Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwbr22 yanvar s. 1—8
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr—2022
  • Başlıqlar
  • 3—9 YANVAR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | HAKİMLƏR 15, 16
  • «Xəyanət iyrənc əməldir!»
  • w12 15/4 s. 8—9, abz. 4
  • Xainlik — bizim günlərin dəhşətli əlaməti
  • w05 1/4 s. 31, abz. 8
  • «Hakimlər» kitabından diqqətəlayiq fikirlər
  • w12 15/4 s. 11—12, abz. 15, 16
  • Xainlik — bizim günlərin dəhşətli əlaməti
  • YEHOVAYA SADİQ QALIN
  • Hikmət xəzinəsindən incilər
  • w05 1/1 s. 24—25, abz. 7, 8
  • «Bu torpağı» dolaş
  • 10—16 YANVAR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | HAKİMLƏR 17—19
  • «Allahın qanununa itaətsizliyin axırı pis olur»
  • it-2-E s. 390—391
  • Mikə
  • it-2-E s. 391, abz. 2
  • Mikə
  • Hikmət xəzinəsindən incilər
  • w15 15/12 s. 10—11, abz. 6
  • Allahın Kəlamının canlı tərcüməsi
  • 17—23 YANVAR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | HAKİMLƏR 20, 21
  • «Həmişə Yehovaya üz tutun»
  • w11 15/9 s. 32, abz. 2
  • Problemlər yarananda Pinxas kimi davrana bilərsənmi?
  • w11 15/9 s. 32, abz. 4
  • Problemlər yarananda Pinxas kimi davrana bilərsənmi?
  • Hikmət xəzinəsindən incilər
  • w14-E 1/5 s. 11, abz. 4—6
  • Bilirsiniz?
  • Qədimdə müharibədə sapanddan necə istifadə edirdilər?
  • 24—30 YANVAR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | RUT 1, 2
  • «Məhəbbətə can atın»
  • w16.02 s. 14, abz. 5
  • Yehovanın dostlarından örnək alın
  • w16.02 s. 14, abz. 6
  • Yehovanın dostlarından örnək alın
  • Hikmət xəzinəsindən incilər
  • w05 1/5 s. 30, abz. 1
  • «Rut» kitabından diqqətəlayiq fikirlər
  • 31 YANVAR — 6 FEVRAL
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | RUT 3, 4
  • «Yaxşı ada sahib olun»
  • ia s. 47, abz. 18
  • «Ləyaqətli qadın»
  • ia s. 48, abz. 21
  • «Ləyaqətli qadın»
  • ia s. 50, abz. 25
  • «Ləyaqətli qadın»
  • Hikmət xəzinəsindən incilər
  • w05 1/5 s. 32, abz. 2
  • «Rut» kitabından diqqətəlayiq fikirlər
  • 7—13 FEVRAL
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 1 İŞMUİL 1, 2
  • «Duada ürəyinizi Yehovaya boşaldın»
  • ia s. 55, abz. 12
  • O, ürəyini Allaha boşaltdı
  • ia s. 55—56, abz. 15
  • O, ürəyini Allaha boşaltdı
  • Hikmət xəzinəsindən incilər
  • w05 1/6 s. 29, abz. 5
  • «Birinci Şamuel» kitabından diqqətəlayiq fikirlər
  • 14—20 FEVRAL
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 1 İŞMUİL 3—5
  • «Yehova bəndələrinə anlayışla yanaşır»
  • w18.09 s. 24, abz. 3
  • Qüdrətli, eyni zamanda anlayışlı Allah
  • w18.09 s. 24, abz. 4
  • Qüdrətli, eyni zamanda anlayışlı Allah
  • Hikmət xəzinəsindən incilər
  • w05 1/6 s. 29—30, abz. 6
  • «Birinci Şamuel» kitabından diqqətəlayiq fikirlər
  • 21—27 FEVRAL
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 1 İŞMUİL 6—8
  • «Sizin padşahınız kimdir?»
  • it-2-E s. 163, abz. 1
  • Allahın Padşahlığı
  • w11 1/1 s. 27, abz. 1
  • Məyusluğa baxmayaraq, o, tab gətirə bildi
  • w10 15/1 s. 30, abz. 9
  • Yehovanın rəhbərliyi bəraət qazanıb!
  • Hikmət xəzinəsindən incilər
  • w02 1/6 s. 19, abz. 13
  • Vəftiz olunmaq nəyə görə lazımdır?
  • 28 FEVRAL — 6 MART
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 1 İŞMUİL 9—11
  • «Talut vaxtilə həlim və təvazökar idi»
  • w20.08 s. 10—11, abz. 11
  • Allahın önündə təvazökarlıqla yeriyin!
  • w14 15/3 s. 9, abz. 8
  • Fədakarlıq ruhunu qoruyun
  • w95-E 15/12 s. 10, abz. 1
  • Əmunilər. Yaxşılığa yamanlıqla cavab verən xalq
  • Hikmət xəzinəsindən incilər
  • w05 1/6 s. 30, abz. 8
  • «Birinci Şamuel» kitabından diqqətəlayiq fikirlər
«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr—2022
mwbr22 yanvar s. 1—8

«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

3—9 YANVAR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | HAKİMLƏR 15, 16

«Xəyanət iyrənc əməldir!»

w12 15/4 s. 8—9, abz. 4

Xainlik — bizim günlərin dəhşətli əlaməti

4 Əvvəlcə gəlin hakim Şimşonun sevdiyi hiyləgər qadın Delilanın nümunəsinə nəzər salaq. Şimşon Allahın xalqı naminə filiştlilərlə vuruşmaq niyyətində idi. Görünür, filiştlilərin ağalarından beş nəfər Delilanın Şimşonu ürəkdən sevmədiyini bilirdi. Onlar Şimşonu aradan götürmək üçün onun qeyri-adi gücünün sirrini öyrənmək müqabilində Delilaya böyük məbləğdə rüşvət təklif etdilər. Pulgir Delila onların təklifini qəbul etdi. Lakin Şimşonun sirrini öyrənmək cəhdi düz üç dəfə boşa çıxdı. O, Şimşonu dilə tutaraq «hər gün ona əziyyət və başağrısı» verirdi. Sonda «Şimşonun canı boğazına yığıldı» və o, sirrini açdı. Şimşon Delilaya dedi ki, doğulandan bəri başına ülgüc dəyməyib və əgər saçı kəsilərsə, gücünü itirəcək. Delila Şimşonu dizləri üstündə yatızdırıb saçlarını kəsdirtdi və onu düşmənlərin əlinə təslim etdi ki, onunla istədiklərini etsinlər (Hak. 16:4, 5, 15—21). Pula görə Delila onu sevən insanı satdı. Bu necə də alçaq hərəkət idi!

w05 1/4 s. 31, abz. 8

«Hakimlər» kitabından diqqətəlayiq fikirlər

14:16, 17; 16:16. Ağlayıb-sızlamaqla təzyiq göstərmək, ailədəki münasibətlərə zərər gətirə bilər (Süleymanın məsəlləri 19:13; 21:19).

w12 15/4 s. 11—12, abz. 15, 16

Xainlik — bizim günlərin dəhşətli əlaməti

15 Evli insanlar bir-birinə necə sadiq qala bilərlər? Allahın Kəlamında deyilir: «Gənc ikən evləndiyin arvadınla [və ya ərinlə] xoşbəxt yaşa» və «həyatının hamısını sevdiyin qadınla [və ya kişi ilə] xoş... keçir» (Sül. məs. 5:18; Vaiz 9:9). Ərlə arvad yaşa dolduqca həm fiziki, həm də emosional cəhətdən münasibətlərində tam «iştirak etməlidirlər». Bu, bir-birinə qarşı diqqətli olmaq, bir-biri ilə vaxt keçirmək və qəlbən bir-birinə bağlanmaq deməkdir. Onlar bütün diqqətlərini nikahlarını və Yehova ilə münasibətlərini qoruyub saxlamağa yönəltməlidirlər. Bunun üçün ər-arvadlar birlikdə Müqəddəs Kitabı araşdırmalı, müntəzəm olaraq birlikdə təbliğ etməli və birlikdə duada Yehovadan onlara xeyir-dua verməsini istəməlidirlər.

YEHOVAYA SADİQ QALIN

16 Yığıncağın bəzi üzvləri ciddi günaha yol vermişlər. «İmanları möhkəm olsun deyə, onları... ciddi tənbeh [etmək]» lazım gəlmişdi (Tit. 1:13). Bəzilərinin davranışı isə yığıncaqdan kənar edilmələrinə səbəb olmuşdu. Nizam-intizam tədbirlərindən ibrət götürənlərə bu, Yehova ilə münasibətlərini bərpa etməyə kömək etmişdi (İbr. 12:11). Bəs əgər yığıncaqdan kənar edilən yaxın dostumuz və ya qohumumuzdursa, onda necə? Belə vəziyyətdə bizim həmin insana yox, Yehovaya olan sadiqliyimiz sınağa çəkilir. Bizi görən Yehova, yığıncaqdan kimin kənar edilməsindən asılı olmayaraq, onunla bütün əlaqələri kəsmək əmrinə riayət edib-etməyəcəyimizi müşahidə edir. (1 Korinflilərə 5:11—13 ayələrini oxu.)

Hikmət xəzinəsindən incilər

w05 1/1 s. 24—25, abz. 7, 8

«Bu torpağı» dolaş

7 Hakimlər 16:2 ayəsində hakim Şimşonun Qəzzəyə gəldiyi barədə oxuyuruq. Bu gün Qəzzənin adı xəbərlərdə çəkilir, buna görə də biz Şimşonun təxminən hara gəldiyini təsəvvür edə bilərik. O, Aralıq dənizi sahilindəki Filişt diyarına gəlmişdi. İndi Hakimlər 16:3 ayəsini oxuyaq: «Şimşon gecəyarısına qədər yatdı, sonra ayağa qalxdı. O gəlib şəhər darvazasının hər iki dirəyindən tutaraq cəftə qarışıq darvazanı çiyninə qoydu və Xevronun qarşısındakı dağın təpəsinə çıxartdı».

8 Şübhəsiz, Qəzzə kimi istehkamlı bir şəhərin darvazası və dirəkləri böyük və ağır idi. Onları daşımağın necə ağır olduğunu təsəvvür et! Bununla belə Şimşon bunu etdi, bəs o, onları hara apardı və hansı yolla getməli oldu? Qəzzə sahildə, təxminən dəniz səviyyəsindədir. Xevron isə Qəzzədən şərqdə, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşir — bəli, bu cür dağa qalxmaq heç də asan deyildi! Biz ‘Xevronun qarşısındakı dağın təpəsinin’ harada yerləşdiyini dəqiq bilmirik, lakin şəhərin özü Qəzzədən təxminən 60 kilometr aralıdır, həmçinin ora getmək üçün dağa qalxmaq lazımdır! Bu məsafələri təsəvvür edərək, biz Şimşonun bu hünərinə tamamilə başqa cür baxmağa başlamırıqmı? Həmçinin Şimşonun bu kimi işləri nəyin sayəsində edə bildiyini xatırlayaq: «Rəbbin Ruhu qüvvəsi ilə onun üstünə» enirdi (Hakimlər 14:6, 19; 15:14). Bu gün biz Allahın ruhunun bizə qeyri-adi fiziki qüvvə verəcəyini gözləmirik. Bununla belə, məhz həmin qüdrətli ruh bizə dərin ruhani məsələləri başa düşməyə kömək edir və daxili varlığımızı möhkəmləndirir (1 Korinflilərə 2:10—16; 13:8; Efeslilərə 3:16; Koloslulara 1:9, 10). Şimşonun hadisəsi bizə əminlik verir ki, Allahın ruhu bizə də kömək edəcək.

10—16 YANVAR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | HAKİMLƏR 17—19

«Allahın qanununa itaətsizliyin axırı pis olur»

it-2-E s. 390—391

Mikə

1. Əfraimli kişi. Mikə On əmrin səkkizincisini pozaraq (Çx 20:15) anasından 1100 gümüş oğurlamışdı. Əməlini boynuna alıb gümüşləri anasına qaytaranda anası dedi: «Mən bunları oğlumdan ötrü Yehovaya həsr edib bütlər düzəltdirəcəyəm. İndi bunları özünə qaytarıram». Anası 200 gümüş götürüb simgərə verdi. Simgər ondan oyma və tökmə büt düzəltdi. Bütləri Mikənin evinə qoydular. Mikənin bütxanası var idi. O, döşlük və ev bütləri düzəltdirdi, oğlanlarından birini özü üçün kahin qoydu. Bütün bunlar guya Yehovanın şərəfinə edilsə də, çox böyük günah idi. Çünki bütpərəstliyi qadağan edən əmri pozurdu (Çx 20:4—6) və Yehovanın Müqəddəs çadırına, kahinlərinə qarşı hörmətsizlik idi (Hk 17:1—6; Qn 12:1—14). Sonralar Mikə Musa oğlu Hirsəmin oğlu Yonatanı evinə gətirdi, bu cavan lavilini muzdla özünə kahin tutdu (Hk 18:4, 30). Bundan məmnun qalaraq dedi: «İndi bilirəm ki, Yehova mənə yar olacaq» (Hk 17:7—13). Ancaq sözsüz ki, o yanılırdı. Yonatan Harunun nəslindən deyildi, buna görə də kahinlik etməyə ixtiyarı çatmırdı. Beləliklə, Mikə günahının üstünə günah yığdı (Sy 3:10).

it-2-E s. 391, abz. 2

Mikə

Üstündən çox keçməmiş Mikə qonum-qonşuları ilə birlikdə danlıların dalınca düşüb, onları haqladı. Onlar Mikədən nə baş verdiyini soruşanda Mikə dedi: «Siz mənim bütlərimi, kahinimi götürüb aparmısınız. Bəs mənə nə qaldı?» (Hk 18:22—26). Onda danlılar Mikəyə xəbərdarlıq etdilər ki, dallarınca gəlib çığır-bağır salsa, üstünə hücum edəcəklər. Mikə də onların güclü olduğunu görüb evinə qayıtdı (Hk 18:22—26). Danlılar gedib Layişi qılıncdan keçirdilər və şəhərə od vurdular. Onun yerində isə Dan şəhərini tikdilər. Yonatan və oğulları danlılara kahinlik etdi. «Allahın evinin [Müqəddəs çadırın] Şiloda olduğu bütün vaxt ərzində Mikənin düzəltdiyi oyma büt orada qaldı» (Hk 18:27—31).

Hikmət xəzinəsindən incilər

w15 15/12 s. 10—11, abz. 6

Allahın Kəlamının canlı tərcüməsi

6 Müqəddəs Kitabda Allahın adının saxlanılmasının lehinə olan sübutlar artır ki azalmır. «Yeni Dünya Tərcüməsi»nin 2013-cü ildə yenilənmiş versiyasında Allahın adı 7216 dəfə yazılıb. Bu, 1984-cü il nəşrindən altı dəfə çoxdur. Əlavə olunan adlardan beşi 1 İşmuil 2:25; 6:3; 10:26; 23:14, 16 ayələrində yazılıb. Bu, əsas etibarilə, «Ölü dəniz əlyazmaları»na görə əlavə edilib. «Yeni Dünya Tərcüməsi»ni tərcümə edərkən ibrani Masoret mətnindən istifadə olunmuşdu. Ancaq yaşı ibrani Masoret mətnindən 1000 ildən çox olan «Ölü dəniz əlyazmaları»nda Allahın adı bu ayələrdə də yazılmışdı. Qədim əlyazmaları araşdırmağın nəticəsində Allahın adı bir dəfə də Hakimlər 19:18 ayəsinə əlavə olunub.

17—23 YANVAR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | HAKİMLƏR 20, 21

«Həmişə Yehovaya üz tutun»

w11 15/9 s. 32, abz. 2

Problemlər yarananda Pinxas kimi davrana bilərsənmi?

Bir levilinin cariyəsi Binyamin qəbiləsindən olan Givea kişiləri tərəfindən zorlanaraq öldürülmüşdü. Bu faciəvi hadisədən sonra digər qəbilələr binyaminlilərə qarşı müharibəyə qalxdılar (Hak. 20:1—11). Onlar döyüşə getməzdən öncə Yehovaya duada müraciət etdilər, lakin böyük itkilər verərək iki dəfə məğlub oldular (Hak. 20:14—25). Bəs bundan sonra onlar dua etməyin mənasız olduğunu düşündülərmi? Yehova, doğrudanmı, digər qəbilələrin Givea kişilərinin etdiyi pisliyin cəzasını vermələrini istəyirdi?

w11 15/9 s. 32, abz. 4

Problemlər yarananda Pinxas kimi davrana bilərsənmi?

Biz bu hadisədən özümüz üçün hansı ibrət dərsi götürə bilərik? Yığıncaqdakı bəzi problemlər, ağsaqqalların bütün səylərinə və kömək üçün Yehovaya etdikləri dualara baxmayaraq, uzun müddət öz həllini tapmaya bilər. Belə hallarda ağsaqqallar İsanın növbəti sözlərini yadda saxlamalıdırlar: «Durmadan diləyin, sizə veriləcək; durmadan axtarın, tapacaqsınız; durmadan qapını döyün və sizə açacaqlar» (Luka 11:9). Əgər duanın cavabının gecikdiyi təəssüratı yaranırsa, ağsaqqallar əmin ola bilərlər ki, Yehova öz vaxtında cavab verəcək.

Hikmət xəzinəsindən incilər

w14-E 1/5 s. 11, abz. 4—6

Bilirsiniz?

Qədimdə müharibədə sapanddan necə istifadə edirdilər?

Davud nəhəng Calutu məhz sapandla öldürmüşdü. Görünür, o, uşaqlıqda qoyun otararkən sapandla daş atmağı öyrənmişdi.

Qədim Misir və Aşşur incəsənətində də sapand təsvirlərinə rast gəlinir. Bu silah bir cüt kəndirə bərkidilmiş dəri və ya parça kisədən ibarət idi. Həmin kisəyə diametri 5—7,5 santimetr, ağırlığı isə 250 qram olan hamar, girdə daş qoyurdular. Sapandı başları üstündə fırladır, sonra isə kəndirin birini buraxırdılar. Daş böyük sürətlə uçub düz hədəfə dəyirdi.

Yaxın Şərqdə aparılan qazıntılarda qədim dövrdəki müharibələrdən qalan çoxlu sayda sapand daşları tapılıb. Mahir döyüşçülər daşı saatda 160 kilometrdən 240 kilometrə qədər sürətlə atırdı. Sapanddan atılan daşın ox qədər uzağa gedib-getmədiyi ilə bağlı alimlər arasında fikir ayrılığı var. Bununla belə, sapand birmənalı olaraq insanı öldürə bilərdi (Hakimlər 20:16).

24—30 YANVAR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | RUT 1, 2

«Məhəbbətə can atın»

w16.02 s. 14, abz. 5

Yehovanın dostlarından örnək alın

5 Rut fikirləşə bilərdi ki, Muabda anası, qohum-əqrəbası var. Gedib onların yanında qalar, ona baxarlar. Muab onun vətəni idi. Orada hər şey, həm insanlar, həm dil, həm mədəniyyət ona doğma idi. Beytləhmdə isə onu bütün bunların tam əksi gözləyirdi. Buna görə də Naimə Ruta dedi ki, öz vətəni Muabda qalsın. Naimə həm də qorxurdu ki, gəlinini ərə verib onun üçün ev-eşik qura bilməz. Bəs Rut nə etdi? Rutla Orpa arasındakı fərqə fikir verin. Orpa «öz xalqının, öz allahlarının yanına qayıtdı» (Rut 1:9—15). Rut isə xalqının sitayiş etdiyi yalan allahların yanına qayıtmaq istəmədi.

w16.02 s. 14, abz. 6

Yehovanın dostlarından örnək alın

6 Görünür, Rut artıq Yehovanı tanıyırdı. Yəqin ki, Onun haqqında ya mərhum ərindən, ya da Naimədən öyrənmişdi. Yehova Muab allahlarına bənzəmirdi. Rut bilirdi ki, Yehova sevilməyə, ibadət olunmağa layiq Allahdır. Ancaq bunları bilmək az idi. Qərar vermək lazım idi. Görəsən, Rut Yehovanı seçib Ona ibadət edəcək? O, müdrik qərar verdi. Naiməyə dedi: «Xalqın xalqım olacaq, sənin Allahın mənim Allahım olacaq» (Rut 1:16). Rutun Naiməyə məhəbbəti tərifəlayiqdir. Ancaq ən təsirlisi onun Yehovaya olan məhəbbəti idi. Bu, Buəzə də xoş təsir bağışlamışdı. O, Rutu Yehovanın qanadları altına sığındığına görə tərifləmişdi. (Rut 2:12 ayəsini oxu.) Buəzin sözlərini oxuyanda adamın yadına anasının güclü qanadları altına sığınan bala quş düşür (Zəb. 36:7; 91:1—4). Yehova da Öz növbəsində Rutu Öz balası kimi qanadları altına alıb qorudu, imanına görə mükafatlandırdı. Rut heç vaxt qərarına görə peşman olmadı.

Hikmət xəzinəsindən incilər

w05 1/5 s. 30, abz. 1

«Rut» kitabından diqqətəlayiq fikirlər

1:13, 21 — Həqiqətənmi Allah Naominin həyatını acı etmiş və başına müsibət gətirmişdi? Xeyr. Naomi də Allahı heç nədə günahlandırmırdı. Lakin baş verənlərin üzərində düşünərək, o belə bir nəticəyə gəlmişdi ki, Allah ona qarşı çıxıb. Onun ümidləri puça çıxmışdı, buna görə də acı hisslər yaşayırdı. Bundan əlavə, həmin dövrdə bətnin bəhrəsi Allahın xeyir-duası, sonsuzluq isə lə’nət sayılırdı. Nəvəsiz qalan və iki oğlunu dəfn edən Naomi, Yehovanın onu ‘ittiham etdiyini’, yə’ni alçaltdığını düşünməklə özünə bəraət qazandırırdı.

31 YANVAR — 6 FEVRAL

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | RUT 3, 4

«Yaxşı ada sahib olun»

ia s. 47, abz. 18

«Ləyaqətli qadın»

18 Buəzin səsindəki mülayimlik Rutun qəlbinə rahatlıq gətirir. Buəz ona deyir: «Qoy Yehova sənə yar olsun, qızım! İndi sən əvvəlkindən də böyük yaxşılıq etdin. Çünki nə kasıb, nə də varlı cavanın ardınca düşmədin» (Rut 3:10). Rutun birinci yaxşılığı Naimə ilə İsrailə gəlməyi və onun qeydinə qalmağı idi. İkinci yaxşılığı isə cavan olsa da, özünə cavan ər axtarmaması idi. Rut Naimə ilə yanaşı, onun mərhum ərini də düşünürdü. O istəyirdi ki, mərhumun adı doğma yurdunda yaşasın. İndi başa düşmək olar, nəyə görə bu cavan gəlinin hərəkəti Buəzə xoş təsir bağışlamışdı.

ia s. 48, abz. 21

«Ləyaqətli qadın»

21 Yuxarıda oxuduğumuz kimi, Buəz Ruta demişdi ki, bütün camaat onu ləyaqətli qadın kimi tanıyır. Yəqin bu sözləri yadına salanda Rut fərəh hissi duyurdu. Sözsüz ki, Rut əsas etibarı ilə Yehova Allahı tanımaq və Ona ibadət etmək istədiyi üçün camaat arasında bu adı qazanmışdı. Həmçinin Rut Naiməyə və onun xalqına hörmət edir, onlara qarşı xeyirxah münasibət bəsləyirdi. Ona yad olan adət-ənənələrə öyrəşməyə çalışırdı. Biz də Rutdan örnək alıb insanlara, onların adət-ənənəsinə hörmət etməliyik. Belə etsək, hamının yanında yaxşı ad qazanarıq.

ia s. 50, abz. 25

«Ləyaqətli qadın»

Buəz Rutla evlənir. Müqəddəs Kitabda deyilir: «Yehovanın izni ilə Rut hamilə qaldı və bir oğul doğdu». Beytləhm qadınları Naiməyə gözaydınlığı verir, Rutu tərifləyərək onun yeddi oğuldan da artıq olduğunu deyir. Müqəddəs Kitabdan öyrənirik ki, sonralar Rutun oğlundan Davud padşah törəyir (Rut 4:11—22). Davudunsa nəslindən İsa Məsih gəlir (Mət. 1:1).

Hikmət xəzinəsindən incilər

w05 1/5 s. 32, abz. 2

«Rut» kitabından diqqətəlayiq fikirlər

4:6 — Qəyyumluq vəzifəsini yerinə yetirərkən yaxın qohumun öz irsi necə «dağıla» bilərdi? Əgər kim isə yoxsullaşır və öz mülkünü satırdısa, mülkü geri almaq üçün pulu onun qohumu ödəməli idi. Qiyməti, Azadlıq ilinə qədər qalan ilin sayına görə müəyyən edirdilər (Levililər 25:25—27). Buna görə də qəyyum öz mülkünün müəyyən qismini itirirdi. Bundan əlavə, əgər Rutun oğlu olsaydı, onda satın alınmış tarlanı qəyyumun indiki yaxın qohumlarından kimsə yox, Rutun oğlu miras alırdı.

7—13 FEVRAL

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 1 İŞMUİL 1, 2

«Duada ürəyinizi Yehovaya boşaldın»

ia s. 55, abz. 12

O, ürəyini Allaha boşaltdı

12 Hənnə dua etməkdə Allahın bütün xidmətçilərinə gözəl örnəkdir. Yehova istəyir ki, biz valideyninə etibar edən uşaq kimi Ona ürəyimizi açaq, fikirlərimizi, hisslərimizi çəkinmədən Ona bildirək. (Zəbur 62:8; 1 Salonikililərə 5:17 ayələrini oxu.) Müqəddəs Kitabda yazılıb: «Bütün qayğılarınızı Onun üzərinə qoyun, çünki O, qayğınızı çəkir» (1 But. 5:7). Nə xoş sözlərdir!

ia s. 55—56, abz. 15

O, ürəyini Allaha boşaltdı

Hənnə müqəddəs çadırda Allaha ürəyini boşaldandan və ibadət edəndən sonra nə hiss etdi? Müqəddəs Kitabda yazılıb ki, Hənnə «getdi və yemək yedi. Artıq onun çöhrəsində kədər olmadı» (1 İşm. 1:18). Hənnənin ürəyinə rahatlıq, yüngüllük çökdü. O, ağır qəm yükünü Qüdrətli Yaradanının üzərinə qoymuşdu. (Zəbur 55:22 ayəsini oxu.) Məgər elə bir müşkül var ki, Allah onu həll edə bilməsin? Xeyr, olmayıb, yoxdur, olmayacaq!

Hikmət xəzinəsindən incilər

w05 1/6 s. 29, abz. 5

«Birinci Şamuel» kitabından diqqətəlayiq fikirlər

2:10 — İsrail xalqının insan padşahı olmadığı bir vaxtda, nəyə görə Xanna duasında dedi ki, Yehova «Öz padşahına qüvvət verəcək»? Musanın qanununda, İsraillilərin insan padşahı olacağı qabaqcadan deyilmişdi (Qanunun təkrarı 17:14—18). Yaqub ölüm yatağında peyğəmbərlik etmişdir: «Padşahlıq əsası [Padşahlıq hakimiyyətinin simvolu] Yəhudanın əlindən getməyəcək» (Yaradılış 49:10). İsraillilərin ulu valideyni Saraya gəldikdə isə, Yehova demişdir: «Xalqların padşahları ondan doğulacaq» (Yaradılış 17:16). Beləliklə, Xanna gələcək padşah haqqında dua edirdi.

14—20 FEVRAL

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 1 İŞMUİL 3—5

«Yehova bəndələrinə anlayışla yanaşır»

w18.09 s. 24, abz. 3

Qüdrətli, eyni zamanda anlayışlı Allah

3 İşmuil körpəlikdən Yehovaya məbəddə qulluq edirdi (1 İşm. 3:1). Bir gecə o, yerində uzanmışdı, birdən qeyri-adi şey baş verir. (1 İşmuil 3:2—10 ayələrini oxuyun.) İşmuil kiminsə onu çağırdığını eşidir. Elə bilir ki, bu, ixtiyar yaşında olan baş kahin Əlinin səsidir. İşmuil dərhal onun yanına qaçıb deyir: «Bəli, ağam. Məni çağırdın?» Əli isə: «Yox, çağırmamışam»,— deyə cavab verir. Bu hadisə iki dəfə yenə təkrarlanır, onda Əli başa düşür ki, uşağı çağıran Allahdır. O, İşmuilə növbəti dəfə səs onu çağıranda necə cavab verməli olduğunu öyrədir. İşmuil də hər şeyi Əlinin dediyi kimi edir. Görəsən, nəyə görə Yehova mələyi vasitəsilə İşmuili çağıranda elə ilk dəfədən Özünü əyan etmədi? Müqəddəs Kitabda bunun səbəbi açıqlanmasa da, hadisələrin gedişatından aydın görmək olar ki, Yehova İşmuilin hisslərini nəzərə almışdı. Gəlin görək necə.

w18.09 s. 24, abz. 4

Qüdrətli, eyni zamanda anlayışlı Allah

4 1 İşmuil 3:11—18 ayələrini oxuyun. Yehovanın verdiyi qanunda buyrulurdu ki, uşaqlar böyüklərə, ələlxüsus da, xalqın arasında başçılıq edənlərə hörmət qoymalıdır (Çıx. 22:28; Lav. 19:32). Buna görə də çətin ki, İşmuil səhərisi gün Əliyə yaxınlaşıb cəsarətlə hökm xəbərini çatdırardı. Müqəddəs Kitabdan oxuyuruq ki, «o, aldığı vəhyi Əliyə danışmağa qorxurdu». Lakin Yehova İşmuili çağırdığını Əliyə əyan edir. Beləcə, Əlinin özü İşmuildən «bircə kəlmə belə» gizlətmədən hər şeyi danışmasını istəyir. İşmuil itaətkarlıq edib «hər şeyi olduğu kimi» danışır.

Hikmət xəzinəsindən incilər

w05 1/6 s. 29—30, abz. 6

«Birinci Şamuel» kitabından diqqətəlayiq fikirlər

3:3 — Həqiqətənmi Şamuel Ən Müqəddəs yerdə yatırdı? Yox. Şamuel Qohatın kahin olmayan nəslindən gələn bir levili idi (1 Salnamələr 6:33—38). Buna görə də ona ‘müqəddəs əşyalara baxmağa’ icazə verilmirdi (Saylar 4:17—20). Müqəddəs məskəndə onun ayaq basa biləcəyi yeganə yer Hüzur çadırının həyəti idi. Şamuel burada yata bilərdi. Çox ehtimal ki, Eli də həyətdə yatırdı. «Allahın sandığı olan yer» ifadəsi yəqin ki, Müqəddəs məskənin olduğu yerə aiddir.

21—27 FEVRAL

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 1 İŞMUİL 6—8

«Sizin padşahınız kimdir?»

it-2-E s. 163, abz. 1

Allahın Padşahlığı

Xalq padşah istəyir. Misirdən çıxandan təxminən 400 il sonra, Allahın İbrahimlə əhd bağlamasından isə haradasa 800 il sonra israillilər xahiş etdilər ki, onların da digər xalqlar kimi padşahı olsun. Bununla göstərdilər ki, Yehovanın onlara padşahlıq etməsini istəmirlər (1İş 8:4—8). Düzdür, xalq haqlı olaraq gözləyirdi ki, Allah İbrahimə, Yaquba verdiyi vədə müvafiq olaraq, padşahlıq quracaq. Üstəlik, Yaqubun ölüm yatağında ikən Yəhuda barədə dediyi peyğəmbərlik (Yr 49:8—10), Misirdən çıxandan sonra Yehovanın dediyi sözlər (Çx 19:3—6), Tövratdakı qanunlar (Qn 17:14, 15), hətta Allahın Bələm peyğəmbərə dedirtdiyi sözlər (Sy 24:2—7, 17) xalqa bunu gözləməyə əsas verirdi. İşmuilin imanlı anası Hənnə də duasında bu ümidi dilə gətirmişdi (1İş 2:7—10). Bununla belə, Yehova Padşahlıqla bağlı «müqəddəs sirr»i hələ tam açmamışdı, Padşahlığı nə vaxt quracağı, onun quruluşu, kimlərdən ibarət olacağı, yerdə, yoxsa göydə təsis ediləcəyi barədə heç nə deməmişdi. Buna görə də padşah istəməklə xalq təkəbbürlə davranmışdı.

w11 1/1 s. 27, abz. 1

Məyusluğa baxmayaraq, o, tab gətirə bildi

Görün Şamuelin bu haqda duasına Yehova necə cavab verir: «Sənə dedikləri məsələlərlə əlaqədar xalqın hər sözünə qulaq as, çünki rədd etdikləri sən deyilsən, onlar üzərində hökmranlıq etməyim deyə, yalnız Məni rədd edirlər». Bu, Şamuel üçün nə qədər təsəlliverici olsa da, Külli-İxtiyar Allaha qarşı çox təhqiramiz hərəkət idi! Yehova peyğəmbərə dedi ki, insan padşahı seçmələrinin onlara baha başa gələcəyi barədə israilliləri xəbərdar etsin. Şamuel sözlərini qurtarmağa macal tapmamış xalq cavab verdi: «Yox, mütləq üzərimizdə bir padşah olsun». Həmişə Allaha itaətkar olan Şamuel gedib Yehovanın seçdiyi adamı məsh etdi (1 Şamuel 8:7—19).

w10 15/1 s. 30, abz. 9

Yehovanın rəhbərliyi bəraət qazanıb!

9 Tarix Yehovanın xəbərdarlığının doğru olduğunu göstərdi. Padşahlar — xüsusilə də Allahdan üz döndərəndə — İsrail xalqının başına ciddi problemlər açırdılar. İsrailin bu nümunəsini nəzərə alsaq, təəccüblü deyil ki, əsrlər boyunca dünyada mövcud olan və Yehovanı tanımayan hökumətlər uzunmüddətli fayda gətirəcək bir şey edə bilməmişlər. Düzdür, bəzi siyasətçilər Allahdan sülh və təhlükəsizlik yaratmaq cəhdlərinə xeyir-dua verməyi xahiş edirdilər. Bəs Allah Onun rəhbərliyinə tabe olmayan insanları necə xeyir-dualandıra bilər? (Məz. 2:10—12).

Hikmət xəzinəsindən incilər

w02 1/6 s. 19, abz. 13

Vəftiz olunmaq nəyə görə lazımdır?

13 Hər bir kəs Yehovanın Şahidi kimi vəftiz olunmazdan əvvəl dönməlidir. Dönmə - İsa Məsihin ardınca getmək qərarını ürəkdən qəbul edən kəslər tərəfindən atılan könüllü addımdır. Həmin kəslər əvvəlki həyat tərzindən əl çəkib, Allaha məqbul olanı etmək qərarına gəlirlər. Müqəddəs Yazılarda dönmə sözünə aid edilən ibrani və yunan fe’lləri “çevrilmə” mə’nasını daşıyır. Söhbət, Allaha tərəf dönməkdən, yanlış yoldan imtina etməkdən gedir (1 Krallar 8:33, 34). Dönmə, “tövbəyə layiq” işlərlə müşayiət edilməlidir (Həvarilərin işləri 26:20). Bu isə tələb edir ki, biz yalan dini tərk edək, Allahın əmrlərini tutaq və Yehovaya hədsiz sədaqət təzahür etdirək (Təsniyə 30:2, 8—10; 1 Samuel 7:3). Dönmə insanın nöqteyi-nəzərində, məqsədlərində və xasiyyətində dəyişikliklərə gətirib çıxarır (Hezekiel 18:31). Biz dönəndə, xasiyyətimizin pis cizgiləri yeni şəxsiyyətin cizgiləri ilə əvəz olunur (Həvarilərin işləri 3:19; Efeslilərə 4:20—24; Koloslulara 3:5—14).

28 FEVRAL — 6 MART

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 1 İŞMUİL 9—11

«Talut vaxtilə həlim və təvazökar idi»

w20.08 s. 10—11, abz. 11

Allahın önündə təvazökarlıqla yeriyin!

11 Gəlin Talut padşahın aqibətindən danışaq. Əvvəl-əvvəl o çox təvazökar bir gənc idi. Həmin vaxtlarda o öz məhdudiyyətlərini başa düşürdü. Hətta üzərinə səlahiyyət götürməyə belə utanırdı (1 İşm. 9:21; 10:20—22). Amma padşah olandan qısa vaxt sonra dəyişdi, qürurlu insan oldu. Bir dəfə Talutun İşmuil peyğəmbəri gözləməyə səbri çatmadı. O, təvazökar davranıb, Yehovanın Öz xalqının xeyrinə hərəkətə keçəcəyinə etibar etmədi. Əksinə, haqqı çatmayan işə əl atdı, qurbangahda yandırma qurbanı təqdim etdi. Nəticədə, Yehovanın rəğbətini və padşahlığı itirdi (1 İşm. 13:8—14). Bu hadisədən ibrət götürməklə və qürurdan uzaq durmaqla müdrik davranmış olarıq.

w14 15/3 s. 9, abz. 8

Fədakarlıq ruhunu qoruyun

8 İsrailin padşahı Şaul xudbinliyin fədakarlıq ruhunu yeyib-bitirə biləcəyinin bariz nümunəsidir. Padşahlığının əvvəlində Şaul sadə və təvazökar insan idi (1 Şam. 9:21). O, hakimiyyətinə qarşı deyinən israilliləri cəzalandırmadı, halbuki o, Allahın ona verdiyi mövqeyin müdafiəsi naminə bunu edə bilərdi (1 Şam. 10:27). Şaul padşah ammonlular üzərində qələbə çaldıqları döyüşdə israillilərə başçılıq etməklə Allahın ruhunun rəhbərliyini qəbul etdi. Hər şeydən əlavə, o, çaldığı qələbəyə görə izzəti təvazökarlıqla Yehovaya verdi (1 Şam. 11:6, 11—13).

w95-E 15/12 s. 10, abz. 1

Əmunilər. Yaxşılığa yamanlıqla cavab verən xalq

Əmunilər yenə də Yehovanın etdiyi yaxşılığın əvəzində yamanlıq etdilər. Ancaq Yehova onların zülmünə göz yummadı. «Bunu [Nahaşın sözlərini] eşidəndə Yehovanın ruhu onun üzərinə endi. Talut bərk qəzəbləndi». Allahın ruhunun təsiri altında Talut 330 000 döyüşçü topladı. Onlar əmuniləri elə darmadağın etdilər ki, iki əmunini «bir yerdə görmək olmurdu» (1 İşmuil 11:6, 11)

Hikmət xəzinəsindən incilər

w05 1/6 s. 30, abz. 8

«Birinci Şamuel» kitabından diqqətəlayiq fikirlər

9:9 — «O vaxt peyğəmbərləri görücü adlandırırdılar» ifadəsi nə deməkdir? Ehtimal ki, bu, Şamuelin və İsrail padşahlarının dövründə peyğəmbərlərin rolunun daha böyük əhəmiyyət kəsb etdiyini bildirir. «Görücü» sözü tədricən «peyğəmbər» sözü ilə əvəz edildi. Şamuel İsraildə birinci peyğəmbər hesab olunur (Həvarilərin işləri 3:24).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş