Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwbr21 noyabr s. 1—9
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr 2021
  • Başlıqlar
  • 1—7 NOYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YUŞƏ 18, 19
  • «Yehova ölkəni hikmətlə bölür»
  • it-1-E s. 359, abz. 1
  • Sərhəd
  • it-1-E s. 1200, abz. 1
  • Miras
  • it-1-E s. 359, abz. 2
  • Sərhəd
  • Hikmət xəzinəsindən incilər
  • it-1-E s. 359, abz. 5
  • Sərhəd
  • 8—14 NOYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YUŞƏ 20—22
  • «Anlaşılmazlıq yarananda necə davranmalı?»
  • w06 1/5 s. 5, abz. 3
  • Siz həyat yoldaşınızla uğurlu ünsiyyət qura bilərsiniz
  • w08 15/11 s. 18, abz. 5
  • «Sülh gətirən... şeylərə can ataq»
  • Hikmət xəzinəsindən incilər
  • it-1-E s. 402, abz. 3
  • Kənan
  • 15—21 NOYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YUŞƏ 23, 24
  • «Yuşənin xalqa son vəsiyyəti»
  • w08 15/2 s. 26, abz. 3
  • Yaxın ünsiyyətdən bütpərəstliyə
  • w07 1/11 s. 28, abz. 19, 20
  • Allahın sözü heç vaxt boşa çıxmır
  • Hikmət xəzinəsindən incilər
  • w05 1/3 s. 6, abz. 3
  • «Yeşua» kitabından diqqətəlayiq fikirlər
  • 22—28 NOYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | HAKİMLƏR 1—3
  • «Cəsarət nümunəsi»
  • w04-E 15/3 s. 31, abz. 3
  • Əhud zalım düşməni məhv edir
  • w04-E 15/3 s. 30, abz. 1—3
  • Əhud zalım düşməni məhv edir
  • Hikmət xəzinəsindən incilər
  • w05 1/4 s. 29—30, abz. 7
  • «Hakimlər» kitabından diqqətəlayiq fikirlər
  • 29 NOYABR — 5 DEKABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | HAKİMLƏR 4, 5
  • «Yehova iki qadının vasitəsilə xalqını xilas edir»
  • w17.04 s. 29, abz. 6
  • Yehova Allahın yolunda fədakar olun!
  • w14 15/8 s. 8, abz. 12
  • Yehovanın niyyətində qadınların rolu
  • w12 15/2 s. 12, abz. 9
  • «Cəsarətli və çox möhkəm ol»
  • Hikmət xəzinəsindən incilər
  • w05 1/4 s. 30, abz. 5
  • «Hakimlər» kitabından diqqətəlayiq fikirlər
  • 6—12 DEKABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | HAKİMLƏR 6, 7
  • «Gücünü topla, get»
  • w14 15/2 s. 22, abz. 8
  • Yehova ən yaxşı Dostumuzdur
  • w11 15/12 s. 20, abz. 12
  • w17.02 s. 19, abz. 5
  • Yehova xalqına bələdçilik edir
  • Hikmət xəzinəsindən incilər
  • w05 1/4 s. 31, abz. 2
  • «Hakimlər» kitabından diqqətəlayiq fikirlər
  • 13—19 DEKABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | HAKİMLƏR 8, 9
  • «Təvazökarlıq qürurdan yaxşıdır»
  • w21.07 s. 16—17, abz. 10, 11
  • Rəqabət yaratmayın, sülhə can atın
  • w17.01 s. 20—21, abz. 15
  • Təvazökarlıq. Dəyərdən düşməyən xüsusiyyət
  • w08 15/2 s. 8—9, abz. 9
  • Yehovanın yolları ilə gedin
  • Hikmət xəzinəsindən incilər
  • it-1-E s. 753, abz. 1
  • Döşlük, I
  • 20—26 DEKABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | HAKİMLƏR 10—12
  • «İftah ruhani düşüncəli insan idi»
  • w16.04 s. 7, abz. 9
  • İmanla davranmaq Allahın razılığını qazandırır
  • it-2-E s. 27, abz. 2
  • İftah
  • it-2-E s. 27, abz. 3
  • İftah
  • Hikmət xəzinəsindən incilər
  • it-2-E s. 26
  • İftah
  • 27 DEKABR — 2 YANVAR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | HAKİMLƏR 13, 14
  • «Mənuh və arvadı valideynlər üçün nümunədir»
  • w13 15/8 s. 16, abz. 1
  • Ey valideynlər, övladlarınıza körpəlikdən tərbiyə verin
  • w05-E 15/3 s. 25—26
  • Şimşon Yehovanın gücü ilə zəfər çalır!
  • Hikmət xəzinəsindən incilər
  • w05-E 15/3 s. 26, abz. 1
  • Şimşon Yehovanın gücü ilə zəfər çalır!
«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr 2021
mwbr21 noyabr s. 1—9

«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

1—7 NOYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YUŞƏ 18, 19

«Yehova ölkəni hikmətlə bölür»

it-1-E s. 359, abz. 1

Sərhəd

Görünür, torpaq qəbilələr arasında iki amilə əsasən bölünürdü: püşklə və qəbilənin böyüklüyünə əsasən. Ehtimal ki, püşklə qəbilələrin torpaq payının təxmini yeri müəyyən olunurdu. Beləliklə, payın ölkənin hansı yerində, məsələn, şimalında, cənubunda, şərqində, yaxud qərbində, sahilboyu ərazidə, yoxsa dağlıq bölgədə olduğu müəyyənləşdirilirdi. Püşkün nəticəsi Yehovadan olurdu. Buna görə də qəbilələr arasında paxıllığın, dava-dalaşın qarşısı alınırdı (Ms 16:33). Bununla da Allah həmçinin elə edirdi ki, qəbilələrin ölkədəki mövqeyi Yaqubun Yaradılış 49:1—33 ayələrindəki peyğəmbərliyinə uyğun olsun.

it-1-E s. 1200, abz. 1

Miras

İrs torpaqlar. İsrail oğullarına irsi Yehova vermişdi. Yehova ölkənin sərhədlərini Musa üçün cızmışdı (Sy 34:1—12; Yş 1:4). Cad oğullarına, Rubən oğullarına və Mənəssə qəbiləsinin yarısına torpaq payını Musa vermişdi (Sy 32:33; Yş 14:3). Qalan qəbilələrə isə Yuşə və Əlyazarın rəhbərliyi altında püşk ataraq miras payı verilmişdi (Yş 14:1, 2). Yaqubun Yaradılış 49:5, 7 ayələrində yazılan peyğəmbərliyinə əsasən, Şəmunla Laviyə irs olaraq ayrıca ərazi verilmədi. Şəmunun ərazisi Yəhudanın irsində yerləşən torpaqlardan (eləcə də şəhərlərdən) ibarət idi (Yş 19:1—9), Laviyə isə bütün İsrail ərazisində 48 şəhər verildi. Lavililər müqəddəs məkanda xüsusi xidmətə təyin olunduğu üçün deyilirdi ki, onların irsi Yehovadır. Onlar xidmətlərinin əvəzində hər şeyin onda birini irs olaraq alırdılar (Sy 18:20, 21; 35:6, 7). Ailələr aid olduqları qəbilənin ərazisində torpaq payı alırdı. Ailə böyüdükcə və oğullara irs verildikcə torpaq daha kiçik hissələrə bölünürdü.

it-1-E s. 359, abz. 2

Sərhəd

Püşklə qəbilənin coğrafi mövqeyini təyin edəndən sonra ikinci amil, yəni qəbilənin böyüklüyü əsasında torpaq payının ölçüsünü müəyyən etmək lazım idi. «Püşk atıb torpağı ailələriniz arasında bölüşdürün. Sayı çox olanların torpaq payı böyük, sayı az olanlarınkı kiçik olmalıdır. Hər kəs püşklə ona düşən yerdə torpaq payı alacaq» (Sy 33:54). Payın coğrafi mövqeyi ilə bağlı püşklə verilən qərar qüvvədə qalırdı, amma payın ölçüsü ilə bağlı dəyişiklik edilə bilərdi. Beləliklə, Yəhudanın ərazisinin çox böyük olduğu məlum olanda onun torpağından Şəmun qəbiləsinə pay verildi və beləcə, onun ərazisi azaldıldı (Yş 19:9).

Hikmət xəzinəsindən incilər

it-1-E s. 359, abz. 5

Sərhəd

İordandan qərbdə yerləşən torpaqların bölünməsi barədə oxuyanda görürük ki, ilk olaraq Yəhuda (Yş 15:1—63), Yusif (Əfraim) (Yş 16:1—10) və Mənəssə qəbiləsinin İordandan qərbdə məskunlaşan yarısı üçün püşk atılaraq torpaq payı ayrıldı. Onların sərhədləri və şəhərləri müəyyənləşdirildi. Bundan sonra ölkənin bölünməsinə ara verildi, çünki deyilir ki, israillilərin düşərgəsi Gilqaldan Şiloya köçdü (Yş 14:6; 18:1). Fasilənin nə qədər davam etdiyi deyilmir, amma axırda Yuşə qalan yeddi qəbiləni ölkənin digər torpaqlarında məskunlaşmağı yubatdıqları üçün danladı (Yş 18:2, 3). Yeddi qəbilənin bu əhval-ruhiyyəsinin səbəbini müxtəlif cür izah edirlər. Bəzi şərhçilərin fikrincə, istila zamanı əldə olunan qənimətin çoxluğuna, kənanilər tərəfdən hücum təhlükəsinin olmadığına görə onlar ölkənin digər hissələrini ələ keçirməyə tələsmirdilər. Həmçinin, ola bilsin, xalq güclü düşmən müqaviməti ilə qarşılaşmaq istəmədiyi üçün bu işi yubadırdı (Yş 13:1—7). Bundan başqa, Vəd edilmiş diyarın hələ bölünməmiş hissələri haqqında onların daha az məlumatı var idi.

8—14 NOYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YUŞƏ 20—22

«Anlaşılmazlıq yarananda necə davranmalı?»

w06 1/5 s. 5, abz. 3

Siz həyat yoldaşınızla uğurlu ünsiyyət qura bilərsiniz

Açıq ünsiyyətin köməyi ilə anlaşılmazlığın qarşısını almaq olar. Qədim İsrailin tarixində baş vermiş bir hadisə buna nümunədir. İordan çayından şərqdə yaşayan Ruven, Qad və Menaşşe qəbiləsinin yarısı İordan çayının yanında «möhtəşəm görünüşlü qurbangah» qurmuşdu. İsrailin digər qəbilələri onların bu hərəkətini düzgün başa düşmədilər. İordan çayının o tayında yaşayan qardaşlarının təmiz ibadətdən döndüklərini fərz edən qərbdəki qəbilələr «dönüklərə» qarşı müharibəyə hazırlaşmağa başladılar. Ancaq müharibəyə başlamazdan əvvəl, məsələnin nə yerdə olduğunu öyrənmək üçün şərqdə yaşayan qardaşlarının yanına nümayəndələr göndərdilər. Ağıllı hərəkətdir, elə deyilmi? Nümayəndələr öyrəndilər ki, qurbangah qeyri-qanuni qurbanlar gətirmək üçün qurulmamışdı. Əksinə, şərqdə yaşayan qəbilələr o biri qəbilələrin gələcəkdə onlara «Rəbdə sizin payınız yoxdur» deyəcəklərindən qorxmuşdular. Qurbangah isə onların da [İordan çayından şərqdə yaşayan qəbilələrin] Yehovanın xidmətçiləri olduğuna şəhadət edəcəkdi (Yeşua 22:10-29). Onlar qurbangahın adını Şahid qoydular, çünki o, Yehovanın qərb qəbilələrinin də Allahı olduğuna şəhadət edirdi (Yeşua 22:34).

w08 15/11 s. 18, abz. 5

«Sülh gətirən... şeylərə can ataq»

Yəqin, onların bəziləri qardaşlarının pis iş gördüklərini zənn etməyə kifayət qədər əsasları olduğunu və qəfil hücumun az itkilər gətirəcəyini düşünürdülər. Amma tələm-tələsik nə isə etməkdənsə, İordan çayının qərb sahilindəki qəbilələr problemi müzakirə etmək üçün qardaşlarının yanına öz nümayəndələrini göndərdilər. Onlar soruşdular: «Nədir İsrailin Allahına belə xəyanət etdiniz? Niyə Onun yolundan döndünüz?» Qurbangah tikən qəbilələrin xəyanət etmədikləri məlum oldu. Bəs onlar ittihamlara necə reaksiya göstərdilər? Onlar bütün hirslərini qardaşlarının üzərinə tökdülərmi və ya onlarla danışmaqdan imtina etdilərmi? Yox, onlar mülayim cavab verdilər və izah etdilər ki, bu işi Yehovaya xidmət etmək arzusundan irəli gələrək ediblər. Onların belə cavab vermələri Yehova ilə münasibətlərini qorudu və həyatlarını xilas etdi. Anlaşılmazlığın sakitcə müzakirə edilməsi sayəsində problem həll olundu və sülh bərqərar edildi (Yeşua 22:13-34).

Hikmət xəzinəsindən incilər

it-1-E s. 402, abz. 3

Kənan

Ölkə istila olunarkən çoxlu kənani sağ qalsa da, tabe olmayıb mübarizə aparsa da, yenə də Müqəddəs Kitabda haqlı olaraq deyilir ki, «Yehova ata-babalarına and içdiyi kimi, bütün bu ölkəni israillilərə verdi», «onlara hər tərəfdən dinclik verdi», «Yehovanın İsrail evinə verdiyi bütün gözəl vədlərdən heç biri boşa çıxmadı, hamısı yerinə yetdi» (Yş 21:43—45). İsrailin ətrafındakı xalqların hamısı qorxuya düşmüşdü, onlar israillilər üçün təhlükəli deyildilər. Allah qabaqcadan demişdi ki, kənaniləri yavaş-yavaş qovacaq, yoxsa birdən-birə boş qalmış ölkədə vəhşi heyvanlar çoxalar (Çx 23:29, 30; Qn 7:22). Düzdür, hərbi sursat baxımından üstünlük kənanilərdə idi, onların həmçinin dəryazlı cəng arabaları var idi. Bununla belə, israillilərin müəyyən əraziləri istila edə bilməməsinin səbəbi Yehovanın Öz vədini yerinə yetirməməsi deyildi (Yş 17:16—18; Hk 4:13). Əksinə, Müqəddəs Kitabda deyilir ki, israillilərin bəzi hallarda məğlub olmasına səbəb Yehovaya xəyanət etmələri idi (Sy 14:44, 45; Yş 7:1—12).

15—21 NOYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YUŞƏ 23, 24

«Yuşənin xalqa son vəsiyyəti»

w08 15/2 s. 26, abz. 3

Yaxın ünsiyyətdən bütpərəstliyə

İsraillilərin Vəd edilmiş diyarı ələ keçirmələri oranın sakinləri üzərində ilk qələbə idi. Amma İsrail oğulları Allahın əmrlərinə tam əməl etmədilər. Onlar düşmənləri qovmadılar (Hak. 1:1–2:10). Əksinə, bu diyardakı ‘yeddi millətin’ arasında yaşayan israillilərin onlarla müntəzəm ünsiyyətdə olmaları həmin millətlərlə dostluq münasibətinin yaranmasına səbəb oldu (Qanun. t. 7:1). Bu, israillilərə necə təsir etdi? Müqəddəs Kitabda deyilir: «İsrail övladları onların qızlarından özlərinə arvad aldı, öz qızlarını da onların oğullarına verdi və onların allahlarına sitayiş etdi. Beləliklə, İsrail övladları Rəbbin gözündə pis olan işlər gördülər. Onlar öz Allahı Rəbbi unudaraq Baal və Aşera bütlərinə sitayiş etdilər» (Hak. 3:5-7). Bir qədər vaxtdan sonra israillilər bu diyarın sakinləri ilə ailə qurmağa və bütlərinə sitayiş etməyə başladılar. Qarışıq nikahların sayının artması bütpərəst xalqların bu diyardan qovulmaq ehtimalını azaldırdı. Həqiqi ibadət murdarlanmışdı və israillilərin özləri yalançı allahlara ibadət etməyə başladılar.

w07 1/11 s. 28, abz. 19, 20

Allahın sözü heç vaxt boşa çıxmır

19 Bəli, öz gözlərimizlə gördüyümüz hadisələri nəzərə alaraq biz deyə bilərik: «Allahınız Rəbbin haqqınızda dediyi bütün yaxşı şeylərdən heç biri boşa çıxmadı. Hamısı sizin üçün yerinə yetdi. Onun sözlərindən heç biri boşa çıxmadı» (Yeşua 23:14). Yehova xidmətçilərini qurtarır, müdafiə edir və onların qayğısına qalır. Sən Allahın elə bir və’dini deyə bilərsənmi ki, o öz vaxtında yerinə yetməsin? Bu mümkün deyil. Biz Allahın Kəlamının doğruluğuna şübhə etmirik.

20 Bəs gələcək haqqında nə demək olar? Yehova bizə deyib ki, əksəriyyətimiz gözəl Cənnətə çevrilmiş yer üzündə yaşamağa ümid edə bilərik. Bizlərdən çox az adam Məsihlə göylərdə padşahlıq etmək ümidinə malikdir. Ümidimiz nə olursa-olsun, bizim də Yeşua kimi sadiq qalmağa tutarlı səbəblərimiz vardır. Gün gələcək ki, ümidlərimiz gerçəkləşəcək. Onda biz geriyə boylanıb Yehovanın bütün və’dlərinə nəzər salaraq deyəcəyik: «Hamısı... yerinə yetdi».

Hikmət xəzinəsindən incilər

w05 1/3 s. 6, abz. 3

«Yeşua» kitabından diqqətəlayiq fikirlər

24:2 — İbrahimin atası Terah bütpərəst idimi? Başlanğıcda Terah Yehovanın xidmətçisi deyildi. Çox ehtimal ki, o, Ur şəhərində məşhur olan Ay tanrısı Sinə ibadət edirdi. İbrani adət-ən’ənələrinə əsasən, ola bilsin, Terahın özü də bütlər düzəldirdi. Lakin İbrahim Allahın əmrinə görə Urdan Xarana yola düşəndə, Terah da onunla birlikdə getdi (Yaradılış 11:31).

22—28 NOYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | HAKİMLƏR 1—3

«Cəsarət nümunəsi»

w04-E 15/3 s. 31, abz. 3

Əhud zalım düşməni məhv edir

Əhudun niyyəti baş tutdu. Ancaq bu onun ağlı, zəkası sayəsində deyildi. Heç düşmən tərəf də zəif deyildi. Allahın niyyətlərinin yerinə yetməsi insanlardan asılı deyil. Əhudun uğur qazanmasının əsas səbəbi Yehovanın ona kömək etməsi idi. Yehova xalqını xilas etmək niyyətində idi. Əhud bu niyyətə uyğun davrandığı üçün Yehova onun işini avand etdi. Əhudu göndərən Yehova idi. Yehova isə göndərdiyi hakimlərin hər birinə dayaq olurdu (Hakimlər 2:18; 3:15).

w04-E 15/3 s. 30, abz. 1—3

Əhud zalım düşməni məhv edir

Əhud ilk olaraq özü üçün ikiağızlı xəncər düzəltdi. Xəncər kiçik olduğundan onu paltarının altında gizlədə bildi. Yəqin o fikirləşirdi ki, onun üst-başını yoxlayacaqlar. Adətən sağaxay adamlar xəncəri sol tərəfə taxırdılar və lazım olanda cəld oradan çıxarırdılar. Əhud isə solaxay idi. O, xəncəri «paltarının altından sağ buduna bağladı». Sağ tərəfi yoxlamaq isə çətin ki padşahın keşikçilərinin ağlına gələcəkdi. Buna görə də o, heç bir əngəl olmadan xəracı Muab padşahı Əclunun hüzuruna gətirdi (Hakimlər 3:16, 17).

Əhvalatın əvvəli barədə Müqəddəs Kitabda çox şey yazılmayıb. Orada sadəcə deyilir: «Əhud xəracı təqdim edib qurtarandan sonra xəracı gətirənləri yola saldı» (Hakimlər 3:18). Əhud xəracı təqdim etdi, Əclunun sarayından xeyri uzaqlaşandan sonra xəracı gətirənləri yola saldı. Sonra isə geri qayıtdı. Görəsən o niyə belə davrandı? Təhlükəsizlik baxımından yanında adam gətirmişdi, yoxsa bu, tələb idi? Bəlkə o adamlar sadəcə xəracı daşımağa ona kömək edirdi? Əhud onların təhlükəsizliyini düşündüyü üçün onları göndərdi? Hər necə olsa da, cəsur Əhud tədbirini həyata keçirmək üçün hərəkətə keçdi.

O, «Gilqaldakı oyma bütlərin yanından geri qayıdıb padşaha dedi: «Ey padşah, sənə gizli sözüm var». Görünür, keşikçilər heç nədən şübhələnmədikləri üçün Əhudu yenidən Əclunun hüzuruna buraxdılar. Axı tək bir israilli onların hökmdarına nə edə bilərdi? Bəlkə də təkbaşına geri qayıdan Əhudu görəndə fikirləşdilər ki, o öz soydaşlarını satmağa gəlib. Hər necə olsa da, Əhud padşahla təklikdə qalmaq istəyirdi, istəyinə də nail oldu (Hakimlər 3:19).

Hikmət xəzinəsindən incilər

w05 1/4 s. 29—30, abz. 7

«Hakimlər» kitabından diqqətəlayiq fikirlər

2:10-12. Yehovanın «etdiyi yaxşılıqları» unutmamaq üçün, müntəzəm olaraq Müqəddəs Kitabı öyrənmək qrafikimiz olmalıdır (Məzmur 103:2). Valideynlər Müqəddəs Kitab həqiqətlərini öz uşaqlarının ürəyinə yeritməlidirlər (Qanunun təkrarı 6:6-9).

29 NOYABR — 5 DEKABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | HAKİMLƏR 4, 5

«Yehova iki qadının vasitəsilə xalqını xilas edir»

w17.04 s. 29, abz. 6

Yehova Allahın yolunda fədakar olun!

6 Kənan padşahı Yavin «düz iyirmi il israillilərə qan uddurdu». Kənd camaatı küçəyə çıxmağa belə qorxurdu. İsraillilərin nə döyüşmək, nə müdafiə olunmaq üçün silahları yox idi. Düşmən ordusunun isə «900 dəryazlı cəng arabası var idi» (Hak. 4:1—3, 13; 5:6—8).

w14 15/8 s. 8, abz. 12

Yehovanın niyyətində qadınların rolu

12 İsrail hakimlərinin günlərində Allahın razı qaldığı qadınlardan biri də peyğəmbər Devora idi. O, hakim Baraqı ürəkləndirmiş və israillilərin düşmənlərinin əlindən yaxa qurtarmasında öz töhfəsini vermişdi. Lakin o, peyğəmbərlik etmişdi ki, kənanlıların üzərində qazanılan qələbənin şöhrəti Baraqın olmayacaq. Allah kənanlıların ordu başçısı Sisranı «bir qadına təslim edəcək». Bu belə də oldu, başqa millətdən olan Yael adlı bir qadın onu öldürdü (Hak. 4:4—9, 17—22).

w12 15/2 s. 12, abz. 9

«Cəsarətli və çox möhkəm ol»

9 Yeşua eramızdan əvvəl təxminən 1450-ci ildə vəfat etdikdən sonra İsraildə hakimlər dövrü başladı. Kənan padşahı Yavin 20 il İsrail xalqına zülm edib, əziyyət verirdi. Həmin ərəfədə Yehova qadın peyğəmbər Devora vasitəsilə hakim Baraqa bu padşahla döyüşməyi əmr etdi. Baraq 10 000 nəfər adamı Tavor dağına yığdı. Yavinin ordu başçısı Sisra ordusu və 900 döyüş arabası ilə Qişon vadisinə gəldi. İsraillilər vadiyə daxil olanda Allah elə etdi ki, çay qəflətən öz məcrasından çıxdı və döyüş meydançası bataqlığa çevrildi. Belə vəziyyətdə kənanlıların döyüş arabaları artıq işə yaramırdı. Baraqın adamları döyüşdə qalib gəldilər, «Sisranın bütün ordusu [isə] qılıncdan keçirildi». Sisra qaçıb Yael adlı bir qadının çadırında gizləndi, lakin o, yuxuya gedəndə qadın onu öldürdü. Devoranın Baraqa qabaqcadan dediyi kimi, bu qələbənin şöhrəti qadının — Yaelin adına yazıldı. Devoranın, Baraqın və Yaelin şücaəti sayəsində İsrail «qırx il rahat yaşadı» (Hak. 4:1—9, 14—22; 5:20, 21, 31). Allahdan qorxan bir çox kişi və qadınlar eyni iman və cəsarət təzahür etdirmişlər.

Hikmət xəzinəsindən incilər

w05 1/4 s. 30, abz. 5

«Hakimlər» kitabından diqqətəlayiq fikirlər

5:20 — Ulduzlar göydən Baraq uğrunda necə döyüşürdülər? Müqəddəs Kitabda dəqiq deyilmir. Ola bilsin ki, bu, mələklərin müdaxiləsi, yaxud Sisranın müdriklərinin fəlakət əlaməti kimi yozduqları meteor yağışı, yaxud Sisra üçün baxılan və düzgün çıxmayan astroloji proqnoz idi. Lakin şübhə yoxdur ki, bu, müəyyən dərəcədə Allahın müdaxiləsi idi.

6—12 DEKABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | HAKİMLƏR 6, 7

«Gücünü topla, get»

w14 15/2 s. 22, abz. 8

Yehova ən yaxşı Dostumuzdur

8 Gideon narahat idi ki, görəsən, o, «İsraili Midyanlıların əlindən» necə qurtaracaq. Yehova ona aydın cavab verdi: «Mən mütləq səninlə olacağam və sən də Midyanlıların hamısını bir nəfər kimi qıracaqsan» (Hak. 6:11—16). Bunun necə olacağına ağlı kəsməyən Gideon Yehovadan əlamət istədi. Fikir verin ki, bu söhbət zamanı Yehovanın real Şəxsiyyət olduğuna Gideonun zərrə qədər də şübhəsi yox idi.

w11 15/12 s. 20, abz. 12

12 Yeşua öləndən sonra da Yehova müqəddəs ruhu ilə sadiq xidmətçilərini möhkəmləndirməyə davam edirdi. «Hakimlər» kitabı «zəifdən güclüyə» çevrilən insanların nümunələri ilə zəngindir (İbr. 11:34). Məsələn, Allah Öz ruhu ilə Gideonu təşviq etmişdi ki, xalqı düşmənin əlindən azad etsin (Hak. 6:34). Gideonun topladığı ordu midyanlıların ordusundan dörd dəfə kiçik idi. Gideonun əsgərləri az olsa da, Yehovanın gözündə bu say həddən artıq çox idi. O, iki dəfə Gideona əsgərlərinin sayını azaltmağı əmr etdi və bundan sonra bir israilli əsgərə 450 nəfər düşmən əsgəri düşürdü (Hak. 7:2—8; 8:10). Bu say Yehovanı qane edirdi. İsraillilər möhtəşəm qələbə qazandıqları təqdirdə, bunu öz gücü və ya ağılları sayəsində etdikləri ilə öyünməyəcəkdilər.

w17.02 s. 19, abz. 5

Yehova xalqına bələdçilik edir

5 Yehova Allah Musadan sonra da xalqına başçı təyin etdiyi bir sıra insana müqəddəs ruh vermişdi. Məsələn, «Nun oğlu Yuşə ruhun hikməti ilə dolu idi» (Qan. 34:9, haş.). «Yehovanın ruhu Cədunu» bürümüşdü (Hak. 6:34). «Yehovanın ruhu Davudun üzərinə» enmişdi (1 İşm. 16:13). Bütün bu insanlar Allahın ruhunun gücünə arxalanırdılar və bu ruhun sayəsində insan gücünü aşan möhtəşəm işlər görürdülər (Yuş. 11:16, 17; Hak. 7:7, 22; 1 İşm. 17:37, 50). Nəticədə, bu qüdrətli işlər şərəf sahibi Yehova Allahı ucaldırdı.

Hikmət xəzinəsindən incilər

w05 1/4 s. 31, abz. 2

«Hakimlər» kitabından diqqətəlayiq fikirlər

6:25-27. Öz düşmənlərini lazımsız yerə acıqlandırmamaqla Gideon ehtiyatlı davrandı. Xoş xəbəri təbliğ edərkən diqqətli olmalıyıq ki, danışıq tərzimizlə lazımsız yerə başqalarının hisslərinə toxunmayaq.

13—19 DEKABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | HAKİMLƏR 8, 9

«Təvazökarlıq qürurdan yaxşıdır»

w21.07 s. 16—17, abz. 10, 11

Rəqabət yaratmayın, sülhə can atın

10 Gəlin Mənəssə qəbiləsindən olan Cədunla Əfraim qəbiləsindən olan kişilər arasında baş verən bir hadisəyə nəzər salaq. Yehovanın köməyilə Cədun və 300 döyüşçüsü möhtəşəm bir qələbə qazanmışdı. Bu onları qürurlandıra bilərdi. Əfraim qəbiləsindən olan kişilər Cədunla görüşəndə onu tərifləmək əvəzinə, onunla dalaşırlar. Görünür, onların şəninə toxunmuşdu ki, Cədun Allahın düşmənlərinə qarşı döyüşmək üçün onları lap əvvəldən dəvət etməyib. Əfraimlilər diqqətlərini qəbilələrinin ad-sanına o qədər cəmləmişdilər ki, daha vacib şeyi unutmuşdular. Cədun Allahın adını ucaltmışdı və Onun xalqını qorumuşdu.

20 Cədun təvazökarlıqla əfraimlilərə dedi: «Sizin elədiyinizin yanında mənim elədiyim nədir ki?» Sonra o, Yehovanın əfraimlilərə dayaq olduğunu göstərmək üçün bir nümunə çəkdi. Cədunun bu sözlərindən sonra onlar «sakitləşdilər» (Hakimlər 8-ci fəsil 2 və 3-cü ayələr). O, Allahın xalqı arasında sülhü qorumaq üçün qürurunu bir qırağa qoymağa hazır idi.

w17.01 s. 20—21, abz. 15

Təvazökarlıq. Dəyərdən düşməyən xüsusiyyət

15 Cədun təvazökarlıqda gözəl nümunədir. Yehovanın mələyi birinci dəfə ona görünəndə o, elə də adlı-sanlı nəsildən olmadığını və təcrübəsiz olduğunu söylədi (Hak. 6:15). Yehovanın tapşırığını qəbul edəndən sonra Cədun öhdəsinə düşən işin nədən ibarət olduğunu dəqiq başa düşdü və Yehovadan kömək istədi (Hak. 6:36—40). Cədun güclü və cəsarətli olmaqla yanaşı, həm də ehtiyatlı və dərrakəli insan idi (Hak. 6:11, 27). O, ona verilən tapşırığa yüksəyə qalxmaq üçün bir fürsət kimi baxmadı. Əksinə, Yehovanın ona tapşırdığı işi bitirər-bitirməz öz evinə qayıtdı (Hak. 8:22, 23, 29).

w08 15/2 s. 8—9, abz. 9

Yehovanın yolları ilə gedin

9 Allahın dostu olmaq üçün ‘təvazökar olmalıyıq’ (1 Pet. 3:8). Təvazökarlığın vacibliyi «Hakimlər» kitabının 9-cu fəslində göstərilir. Gideonun oğlu Yotam demişdi ki, ‘günlərin bir günündə bütün ağaclar özləri üçün padşah məsh etmək’ qərarına gəlirlər. Zeytun və əncir ağacının, həmçinin üzüm tənəyinin adı çəkilir. Onlar həmvətənləri israillilər üzərində rəhbərlik etməyə can atmayan ləyaqətli şəxsləri təmsil edirdi. Yalnız yanacaq kimi istifadə edilən yabanı göyəm isə, başqalarına ağalıq etməyə can atan məğrur və qatil Avimeleyin hakimiyyətini təmsil edirdi. ‘Üç il İsrail üzərində başçılıq etdikdən’ sonra onu vaxtsız ölüm yaxaladı (Hak. 9:8-15, 22, 50-54). ‘Təvazökar olmaq’ necə də yaxşıdır!

Hikmət xəzinəsindən incilər

it-1-E s. 753, abz. 1

Döşlük, I

Cədun yaxşı niyyətdən irəli gələrək, Yehovanın İsrailə verdiyi qələbəni əbədiləşdirmək, Yehovanı şərəfləndirmək məqsədilə döşlük düzəltdi. Ancaq bu döşlük «Cəduna və onun külfətinə tələ oldu». Çünki israillilər döşlüyə ibadət edərək Allaha xəyanət etdilər (Hk 8:27). Lakin Müqəddəs Kitabda deyilmir ki, Cədun özü də döşlüyə ibadət etdi. Əksinə, həvari Bulus Yehovanın məsihilikdən öncə yaşamış «böyük şahidlər buludu»ndan danışarkən Cədunun adını da çəkmişdi (İb 11:32; 12:1).

20—26 DEKABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | HAKİMLƏR 10—12

«İftah ruhani düşüncəli insan idi»

w16.04 s. 7, abz. 9

İmanla davranmaq Allahın razılığını qazandırır

9 Yəqin ki, imanlı insanların nümunəsi də İftaha təsir etmişdi. Bu adamlardan biri də Yusif idi. Yusif ondan zəhləsi gedən qardaşlarına mərhəmət göstərmişdi (Yar. 37:4; 45:4, 5). Bəlkə də İftah bu kimi nümunələr üzərində düşünərək Yehovanı razı salmaq qərarına gəlmişdi. Sözsüz ki, qardaşlarının hərəkəti onun qəlbində dərin yara açmışdı, amma o, Yehovaya və Onun xalqına xidmət etməkdən boyun qaçırmadı (Hak. 11:9). Yehovanın adı uğrunda vuruşmaq İftah üçün şəxsi münaqişələrdən qat-qat vacib idi. O, Yehovaya olan imanını qorumağa qətiyyətli idi. Bundan həm onun özü, həm də israillilər xeyir gördü (İbr. 11:32, 33).

it-2-E s. 27, abz. 2

İftah

İftah vaxt itirmədi. Qətiyyətli bir başçı kimi dərhal hərəkətə keçdi. Əmun padşahına qasidlər göndərdi, onun nahaqdan İsrail torpağına basqın etdiyini bildirdi. Əmun padşahı cavab verdi ki, İsrail Əmunun torpağını işğal edib (Hk 11:12, 13). Bu məqamda İftah göstərdi ki, o, sadəcə kobud bir cəngavər deyil, tarixə, xüsusən də Allahın Öz xalqı üçün etdiyi işlərə yaxından bələd olan bir insandır. O, Əmunun iddialarını rədd etdi və bildirdi ki, 1) İsrailin Əmunla, Muabla və Ədumla işi olmayıb (Hk 11:14—18; Qn 2:9, 19, 37; 2Sm 20:10, 11); 2) İsrail ölkəni istila edərkən mübahisəli torpaq Əmuna məxsus olmayıb, Kənanda yaşayan amorilərin əlində olub. Allah da onların padşahı Sihunu və onun torpağını İsrailin əlinə vermişdi; 3) Əmun 300 ildir ki, İsrailin bu torpağı istila etdiyini dilə gətirməyib, indi nə əsasla bunu deyir (Hk 11:19—27).

it-2-E s. 27, abz. 3

İftah

İftah məsələnin mahiyyətinə toxundu, yəni mövzunun ibadət ətrafında dövr etdiyini göstərdi. Bildirdi ki, bu torpağı israillilərə Yehova Allah verib. Bu səbəbdən onun bir parçasını da yalan allaha ibadət edən xalqa verməyəcəklər. O, Kəmuşu əmunilərin allahı adlandırdı. Bəziləri bu fikrin səhv olduğunu deyir. Düzdür, əmunilər, əsas etibarilə, Milqama ibadət edirdilər, Kəmuş isə Muabın allahı idi. Amma bu qohum xalqlar çoxlu allahlara sitayiş edirdilər. Hətta Süleyman da yadelli qadınlar ucbatından Yehovaya xəyanət edib, İsraildə Kəmuş üçün səcdəgah tikmişdi (Hk 11:24; 1Pd 11:1, 7, 8, 33; 2Pd 23:13). Bundan başqa, bəzi alimlərin fikrincə, «Kəmuş» adının mənası, ehtimal ki, «qalib, istilaçı» deməkdir. Əmunilər inanırdı ki, bu allah başqa xalqları məğlub edib və yaşadıqları ölkəni onlara verib. Ola bilsin, İftah elə buna görə bu allahın adını qeyd etmişdi.

Hikmət xəzinəsindən incilər

it-2-E s. 26

İftah

Qanuni oğul idi. İftah fahişə qadının oğlu olsa, bu o demək deyil ki, o, qeyri-qanuni doğulmuşdu. Onun anası Gilada ikinci dərəcəli arvad kimi ərə getməzdən əvvəl fahişə olmuşdu, necə ki Rahab da bir vaxtlar fahişə idi, lakin sonradan Salmana ərə getmişdi (Hk 11:1; Yş 2:1; Mt 1:5). İftahın qeyri-qanuni oğul olmadığını sübut edən dəlillərdən biri odur ki, Giladın əsas arvadından dünyaya gələn oğulları, miras payı almasın deyə, İftahı qovmuşdular (Hk 11:2). Bundan başqa, sonralar İftahı Gilad əhlinin (görünür, İftahın ögey qardaşları onların arasında böyük nüfuz sahibi idi) başçısı seçdilər (Hk 11:11). Üstəlik, o, Müqəddəs çadırda Yehovaya qurban təqdim etdi (Hk 11:30, 31). Qeyri-qanuni doğulmuş oğul bunların heç birini edə bilməzdi. Çünki Tövratda yazılmışdı: «Qeyri-qanuni doğulan oğul Yehovanın icmasına daxil ola bilməz. Onun hətta onuncu nəslindən olan övladı Yehovanın icmasına daxil ola bilməz» (Qn 23:2).

27 DEKABR — 2 YANVAR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | HAKİMLƏR 13, 14

«Mənuh və arvadı valideynlər üçün nümunədir»

w13 15/8 s. 16, abz. 1

Ey valideynlər, övladlarınıza körpəlikdən tərbiyə verin

Qədim İsrailin Dan qəbiləsindən olub Sora şəhərində yaşayan Manoah adlı bir kişinin hadisəsinə nəzər salaq. Yehovanın mələyi Manoahın sonsuz olan arvadına xəbər vermişdi ki, onun oğlu olacaq (Hak. 13:2, 3). Allahın sadiq bəndələri olan Manoah və arvadı bu xəbəri eşidəndə, təbii ki, sevindilər. Ancaq onları çox narahat edən bir məqam var idi və buna görə Manoah Allaha dua etdi: «Ya Xudavənd, yalvarıram, göndərdiyin Allah adamı qoy yanımıza yenə gəlsin və doğulacaq uşaq barədə nə edəcəyimizi bizə öyrətsin» (Hak. 13:8). Bu ər-arvad dünyaya gələcək körpələrinin tərbiyəsinə görə narahat olurdu. Şübhəsiz ki, onlar oğulları Şimşona Allahın qanunlarını aşıladılar və onların zəhməti hədər getmədi. Müqəddəs Kitabda Şimşon barədə oxuyuruq: «Rəbbin Ruhu onu idarə etməyə başladı». Bunun sayəsində o, İsrailin hakimlərindən biri kimi çoxlu qüdrətli işlər gördü (Hak. 13:25; 14:5, 6; 15:14, 15).

w05-E 15/3 s. 25—26

Şimşon Yehovanın gücü ilə zəfər çalır!

Şimşon «böyüyür, Yehova onu saxlayırdı» (Hakimlər 13:24). Günlərin bir günü o, ata-anasının yanına gəlib dedi: «Gözüm Timnahda bir filiştli qızı tutub, onu mənə alın» (Hakimlər 14:2). Yəqin Şimşonun atası ilə anası heyrətdən donub qalmışdı. Oğulları İsrail xalqını yağı düşmənlərin əlindən qurtarmaq əvəzinə onlarla qohum olmaq istəyirdi. Üstəlik, bütpərəstlərdən qız almaq Allahın qanununa zidd idi (Çıxış 34:11—16). Buna görə də onlar öz etirazlarını bildirdilər: «Məgər qohumlarımızın arasından, elimizdən bir qız tapa bilmədin ki, gedib sünnətsiz filiştlilərdən qız alırsan?» Lakin Şimşon israr edib atasına dedi: «Onu mənə al. O, əsil mənə lazım olan adamdır» (Hakimlər 14:3).

Hikmət xəzinəsindən incilər

w05-E 15/3 s. 26, abz. 1

Şimşon Yehovanın gücü ilə zəfər çalır!

Filiştli qız hansı mənada əsl Şimşona lazım olan adam idi? Bir ensiklopediyada deyilir ki, Şimşonun bu qızı seçməsinə səbəb onun gözəl, cazibədar olması deyildi. O, Şimşon üçün imkan yaradacaqdı ki, qarşısına qoyduğu məqsədə, niyyətə çatsın («Cyclopedia»). Bu mənada həmin qız əsl Şimşona lazım olan adam idi. Bəs Şimşon qarşısına hansı məqsədi qoymuşdu? Hakimlər 14:4 ayəsində deyilir ki, o, «filiştliləri cəzalandırmaq üçün məqam gözləyirdi». Bəli, Şimşon məhz bu məqsədlə qıza maraq göstərirdi. Şimşon böyüdükcə Yehovanın ruhu onu yönəltməyə, hərəkətə təşviq etməyə başlamışdı (Hakimlər 13:25, haşiyə). Deməli, belə bir qeyri-adi xahişi dilə gətirməyə Şimşonu sövq edən Yehovanın ruhu idi. Ümumiyyətlə, İsraildə hakimlik etdiyi bütün müddət ərzində Şimşonu məhz Yehovanın ruhu istiqamətləndirirdi. Bəs Şimşon məqsədinə nail oldu? Gəlin əvvəlcə görək Yehova ona yar olduğuna onu necə əmin etdi.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş