Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwbr22 may s. 1—9
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr—2022
  • Başlıqlar
  • 2—8 MAY
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 1 İŞMUİL 27—29
  • «Davud tədbirli insan idi»
  • it-1-E s. 41
  • Axış
  • w21.03 s. 4, abz. 8
  • Gənc qardaşlar, siz başqalarının etibarını qazana bilərsiz
  • it-2-E s. 245, abz. 6
  • Yalan
  • Hikmət xəzinəsindən incilər
  • w10 1/1 s. 24, abz. 5, 6
  • Ölülər dirilərə kömək edə bilərmi?
  • 9—15 MAY
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 1 İŞMUİL 30, 31
  • «Allahınız Yehovadan qüvvət alın»
  • w06 1/8 s. 28, abz. 12
  • Yehovadan qorx — xoşbəxt ol!
  • w12 15/4 s. 30, abz. 14
  • Yehova bizi xilas etmək üçün qoruyur
  • Hikmət xəzinəsindən incilər
  • w05 1/6 s. 32, abz. 8
  • «Birinci Şamuel» kitabından diqqətəlayiq fikirlər
  • 16—22 MAY
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 İŞMUİL 1—3
  • «“Kaman” adlı mərsiyədən nə öyrənirik?»
  • w00 1/9 s. 9—10, abz. 9
  • Üzərinizə qoyulan şəxslərə hörmət edin
  • w12 15/4 s. 10, abz. 8
  • Xainlik — bizim günlərin dəhşətli əlaməti
  • Hikmət xəzinəsindən incilər
  • it-1-E s. 369, abz. 2
  • Qardaş
  • 23—29 MAY
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 İŞMUİL 4—6
  • «Allah qorxusu ilə davranın»
  • w05 1/7 s. 15, abz. 8
  • «İkinci Şamuel» kitabından diqqətəlayiq fikirlər
  • w05 1/2 s. 31—32, abz. 20
  • Yehova həmişə ədalətlə davranır
  • w05 1/2 s. 32, abz. 21
  • Yehova həmişə ədalətlə davranır
  • Hikmət xəzinəsindən incilər
  • w05 1/7 s. 15, abz. 9
  • «İkinci Şamuel» kitabından diqqətəlayiq fikirlər
  • 30 MAY — 5 İYUN
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 İŞMUİL 7, 8
  • «Yehova Davudla əhd bağlayır»
  • w10 1/4 s. 20, abz. 3
  • ‘Taxtın əbədi möhkəm qalacaq’
  • w10 1/4 s. 20, abz. 4
  • ‘Taxtın əbədi möhkəm qalacaq’
  • w14 15/10 s. 10—11, abz. 14
  • Padşahlığa imanını sarsılmaz et
  • Hikmət xəzinəsindən incilər
  • it-2-E s. 206, abz. 2
  • Axırzaman
  • 6—12 İYUN
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 İŞMUİL 9, 10
  • «Davud məhəbbətlə davrandı»
  • w21.11 s. 9, abz. 7
  • Bir-birimizə xüsusi məhəbbət göstərək
  • w05 1/7 s. 15, abz. 12
  • «İkinci Şamuel» kitabından diqqətəlayiq fikirlər
  • w02 1/5 s. 10, abz. 10
  • Onlar bədənlərindəki neştərlərə tab gətirdilər
  • Hikmət xəzinəsindən incilər
  • it-1-E s. 266
  • Saqqal
  • 13—19 İYUN
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 İŞMUİL 11, 12
  • «Nəfsin qulu olmayın»
  • w21.06 s. 17, abz. 10
  • Şeytanın torlarından azad ola bilərsiniz!
  • w19.09 s. 17—18, abz. 15
  • Yehovaya könül xoşluğu ilə itaət edin!
  • w18.06 s. 17, abz. 7
  • Qoy ilahi qanun və prinsiplər vicdanımıza hakim olsun
  • Hikmət xəzinəsindən incilər
  • w07 1/10 s. 9, abz. 11
  • ‘Atanız mərhəmətlidir’
  • w12 15/11 s. 22—23, abz. 9, 10
  • Yehovanın əfvi sənin üçün hansı mənanı kəsb edir?
  • 20—26 İYUN
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 İŞMUİL 13, 14
  • «Əmnunun xudbinliyi faciəyə səbəb oldu»
  • it-1-E s. 32
  • Absalam
  • w17.09 s. 5, abz. 11
  • Özümüzə hakim olaq
  • it-1-E s. 33, abz. 1
  • Absalam
  • Hikmət xəzinəsindən incilər
  • ypq s. 7, abz. 2—5
  • Nəyə görə xarici görkəmim məni narahat edir?
  • 27 İYUN — 3 İYUL
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 İŞMUİL 15—17
  • «Absalam qürurlanıb üsyan etdi»
  • w16.02 s. 28, abz. 10
  • Yehovanın sadiq xidmətçilərindən örnək alın
  • w12 15/7 s. 13, abz. 5
  • Azadlıq bəxş edən Allaha xidmət et
  • it-1-E s. 1083—1084
  • Həbrun
  • Hikmət xəzinəsindən incilər
  • w18.08 s. 6, abz. 11
  • Bütün faktları bilirsiniz?
  • MƏSİHİ HƏYATI
  • «Cəmiyyətdəki iğtişaşlara hazırsınız?»
  • jr-E s. 125—126, abz. 23, 24
  • Hər gün soruşursunuz «Yehova hanı?»
«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr—2022
mwbr22 may s. 1—9

«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

2—8 MAY

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 1 İŞMUİL 27—29

«Davud tədbirli insan idi»

it-1-E s. 41

Axış

Davud Talutun əlindən qaçaq düşəndə iki dəfə Axış padşahın məmləkətinə sığınmışdı. Birinci dəfə onu düşmən hesab etdiklərinə görə Davud özünü dəliliyə vurmuşdu, Axış da onu dəli zənn edib buraxmışdı (1İş 21:10—15; Zb 34:Giriş; 56:Giriş). İkinci dəfə isə Davud 600 döyüşçüsü ilə və onların ailələri ilə birlikdə idi. Odur ki, Axış ona Sığlağı verdi. Onlar bir il dörd ay Sığlaqda qaldılar. Bu müddət ərzində Axış düşünürdü ki, Davudun dəstəsi Yəhuda şəhərlərinə basqın edir, əslində isə Davud qəşurilərə, gizrilərə və əmaliqələrə basqın edirdi (1İş 27:1—12). Davud Axışı öz sədaqətinə o dərəcədə inandırmışdı ki, filiştlilər Talut padşaha hücuma hazırlaşanda o, Davudu özünə mühafizəçi qoydu. Axırıncı məqamda Filişt hakimlərinin təkidi ilə Davudla döyüşçüləri Sığlağa qayıtdı (1İş 28:2; 29:1—11). Davud padşah olub Catla döyüşəndə, görünür, Axış öldürülməmişdi. Süleymanın hakimiyyəti vaxtı da o hələ sağ idi (1Pd 2:39—41).

w21.03 s. 4, abz. 8

Gənc qardaşlar, siz başqalarının etibarını qazana bilərsiz

8 Gəlin görək Davudun başqa hansı çətinliyi olmuşdu. O, padşah kimi məsh olunandan sonra Yəhudada taxta çıxana qədər uzun illər gözləməli olmuşdu (1 İşm. 16:13; 2 İşm. 2:3, 4). Bu vaxt ərzində Davuda səbirlə gözləməyə nə kömək etdi? Davud əl-qolunu yanına salmadı, diqqətini edə biləcəyi işlərə cəmlədi. Məsələn, filiştlilərin ərazisində qaçaq kimi yaşadığı vaxt yaranan fürsəti fövtə vermirdi, İsrailin düşmənlərinə qarşı vuruşurdu. Bununla o, Yəhuda ərazisinin sərhədlərini qoruyurdu (1 İşm. 27:1—12).

it-2-E s. 245, abz. 6

Yalan

Müqəddəs Kitabda məkrlə yalan söyləmək pislənilir. Amma bu o demək deyil ki, insan ixtiyarı çatmayan kəslərə də düzgün məlumat verməyə borcludur. İsa Məsih demişdi: «Müqəddəs şeyləri itlərə verməyin və mirvarilərinizi donuzların qabağına atmayın ki, onlar mirvariləri tapdalamasınlar, sonra da çönüb sizi parçalamasınlar» (Mt 7:6). Buna görə də bəzən İsa kimlərəsə məlumatı tam söyləmirdi, yaxud da müəyyən suallara birbaşa cavab vermirdi. Çünki bu, təhlükəli ola bilərdi (Mt 15:1—6; 21:23—27; Yh 7:3—10). İbrahimin, İshaqın, Rahabın və Əlyəsənin bütpərəstlərə yanlış cavab verməsinə və ya məlumatı tam söyləməməsinə də bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır (Yr 12:10—19; fəs. 20; 26:1—10; Yş 2:1—6; Yq 2:25; 2Pd 6:11—23).

Hikmət xəzinəsindən incilər

w10 1/1 s. 24, abz. 5, 6

Ölülər dirilərə kömək edə bilərmi?

Bu haqda düşünün. Müqəddəs Kitabda deyilir ki, insan öləndə ‘torpağa düşür’ və ‘niyyətləri yox olur’ (Məzmur 146:4). Həm Şaul, həm də Şamuel bilirdi ki, Allah cindarlara və ruh çağıranlara müraciət etməyi mühakimə edir. Məhz bu səbəbdən Şaul əvvəllər ölkəni bu cür işlərlə məşğul olan insanlardan təmizləmişdi (Levililər 19:31).

Bunun üzərində düşünün. Əgər həqiqətən də sadiq Şamuel ruh kimi yaşayırdısa, o, Allahın əmrini pozar və Şaulla görüşmək üçün mediumla əlbir olardımı? Yehova Şaulla danışmırdı. Bəs onda demək olarmı ki, cindar qadın mahiyyət etibarı ilə Külli-İxtiyar Allahı ölmüş Şamuelin vasitəsilə Şaulla danışmağa məcbur etmişdi? Xeyr. Aydındır ki, bu «Şamuel» heç bir vəchlə Allahın həqiqi peyğəmbəri ola bilməzdi. Bu ruh, ölmüş Şamuelin cildinə girmiş cin idi.

9—15 MAY

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 1 İŞMUİL 30, 31

«Allahınız Yehovadan qüvvət alın»

w06 1/8 s. 28, abz. 12

Yehovadan qorx — xoşbəxt ol!

12 Allah qorxusu Davudu sadəcə olaraq günah etməkdən çəkindirmədi, həm də çətin şəraitlərdə qətiyyətli və müdrik davranmaq üçün ona güc verdi. Bir il dörd ay ərzində Davud adamları ilə birlikdə Şaulun əlindən filiştlilərin Ziqlaq şəhərində sığınacaq tapdı (1 Şamuel 27:5-7). Bir dəfə kişilər şəhərdə olmayanda amaleqli soyğunçular şəhəri yandıraraq bütün qadınları, uşaqları və mal-qaranı apardılar. Qayıdanda baş verənləri görən Davud və onun adamları hönkür-hönkür ağladılar. Qüssə tezliklə hiddətə çevrildi və Davudun adamları onu daşlamaq istəyirdilər. Fəlakətə düşdüyünə baxmayaraq, Davud ümidsizliyə qapılmadı (Süleymanın məsəlləri 24:10). Allah qorxusu onu Yehovaya üz tutmağa təşviq etdi, «Davud Allahı Rəbdən qüvvət aldı». Allahın köməyi ilə Davud və adamları amaleqlilərə qalib gəldilər və hər şeylərini geri qaytardılar (1 Şamuel 30:1-20).

w12 15/4 s. 30, abz. 14

Yehova bizi xilas etmək üçün qoruyur

14 Davudun həyatında qəm-kədər az deyildi (1 Şam. 30:3—6). Allahdan ilham alaraq yazdığı sözlərdən görürük ki, Yehova onun hisslərinə bələd idi. (Məzmur 34:18; 56:8 ayələrini oxu.) Allah bizim də hisslərimizə bələddir. Qəlbimiz yaralı olanda və ya özümüzü ruhən əzilmiş hiss edəndə O, bizə daha da yaxın olur. Artıq bunu bilmək, Davud kimi, bizə də müəyyən təskinlik verə bilər. O oxuyurdu: «Mən Sənin məhəbbətində şad olub sevinəcəyəm, çünki məzlum halımı görmüsən, çəkdiyim əzabı bilmisən» (Məz. 31:7). Lakin Yehova nəinki bizim qəm-kədərimizi görür, O təsəlli verməklə və ruhlandırmaqla bizə bunlara tab gətirməyə kömək edir. Bunu etməyin üsullarından biri məsihçi görüşləridir.

Hikmət xəzinəsindən incilər

w05 1/6 s. 32, abz. 8

«Birinci Şamuel» kitabından diqqətəlayiq fikirlər

30:23, 24. Saylar 31:27 ayəsinə əsaslanan bu qərar onu göstərir ki, Yehova ən kiçik işlərdə belə yığıncağı dəstəkləyənləri qiymətləndirir. Gəlin etdiyimiz hər bir şeyi ‘insanlar üçün yox, Rəbb üçün edir kimi, canla-başla edək’ (Koloslulara 3:23).

16—22 MAY

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 İŞMUİL 1—3

«“Kaman” adlı mərsiyədən nə öyrənirik?»

w00 1/9 s. 9—10, abz. 9

Üzərinizə qoyulan şəxslərə hörmət edin

9 Davud bu cür pis münasibətə tab gətirərkən əzab çəkirdimi? Davud, Yeqovaya müraciətində fəryad edib deyirdi: “Zorlular canımı axtarır” (Məzmur 54:3). O, ürəyini Yeqovanın qarşısında boşaldırdı: “Məni düşmənlərimdən azad eylə, ey Allahım... Qüvvətlilər mənə qarşı toplanırlar, nə üsyanıma görə, nə də suçuma görə, ya Rəb. Günahım olmadan silahlanıb hazırlaşırlar; mənə yardım etmək üçün oyan və bax” (Məzmur 59:1—4). Səlahiyyət verilən adam, heç bir pislik etmədiyiniz halda sizə çətinliklər törətdikdə, siz də belə hisslər keçiribsinizmi? Buna baxmayaraq, Davud Şaula layiqincə hörmət edirdi. Şaul öləndə Davud sevinmədi, əksinə, ağı nəğməsi bəstələdi: “Saul [Şaul] ilə Yonatan həyatlarında dadlı və sevimli idilər... qartallardan cəld, aslanlardan qüvvətli idilər. Ey İsrail qızları, Saul üçün ağlayın” (2 Samuel 1:23, 24). Şaulun haqsız olaraq Davuda iztirab verməsinə baxmayaraq, Yeqovanın məsh etdiyi şəxsə əsl hörmət göstərməkdə Davud olduqca gözəl nümunə vermişdi!

w12 15/4 s. 10, abz. 8

Xainlik — bizim günlərin dəhşətli əlaməti

8 Müqəddəs Kitabda bir çox sadiq insanların da nümunəsi var. Gəlin onlardan ikisinə nəzər salaq və görək biz onlardan nə öyrənə bilərik. İlk öncə Davuda sadiq olan insanın nümunəsinə diqqət yetirək. Şaul padşahın böyük oğlu Yonatan İsrailin taxt-tacının varisi olacaqdı, lakin Yehova Davudu seçdi. Yonatan Yehovanın bu qərarına hörmətlə yanaşdı. O, Davuda rəqib gözü ilə baxmırdı və ona paxıllıq etmirdi. Əksinə, «Yonatanın qəlbi Davudun qəlbinə bağlandı» və ona sadiq olacağına söz verdi. Cübbəsini, ox-kamanını və kəmərini Davuda verməklə Yonatan ona padşaha layiq izzəti göstərdi (1 Şam. 18:1—4). Yonatan əlindən gələni edərək «onu Allah naminə ruhlandırdı» və hətta Davudu Şaulun əlindən qurtarmaq üçün öz həyatını riskə atdı. Sadiq Yonatan Davuda dedi: «İsrailin padşahı sən olacaqsan, mən səndən sonra ikinci olacağam» (1 Şam. 20:30—34; 23:16, 17). Təəccüblü deyil ki, Yonatanın ölümündən sonra Davud öz kədərini və ona olan məhəbbətini ağı deməklə ifadə etmişdi (2 Şam. 1:17, 26).

Hikmət xəzinəsindən incilər

it-1-E s. 369, abz. 2

Qardaş

«Qardaş» sözü həmçinin eyni qayəyə xidmət edən, məqsəd və niyyətləri eyni olan adamlara aid də işlənir. Məsələn, Sur padşahı Hiram Süleyman padşahı qardaş adlandırmışdı. Bunun səbəbi təkcə ikisinin də eyni mövqeyə sahib olması yox, həmçinin ikisinin də məbəd üçün ağac və digər şeylər tədarük görməsi idi (1Pd 9:13; 5:1—12). Davud «nə yaxşıdır, nə xoşdur, qardaşlar bir olub, bir yaşayanda!» sözlərini yazanda onu nəzərdə tuturdu ki, təkcə qan qohumluğu doğma qardaşlar arasında sülh və birlik yaratmır (Zb 133:1). Davud Yonatanı aralarındakı ülfətə görə, maraq dairələrinin eyni olduğuna görə qardaşı adlandırmışdı, eyni atadan-anadan dünyaya gəldiklərinə görə yox (2İş 1:26). Hətta pis də olsa, oxşar xasiyyətdə, təbiətdə olan dostlar yerində olaraq qardaş adlanır (Ms 18:9).

23—29 MAY

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 İŞMUİL 4—6

«Allah qorxusu ilə davranın»

w05 1/7 s. 15, abz. 8

«İkinci Şamuel» kitabından diqqətəlayiq fikirlər

6:1-7. Davudun niyyətləri yaxşı olsa da, Əhd sandığını arabada köçürmək qərarı Allahın göstərişlərinə zidd olduğu üçün baş tutmadı (Çıxış 25:13, 14; Saylar 4:15, 19; 7:7-9). Uzzanın Əhd sandığından yapışması da göstərdi ki, insanların yaxşı niyyətləri Allahın tələblərini dəyişə bilməz.

w05 1/2 s. 31—32, abz. 20

Yehova həmişə ədalətlə davranır

20 O cümlədən qeyd etmək lazımdır ki, Uzza bir az ehtiyatlı olmalı idi. Sandıq Yehovanın iştirakını təmsil edirdi. Qanunda aydınca deyilirdi ki, səlahiyyəti olmayan adamlar ölüm qorxusu altında sandığa toxunmalı deyillər (Saylar 4:18-20; 7:89). Buna görə də, müqəddəs sandığın daşınılmasına düşüncəsiz yanaşmaq olmazdı. Görünür, Uzza levili idi (kahin deyildi), buna görə də, o, Qanunu bilməli idi. Bundan başqa, bu hadisədən çox illər əvvəl sandıq onun atasının evinə gətirilmişdir (1 Şamuel 6:20–7:1). Davud bu sandığı başqa yerə köçürmək istəyənə qədər orada təxminən 70 il qalmışdır. Bu səbəbdən, ehtimal ki, Uzza uşaqlıqdan bəri sandıqla bağlı qanunlarla tanış idi.

w05 1/2 s. 32, abz. 21

Yehova həmişə ədalətlə davranır

21 Artıq yuxarıda qeyd olunduğu kimi, Yehova ürəkləri görən Allahdır. Müqəddəs Kitabda Uzzanın hərəkəti «hörmətsizlik» adlandığı üçün, ehtimal ki, Yehova bu insanın ürəyindəki — Müqəddəs Yazılarda birbaşa qeyd olunmayan — xudbin niyyətləri görmüşdür. Uzza həddini aşmağa meyilli olan təkəbbürlü insan deyildimi? (Süleymanın məsəlləri 11:2). Onun ailəsində saxlanılan sandığı indi hamının gözü qabağında aparması lovğalanmaq üçün ona əsas verirdimi? (Süleymanın məsəlləri 8:13). Yə’ni Uzzanın imanı o qədər zəif idi ki, Yehovanın Onun iştirakını təmsil edən müqəddəs sandığı qoruması üçün əli çatmadığını fikirləşirdi? Hər necə olursa-olsun, biz əmin ola bilərik ki, Yehova ədalətlə davranmışdı. Ehtimal ki, Allah Uzzanın ürəyində elə bir şey görmüşdü ki, Onu dərhal hərəkət etməyə təşviq etmişdi (Süleymanın məsəlləri 21:2).

Hikmət xəzinəsindən incilər

w05 1/7 s. 15, abz. 9

«İkinci Şamuel» kitabından diqqətəlayiq fikirlər

6:8, 9. Düşdüyü ağır vəziyyətdə Davud əvvəlcə «mə’yus oldu [«qəzəbləndi», KM]», sonra isə qorxdu və ehtimal ki, baş verənlərdə Yehovanı günahlandırdı. Onun göstərişlərinə e’tinasız yanaşmağımızın sayəsində baş verən fəlakətlərə görə Yehovanı günahlandırmaqdan qaçınmalıyıq.

30 MAY — 5 İYUN

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 İŞMUİL 7, 8

«Yehova Davudla əhd bağlayır»

w10 1/4 s. 20, abz. 3

‘Taxtın əbədi möhkəm qalacaq’

Davudun bu səmimi arzusu Yehovanın ürəyincə olur. Sədaqətinə cavab olaraq və peyğəmbərliyə əsasən, Allah Davudla onun nəslindən əbədilik hökm sürəcək bir şəxs çıxaracağına dair əhd bağlayır. Natan Davuda Allahın müqəddəs vədini çatdırır: «Sənin nəslin və padşahlığın Mənim qarşımda əbədi əmin-amanlıqda olacaq, taxtın isə əbədi möhkəm qalacaq» (16-cı ayə). Bu əhdin daimi Varisi — əbədiyyən hökm sürəcək kəs kimdir? (Yaradılış 49:10; Məzmur 89:20, 29, 34—36).

w10 1/4 s. 20, abz. 4

‘Taxtın əbədi möhkəm qalacaq’

Nazaretli İsa Davudun nəslindən idi. İsanın doğulmasını xəbər verərkən mələk demişdi: «Rəbb Allah Ona atası Davudun taxtını verəcəkdir. Əbədi olaraq Yaqubun soyu üzərində hökmranlıq edəcək və Onun Səltənətinin sonu olmayacaqdır» (Luka 1:32, 33). Beləliklə, Davudla bağlanan əhd İsa Məsihin üzərində yerinə yetdi. O, səsvermə yolu ilə hakimiyyət başına gəlməyib, əksinə, ona əbədiyyən hökm sürmək hüququnu Allahın müqəddəs vədi verir. Gəlin unutmayaq ki, Allah vədlərini həmişə yerinə yetirir (Yeşaya 55:10, 11).

w14 15/10 s. 10—11, abz. 14

Padşahlığa imanını sarsılmaz et

14 Gəlin görək Yehova Davudla bağlanan əhd vasitəsilə qədim İsrailin padşahı Davuda hansı vədi vermişdi. (2 Şamuel 7:12, 16 ayələrini oxu.) Yehova bu əhdi Davud Yerusəlimdə padşahlıq etdiyi zaman bağlamışdı və ona vəd etmişdi ki, Məsih onun nəslindən gələcək (Luka 1:30—33). Bununla Yehova övladın nəsil şəcərəsini konkretləşdirdi və göstərdi ki, Davudun varisi Allahın Padşahlığında taxta əyləşməyə «haqq sahibi» olacaq (Yez. 21:25—27). İsanın vasitəsilə Davudun taxtı «sabit qalacaq». Həqiqətən də, Davudun nəsli «taxtda əbədi qalacaq, taxtı... günəş kimi duracaq» (Məz. 89:34—37). Bəli, Məsihin hakimiyyəti heç vaxt dağılmayacaq, onun işləri əbədi qalacaq!

Hikmət xəzinəsindən incilər

it-2-E s. 206, abz. 2

Axırzaman

Bələmin peyğəmbərliyi. İsraillilər Vəd edilmiş diyara girməzdən əvvəl Bələm Muab padşahı Balaqa dedi: «Qoy sənə deyim bu xalq [İsrail xalqı] gələcəkdə [orijinal mətndə «axırzamanda»] sənin xalqının başına nələr gətirəcək... Yaqubdan bir ulduz çıxacaq, İsraildən bir hökmdar əsası ucalacaq. O, Muabın alnını ikiyə böləcək, qan-qan deyən oğulların kəlləsini yaracaq» (Sy 24:14—17). Peyğəmbərliyin ilk icrasında Yaqubdan çıxan ulduz muabiləri məğlub edən Davud padşah oldu (2İş 8:2). Görünür, elə buna görə peyğəmbərliyin bu icrasında axırzaman Davudun padşah olması ilə başladı. Ancaq Davud səmavi Padşahlığın Padşahı olan İsa Məsihi təmsil edirdi. Buna görə də peyğəmbərlik həmçinin düşmənlərini məğlub edən İsaya da aiddir (Əş 9:7; Zb 2:8, 9).

6—12 İYUN

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 İŞMUİL 9, 10

«Davud məhəbbətlə davrandı»

w21.11 s. 9, abz. 7

Bir-birimizə xüsusi məhəbbət göstərək

7 İndi isə gəlin Davudla Yonatanın nümunəsi əsasında görək dindaşlarımıza qarşı necə məhəbbət göstərməliyik. Yonatanın atası Davudu öldürmək istəsə də, Davud Yonatana məhəbbət göstərmişdi. Yonatanın ölümündən illər sonra da Davud Yonatanın oğlu Mefiboşetə məhəbbət göstərmişdi. Sözsüz ki, Davud hər adamla belə davranmazdı. Onun Yonatanla möhkəm dostluq münasibəti var idi, buna görə ona xüsusi məhəbbət göstərmişdi (1 İşm. 20:9, 14, 15; 2 İşm. 4:4; 8:15; 9:1, 6, 7).

w05 1/7 s. 15, abz. 12

«İkinci Şamuel» kitabından diqqətəlayiq fikirlər

9:1, 6, 7. Davud və’dini yerinə yetirdi. Biz də öz sözümüzün üstündə durmaq üçün sə’y göstərməliyik.

w02 1/5 s. 10, abz. 10

Onlar bədənlərindəki neştərlərə tab gətirdilər

10 Bir neçə ildən sonra Davud padşah, Yonatana bəslədiyi dərin məhəbbət sayəsində Mefiboşetə lütf göstərdi. Davud, Saula məxsus olan bütün torpaq və mülkü Mefiboşetə qaytardı və Saulun qulu Tsibanı torpağa baxmağa tə’yin etdi. Davud, həmçinin Mefiboşetə dedi: “Sən daima mənim süfrəmdə çörək yeyəcəksən” (2 Samuel 9:6-10). Şübhəsiz ki, Davudun göstərdiyi mərhəmət və xeyirxahlıq Mefiboşetə təsəlli verir, onun fiziki çatışmazlığı ucbatından çəkdiyi iztirabı bir qədər yüngülləşdirirdi. Bizim üçün necə də gözəl dərsdir! Bədəndəki neştərdən iztirab çəkənlərə biz də mərhəmət göstərməliyik.

Hikmət xəzinəsindən incilər

it-1-E s. 266

Saqqal

Qədim Şərqdə bir çox xalqlarda, o cümlədən israillilərdə saqqal kişilik rəmzi hesab olunurdu. Allahın israillilərə verdiyi qanunda gicgahdakı, yəni gözlə qulaq arasındakı tükləri və saqqalın qıraqlarını qırxmaq qadağan olunurdu (Lv 19:27; 21:5). Buna səbəb o idi ki, bəzi bütpərəst xalqlar dini məqsədlərdən irəli gələrək belə edirdilər.

13—19 İYUN

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 İŞMUİL 11, 12

«Nəfsin qulu olmayın»

w21.06 s. 17, abz. 10

Şeytanın torlarından azad ola bilərsiniz!

10 Yehova Davudun başından bol-bol nemətlər tökmüşdü. Ona var-dövlət, padşahlıq nəsib etmiş, müharibələrdə qələbə qazandırmışdı. Davud bütün bunlara görə çox minnətdar idi. O demişdi ki, Yehovanın verdiyi nemətləri sayıb qurtara bilmir (Zəb. 40:5). Amma sonradan Davud tamahkarlıq etdi və Yehovanın ona verdiklərindən daha artığını istədi. Baxmayaraq ki, onun çoxlu arvadı var idi, başqasının arvadına tamah saldı. Bu qadın Badsəba idi. Onun yoldaşı het Uryay idi. Davud xudbin davranıb Badsəba ilə yaxınlıq etdi və qadın hamilə qaldı. Hələ bu azmış kimi, Uryayı da öldürtdü (2 İşm. 11:2—15). Görəsən, Davud nə düşünürdü? Fikirləşirdi ki, Yehova onu görmür? O, uzun müddət Yehovaya sədaqətlə xidmət etsə də, tamahkarlığın qurbanı oldu və bu ona baha başa gəldi. Yaxşı ki, Davud günahını etiraf edib tövbə etdi. Görün o, yenidən Yehovanın rəğbətini qazandığı üçün necə minnətdar idi! (2 İşm. 12:7—13).

w19.09 s. 17—18, abz. 15

Yehovaya könül xoşluğu ilə itaət edin!

15 Yehova Davudu təkcə ailəsi üzərində yox, bütün İsrail xalqı üzərində başçı qoymuşdu. Padşah kimi Davud böyük səlahiyyət sahibi idi. Hərdən o, bu səlahiyyətindən düzgün istifadə etmir və ciddi günahlara yol verirdi (2 İşm. 11:14, 15). Bununla belə, Davud tərbiyəni qəbul etməklə Yehovaya itaətini göstərmişdi. O, Yehovaya duada ürəyini boşaldırdı. Və var gücü ilə çalışırdı ki, Yehovanın məsləhətinə əməl etsin (Zəb. 51:1—4). Üstəlik, Davud təkcə kişilərin yox, hətta qadınların da məsləhətinə qulaq asacaq qədər təvazökar idi (1 İşm. 19:11, 12; 25:32, 33). O, səhvlərindən dərs götürmüş və Yehovaya xidməti həyatında birinci yerə qoymuşdu.

w18.06 s. 17, abz. 7

Qoy ilahi qanun və prinsiplər vicdanımıza hakim olsun

7 Həyatda nəyisə öyrənmək üçün başımızın daşdan daşa dəyməsinə ehtiyac yoxdur. Biz Müqəddəs Kitabda adı çəkilən şəxslərin səhvindən özümüzə ibrət götürə bilərik. Məsəllər 1:5 ayəsində yazılıb: «Hikmətli qulaq asar, elmini artırar». Biz ən üstün elmi Allahdan ala bilərik. Bunun üçün Müqəddəs Kitabda yazılan real hadisələri oxuyub dərinliyinə varmaq gərəkdir. Məsələn, Davud padşahın Allahın qanununu pozub Badsəba ilə zina edəndən sonra necə iztirab çəkdiyini xatırlayaq (2 İşm. 12:7—14). Müqəddəs Kitabdan bu hissəni oxuyandan sonra özümüzə növbəti sualları verə bilərik: «Davud padşah bu iztirablara düçar olmamaq üçün nə edə bilərdi? Mən buna bənzər sınaqla üzləşsəm, necə davranaram? Davud kimi günaha yol verərəm, yoxsa Yusif kimi qaçaram?» (Yar. 39:11—15). Günahın hansı acı nəticələr gətirdiyi üzərində düşünsək, ürəyimizdə «pisliyə nifrət» hissi daha güclü olacaq.

Hikmət xəzinəsindən incilər

w07 1/10 s. 9, abz. 11

‘Atanız mərhəmətlidir’

11 Davud və Bat-Şevanın hadisəsində ölüm cəzasını yüngülləşdirməzdən öncə, onların günahlarını bağışlamaq tələb olunurdu. İsrailin hakimlərinə belə səlahiyyət həvalə olunmamışdı. Əgər Davudla Bat-Şevanın işinə onlar baxmalı olsaydılar, ölüm hökmü çıxarmaqdan başqa bir şey edə bilməzdilər. Qanun belə tələb edirdi. Yehova Davudla əhd bağladığı üçün, onun günahını bağışlamağa əsas olub-olmadığını müəyyən etmək istədi (2 Şamuel 7:12-16). Beləliklə, ‘ürəyi sınayan’ «bütün dünyanın Hakimi» Yehova Allah bu məsələyə Özü baxmaq qərarına gəldi (Yaradılış 18:25; 1 Salnamələr 29:17). Yehova Davudun ürəyində olan hər şeyi görməyə, tövbəsinin nə dərəcədə səmimi olduğunu müəyyən etməyə və onu bağışlamağa qadir idi.

w12 15/11 s. 22—23, abz. 9, 10

Yehovanın əfvi sənin üçün hansı mənanı kəsb edir?

9 Yehova Davudun günahının acı nəticələrini aradan qaldırmadı. O, ömrünün sonuna kimi etdiyi günahlara görə əziyyət çəkdi. Lakin Davud «sınan və peşman olan ürəyə» sahib olduğu üçün Yehova onu bağışladı. (Məzmur 32:5 ayəsini oxu; Məz. 51:17.) Külli-İxtiyar Allah insanın əsil hisslərini və onu günaha sürükləyən səbəblərin nə olduğunu başa düşür. Yehova yol vermədi ki, Davudla Bat-Şeva, Musanın qanununa əsasən, hakimlər tərəfindən ölümə məhkum edilsin (Lev. 20:10). Allah hətta onların oğlu Süleymanı İsrailin növbəti padşahı təyin etdi (1 Saln. 22:9, 10).

10 Ehtimal ki, Yehovanın Davudu bağışlamasının digər səbəbi onun Şaula mərhəmət göstərməsi idi (1 Şam. 24:4—7). İsanın qeyd etdiyi kimi, biz başqaları ilə necə rəftar ediriksə, Yehova da bizimlə elə rəftar edir. O demişdi: «Bəsdirin insanları mühakimə etdiniz, yoxsa özünüz də mühakimə olunacaqsınız. Çünki hansı hökmlə mühakimə edirsinizsə, o hökmlə də mühakimə olunacaqsınız. Hansı ölçü ilə ölçürsünüzsə, həmin ölçü ilə də sizə ölçəcəklər» (Mat. 7:1, 2). Yehovanın ən ciddi günahlarımızı, hətta zina və qatilliyi belə bağışladığını bilmək necə də təsəllivericidir! O, yalnız başqalarını bağışlamağa hazır olduğumuz, günahlarımızı etiraf etdiyimiz və pis əməllərimizə qarşı düşüncə tərzimizi dəyişdiyimiz təqdirdə bizi bağışlayacaq. Biz günahlarımızdan səmimi qəlbdən tövbə edəndə Yehovadan «təravət mövsümü» gəlir. (Həvarilərin işləri 3:19 ayəsini oxu.)

20—26 İYUN

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 İŞMUİL 13, 14

«Əmnunun xudbinliyi faciəyə səbəb oldu»

it-1-E s. 32

Absalam

Əmnunun qətli. Absalamın bacısı Tamarın gözəlliyi ögey qardaşı Əmnunun ağlını başını almışdı. Buna görə də o özünü naxoşluğa vurdu, hiylə ilə Tamarı yanına gətizdirdi ki, ona yemək bişirsin, sonra isə onu zorladı. Ancaq Əmnunun ehtirası nifrətə çevrildi. O, Tamarı evindən qovdu. Tamar bakirə şah qızlarının geyindiyi naxışlı xələtini cırdı, başına kül ələdi. Onun qarşısına çıxan Absalam dərhal məsələni anladı və Əmnundan olan şübhəsini dilə gətirdi. Beləcə məlum oldu ki, Absalamın ögey qardaşının Tamara münasibətindən xəbəri var idi. Ancaq Absalam bacısına tapşırdı ki, səsini çıxarmasın və onu aparıb öz evində saxladı (2İş 13:1—20).

w17.09 s. 5, abz. 11

Özümüzə hakim olaq

11 Müqəddəs Kitabda cinsi əxlaqsızlıq məsələsində özünə hakim olmayan insanların nümunələri var. Nəfslərini cilovlamadıqlarına görə onların hansı fəsadlarla üzləşdiklərini aydın görmək olar. Əgər siz də Kimberlinin üzləşdiyi vəziyyətə oxşar vəziyyətlə qarşılaşırsınızsa, Məsəllər kitabının 7-ci fəslində yazılan naşı gəncin hadisəsini yadınıza salın. Həmçinin Əmnunun hərəkətinin acı nəticələrini xatırlayın (2 İşm. 13:1, 2, 10—15, 28—32). Valideynlər ailəvi ibadət zamanı Müqəddəs Kitabdakı bu hadisələri uşaqları ilə müzakirə edərək onlara əks cinslə münasibətdə hikmətli davranmağı və özlərinə hakim olmağı öyrədə bilərlər.

it-1-E s. 33, abz. 1

Absalam

İki il keçdi. Şənlik mövsümü olan qoyun qırxımı yetişdi. Absalam Yerusəlimdən 22 km şimal-şərqdə yerləşən Baal-Həzurda ziyafət təşkil etdi və şahzadələri, eləcə də Davudu ziyafətə dəvət etdi. Davud getmək istəmədi, onda Absalam atasını dilə tutdu ki, izin versin, heç olmasa, ilki Əmnun ziyafətə gəlsin (Ms 10:18). Əmnun şərabdan meyxoş olanda Absalam nökərlərinə əmr etdi ki, onu öldürsünlər. O biri şahzadələr Yerusəlimə qaçdılar, Absalam isə Arama, Cəlilə dənizindən şərqdə yerləşən Qəşur səltənətinə, babasının yanına qaçdı (2İş 13:23—38). Beləcə, Natan peyğəmbərin dediyi qılınc Davudun evinə daxil oldu və ömrünün sonuna kimi oradan əskik olmadı (2İş 12:10).

Hikmət xəzinəsindən incilər

ypq s. 7, abz. 2—5

Nəyə görə xarici görkəmim məni narahat edir?

Əslində, insanı gözəlləşdirən onun daxili aləmidir. Buna əmin olmaq üçün Davud padşahın oğlu Absalamın nümunəsinə baxa bilərik. Müqəddəs Kitabda yazılıb:

«Absalamın yaraşığı dillər əzbəri idi... Onda bircə dənə də eyib yox idi» (2 İşmuil 14:25).

Amma Absalam həddən artıq qürurlu, şöhrətpərəst və xəyanətkar insan idi. Müqəddəs Kitabda o, yaxşı insan kimi yox, xain və qəddar insan kimi təsvir olunur.

Müqəddəs Kitabda gözəl məsləhət var:

«Yeni şəxsiyyəti geyinin» (Koloslulara 3:10).

«Qoy bəzəyiniz zahiri şeylər... yox,.. daxili varlığınız olsun» (1 Butrus 3:3, 4).

Gözəl görünməkdə pis bir şey yoxdur, ancaq daha vacibi sənin daxilən necə insan olmağındır. Səninlə tanış olandan bir müddət sonra insanları sənin gözəl bədən quruluşun yox, gözəl xüsusiyyətlərin cəlb edəcək. Fəridə deyir: «Ola bilsin, sənin gözəlliyin insanları dərhal cəlb etsin, ancaq onların yadında qalan sənin gözəl xüsusiyyətlərin olacaq».

27 İYUN — 3 İYUL

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 İŞMUİL 15—17

«Absalam qürurlanıb üsyan etdi»

w16.02 s. 28, abz. 10

Yehovanın sadiq xidmətçilərindən örnək alın

10 Davudun oğlu Absalam təvazökar olmadığı üçün Allaha da sadiq deyildi. O, özü üçün cəng arabası və atlar hazırlamışdı, həmçinin qabağında qaçmağa əlli adam qoymuşdu (2 İşm. 15:1). Üstəlik, o, xalqın ürəyini ovlamışdı. Abnur kimi, Absalam da bilirdi ki, Yehova Davudu İsrailin padşahı təyin edib, buna baxmayaraq, onu öldürmək istəyirdi (2 İşm. 15:13, 14; 17:1—4).

w12 15/7 s. 13, abz. 5

Azadlıq bəxş edən Allaha xidmət et

5 Müqəddəs Kitabda başqalarına pis təsir göstərən bir çox insanlardan bəhs olunur. Onlardan biri Davud padşahın oğlu Avşalom idi. Avşalom çox yaraşıqlı idi. Lakin bir müddətdən sonra o, Şeytan kimi, şöhrətpərəstliyə qapıldı və ixtiyarı olmadığı bir şeyə — atasının taxt-tacına göz dikdi. Hakimiyyəti ələ keçirmək məqsədilə o, hiyləyə əl atdı. Avşalom özünü elə göstərirdi ki, guya soydaşlarına görə çox narahatdır və padşahın onların vəziyyəti ilə qətiyyən maraqlanmadığına məharətlə eyham vururdu. Eden bağındakı İblis kimi, Avşalom da özünü xeyriyyəçi kimi göstərdi və eyni zamanda atasına böhtan atdı (2 Şam. 15:1—5).

it-1-E s. 1083—1084

Həbrun

Bir neçə il sonra Davudun oğlu Absalam Həbruna qayıtdı və oradan atasını devirib taxta çıxmağa cəhd göstərdi, amma cəhdi baş tutmadı (2İş 15:7—10). Absalamın bu məqsəd üçün Həbrunu seçməsinin səbəbi ehtimal ki, bu şəhərin bir vaxtlar Yəhudanın paytaxtı olması, tarixi əhəmiyyətə malik olması idi, həmçinin onun özünün də bu şəhərdən olması idi. Sonralar Davudun nəvəsi Rəhabam padşah Həbrunu yenidən inşa etdi (2Sm 11:5—10). Babillilərin darmadağın etdiyi Yəhudaya qayıdan yəhudi əsirlərin bəziləri Həbrunda (Kiryat-Arbada) məskən saldı (Nə 11:25).

Hikmət xəzinəsindən incilər

w18.08 s. 6, abz. 11

Bütün faktları bilirsiniz?

11 Hər birimiz haqqımızda gəzən natamam, yaxud yarı gerçək məlumatların ucbatından haqsızlıqla üzləşə bilərik. Davud peyğəmbərlə Mefiboşet arasında baş vermiş bir əhvalata nəzər salaq. Peyğəmbər Mefiboşetə böyük xeyirxahlıq və səxavət göstərmiş, babası Talutun bütün torpaqlarını ona qaytarmışdı (2 İşm. 9:6, 7). Bir müddətdən sonra ona Mefiboşet haqqında xoşagəlməz xəbər çatdırılır. Peyğəmbər bu məlumatı dəqiqləşdirməmiş onun əlindən bütün mülkün alınması ilə bağlı qərar verir (2 İşm. 16:1—4). Lakin Mefiboşetlə danışanda səhvə yol verdiyini başa düşür və mülkün yarısını yenidən ona qaytarır (2 İşm. 19:24—29). Təbii ki, Davud peyğəmbər natamam məlumat əsasında tez-tələsik qərar verməzdən öncə məsələni ətraflı araşdırsaydı, belə bir haqsızlığa yol verməzdi.

MƏSİHİ HƏYATI

«Cəmiyyətdəki iğtişaşlara hazırsınız?»

jr-E s. 125—126, abz. 23, 24

Hər gün soruşursunuz «Yehova hanı?»

23 Yehovaya sidqi-ürəkdən dua edib, Ondan məsləhət istəmək vacibdir. Ancaq bununla yanaşı fərdi mütaliə ilə məşğul olmaq da mütləqdir. Axı Yehovanın iradəsinin nə olduğunu öyrənmək üçün fərdi mütaliəni heç nə əvəz edə bilməz. Bu sahədə bizə daha asandır, nəinki Ərəmyaya. Bizim əlimizdə tam Müqəddəs Kitab var. Ərəmya tarixi əhvalatları yazmaq üçün dərin araşdırma aparmışdı. Siz də, onun kimi, Allahın Kəlamının dərinliyinə varın, Allahdan məsləhət alın, soruşun: «Hanı Yehova?» İnsan Yehovanın iradəsini öyrənməyə çalışırsa, deməli, Ona etibar edir. Belə adam «sular kənarında əkilmiş ağactək olar, kökü axar sulara çatar». (Ərəmya 17:5—8 ayələrini oxuyun.)

24 Müqəddəs Kitabı oxuyanda, oxuduqlarınız barədə düşünəndə çalışın anlayasınız ki, müxtəlif vəziyyətlərdə Yehova sizin necə davranmağınızı istəyir. Prinsipləri tapmağa çalışın, onları yadınızda saxlayın və həyatınızda tətbiq edin. Müqəddəs Yazılardan tarixi kitabları, qanunları, prinsipləri, hikmətli kəlamları oxuyarkən düşünün, görün bu parçalar gündəlik qərarlarınıza necə təsir etməlidir. Sizin «hanı Yehova?» sualınıza cavab olaraq, ən çətin vəziyyətlərdə belə, Yehova Kəlamı vasitəsilə sizə yol göstərə bilər. Siz Müqəddəs Kitabda bilmədiyiniz, yaxud başa düşmədiyiniz dərkedilməz şeyləri görə bilərsiniz (Ərm. 33:3).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş