərik? Həvari Pavel demişdi: «Sizə rəhbərlik edənlərə itaət edin və tabe olun» (İbr. 13:17). Lakin bu ayədə yazıldığı kimi davranmaq həmişə asan olmur. Özünü Musanın günlərindəki israillilərin yerinə qoy. Təsəvvür et ki, bir müddət səhrada dolaşdıqdan sonra dirək növbəti dayanacaq yerinə çatır. O, burada nə qədər duracaq? Bir gün, bir həftə, yoxsa bir neçə ay? «Bütün əşyalarımı çıxarım-çıxarmayım?» — deyə öz-özünə fikirləşirsən. Ola bilsin, sən əvvəlcə ən lazımi əşyaları çıxarırsan. Lakin bir neçə gündən sonra əşyalarını eşələməkdən bezib hamısını çıxarmaq qərarına gəlirsən. İşini qurtarana yaxın bir də görürsən ki, dirək qalxır və sən yenə də əşyalarını yığmalısan. Əlbəttə, bu, asan olmazdı. Buna baxmayaraq, israillilər bulud «qalxan zaman», yəni dərhal yola düşməli idilər (Say. 9:17—22).

Bəs biz Allahdan göstərişlər alanda onları dərhal yerinə yetiririk? Yoxsa vərdiş etdiyimiz kimi davranmağa davam edirik? İnsanlara Müqəddəs Kitabı necə öyrətməyə, əcnəbilərə şahidlik verməyə, müntəzəm olaraq ailəvi ibadətdə iştirak etməyə, konqresdə ədəbli davranışa və Xəstəxanalarla əlaqə komitəsi ilə əməkdaşlıq etməyə dair verilən ən son göstərişlərlə tanışıqmı? Məsləhətləri qəbul etməyimiz də Allahın rəhbərliyinə görə minnətdar olduğumuzu göstərir. Vacib qərarlar verməli olanda biz öz ağlımıza arxalanmırıq, əksinə, Yehovadan və Onun təşkilatından göstəriş gözləyirik. Balaca uşaq qasırğa zamanı valideynlərinə sığındığı kimi, biz də bu keşməkeşli dünyada problemlərlə üzləşəndə Yehovanın təşkilatına sığınırıq.

Hikmət xəzinəsindən incilər

it-1-E s. 199, abz. 3

Birgə toplaşmaq

Birgə toplaşmağın vacibliyi. Yehova tədbirlər görmüşdü ki, israillilər ruhani fayda əldə etmək üçün bir yerə toplaşsın. Hər il keçirilən Pasxa bayramı ilə bağlı göstərişlər bu tədbirlərdə iştirak etməyin vacibliyini vurğulayırdı. Əgər hansısa kişi pak ola-ola və səfərdə olmadığı halda Pasxanı qeyd etməzdisə, öldürülməli idi (Sy 9:9—14). Hizqiyyə padşah Yəhuda və İsrail əhlini Yerusəlimə Pasxanı qeyd etməyə çağıranda demişdi: «Ey İsrail xalqı,.. Yehovaya dönün... Ata-babalarınız kimi tərs olmayın. Yehovaya tabe olun, Onun həmişəlik pak etdiyi müqəddəs məkanına gəlin, Allahınız Yehovaya qulluq edin. Belə etsəniz, Onun sizə qarşı alovlanan qəzəbi sönər... Allahınız Yehova rəhmli və mərhəmətlidir. Ona dönsəniz, sizdən üz döndərməyəcək» (2Sm 30:6—9). İsraillilər bilərəkdən bayrama gəlməməklə Allahdan üz döndərdiklərini göstərəcəkdilər. Məsihilər Pasxa kimi bayramları qeyd etməsələr də, Bulus onları təşviq edirdi ki, Allahın xalqının yığıncaqlarından qalmasınlar. O demişdi: «Gəlin bir-birimizə qarşı diqqətli olub bir-birimizi məhəbbətə və yaxşı işlərə təşviq edək, bəzilərinin vərdiş etdiyi kimi, yığıncaqlarımızdan qalmayaq, bir-birimizi ruhlandıraq və o günün yaxınlaşdığını gördükcə bunları daha çox edək» (İb 10:24, 25).

15—21 MART

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | SAYLAR 11, 12

«Nə üçün deyingən olmamalıyıq?»

w01 1/9 s. 11, abz. 20

Unutqan dinləyicilər olmayın

20 Məsihçilərin böyük əksəriyyəti cinsi əxlaqsızlığa uymurlar. Buna baxmayaraq, özümüzdə deyingənliyi vərdiş etdirməkdən qaçınmalıyıq, çünki bu xüsusiyyətlə Yeqovanın narazılığını qazana bilərik. Pavel bizə nəsihət edir: “Məsihi [“Yeqovanı”, YD] sınamayaq; onlardan [israillilərdən] bə’ziləri elə etdi və ilanlarla həlak edildilər. Deyinməyin; onlardan bə’ziləri deyindilər və öldürücü mələk tərəfindən məhv edildilər” (1 Korinflilərə 10:9, 10). İsrail xalqı Musaya və Haruna — hətta Allahın özünə qarşı da deyindi: onlar mö’cüzəli şəkildə verilən mannaya narazılıq etdilər (Saylar 16:41; 21:5). Onların deyinmələri, Yeqova üçün zinakarlıqdan azmı təhqir oldu? Müqəddəs Kitab göstərir ki, deyingənlərin əksəriyyəti ilanlarla həlak edildi (Saylar 21:6). Bu hadisədən əvvəl isə 14 700-dən çox deyingən adam məhv edilmişdi (Saylar 16:49). Gəlin, verdiyi bəxşişlərə hörmətsiz yanaşmaqla Yeqovanın səbrini tükəndirməyək.

w06 1/8 s. 6, abz. 7

‘Hər şeyi şikayətsiz edin’

7 İsraillilərin əhval-ruhiyyəsi necə də dəyişildi! Əvvəlcə onlar Misir əsarətindən qurtulduqlarına, o cümlədən, Qırmızı dənizi keçərək azad olunduqlarına görə minnətdarlıqdan irəli gələrək Yehovaya həmd nəğməsi oxudular (Çıxış 15:1-21). Səhrada narahatlıqlarla üzləşəndə və kən’anlılar qarşısında qorxuya düşəndə isə, Allahın xalqının minnətdarlığı narazılığa çevrildi. Azadlığa çıxdıqları üçün Allaha şükür etmək əvəzinə, Onu, yanlış olaraq məhrumiyyət kimi qiymətləndirdikləri şeydə günahlandırdılar. Deyinməkləri, onlarda Yehovanın qayğısına görə həqiqi minnətdarlığın çatışmadığını göstərirdi. Ona görə də Allahın: «Nə vaxta qədər bu pis camaat Mənə qarşı deyinəcək?» deməsi təəccüblü deyil (Saylar 14:27; 21:5).

it-2-E s. 719, abz. 4

Dava

Deyinmək. Deyinmək insanları məyus edir və araya nifaq salır. İsraillilər Misirdən çıxandan az sonra Yehovadan gileylənməyə, Onun Musa və Harun vasitəsilə etdiyi rəhbərlikdən şikayətlənməyə başladılar (Çx 16:2, 7). Bir dəfə onların deyinməyi Musanı elə pərişan etdi ki, o özünə ölüm dilədi (Sy 11:13—15). Deyinmək insanın öz həyatını da təhlükəyə ata bilər. Yehova israillilərin Musadan gileylənməsini Öz başçılığına qarşı üsyan etmək, Ondan şikayətlənmək kimi qəbul etdi (Sy 14:26—30). Deyinməyin üstündə çoxları öz həyatını itirdi.

Hikmət xəzinəsindən incilər

it-2-E s. 309

Manna

Təsviri. Manna «keşniş toxumu kimi ağ idi» və ya «ətirli qatran rəngində idi». Ətirli qatran mum kimi şəffaf maddədir, mirvariyə oxşayır. Manna ballı kökə, yağlı şirinçörək dadı verirdi. Onu əldəyirmanında üyüdür, yaxud həvəngdəstədə döyürdülər. Sonra qaynadır, yaxud kökə bişirirdilər (Çx 16:23, 31; Sy 11:7, 8).

22—28 MART

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | SAYLAR 13, 14

«İman bizi necə cəsarətli edir?»

w06 1/10 s. 20—21, abz. 5, 6

İman və Allah qorxusu bizi cəsarətləndirir

5 Lakin kəşfiyyatçılardan ikisi, Yeşua və Kalev Və’d edilmiş diyara girməyə can atırdılar. Onlar deyirdilər: «Onları məğlub edə bilərik. Müdafiəçiləri onları atıb getmişdir, amma Rəbb bizimlədir. Onlardan qorxmayın!» (Saylar 14:9). Yeşua və Kalevin nikbinliyi əsassız idimi? Yox! Yeşua və Kalev bütün xalq ilə birgə Yehovanın Misir padşahlığını və onun allahlarını On bəla vasitəsilə alçaltdığının şahidi olmuşdular. Onlar, həmçinin Yehovanın fir’onu və onun ordusunu Qırmızı dənizdə batırdığını da görmüşdülər (Məzmur 136:15). Aydın olur ki, on kəşfiyyatçının və onların sözünə uyanların qorxuya düşməsi üzürsüz idi. «Nə vaxtadək bu xalq Mənə hörmətsizlik edəcək? Aralarında etdiyim əlamətləri görə-görə nə vaxta qədər Mənə iman gətirməyəcəklər?»,— deyə Yehova dərindən kədərləndiyini bildirdi (Saylar 14:11).

6 Yehova problemin kökünü üzə çıxartdı, xalqın ürəksizliyi imanlarının çatışmadığını nümayiş etdirirdi. Bəli, iman və cəsarət bir-birindən ayrılmazdır. Onların arasındakı sıx bağlılıq həvari Yəhyanın sözlərindən görünür. O, məsihçi yığıncağı və onun apardığı ruhani müharibə haqda yazırdı: «Dünyaya qalib gələn zəfər budur: imanımız» (1 Yəhya 5:4). Bizim günlərdə Yeşuanın və Kalevin imanına bənzər iman, aralarında cavan və yaşlı, sağlam və ya səhhəti zəif olan altı milyondan artıq Yehovanın Şahidini Padşahlıq haqqında xoş xəbəri təbliğ etməyə sövq edir. İndiyədək heç bir düşmən bu qüdrətli, cəsarətli ordunu susdura bilməmişdir (Romalılara 8:31).

Hikmət xəzinəsindən incilər

it-1-E s. 740

Allahın israillilərə verdiyi ölkə

Allahın israillilərə verdiyi ölkə, həqiqətən də, gözəl diyar idi. Musa kəşfiyyatçılar göndərdi ki, Vəd olunmuş diyara baxsınlar və oranın məhsulundan bir az gətirsinlər. Kəşfiyyatçılar əncir, nar və bir salxım üzüm gətirdilər. Salxım elə böyük idi ki, iki kişi onu çomağa asıb daşıyırdı. Onlar imansızlıq ucbatından qorxuya qapılsalar da, dedilər: «Orada, doğrudan da, süd-bal axır» (Sy 13:23, 27).

29 MART — 4 APREL

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | SAYLAR 15, 16

«Qürurdan və özündənrazılıqdan çəkinin»

w11 15/9 s. 27, abz. 12

Yehova səni tanıyırmı?

12 Lakin İsrail xalqı Vəd edilmiş diyara yollanarkən Qorah Allahın quruluşunda problem olduğunu düşündü. Ona qoşulan 250 nəfər icma başçısı ilə birgə Qorah dəyişikliklər etmək fikrinə gəldi. Onlar Allah qarşısında malik olduqları ada arxayın idilər. Bu adamlar Musaya dedilər: «Artıq bəsdir! Çünki bütün icmanın hamısı müqəddəsdir və Rəbb onların arasındadır» (Say. 16:1—3). Onlar özlərindən necə də razı idilər! Musa onlara dedi: «Rəbb kimin Ona məxsus... olduğunu göstərəcək». (Saylar 16:5 ayəsini oxu.) Növbəti günün sonunda Qorah və bu üsyanda onun tərəfini tutanların heç biri artıq həyatda yox idi (Say. 16:31—35).

w11 15/9 s. 27, abz. 11

Yehova səni tanıyırmı?

11 Musa ilə Qorah Yehovanın quruluşuna və qərarlarına hörmət etmək məsələsində bir-birindən olduqca fərqlənirdilər. Onların davranışı Yehova qarşısında malik olduqları ada böyük təsir göstərdi. Qorah Qohat nəslindən olan levili idi və o, bir çox tarixi hadisələrin şahidi və iştirakçısı olmuşdu, həmçinin onun məsuliyyətləri də az deyildi. Qorah öz gözləri ilə Allahın xalqının Qırmızı dənizdən keçməsini görüb, Sina dağında Yehovanın itaətsiz israillilərə qarşı gördüyü tədbiri dəstəkləyib. Üstəlik, o, Əhd sandığının daşınmasında kömək edirdi (Çıx. 32:26—29; Say. 3:30, 31). Qorah uzun müddət Yehovaya sadiq qalmışdı və bir çox israillilərin hörmətini qazanmışdı.

Hikmət xəzinəsindən incilər

w98-E 1/9 s. 20, abz. 1, 2

Vacib şeyləri hər şeydən üstün tutun!

Yehovanın gözündə bu, ciddi məsələ idi. Müqəddəs Kitabda deyilir: «Onda Yehova Musaya dedi: “Bu adam hökmən ölməlidir”» (Saylar 15:35). Nəyə görə Yehova bu kişinin hərəkətinə belə yanaşdı?

Camaat həftənin altı günü odun yığa bilərdi, yemək, geyim və evlə bağlı işlərini görə bilərdi. Yeddinci gün isə ruhani işlərə həsr olunmalı idi. Odun yığmaq pis iş olmasa da, Yehovaya ibadət etmək üçün ayrılmış vaxtda bunu etmək düzgün deyildi. Düzdür, biz məsihilər Tövratın tabeliyi altında deyilik, amma bu hadisə göstərir ki, həyatımızda hansı işlərə önəm verməliyik (Filippililərə 1:10).

5—11 APREL

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | SAYLAR 17—19

«Sizin... irsiniz Mənəm»

w11 15/9 s. 13, abz. 9

Yehovanın sənin payın olmasına yol verirsən?

9 Torpaq payı almayan levililəri bir daha yadımıza salaq. Onların əsas vəzifəsi həqiqi ibadətin qayğısına qalmaq idi. Buna görə də onlar: «Sənin payın... Mənəm»,— deyən Yehova Allaha güvənməli idilər və şübhə etməməli idilər ki, O, onların maddi tələbatlarını ödəyəcək (Say. 18:20). Biz levililər və kahinlər kimi məbəddə xidmət etməsək də, Yehovanın bizim də qayğımıza qalacağına eyni əminlik təzahür etdirməklə onların əhval-ruhiyyəsini təqlid edə bilərik. Sürətlə öz sonuna yaxınlaşan bir dünyada Allahın bizim qeydimizə qalmaq qüvvəsinə malik olduğuna etibar etmək getdikcə daha zəruri olur (Vəhy 13:17).

w11 15/9 s. 7—8, abz. 4

Yehova mənim payımdır

4 Bu tapşırıq levililər üçün hansı mənanı kəsb edirdi? Yehova levililərə dedi ki, onların payı Özü olacaq. Yəni onlar torpaq payı almaqdan daha vacib bir şeyi, Yehovaya xidmət etməyi irs olaraq alacaqdılar. Levililərin irsi Rəbbin kahinliyi idi (Yeşua 18:7). Saylar 18:20 ayəsində göstərildiyi kimi, onlar maddi çətinlik çəkməyəcəkdilər. (Saylar 18:19, 21, 24 ayələrini oxu.) Müqəddəs Kitabda deyilir: «Levililərə... İsraildə olan bütün varidatın onda birini irs olaraq verdim. Bu, xidmətlərinin... əvəzidir». İsrail xalqının məhsullarının və ev heyvanlarının artımının onda bir hissəsi, yəni on faizi levililərə verilirdi. Levililər isə aldıqlarının onda bir hissəsini — onun «ən yaxşı hissəsindən» kahinlərin ehtiyaclarının ödənilməsi üçün verməli idilər (Say. 18:25—29). Həmçinin İsrail oğullarının Allaha ibadət etdikləri yerə gətirdikləri «müqəddəs təqdimlərin» hamısı kahinlərə çatırdı. Buna görə də kahinlər tam əmin ola bilərdilər ki, Yehova onların ehtiyaclarını ödəyəcək.

Hikmət xəzinəsindən incilər

g02-E 8/6 s. 14, abz. 2

Vacib məhsul olan duz

Duz həmçinin sabitlik, daimilik rəmzi idi. Buna görə də Müqəddəs Kitabda daimi əhd «duz əhdi» adlanırdı. Əhd bağlayan tərəflər əhdi təsdiqləmək üçün çox vaxt birlikdə yemək yeyirdilər, həmçinin yeməyə duz qatırdılar (Saylar 18:19). Tövrata əsasən, qurbangahda təqdim olunan qurbanlara duz qatılmalı idi. Şübhəsiz ki, bu, çürüməzliyin rəmzi idi.

12—18 APREL

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | SAYLAR 20, 21

«Gərgin vəziyyətlərdə həlim qalın»

w19.02 s. 12—13, abz. 19

Həlimliyə can ataraq Yehovanı razı salın

19 Səhvlərə yol verməyəcəyik. Musa peyğəmbəri bir də yadımıza salaq. O, uzun illər ərzində həlim idi və Yehovanı razı salırdı. Lakin səhrada 40 il sürən ağır səyahətin sonuna yaxın peyğəmbər həlimlik xüsusiyyətini itirir. İsraillilər Qədisdə düşərgə salmışdı, peyğəmbər bacısını, ehtimal ki, Misirdə onun həyatını xilas edən bacısını təzəlikcə dəfn edib. Və budur, xalq yenidən yetərincə təmin olunmadığını iddia etməyə başlayır. Onlar bu dəfə Musa ilə su qıtlığına görə dalaşır. Yehovanın peyğəmbər vasitəsilə göstərdiyi möcüzələrə və peyğəmbərin uzun illər fədakarlıqla xalqa başçılıq etməsinə rəğmən, camaat deyinməyə başlayır. Amma onlar təkcə su qıtlığına görə yox, Musa barədə də giley-güzar edirlər, sanki onların susuz qalmalarının günahkarı Musa peyğəmbər idi (Say. 20:1—5, 9—11).

w19.02 s. 13, abz. 20, 21

Həlimliyə can ataraq Yehovanı razı salın

20 Qəzəbdən alışıb-yanan peyğəmbər həlimliyini itirir. Yehovanın əmr etdiyi kimi, imanla qayaya «su ver» demək əvəzinə, camaata acıqlanır və Yehovaya məxsus şərəfi öz üzərinə götürür. Sonra qayaya iki dəfə vurur və qayadan su çıxır. Qürur və qəzəb onun ciddi səhvə yol verməsinə gətirib çıxarır (Zəb. 106:32, 33). Bir anlıq həlimliyini itirməsi ucbatından o, Vəd edilmiş diyara daxil olmaq imkanından məhrum olur (Say. 20:12).

21 Bu hadisədən vacib dərslər öyrənirik. Əvvəla, həlimliyi qorumaq üçün üzərimizdə daima işləməliyik. Həlimliyi bir anlıq belə itirsək, qürur baş qaldıra bilər, nəticədə sözdə və hərəkətdə düşüncəsizliyə yol verərik. İkincisi, stress həlimliyimizi qorumağı çətinləşdirə bilər. Buna görə də hətta gərgin vəziyyətdə belə, həlimliyi qorumağa can atmalıyıq.

w09-E 1/9 s. 19, abz. 5

Haqqın tərəfində duran Hakim

Əvvəla, Allah Musaya buyurmamışdı ki, xalqa nəsə desin. Musa isə bu azmış kimi, hələ xalqa «asi» hökmü də oxudu. İkincisi, Musa ilə Harun Allahı şərəfləndirmədi. Allah onlara dedi: «Siz... Mənim müqəddəsliyimi uca tutmadınız» (12-ci ayə). «Biz sizin üçün bu qayadan su çıxardaq» deməklə Musa elə danışdı ki, sanki, suyu möcüzəvi surətdə verən o və Harun idi, Allah deyildi. Üçüncüsü, bu hökm əvvəlki hökmlərə uyğun idi. Allah əvvəlki üsyankar nəsli Kənan diyarına girməkdən məhrum etmişdi. Musa ilə Haruna da eyni cəzanı kəsdi (Saylar 14:22, 23). Dördüncüsü, Musa da, Harun da xalqın başçısı idi. Kimə çox səlahiyyət həvalə olunubsa, o, Allah qarşısında daha çox məsuliyyət daşıyır (Luka 12:48).

Hikmət xəzinəsindən incilər

w14 15/6 s. 25—26, abz. 12

İnsan zəifliyinə Yehovanın gözü ilə bax

12 Bu vəziyyətlərin hər birində Yehova Harunu yerindəcə cəzalandıra bilərdi. Lakin O, Harunun heç də pis adam olmadığı və ya dəhşətli dərəcədə ciddi günaha yol vermədiyi qənaətinə gəldi. Görünür, Harun mövcud vəziyyətin və ya yanlış fikirli insanların ona təsir etməsinə yol vermişdi. Ancaq etdiyi səhvlər onun üzünə deyiləndə o, dərhal öz günahlarını boynuna aldı və Yehovanın hökmünü qəbul etdi (Çıx. 32:26; Say. 12:11; 20:23—27). Yehova diqqətini Harunun imanına və keçirdiyi peşmançılığa yönəltmişdi. Əsrlər sonra da Harun və nəsli Yehovanın mömin bəndələri kimi yad edilirdi (Məz. 115:10—12; 135:19, 20).

19—25 APREL

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | SAYLAR 22—24

«Yehova lənəti xeyir-duaya çevirir»

bt s. 53—55, abz. 5

«İsa haqqındakı müjdəni» bəyan edirik

5 Birinci əsrdə olduğu kimi bu gün də təqiblər təbliğ işini dayandırmayıb. Vaxtaşırı məsihilərin məcburən bir yerdən başqa yerə, istər həbsxanaya, istərsə də başqa ölkəyə göndərilməsi yalnız və yalnız yaxşı nəticələr verir. Bunun sayəsində Padşahlıq xəbəri yeni-yeni ərazilərdə təbliğ olunur. Məsələn, İkinci Dünya müharibəsi zamanı Yehovanın Şahidləri nasist həbs düşərgələrində çox böyük şahidlik verə bilmişlər. Orada Şahidlərlə tanış olan bir yəhudi deyir: «Yehovanın Şahidlərinin dözümlülüyü məni əmin etdi ki, onların imanı Müqəddəs Kitaba əsaslanıb, buna görə mən özüm də Yehovanın Şahidi oldum».

it-2-E s. 291

Ağılsızlıq

Yehovaya qarşı çıxmaq ağılsızlıqdır. Bələm peyğəmbər muabilərin padşahı olan Balaqdan bəxşiş almaq üçün axmaqcasına israillilərin əleyhinə peyğəmbərlik etmək istədi, amma Yehova onun cəhdlərini boşa çıxardı. Həvari Butrus yazmışdı ki, «dilsiz-ağızsız yük heyvanı insan səsi ilə danışıb onun [Bələmin] ağılsız niyyətinə mane oldu». Bu ayədə «ağılsız» kimi tərcümə olunan yunan sözü «parafronia» hərfən «insanın öz ağlının yanında olması» deməkdir (2Bt 2:15, 16; Sy 22:26—31).

Hikmət xəzinəsindən incilər

w04 1/10 s. 32, abz. 1

“Saylar” kitabından diqqətəlayiq fikirlər

22:20-22 — Yehovanın qəzəbi Balama qarşı nə üçün alovlanır? Yehova Balam peyğəmbərə deyir ki, o, israilliləri lə’nətləməsin (Saylar 22:12). Amma buna baxmayaraq, peyğəmbər Balakın adamlarına qoşulub, tam qətiyyətlə İsraili lə’nətləməyə gedir. Balam Moab padşahını razı salıb, ondan mükafat almaq istəyirdi (2 Peter 2:15, 16; Yəhuda 11). O, İsrail xalqına xeyir-dua vermək məcburiyyətində qaldıqdan sonra belə, Baala ibadət edən qadınların israilli kişiləri yoldan çıxarmalarını məsləhət etməklə də padşahın iltifatını qazanmağa çalışırdı (Saylar 31:15, 16). Beləliklə, Allahın Balama qarşı qəzəbinin səbəbi peyğəmbərin olduqca acgöz olması idi.

26 APREL —2 MAY

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | SAYLAR 25, 26

«Bir nəfərin hərəkəti çoxlarına fayda gətirdi»

lvs s. 118, abz. 1, 2

Əxlaqsızlıqdan qaç

BALIQÇI istədiyi növ balığı tutmaq üçün onun olduğu yerə gəlir. Sonra yem seçib tilova taxır və tilovu suya atır. Səbirlə oturub gözləyir. Balıq tilova düşəndə dərhal tilovu dartıb çəkir.

2 İnsanlar da belə tilova düşə bilər. Məsələn, israillilər Vəd edilmiş diyara çathaçatda Muab çöllüyündə düşərgə qurmuşdular. Muab padşahı Bələm adlı bir kişidən israilliləri lənətləməyi xahiş etmişdi. O bunun müqabilində ona çoxlu pul verəcəyini vəd etmişdi. Axırda Bələm elə bir yol tapdı ki, israillilər özləri öz başlarına lənət gətirdilər. O, israilliləri tilova salmaq üçün yaxşıca düşünüb yem seçdi. İsraillilərin düşərgəsinə gənc muabi qadınları göndərdi ki, kişiləri yoldan çıxarsınlar (Saylar 22:1—7; 31:15, 16; Vəhy 2:14).

lvs s. 119, abz. 4

Əxlaqsızlıqdan qaç

4 Bəs nəyə görə bu qədər israilli Bələmin fitnəsinə uydu? Onları yalnız öz istəkləri maraqlandırırdı, Yehovanın etdiklərini yaddan çıxarmışdılar. Yehova israillilərə o qədər yaxşılıq etmişdi ki, onlar Yehovaya sadiq qalmağa borclu idilər. Allah onları Misir əsarətindən azad etmişdi, çöllükdə yedizdirmişdi, sağ-salamat Vəd edilmiş diyarın astanasına gətirmişdi (İbranilərə 3:12). Buna baxmayaraq, onlar əxlaqsızlıq toruna düşdülər. Həvari Bulus yazmışdı: «Onlardan bəziləri kimi əxlaqsızlıq etməyək» (1 Korinflilərə 10:8).

Hikmət xəzinəsindən incilər

it-1-E s. 359, abz. 1, 2

Sərhəd

Görünür, torpaq qəbilələr arasında iki amilə əsasən bölünürdü: püşklə və qəbilənin böyüklüyünə əsasən. Ehtimal ki, püşklə qəbilələrin torpaq payının təxmini yeri müəyyən olunurdu. Beləliklə, payın ölkənin hansı yerində, məsələn, şimalında, cənubunda, şərqində, yaxud qərbində, sahilboyu ərazidə, yoxsa dağlıq bölgədə olduğu müəyyənləşdirilirdi. Püşkün nəticəsi Yehovadan olurdu. Buna görə də qəbilələr arasında paxıllığın, dava-dalaşın qarşısı alınırdı (Ms 16:33). Bununla da Allah həmçinin elə edirdi ki, qəbilələrin ölkədəki mövqeyi Yaqubun Yaradılış 49:1—33 ayələrindəki peyğəmbərliyinə uyğun olsun.

Püşklə qəbilənin coğrafi mövqeyini təyin edəndən sonra ikinci amil, yəni qəbilənin böyüklüyü əsasında torpaq payının ölçüsünü müəyyən etmək lazım idi. «Püşk atıb torpağı ailələriniz arasında bölüşdürün. Sayı çox olanların torpaq payı böyük, sayı az olanlarınkı kiçik olmalıdır. Hər kəs püşklə ona düşən yerdə torpaq payı alacaq» (Sy 33:54). Payın coğrafi mövqeyi ilə bağlı püşklə verilən qərar qüvvədə qalırdı, amma payın ölçüsü ilə bağlı dəyişiklik edilə bilərdi. Beləliklə, Yəhudanın ərazisinin çox böyük olduğu məlum olanda onun torpağından Şəmun qəbiləsinə pay verildi və beləcə, onun ərazisi azaldıldı (Yş 19:9).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş