Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwbr21 sentyabr s. 1—9
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr 2021
  • Başlıqlar
  • 6—12 SENTYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | QANUNUN TƏKRARI 33, 34
  • «Yehovanın “əbədi qolları”nda pənah tapın»
  • it-2-E s. 51
  • Yeşurun
  • rr s. 120, çər.
  • Yehova bizi ayağa qaldırır
  • w11 15/9 s. 19, abz. 16
  • Yarışda dözümlə qaç
  • Hikmət xəzinəsindən incilər
  • w15 15/2 s. 6, abz. 6
  • İsa Məsih kimi təvazökar və şəfqətli olun
  • 13—19 SENTYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YUŞƏ 1, 2
  • «Hər işimizin avand olması üçün nə edə bilərik?»
  • w13 15/1 s. 8, abz. 7
  • Cəsarətli ol, Allahın Yehova səninlədir!
  • w13 15/1 s. 11, abz. 20
  • Cəsarətli ol, Allahın Yehova səninlədir!
  • Hikmət xəzinəsindən incilər
  • w05 1/3 s. 3, abz. 6
  • «Yeşua» kitabından diqqətəlayiq fikirlər
  • 20—26 SENTYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YUŞƏ 3—5
  • «Yehova imanla görülən işləri uğurlu edir»
  • Smy hekayə 45, abz. 1—3
  • Xalq İordan çayından keçir
  • w13 15/9 s. 16, abz. 17
  • Qoy Yehovanın öyüdləri qəlbinə sevinc gətirsin
  • w13 15/9 s. 16, abz. 18
  • Qoy Yehovanın öyüdləri qəlbinə sevinc gətirsin
  • Hikmət xəzinəsindən incilər
  • w05 1/3 s. 4, abz. 1
  • «Yeşua» kitabından diqqətəlayiq fikirlər
  • 27 SENTYABR — 3 OKTYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YUŞƏ 6, 7
  • «Puç şeyləri rədd edin»
  • w10 15/4 s. 20—21, abz. 5
  • Gözlərinizi fani şeylərdən çəkin!
  • w97-E 15/8 s. 28, abz. 2
  • Günah barədə xəbər vermək lazımdır
  • w10 15/4 s. 21, abz. 8
  • Gözlərinizi fani şeylərdən çəkin!
  • Hikmət xəzinəsindən incilər
  • w15 15/11 s. 13, abz. 2, 3
  • Oxucuların sualları
  • 4—10 OKTYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YUŞƏ 8, 9
  • «Gibyonlulardan nə öyrənirik?»
  • w03 1/9 s. 9, abz. 5
  • Ayrı-seçkilik etməyən Allahımız Yehovanı təqlid edin
  • w11 15/11 s. 8, abz. 14
  • «Öz idrakına etibar etmə»
  • w05 1/1 s. 27, abz. 14
  • «Bu torpağı» dolaş
  • Hikmət xəzinəsindən incilər
  • w13 15/5 s. 13, abz. 5
  • Oxucuların sualları
  • 11—17 OKTYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YUŞƏ 10, 11
  • «Yehova İsrail üçün döyüşür»
  • w05 1/3 s. 4—5, abz. 9
  • «Yeşua» kitabından diqqətəlayiq fikirlər
  • Smy hekayə 49, abz. 3
  • Günəş dayanır
  • w05 1/3 s. 5, abz. 1
  • «Yeşua» kitabından diqqətəlayiq fikirlər
  • Hikmət xəzinəsindən incilər
  • w09 15/3 s. 32, abz. 5
  • Oxucuların sualları
  • 18—24 OKTYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YUŞƏ 12—14
  • «Yehovaya bütün qəlbinizlə itaət edin»
  • w05 1/3 s. 6, abz. 4
  • «Yeşua» kitabından diqqətəlayiq fikirlər
  • w06 1/10 s. 22, abz. 11
  • İman və Allah qorxusu bizi cəsarətləndirir
  • Hikmət xəzinəsindən incilər
  • w08 15/2 s. 26, abz. 3
  • İsraillilərin səhvlərindən ibrət alaq
  • 25—31 OKTYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YUŞƏ 15—17
  • «Qiymətli irsinizi qoruyun»
  • w04 1/8 s. 8—9, abz. 8
  • Yaşlılar məsihçi qardaşlığımızın qiymətli üzvləridir
  • it-1-E s. 848
  • Köləlik etmək
  • it-1-E s. 402, abz. 3
  • Kənan
  • Hikmət xəzinəsindən incilər
  • w15 15/7 s. 32
  • Bilirsiniz?
  • Qədimdə İsrail ərazisi Müqəddəs Kitabda təsvir olunduğu kimi meşəlik idi?
«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr 2021
mwbr21 sentyabr s. 1—9

«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

6—12 SENTYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | QANUNUN TƏKRARI 33, 34

«Yehovanın “əbədi qolları”nda pənah tapın»

it-2-E s. 51

Yeşurun

İsrailə verilən şərəfli ad. Yunanca «Septuaginta»da «Yeşurun» əzizləyici söz kimi işlənmiş və «sevimli» kimi tərcümə olunmuşdu. «Yeşurun» adı İsrailə xatırlatmalı idi ki, o, Yehovanın əhd bağladığı xalqdır, buna görə də həmişə dürüst davranmalıdır (Qn 33:5, 26; Əş 44:2). Qanunun təkrarı 32:15 ayəsində Yeşurun adı kinayə ilə işlədilir. Belə ki, İsrail Yeşurun adına müvafiq yaşamaq əvəzinə dikbaş oldu, Yaradanını atdı, Xilaskarına xor baxdı.

rr s. 120, çər.

Yehova bizi ayağa qaldırır

Hizqiyaldan əsrlər əvvəl yaşamış Musa peyğəmbərin sözlərindən məlum olur ki, Yehova, sadəcə, qüdrət sahibi deyil, O, bu qüdrəti ilə sevə-sevə Öz bəndələrinə dayaq olur. Peyğəmbər yazmışdı: «Ta bineyi-qədimdən Allah pənah yeridir, səni əbədi qolları üstündə gəzdirir» (Qan. 33:27). Bəli, əmin ola bilərik ki, çətin anlarımızda Yehovaya üz tutsaq, O, bizi qollarına alacaq, ehmalca qaldırıb ayaq üstə qoyacaq (Hizq. 37:10).

w11 15/9 s. 19, abz. 16

Yarışda dözümlə qaç

16 İbrahim kimi, Musaya da Allahın vədlərinin yerinə yetməsini öz gözləri ilə görmək nəsib olmadı. İsraillilərin Vəd edilmiş diyara daxil olmalarından bir qədər öncə Allah Musaya bildirdi: «Ölkəni uzaqdan görəcəksən, lakin İsrail övladlarına verəcəyim torpağa girməyəcəksən». Nəyə görə Allah ona Vəd edilmiş diyara daxil olmağa icazə vermədi? Çünki bir qədər öncə xalqın üsyankarlığı ucbatından özlərindən çıxan Musa və Harun «Meriva-Qadeş sularında, İsrail övladlarının önündə» Allahı izzətləndirmədilər (Qanun. t. 32:51, 52). Buna görə Musa məyus oldumu, ürəyində kin saxladımı? Yox. Musa xalqa xeyir-dua verərək sözlərini belə yekunlaşdırdı: «Ey İsrail! Nə bəxtiyarsan, sənin kimisi varmı? Rəbbin qurtardığı xalqsan! Rəbb sipərdir, köməyinə çatandır, əzəmətli qılıncındır» (Qanun. t. 33:29).

Hikmət xəzinəsindən incilər

w15 15/2 s. 6, abz. 6

İsa Məsih kimi təvazökar və şəfqətli olun

6 Əhval-ruhiyyəsi ilə. Müqəddəs Kitabı yazanlardan biri olan Yəhuda İsa Məsih göydə yaşayarkən baş vermiş bir hadisəni qələmə almışdı. (Yəhuda 9 ayəsini oxuyun.) İsa baş mələk Mikayıl olanda şər varlıq İblislə mübahisə etmişdi. Mübahisə «Musanın cəsədi» üstündə düşmüşdü. Bildiyimiz kimi, Musa öləndə Yehova onu naməlum yerdə dəfn etmişdi (Qan. 34:5, 6). Yəqin İblis insanları yalan ibadətə çəkmək üçün Musanın cəsədindən istifadə etmək istəyirdi. İblisin niyyəti hər nə olsa da, Mikayıl cəsarətlə ona qarşı çıxdı. Bir elmi əsərdə deyilir ki, «mübahisə etmək» kimi tərcümə edilən yunan sözü «hüquqi zəmində yaranan mübahisələrə aid də işlənilir» və göstərir ki, «Mikayıl İblisin Musanın bədənini götürmək hüququnu təkzib edirdi». Bununla belə, baş mələk başa düşürdü ki, hökm çıxarmağa onun səlahiyyəti çatmır. O, bu işi Ali Hakim Yehovanın öhdəsinə buraxmışdı. Beləliklə, Mikayıl təhrikedici vəziyyət qarşısında da öz səlahiyyətlərini aşmadı. Bu, əsil təvazökarlıqdır!

13—19 SENTYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YUŞƏ 1, 2

«Hər işimizin avand olması üçün nə edə bilərik?»

w13 15/1 s. 8, abz. 7

Cəsarətli ol, Allahın Yehova səninlədir!

7 Allahın iradəsini cəsarətlə yerinə yetirmək üçün biz Onun Kəlamını oxumalı və öyrəndiklərimizə əməl etməliyik. Musanın xələfi olduqdan sonra Yehova Yeşuaya nə etməli olduğunu dedi: «Qulum Musanın sənə tapşırdığı qanuna tam və dəqiq əməl etmək üçün cəsarətli və çox möhkəm ol... Bu Qanun kitabının sözləri dilindən düşməsin, orada yazılan hər şeyə dəqiq əməl etmək üçün gecə-gündüz onun üzərində düşün. Onda yolun uğurlu olacaq və müvəffəqiyyət qazanacaqsan» (Yeşua 1:7, 8). Yeşua bu məsləhətə əməl etdi və onun yolu uğurlu oldu. Əgər biz də belə davransaq, Allaha xidmətdə cəsarətli olacağıq və uğur əldə edəcəyik.

w13 15/1 s. 11, abz. 20

Cəsarətli ol, Allahın Yehova səninlədir!

20 Şeytanın dünyasında yaşaya-yaşaya Allahın iradəsini yerinə yetirmək elə də asan deyil. Lakin biz tək deyilik. Yehova və yığıncağın başı olan İsa Məsih bizimlədir. Üstəlik, bütün dünyada 7 000 000-dan çox həmimanlımız var. Gəlin hamımız imanımızı qoruyaq və xoş xəbəri bəyan edərkən 2013-cü ilin illik ayəsini yadımızda saxlayaq: «Cəsarətli və möhkəm ol... Allahın Yehova... səninlədir» (Yeşua 1:9, Yeni Dünya tərcüməsi).

Hikmət xəzinəsindən incilər

w05 1/3 s. 3, abz. 6

«Yeşua» kitabından diqqətəlayiq fikirlər

2:4, 5 — Raxav casusları axtaran padşahın adamlarını nə üçün aldatdı? Yehovaya iman etdiyi üçün, Raxav öz həyatını təhlükə altına qoyaraq casusları gizlədir. Həm də o, Allahın xalqının düşmənlərinə casusların harada olduqlarını demək məcburiyyətində deyildi (Matta 7:6; 21:23-27; Yəhya 7:3-10). Bundan əlavə, Raxav «öz əməllərinə görə saleh» sayılmışdı və belə əməllərdən biri padşahın qullarını səhv istiqamətdə göndərməsi idi (Yaqub 2:24-26).

20—26 SENTYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YUŞƏ 3—5

«Yehova imanla görülən işləri uğurlu edir»

Smy hekayə 45, abz. 1—3

Xalq İordan çayından keçir

BAX! İsraillilər İordan çayından keçirlər! Bəs çayın suyu hanı? Adətən ilin bu vaxtı çoxlu yağış yağır, buna görə də, cəmi bir neçə dəqiqə əvvəl çay aşıb-daşırdı. Amma indi sudan əsər-əlamət yoxdur. Budur, israillilər Qırmızı dənizdən keçdikləri kimi, indi də çayın quru hissəsi ilə keçirlər! Bəs çayın suyu hara çəkilib? Gəl baxaq.

İordan çayını keçmək vaxtı gələndə Yehova Yeşuaya buyurur ki, xalqa belə desin: ‘Kahinlər əhd sandığını götürməli və qarşınızda getməlidirlər. Onların ayaqları İordan çayına dəyən kimi çayın suları dayanacaq’.

Beləliklə, kahinlər əhd sandığını götürüb xalqın qarşısında gedirlər. Onlar İordan çayına yaxınlaşırlar. Çay çox iti axır və dərindir. Amma kahinlərin ayaqları suya dəyən kimi sular dayanır! Bu bir möcüzədir. Yehova suları yuxarı axarından dayandırıb, ona görə də çayın suyu kəsilib.

w13 15/9 s. 16, abz. 17

Qoy Yehovanın öyüdləri qəlbinə sevinc gətirsin

17 İmanla davranmağımız Yehovaya etibarımızı möhkəmləndirməyə necə kömək edir? Gəlin Müqəddəs Yazılardan israillilərin Vəd edilmiş diyara necə daxil olduqlarını nəzərdən keçirək. Yehova kahinlərə əhd sandığını birbaşa İordan çayından keçirməyi tapşırmışdı. Lakin xalq yaxınlaşanda yaz yağışları ucbatından çayın sularının daşdığını gördü. İsraillilər nə edəcəkdilər? Onlar çayın kənarında düşərgə salacaq və həftələrlə, yaxud daha çox oturub suların çəkilməsini gözləyəcəkdilər? Xeyr, onlar Yehovaya tam etibar edib Onun göstərişlərinə riayət etdilər. Bəs bunun nəticəsi necə oldu? Biz oxuyuruq: «Sandığı daşıyan kahinlər İordana girəndə və onların ayaqları çayın sularına dəyəndə yuxarıdan axan sular... tamamilə kəsildi. Xalq çayı Yerixonun qarşısından keçdi. Rəbbin Əhd sandığını daşıyan kahinlər İordan çayının ortasında quru yerdə möhkəm durmuşdular. Bütün İsraillilər İordan çayını tamamilə keçənə qədər quru yerdə gedirdilər» (Yeşua 3:12—17). Təsəvvür edirsiniz, həmin güclü axan suların dayandığını görmək necə də sevindirici idi! Bəli, Yehovanın göstərişlərinə etibar etmələri sayəsində israillilərin Ona olan imanı möhkəmləndi.

w13 15/9 s. 16, abz. 18

Qoy Yehovanın öyüdləri qəlbinə sevinc gətirsin

18 Düzdür, bu gün Yehova xalqı üçün belə möcüzələr göstərmir, ancaq imanlarına görə onları da xeyir-dualandırır. Allahın fəal qüvvəsi onlara Padşahlıq haqqında xoş xəbəri bütün dünyada təbliğ etmək işində dəstək olur. Və Yehovanın ən öndə gedən Şahidi olan dirilmiş İsa Məsih öz şagirdlərini əmin etmişdi ki, bu vacib işi həyata keçirməkdə onlara kömək edəcək: «Buna görə də gedin və bütün millətlərin içində şagird hazırlayın... Mən bu dövrün yekununa kimi həmişə sizinləyəm» (Mat. 28:19, 20). Utancaq olan Şahidlərin bir çoxu öz nümunələrindən əmin ola bilərlər ki, Allahın müqəddəs ruhu onlara təbliğdə cəsarətlə danışmağa kömək edir. (Məzmur 119:46; 2 Korinflilərə 4:7 ayələrini oxu.)

Hikmət xəzinəsindən incilər

w05 1/3 s. 4, abz. 1

«Yeşua» kitabından diqqətəlayiq fikirlər

5:14, 15 — «Rəbbin ordusunun başçısı» kimdir? Və’d edilmiş diyarın zəbti başlanan zaman Yeşuanın köməyinə gələn başçı, hər ehtimala görə, «Kəlam» idi, yə’ni bu, yer üzünə gəlməzdən əvvəl mövcud olan İsa Məsih idi (Yəhya 1:1; Daniel 10:13). İzzətlənmiş İsa Məsihin bu gün Allahın xalqına ruhani müharibədə kömək etməsi bizi necə də möhkəmləndirir!

27 SENTYABR — 3 OKTYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YUŞƏ 6, 7

«Puç şeyləri rədd edin»

w10 15/4 s. 20—21, abz. 5

Gözlərinizi fani şeylərdən çəkin!

5 Bu hadisələrdən əsrlər sonra yaşayan israilli Akanın gözləri onu zəbt edilmiş Yerixo şəhərindən bir neçə əşya oğurlamağa şirnikdirdi. Allah isə əmr etmişdi ki, Onun xəzinəsinə qoyulmalı olan müəyyən əşyalardan başqa, hər şey məhv edilsin. O, israillilərə xəbərdarlıq etmişdi: «Məhv edilməyə həsr olunmuş şeylərdən çəkinin ki, heç nə götürməyəsiniz». Akan itaətsizlik göstərəndə israillilər Ay şəhəri yaxınlığında məğlubiyyətə uğradılar, bəziləri isə həyatlarını itirdilər. Akan ifşa edilənə qədər oğurluq etdiyini boynuna almadı. Sonra o dedi: «[Həmin əşyaları] görəndə onlara tamah salıb götürdüm». Gözlərinin istəyi ucbatından o, ‘bütün malı’ ilə birlikdə məhv edildi (Yeşua 6:18, 19; 7:1—26). Akan qadağa edilmiş şeylərə ürəyində tamah saldı.

w97-E 15/8 s. 28, abz. 2

Günah barədə xəbər vermək lazımdır

Günah barədə xəbər vermək vacibdir. Bunun bir səbəbi yığıncağın təmizliyini qorumaqdır. Yehova pak, müqəddəs Allahdır. O, xidmətçilərindən də ruhani və əxlaqi cəhətdən təmiz qalmağı tələb edir. Allahın Kəlamında deyilir: «İtaətkar uşaqlar kimi olun, vaxtilə cahillik içində yaşayarkən daxilinizdə hökm sürmüş istəklərə uymayın. Sizi çağırmış Müqəddəs Allah kimi hər bir işinizdə müqəddəs olun, axı yazılıb: “Müqəddəs olun, çünki Mən müqəddəsəm”» (1 Butrus 1:14—16). Natəmizlik edən, yaxud günah işləyən insanları düz yola gətirmək üçün tədbir görülməsə, yaxud onlar yığıncaqdan kənar edilməsələr, bütün yığıncaq ləkələnər və Yehovanın lütfündən məhrum olar. (Əlaqələndir: Yuşə fəsil 7.)

w10 15/4 s. 21, abz. 8

Gözlərinizi fani şeylərdən çəkin!

8 Həqiqi məsihçilər gözlərin ehtirasına və cismani arzulara qarşı sığortalanmayıb. Buna görə də Allahın Kəlamı bizi gözlərimizə, eləcə də arzu və istəklərimizə nəzarət etməyə təşviq edir. (1 Kor. 9:25, 27; 1 Yəhya 2:15—17 ayələrini oxu.) Saleh Əyyub da başa düşürdü ki, gözlərin gördüyü ilə arzular arasında birbaşa əlaqə var. O demişdi: «Gözlərim üçün əhd etmişəm, gözüm bir qıza baxarmı?» (Əyy. 31:1). Əyyub nəinki qadına toxunmaqdan imtina edirdi, hətta beynində şəhvani fikirlərin yaranmasına belə yol vermirdi. İsa beyinin əxlaqsız fikirlərdən təmiz olmasının vacibliyini «bir qadına şəhvətlə baxan hər adam, artıq ürəyində onunla zina etmiş olur» deməklə vurğuladı (Mat. 5:28).

Hikmət xəzinəsindən incilər

w15 15/11 s. 13, abz. 2, 3

Oxucuların sualları

Qədim zamanlarda, adətən, hücum edən qoşun qala şəhəri mühasirədə saxlayırdı. Mühasirənin nə qədər sürməsindən asılı olmayaraq, qaliblər şəhərin var-dövlətini, olan-qalan azuqəsini talan edirdilər. Lakin arxeoloqlar Ərihanın xarabalıqlarında böyük ərzaq ehtiyatları tapmışdılar. «Müqəddəs Kitabın arxeoloji icmalı»nda bununla bağlı deyilir: «Xarabalıqda gil qablardan başqa ən çox tapılan şey taxıl idi... Bu, Fələstin arxeologiya tarixində nadir bir haldır. Bir-iki küpün tapılması mümkün idi, amma bu qədər çoxlu taxılın tapılması istisna haldır».

Müqəddəs Yazılara əsasən, israillilərin Əriha şəhərində olan taxılı talan etməməsinin səbəbi var idi. Bunu Yehova onlara buyurmuşdu (Yuş. 6:17, 18). İsraillilər bahar fəslində, biçindən dərhal sonra hücum etmişdilər. Buna görə də şəhərdə taxıl ehtiyatı bol idi (Yuş. 3:15—17; 5:10). Ərihada çoxlu taxılın qalması göstərir ki, mühasirə Müqəddəs Kitabda deyildiyi kimi, qısa müddət davam etmişdi.

4—10 OKTYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YUŞƏ 8, 9

«Gibyonlulardan nə öyrənirik?»

w03 1/9 s. 9, abz. 5

Ayrı-seçkilik etməyən Allahımız Yehovanı təqlid edin

5 Sonradan İsrail xalqı İordan çayı vadisindən keçərək mərkəzi yüksəkliyə tərəf getdi. Orada Yeşu Yehovanın göstərişinə görə pusqu qurub, Ay şəhərini darmadağın etdi (Yeşu 8-ci fəsil). Bu barədə eşidən bir çox Kən’an padşahları israillilərə qarşı müharibə etmək üçün bir yerə toplaşdılar (Yeşu 9:1, 2). Qonşuluqdakı Hivi şəhəri olan Gibeonun sakinləri isə başqa cür davrandılar. Onlar, Yeşu 9:4 ayəsində deyildiyi kimi, “hiylə ilə davrandılar”. Rahab kimi onlar da Yehovanın Öz xalqını Misirdən necə çıxardığını, Sihonu və Oqu necə məhv etdiyini eşitmişdilər (Yeşu 9:6-10). Gibeon sakinləri başa düşdülər ki, müqavimət göstərmək faydasızdır. Buna görə də, həm öz şəhərləri, həm də üç qonşu — Kefira, Beerot və Kiryat-yearim şəhərləri uğrunda Qilqala, Yeşunun yanına, sanki uzaqdan gəlirmişlər kimi köhnə paltar geymiş səfirlər göndərdilər. Onların hiyləsi baş tutdu. Yeşu gibeonlularla, onların sağ qalacaqlarına zəmanət verən əhd bağladı. Yeşu və israillilər üç gündən sonra bildilər ki, onları aldatmışlar. Lakin Yehovanın adına and içdikləri üçün və’dlərini pozmadılar (Yeşu 9:16-19). Yehova bunu bəyəndimi?

w11 15/11 s. 8, abz. 14

«Öz idrakına etibar etmə»

14 Qeyri-kamil olduğumuz üçün hamımız (hətta təcrübəli ağsaqqallar belə) ehtiyatlı olmalıyıq ki, qərar qəbul edərkən Yehovadan rəhbərlik diləməyi unutmayaq. Gəlin görək paltarlarını dəyişib özlərini uzaq bir ölkədən gələn adamlar kimi qələmə verən fərasətli giveonlular Musanın xələfi Yeşuanın və İsrail ağsaqqallarının yanına gələndə nə baş verdi. Yeşua və başqaları Yehova ilə məsləhətləşmədən onlarla sülh müqaviləsi bağladılar. Yehova onların müqaviləsini ləğv etməsə də, bu hadisənin Müqəddəs Kitabda qeyd olunmasının qayğısına qaldı ki, biz onların hərəkətinin səhv olduğunu bilək (Yeşua 9:3—6, 14, 15).

w05 1/1 s. 27, abz. 14

«Bu torpağı» dolaş

14 Elçilər dedilər: «Sənin Allahın Rəbbin şöhrətli adına görə biz qulların çox uzaq ölkədən gəlmişik» (Yeşua 9:3-9). Sanki paltarları və çörəkləri onların sözlərini təsdiq edirdi, əslində isə onların doğma şəhərləri olan Giveon Qilqaldan təxminən 30 kilometr aralıda yerləşirdi. Onlara inanaraq, Yeşua və cəmiyyətin rəisləri Giveonla və ona bitişik olan şəhərlərlə əhd kəsdilər. Giveonlular nə üçün hiyləyə əl atdılar? Onlar bunu sadəcə məhvdən yaxa qurtarmaq üçünmü etdilər? Xeyr, onlar israillilərin Allahının iltifatını qazanmaq istəyirdilər. Yehovanın razılığı il giveonlular «bütün icma üçün odun kəsən və su daşıyan» oldular (Yeşua 9:11-27). Giveonlular bundan sonra da Yehovaya xidmətdə hər bir işi təvazökarlıqla yerinə yetirməyə hazır idilər. Onlardan bə’ziləri, ola bilsin, Babildən qayıdıb, mə’bədi bərpa etməyə kömək edən netinimlərin sırasında idilər (Ezra 2:1, 2, 43-54; 8:20). Biz Allahla sülhü qoruyaraq və Ona xidmətdə hər bir işi hazırlıqla görərək, onlardan nümunə götürə bilərik.

Hikmət xəzinəsindən incilər

w13 15/5 s. 13, abz. 5

Oxucuların sualları

Qanunun təkrarı 21:23 ayəsində qeyd olunur ki, «asılan adam Allahın lənətinə düçar [olur]». Allahın lənətinə düçar olmuş günahkarın cəsədinin hamının gözü qarşısında nümayiş etdirilməsi, sözsüz ki, israillilərə təsir edirdi. Əslində, insanın cəsədinin dirəkdən və ya ağacdan bu cür asılması başqaları üçün ibrət idi.

11—17 OKTYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YUŞƏ 10, 11

«Yehova İsrail üçün döyüşür»

w05 1/3 s. 4—5, abz. 9

«Yeşua» kitabından diqqətəlayiq fikirlər

Giveon «böyük bir şəhər idi... Ay şəhərindən də böyük idi və oranın adamları igid idi» (Yeşua 10:2). İsraillilərin Yerixo və Ay şəhərlərini zəbt etdiklərini eşidən Giveon əhalisi hiyləyə əl ataraq onlarla sülh bağlayırlar. Qonşu xalqlar Giveon əhalisinin düşmən tərəfə keçməsini özləri üçün təhlükə kimi qəbul edirlər. Beş padşah Giveona qarşı hücum etmək üçün birləşir. Lakin israillilər düşmənləri darmadağın etməklə Giveon əhalisini xilas edirlər. Yeşuanın rəhbərliyi altında İsrail xalqı cənubda və qərbdə yerləşən şəhərləri zəbt edir, həmçinin şimal padşahlarının əhdini pozur. İsraillilər İordan çayından qərbdə yerləşən şəhərləri idarə edən padşahların üzərində 31 qələbə çalırlar.

Smy hekayə 49, abz. 3

Günəş dayanır

Yeşua və onun bütün döyüşçüləri dərhal yola düşürlər. Bütün gecəni yol gedib Giveona çatırlar. Padşahların əsgərləri onları görəndə qorxuya düşüb qaçırlar. Yehova göydən iri dolu dənələri yağdırır. Dolunun zərbəsindən ölənlər israilli döyüşçülərin öldürdüyündən daha çox olur.

w05 1/3 s. 5, abz. 1

«Yeşua» kitabından diqqətəlayiq fikirlər

10:13 — Belə bir mö’cüzə necə baş verə bilərdi? Göylərin və yerin Yaradanı «Rəbb üçün çətin bir şey varmı?» (Yaradılış 18:14). Əgər Yehova lazım bilərsə, yerin hərəkətini elə idarə edər ki, yerdən müşahidə edənə elə gələr ki, guya günəş və ay yerində durur. O, həmçinin yerin və ayın hərəkətini dəyişmədən, günəş və ay işığının istiqamətini dəyişərək elə bir optik effekt yarada bilər ki, yerdəki adamlara bu iki səmavi cismin göy qübbəsində qaldığı görünə bilər. Hər necə olsa da, Müqəddəs Kitabda deyilir ki, «o gün kimi bir gün nə ondan əvvəl, nə də ondan sonra oldu» (Yeşua 10:14).

Hikmət xəzinəsindən incilər

w09 15/3 s. 32, abz. 5

Oxucuların sualları

Bəzi kitabların Müqəddəs Yazılarda xatırlandığı və onlardan mənbə kimi istifadə edildiyi üçün onların Allahdan ilham aldığı qənaətinə gəlməməliyik. Lakin Yehova Allahımız Öz ‘sözündən’ ibarət olan bütün yazıları qoruyub saxlamışdır və onlar ‘əbədi qalacaqdır’ (Yeşaya 40:8). Bəli, Yehova bizim ‘kamil olub, hər cür xeyirli iş üçün təchiz edilməmiz’ üçün lazım olan hər şeyi Müqəddəs Yazıların 66 kitabına daxil edib (2 Tim. 3:16, 17).

18—24 OKTYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YUŞƏ 12—14

«Yehovaya bütün qəlbinizlə itaət edin»

w05 1/3 s. 6, abz. 4

«Yeşua» kitabından diqqətəlayiq fikirlər

14:10—13. Kalevin 85 yaşında olmasına baxmayaraq, Xevron bölgəsini bütpərəst xalqlardan təmizləmək kimi çətin bir tapşırığı ona e’tibar edilməsini xahiş edir. O ərazidə nəhəng adamlar olan «Anaqlılar» yaşayırdı. Yehovanın köməyi ilə bu təcrübəli döyüşçü qələbə çaldı, Xevron isə sığınacaq şəhərlərindən biri oldu (Yeşua 15:13-19; 21:11-13). Kalevin nümunəsi bizə çətin teokratik tapşırıqlardan qorxmamağı öyrədir.

w06 1/10 s. 22, abz. 11

İman və Allah qorxusu bizi cəsarətləndirir

11 Belə iman daima inkişaf edir. Öyrəndiyimiz həqiqətləri həyatımızda tətbiq edəndə, faydasını ‘dadanda’, dualarımızın cavablarını ‘görəndə’ və ya Yehovanın rəhbərliyini həyatımızda hiss edəndə imanımız daha çox möhkəmlənir (Məzmur 34:8; 1 Yəhya 5:14, 15). Biz əmin ola bilərik ki, Yeşua və Kalev Allahın xeyirxahlığını daddıqca onların imanı daha dərin kök salırdı (Yeşua 23:14). Məsələn, Allahın və’d etdiyi kimi, onlar səhrada 40 il dolaşandan sonra sağ qaldılar (Saylar 14:27-30; 32:11, 12). Onlar Kən’anın altıillik istilasında fəal iştirak etmiş, Allah onlara uzun ömür və can sağlığı vermiş, onlar hətta şəxsi torpaq sahəsi almışdılar. Yehova Ona sadiq qalanları və cəsarətlə xidmət edənləri səxavətlə mükafatlandırır (Yeşua 14:6, 9-14; 19:49, 50; 24:29).

Hikmət xəzinəsindən incilər

w08 15/2 s. 26, abz. 3

İsraillilərin səhvlərindən ibrət alaq

İsraillilərin Vəd edilmiş diyarı ələ keçirmələri oranın sakinləri üzərində ilk qələbə idi. Amma İsrail oğulları Allahın əmrlərinə tam əməl etmədilər. Onlar düşmənləri qovmadılar (Hak. 1:1–2:10). Əksinə, bu diyardakı ‘yeddi millətin’ arasında yaşayan israillilərin onlarla müntəzəm ünsiyyətdə olmaları həmin millətlərlə dostluq münasibətinin yaranmasına səbəb oldu (Qanun. t. 7:1). Bu, israillilərə necə təsir etdi? Müqəddəs Kitabda deyilir: «İsrail övladları onların qızlarından özlərinə arvad aldı, öz qızlarını da onların oğullarına verdi və onların allahlarına sitayiş etdi. Beləliklə, İsrail övladları Rəbbin gözündə pis olan işlər gördülər. Onlar öz Allahı Rəbbi unudaraq Baal və Aşera bütlərinə sitayiş etdilər» (Hak. 3:5-7). Bir qədər vaxtdan sonra israillilər bu diyarın sakinləri ilə ailə qurmağa və bütlərinə sitayiş etməyə başladılar. Qarışıq nikahların sayının artması bütpərəst xalqların bu diyardan qovulmaq ehtimalını azaldırdı. Həqiqi ibadət murdarlanmışdı və israillilərin özləri yalançı allahlara ibadət etməyə başladılar.

25—31 OKTYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YUŞƏ 15—17

«Qiymətli irsinizi qoruyun»

w04 1/8 s. 8—9, abz. 8

Yaşlılar məsihçi qardaşlığımızın qiymətli üzvləridir

Qocalıqla əlaqədar məhdudiyyətlərinin olmasına baxmayaraq, Padşahlıq haqqındakı təbliğ işində qətiyyət və cəsarətlə iştirak etməklə yaşlı məsihçilər, 40 il müddətində səhrada Musanı müşayiət edən sadiq Kalebin izləri ilə gedirlər. İordan çayını keçib, Və’d edilmiş diyara daxil olanda Kalebin 79 yaşı vardı. İsrailin yenilməz ordusunda altı il vuruşduqdan sonra, Kaleb rahat yaşaya bilərdi. Lakin yox, o, Yəhudeyanın dağlıq ərazisində olan “böyük və divarlı şəhərlərin” alınması kimi çətin tapşırığı yerinə yetirməyi cəsarətlə öz üzərinə götürdü. Həmin ərazi, ucaboylu Anakların məskəni idi. Yehovanın köməyi ilə Kaleb həqiqətən də ‘Rəbbin söylədiyi kimi onları qovdu’ (Yeşu 14:9-14; 15:13, 14). Əmin olun ki, siz yaşlı vaxtınızda Padşahlığın bəhrəsini təqdim etməyə davam edəndə, Kaleblə olduğu kimi, Yehova sizinlədir. Və əgər siz sadiq qalarsınızsa, O, və’d edilmiş yeni dünyada sizə yer verəcəkdir (İşaya 40:29-31; 2 Peter 3:13).

it-1-E s. 848

Köləlik etmək

Qədim dövrdə kölə əməyindən geniş istifadə olunurdu. Kölələr, əsasən, məğlub edilmiş xalqların nümayəndələri olurdu (Qn 20:11; Yş 16:10; 17:13; Əs 10:1; Əş 31:8; Mrs 1:1). İsraillilər də Misirdə kölə olanda zülmkar misirli nəzarətçilərin nəzarəti altında Fisum və Raamsesi, anbarlar yerləşən şəhərləri tikirdilər (Çx 1:11—14). Vəd edilmiş diyara gələndə isə onlar Yehovanın əmr etdiyi kimi, Kənanın bütün sakinlərini qovmaq, məhv etmək əvəzinə onları kölə edib işlətdilər. Bunun nəticəsi pis oldu. Həmin xalqlar israilliləri yoldan çıxardılar və israillilər bütlərə ibadət etməyə başladı (Yş 16:10; Hk 1:28; 2:3, 11, 12). Süleyman padşah da bu kənanilərdən, yəni amorilərdən, hetlərdən, fərizilərdən, hivilərdən, yəbusilərdən sağ qalanları kölə kimi işlədirdi (1Pd 9:20, 21).

it-1-E s. 402, abz. 3

Kənan

Ölkə istila olunarkən çoxlu kənani sağ qalsa da, tabe olmayıb mübarizə aparsa da, yenə də Müqəddəs Kitabda haqlı olaraq deyilir ki, «Yehova ata-babalarına and içdiyi kimi, bütün bu ölkəni israillilərə verdi», «onlara hər tərəfdən dinclik verdi», «Yehovanın İsrail evinə verdiyi bütün gözəl vədlərdən heç biri boşa çıxmadı, hamısı yerinə yetdi» (Yş 21:43—45). İsrailin ətrafındakı xalqların hamısı qorxuya düşmüşdü, onlar israillilər üçün təhlükəli deyildilər. Allah qabaqcadan demişdi ki, kənaniləri yavaş-yavaş qovacaq, yoxsa birdən-birə boş qalmış ölkədə vəhşi heyvanlar çoxalar (Çx 23:29, 30; Qn 7:22). Düzdür, hərbi sursat baxımından üstünlük kənanilərdə idi, onların həmçinin dəryazlı cəng arabaları var idi. Bununla belə, israillilərin müəyyən əraziləri istila edə bilməməsinin səbəbi Yehovanın Öz vədini yerinə yetirməməsi deyildi (Yş 17:16—18; Hk 4:13). Əksinə, Müqəddəs Kitabda deyilir ki, israillilərin bəzi hallarda məğlub olmasına səbəb Yehovaya xəyanət etmələri idi (Sy 14:44, 45; Yş 7:1—12).

Hikmət xəzinəsindən incilər

w15 15/7 s. 32

Bilirsiniz?

Qədimdə İsrail ərazisi Müqəddəs Kitabda təsvir olunduğu kimi meşəlik idi?

MÜQƏDDƏS KİTABDA deyilir ki, Vəd edilmiş diyar meşəlik idi, ölkədə ağaclar çox idi (1 Pad. 10:27; Yuş. 17:15, 18). Amma bu gün həmin ölkədə böyük-böyük ərazilərdə bir dənə də olsun ağacın olmadığını görəndə bəzilərində şübhə yarana bilər ki, buralar nə vaxtsa meşəlik olub.

«Qədim İsraildə həyat» kitabında deyilir ki, «qədim İsraildə meşələr bugünkündən böyük idi» («Life in Biblical Israel»). Dağlıq ərazilər əsasən, Hələb şamı, həmişəyaşıl palıd və püstə ağacları ilə örtülmüşdü. Ölkənin mərkəzindəki dağ silsiləsi ilə Aralıq dənizi arasında yerləşən təpəliyi özünə daxil edən Şəflada çoxlu əncir ağacı da var idi.

«Müqəddəs Kitabda adları çəkilən bitkilər» adlı kitabda deyilir ki, hazırda İsrailin bəzi yerləri tamamilə ağacsızdır («Plants of the Bible»). Buna nə səbəb olub? Həmin kitabda bunun tədricən baş verdiyi izah olunur və deyilir: «İnsan əsas etibarilə, özünün əkin və otlaq sahəsini genişləndirmək üçün, həmçinin tikinti materialı və yanacaq əldə etmək üçün durmadan bitki aləminə müdaxilə edir».

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş