Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwbr22 noyabr s. 1—8
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr—2022
  • Başlıqlar
  • 7—13 NOYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 PADŞAHLAR 5, 6
  • «Bizimlə olanlar onlarla olanlardan çoxdur»
  • lfb s. 126, abz. 2
  • Yehovanın alovdan olan ordusu
  • w13 15/8 s. 30, abz. 1
  • Elişa odlu arabaları gördü. Bəs sən?
  • lfb s. 126—127, abz. 3, 4
  • Yehovanın alovdan olan ordusu
  • Hikmət xəzinəsindən incilər
  • w05 1/8 s. 29, abz. 2
  • «İkinci Padşahlar» kitabından diqqətəlayiq fikirlər
  • 14—20 NOYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 PADŞAHLAR 7, 8
  • «Yehova heç kimin gözləmədiyi bir şeyi etdi»
  • it-1-E s. 716—717
  • Əlyəsə
  • Hikmət xəzinəsindən incilər
  • it-2-E s. 195, abz. 7, 8
  • Çıraq
  • 21—27 NOYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 PADŞAHLAR 9, 10
  • «O, cəsarətlə və qətiyyətlə davrandı»
  • w11 15/11 s. 3, abz. 2
  • Yehu həqiqi ibadətin müdafiəçisi
  • w11 15/11 s. 4, abz. 2, 3
  • Yehu həqiqi ibadətin müdafiəçisi
  • w11 15/11 s. 5, abz. 3, 4
  • Yehu həqiqi ibadətin müdafiəçisi
  • Hikmət xəzinəsindən incilər
  • w11 15/11 s. 5, abz. 6, 7
  • Yehu həqiqi ibadətin müdafiəçisi
  • 28 NOYABR — 4 DEKABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 PADŞAHLAR 11, 12
  • «Haqq-ədalət öz yerini tutdu»
  • lfb s. 128, abz. 1, 2
  • Yəhyadayın cəsarəti
  • lfb s. 128, abz. 3, 4
  • Yəhyadayın cəsarəti
  • Hikmət xəzinəsindən incilər
  • it-1-E s. 1265—1266
  • Yuəs
  • 5—11 DEKABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 PADŞAHLAR 13—15
  • «İşə can yandıranın bərəkəti bol olur»
  • w10 15/4 s. 26—27, abz. 11
  • Sən addımbaaddım Məsihin izləri ilə gedirsənmi?
  • w13-E 1/11 s. 11, abz. 5, 6
  • Bəndələrinə mükafat verən Allah
  • Hikmət xəzinəsindən incilər
  • w05 1/8 s 31, abz. 3
  • «İkinci Padşahlar» kitabından diqqətəlayiq fikirlər
  • 12—18 DEKABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 PADŞAHLAR 16, 17
  • «Yehovanın səbrinin bir həddi var»
  • br2 s. 18, abz. 16
  • w12 1/7 s. 24, abz. 2
  • «İzin ver evə qayıdaq»
  • w02 1/3 s. 10—11, abz. 10
  • Yehova səbirli Allahdır
  • Hikmət xəzinəsindən incilər
  • jy s. 50, çər.
  • SƏMƏRİYYƏLİLƏR KİMLƏR İDİ?
  • 19—25 DEKABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 PADŞAHLAR 18, 19
  • «Əleyhdarlar bizi zəiflətmək istəyir»
  • w05 1/8 s. 31, abz. 5
  • «İkinci Padşahlar» kitabından diqqətəlayiq fikirlər
  • w10 15/7 s. 13, abz. 3
  • «Qorxma, sənə kömək edəcəyəm»
  • w13 15/11 s. 19, abz. 14
  • Başçılar bizim üçün hansı əhəmiyyəti daşıyır?
  • yb74-E s. 177, abz. 1
  • II Hissə. Almaniya
  • Hikmət xəzinəsindən incilər
  • it-1-E s. 155, abz. 4
  • Arxeologiya
  • 26 DEKABR — 1 YANVAR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 PADŞAHLAR 20, 21
  • «Duanın gücü»
  • ip-1-E s. 394, abz. 23
  • Padşahın imanı mükafatlanır
  • w17.03 s. 21, abz. 16
  • Yehovaya sidqi-ürəkdən ibadət edin!
  • g01-E 22/7 s. 13, abz. 4
  • Duanın köməyi
  • Hikmət xəzinəsindən incilər
  • it-2-E s. 240, abz. 1
  • Taraz
«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr—2022
mwbr22 noyabr s. 1—8

«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

7—13 NOYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 PADŞAHLAR 5, 6

«Bizimlə olanlar onlarla olanlardan çoxdur»

lfb s. 126, abz. 2

Yehovanın alovdan olan ordusu

Aramilər Dufana axşam çatırlar. Əlyəsənin nökəri səhər tezdən qalxıb çölə çıxır və böyük bir qoşunun şəhəri mühasirəyə aldığını görür. O, təşvişə düşüb qışqırır: «Əlyəsə, biz nə edəcəyik?» Əlyəsə ona deyir: «Bizimlə olanlar onlarla olanlardan çoxdur». Həmin an Yehova elə edir ki, Əlyəsənin nökəri şəhərin ətrafındakı dağların atlarla və alovdan olan döyüş arabaları ilə dolu olduğunu görsün.

w13 15/8 s. 30, abz. 1

Elişa odlu arabaları gördü. Bəs sən?

Dotan şəhərinin düşmənlərlə əhatə olunmasına baxmayaraq, Elişa təşvişə düşməmişdi. Çünki onun Yehovaya imanı möhkəm idi. Bizə də bu cür iman lazımdır. Buna görə də, gəlin duada Allahdan müqəddəs ruh diləyək ki, imanı və ruhun bəhrəsinin digər yönlərini təzahür etdirməyə kömək etsin (Luka 11:13; Qalat. 5:22, 23).

lfb s. 126—127, abz. 3, 4

Yehovanın alovdan olan ordusu

Arami döyüşçülər Əlyəsəni tutmaq istəyəndə o dua edib deyir: «Yehova, nə olar, onların gözlərini kor et». Yehova dərhal onları kor edir. Onların gözləri görsə də, harada olduqlarını bilmirlər. Əlyəsə döyüşçülərə deyir: «Başqa şəhərə gəlmisiniz. Ardımca gəlin, sizi axtardığınız adamın yanına aparacağam». Əlyəsə onları Səməriyyəyə, İsrail padşahının yanına aparır.

Aramilər harada olduqlarını biləndə artıq iş-işdən keçmişdi. İsrail padşahı Əlyəsədən soruşur: «Onları öldürüm?» Bəs Əlyəsə bunu fürsət bilib pisliyə pisliklə cavab verir? Xeyr. O deyir: «Onları öldürmə, onlara yemək ver. Sonra da yola sal getsinlər». Padşah da onlar üçün ziyafət qurur. Sonra isə onları öz ölkələrinə yola salır.

Hikmət xəzinəsindən incilər

w05 1/8 s. 29, abz. 2

«İkinci Padşahlar» kitabından diqqətəlayiq fikirlər

5:15, 16 — Nəyə görə Elişa Naamanın hədiyyəsini qəbul etmədi? Elişa Naamanın möcüzə ilə sağalmasının özünün deyil, Yehovanın qüvvəsi sayəsində olduğunu anladığı üçün hədiyyəni qəbul etmədi. Allaha xidmətindən gəlir əldə etmək onun heç ağlına belə gəlmirdi. Yehovanın xidmətçiləri Ona xidmət etməkdən maddi gəlir güdmürlər. Onlar İsanın «müftə aldınız, müftə verin» nəsihətinə ürəkdən riayət edirlər (Matta 10:8).

14—20 NOYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 PADŞAHLAR 7, 8

«Yehova heç kimin gözləmədiyi bir şeyi etdi»

it-1-E s. 716—717

Əlyəsə

Bundan sonra II Bənhədad basqınçı dəstələri ilə yox, böyük ordu ilə yürüş edib, Səməriyyəni mühasirəyə aldı. Mühasirə çox uzun çəkdi. Bir qadın padşaha oğlunu yediyini dedi. «Qatil oğlu», yəni Əhəbin oğlu olan Yəhuram and içdi ki, Əlyəsəni öldürəcək. Tələsik verilən bu and yerinə yetirilmədi. Yavəri ilə peyğəmbərin evinə gələn padşah bildirdi ki, Yehovadan ümidi üzülüb. Əlyəsə padşahı arxayın etdi ki, səhəri gün şəhərdə bolluq olacaq. Padşahın yavəri bu sözlərə rişxənd etdi. Onda Əlyəsə ona dedi: «Bunu gözlərinlə görəcəksən, amma yeməyəcəksən». Yehova elə etdi ki, aramilərin qulağına gurultu səsi gəldi. Onlar fikirləşdilər ki, bir neçə xalq birləşib onların üstünə qoşun çəkib. Buna görə də bütün azuqələrini düşərgədə qoyub qaçdılar. Padşah aramilərin qaçdığını eşidəndə yavərini Səməriyyənin darvazasının ağzında qoymuşdu. Aclıq çəkən israillilər düşərgəni qarət etməyə gedəndə yavər camaatın tapdağı altında qalıb öldü. Beləliklə, ərzağı gözləri ilə görsə də, yemədi (2Pd 6:24—7:20).

Hikmət xəzinəsindən incilər

it-2-E s. 195, abz. 7, 8

Çıraq

Davudun sülaləsindən olan padşahlar. Yehova Allah Davudu İsrailin padşahı etmişdi. Davud Allahın rəhbərliyi altında xalqa hikmətlə başçılıq edirdi. Buna görə də «İsrailin çırağı» adlanırdı. Yehova Davudla padşahlıq barədə əhd bağlayarkən ona vəd etmişdi: «Taxtın əbədi duracaq» (2İş 7:11—16). Buna uyğun olaraq, Davudun Süleyman vasitəsilə davam edən sülaləsindəki padşahlar da İsrailin çırağı idi (1Pd 11:36; 15:4; 2Pd 8:19; 2Sm 21:7).

Sidqiyyə padşah taxtdan salınıb Babilə əsir aparılanda və orada öləndə elə görünürdü ki, sanki bu çıraq söndü. Amma Yehova əhdindən dönməmişdi. O, sadəcə olaraq, «qanuni sahibi gələnədək» bu sülalənin hakimiyyətinə ara verdi (Hz 21:27). «Davud oğlu» olan İsa Məsih o taxtın əbədilik varisidir. Buna görə də Davudun çırağı heç vaxt sönməyəcək. İsa əbədi Padşah olduğu üçün, deməli, əbədi çıraqdır (Mt 1:1; Lk 1:32).

21—27 NOYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 PADŞAHLAR 9, 10

«O, cəsarətlə və qətiyyətlə davrandı»

w11 15/11 s. 3, abz. 2

Yehu həqiqi ibadətin müdafiəçisi

Yehu Allahdan tapşırıq alanda İsrail xalqı çox acınacaqlı vəziyyətdə idi. Ölkə vəfat etmiş Axavın arvadı və həmin dövrdə padşahlıq edən Yehoramın anası İzebelin əlində idi. Bu zalım qadın insanları Yehova Allaha yox, Baal bütlərinə ibadət etməyə sövq edirdi. O, Allahın peyğəmbərlərini öldürürdü, «xainlikləri və cadugərlikləri» ilə xalqı pozurdu (2 Pad. 9:22; 1 Pad. 18:4, 13). Yehoram və İzebel də daxil olmaqla, Yehova Axavın bütün nəslinin məhv edilməsinə qərar verdi. Bu işi Yehu icra edəcəkdi.

w11 15/11 s. 4, abz. 2, 3

Yehu həqiqi ibadətin müdafiəçisi

Yehu yanına göndərilən iki qasidə heç bir söz demədi. Sonra onun qarşısına Yehoram padşah və onun müttəfiqi olan Yəhuda padşahı Axazya çıxdı. Yehoramın: «Xeyir ola, Yehu?» — sualına o, belə cavab verdi: «Anan İzevelin [İzebelin] xainlikləri və cadugərlikləri bu qədər çox olduğu halda necə xeyir ola bilər?» Bu cavabdan təşvişə düşən Yehoram qaçmağa cəhd göstərdi, lakin canını onun əlindən qurtara bilmədi. Yehu ox-kamanını çəkdi və Yehoramı ürəyindən vurdu. Padşah arabasına yıxılıb öldü. Axazya qaçmağa müvəffəq olsa da, Yehu ona çatıb onu da öldürdü (2 Pad. 9:22—24, 27).

Axavın ailəsindən olan növbəti qurban isə pis mələkə İzebel idi. Yehu haqlı olaraq onu «lənətə gəlmiş» qadın adlandırdı. Yehu İzreel şəhərinə daxil olanda İzebeli sarayın pəncərəsindən boylanıb baxan gördü. Yehu saray xidmətçilərinə dərhal əmr etdi ki, onu pəncərədən aşağı atsınlar. Sonra Yehu atları ilə bütün İsrail xalqını pozğunluq girdabına qərq edən bu qadının üstündən keçərək cəsədini tapdaladı. Bundan sonra Yehu zalım Axavın nəslindən xeyli adam qırdı (2 Pad. 9:30—34; 10:1—14).

w11 15/11 s. 5, abz. 3, 4

Yehu həqiqi ibadətin müdafiəçisi

Düzdür, Yehu çoxlu qan tökmüşdü. Lakin Müqəddəs Yazılarda o, İsrail xalqını zalım İzebel və onun ailəsinin hökmranlığından azad edən bir insan kimi təsvir olunur. İsrailin başçılarından kim isə bu işi icra edəcəkdisə, uğur qazanmaq üçün o, cəsarətli, qətiyyətli və qeyrətli adam olmalı idi. Bir Müqəddəs Kitab lüğətində deyilir: «Bu çətin iş idi və o, tam dəqiqliyi ilə yerinə yetirilmişdi. Bundan yumşaq tədbir görülsəydi, çətin ki, İsraildə Baala ibadətin kökü kəsilərdi».

Şübhəsiz, sən özün də başa düşürsən ki, məsihçilərin bu gün üzləşdiyi vəziyyətlər onlardan Yehunun malik olduğu bəzi xüsusiyyətləri təzahür etdirməyi tələb edir. Məsələn, ürəyimiz bizi Yehovanın mühakimə etdiyi işlə məşğul olmağa təhrik edərsə, biz nə edəcəyik? Biz bu arzunu dərhal, cəsarətlə və qətiyyətlə ürəyimizdən silib atacağıq. Yehovaya ibadət məsələsində biz həmişə qeyrət göstərməliyik, yəni heç vaxt güzəştə getməməliyik.

Hikmət xəzinəsindən incilər

w11 15/11 s. 5, abz. 6, 7

Yehu həqiqi ibadətin müdafiəçisi

Görünür, Yehu düşünürdü ki, İsrail padşahlığının Yəhudadan müstəqil olaraq qalması üçün gərək onun dini də fərqli olsun. Buna görə də İsrailin sabiq padşahları kimi, danaya ibadəti əbədiləşdirmək cəhdi göstərdi. Bununla o, onu padşah təyin edən Yehovaya imanının olmadığını göstərdi.

Yehu Yehovanın gözündə doğru olan işi gördüyü üçün Yehova onu təriflədi. «Ancaq Yehu bütün qəlbi ilə İsrailin Allahı Rəbbin qanunu ilə getmək istəmədi» (2 Pad. 10:30, 31). Onun bundan qabaq etdiklərini gözünün önünə gətirəndə, yəqin, səndə təəccüb və təəssüf hissi yaranır. Biz onun nümunəsindən ibrət dərsi götürməliyik və heç vaxt Yehova ilə münasibətimizə barmaqarası baxmamalıyıq. Hər gün Onun Kəlamını araşdırıb üzərində düşünməklə və səmimi-qəlbdən səmavi Atamıza dua etməklə sadiqliyimizi qorumalıyıq. Gəlin bundan sonra da son dərəcədə ehtiyatlı olaraq Allahın qanunlarına ürəkdən riayət edək (1 Kor. 10:12).

28 NOYABR — 4 DEKABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 PADŞAHLAR 11, 12

«Haqq-ədalət öz yerini tutdu»

lfb s. 128, abz. 1, 2

Yəhyadayın cəsarəti

İzəbilin qızı Ətəlya anası kimi zalımdır. Ətəlya Yəhuda padşahı ilə evlənir. Ərinin ölümündən sonra taxta oğlu çıxır. Ancaq bir müddət sonra oğlu da ölür. Bundan sonra Ətəlya özü Yəhudanı idarə etməyə başlayır və padşah nəslindən onun yerinə taxta çıxa biləcək hər kəsi, hətta öz nəvələrini də öldürtdürür. Hamı ondan qorxur.

Baş kahin Yəhyaday və arvadı Yəhusəba Ətəlyanın nə əməllər törədəcəyini bilir. Buna görə də onlar həyatlarını təhlükəyə atıb Ətəlyanın nəvələrindən birini, Yuəsi gizlədirlər. Onlar Yuəsi məbəddə böyüdürlər.

lfb s. 128, abz. 3, 4

Yəhyadayın cəsarəti

Yuəs yeddi yaşına çatanda Yəhyaday əyanları və lavililəri bir yerə yığıb deyir: «Məbədin qapılarını mühafizə edin, heç kimi içəri buraxmayın». Sonra Yəhyaday Yuəsi Yəhudanın padşahı elan edib tacı onun başına qoyur. Yəhuda xalqı: «Yaşasın padşah!» — deyə qışqırır.

Məlikə Ətəlya xalqın səsini eşidib məbədə tərəf qaçır. O, yeni padşahı görəndə qışqırır: «Xəyanət! Xəyanət!» Əyanlar zalım məlikəni oradan uzaqlaşdırırlar. Sonra isə onu öldürürlər. Bəs Ətəlyanın xalqa aşıladığı mənfi təsir haqda nə demək olar?

Hikmət xəzinəsindən incilər

it-1-E s. 1265—1266

Yuəs

Bundan sonra nə qədər ki baş kahin Yəhyaday sağ idi, Yuəsə atalıq edirdi, öyüd-nəsihət verirdi, gənc hökmdar uğur qazanırdı. 21 yaşı olanda onun artıq iki arvadı var idi. Arvadlarından birinin adı Yəhuəddən idi. Yuəsin bu qadınlardan oğulları və qızları oldu. Beləliklə, Davudun Məsihə aparan və yox olmaq üzrə olan sülaləsi yenidən möhkəmləndi (2Pd 12:1—3; 2Sm 24:1—3; 25:1).

5—11 DEKABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 PADŞAHLAR 13—15

«İşə can yandıranın bərəkəti bol olur»

w10 15/4 s. 26—27, abz. 11

Sən addımbaaddım Məsihin izləri ilə gedirsənmi?

11 Allaha xidmətdə səyli olmağın vacibliyini görmək üçün gəlin İsrail padşahı Yoaşın həyatında baş verən bir hadisəyə nəzər salaq. İsrailin suriyalılar tərəfindən zəbt ediləcəyindən narahat olan Yoaş ağlaya-ağlaya Elişanın yanına gəldi. Peyğəmbər ona pəncərədən Suriyaya tərəf ox atmasını dedi; bu, Yehovanın həmin xalq üzərində israillilərə qələbə qazandıracağının rəmzi idi. Bu, padşahı mütləq ürəkləndirməli idi. Sonra Elişa Yoaşa əlindəki oxları yerə vurmağı tapşırdı. Yoaş bunu cəmi üç dəfə etdi. Bu, Elişanın qəzəbinə səbəb oldu, çünki oxları beş-altı dəfə yerə vursaydı, ‘Aramlıları [suriyalıları] axıra qədər qıracaqdı’. Amma indi Yoaş cəmi üç dəfə, qismən qələbə çalacaqdı. O, səy göstərmədiyi üçün tam müvəffəqiyyət qazanmayacaqdı (2 Pad. 13:14—19). Biz bu hadisədən nə öyrənirik? Yehova yalnız Ona ürəkdən və səylə xidmət etdiyimiz təqdirdə bizə bol xeyir-dua verir.

w13-E 1/11 s. 11, abz. 5, 6

Bəndələrinə mükafat verən Allah

Yehova kimlərə mükafat verir? «Onu cidd-cəhdlə axtaranlara». Müqəddəs Kitab tərcüməçiləri üçün olan bir elmi əsərdə deyilir ki, «cidd-cəhdlə axtarmaq» kimi tərcümə olunan yunan sözü axtarışa çıxmaq yox, ibadət edərək Allaha yaxınlaşmaq mənasını verir. Digər əsərdə izah olunur ki, yunan dilində bu feilin işləndiyi forma gərgin və məqsədyönlü fəaliyyəti bildirir. Bəli, bütün qəlbi ilə Yehovanı sevən və Ona can-dildən ibadət edən insanlar mükafatsız qalmır. Yehova imanını bu cür göstərən insanlara mükafat verir (Mətta 22:37).

Bəs Yehova sadiq xidmətçilərini necə mükafatlandırır? Müqəddəs ruhun və Müqəddəs Kitabdakı hikmətin sayəsində onlar elə indinin özündə mənalı, gözəl həyat sürürlər (Zəbur 144:15; Mətta 5:3). Gələcəkdə isə Yehova Onu cidd-cəhdlə axtaran insanlara Cənnətə çevrilmiş Yer kürəsində əbədi həyat vəd edir. Bu mükafat Onun məhəbbətinin və səxavətinin sonsuz olduğunu göstərir (Vəhy 21:3, 4).

Hikmət xəzinəsindən incilər

w05 1/8 s 31, abz. 3

«İkinci Padşahlar» kitabından diqqətəlayiq fikirlər

13:20, 21 — Bu möcüzə müqəddəslərin quru cəsədinə sitayişi dəstəkləyirmi? Xeyr, dəstəkləmir. Müqəddəs Kitabda Elişanın sümüklərinin nə zamansa müqəddəs sayıldığı deyilmir. Elişa sağ ikən etdiyi möcüzələr Yehovanın qüvvəsi sayəsində olduğu kimi, bu möcüzə də Onun qüvvəsi sayəsində baş verdi.

12—18 DEKABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 PADŞAHLAR 16, 17

«Yehovanın səbrinin bir həddi var»

br2 s. 18, abz. 16

16 Samariya İsrailin onqəbiləli padşahlığının paytaxtı idi. Lakin burada Samariya adı ilə, ehtimal ki, bu padşahlığın bütün ərazisi nəzərdə tutulurdu (1 Padşahlar 21:1). Aşşur padşahı V Şalmaneser eramızdan əvvəl 742-ci ildə Samariya şəhərini mühasirəyə aldı. B. e. ə. 740-cı ildə şəhər ələ keçiriləndə onun nüfuzlu nümayəndələrindən bir çoxu Mesopotamiya və Midiyaya aparıldı. Samariyanı V Şalmaneserin, yaxudonun sələfi II Sarqonun zəbt etdiyi mə’lum deyil (2 Padşahlar 17:1-6, 22, 23; 18:9-12). Bununla belə, Sarqonun salnaməsində deyilir ki, Fərat çayının yuxarı axarına və Midiyaya 27 290 israilli sürgün edilmişdir.

w12 1/7 s. 24, abz. 2

«İzin ver evə qayıdaq»

Peyğəmbər bu sözləri yazanda onqəbiləli İsrail padşahlığının əhalisi sürgündə idi. Eramızdan əvvəl 740-cı ildə, Yeremyanın yaşadığı dövrdən neçə-neçə onilliklər qabaq, Yehova Allah bu ölkəni Aşşur padşahlığına təslim etdi. Bu, Allahın cəzası idi, çünki İsrail xalqı peyğəmbərlərin çoxsaylı xəbərdarlıqlarına məhəl qoymayıb günah yolu ilə gedirdi (2 Padşahlar 17:5—18). Allahın rəğbətini itirmiş, yurd-yuvasından didərgin düşmüş xalq inadından dönəcəkdimi? Yehova onları unutmamışdı ki? Geri qayıtmalarına izin verəcəkdimi?

w02 1/3 s. 10—11, abz. 10

Yehova səbirli Allahdır

Lakin tarix göstərir ki, Yehovanın səbrinin həddi var. Eramızdan əvvəl 740-cı ildə, O yol verdi ki, aşşurlular İsrailin on nəsildən ibarət olan padşahlığına qalib gəlsinlər və onun əhalisini əsir aparsınlar (2 Krallar 17:5, 6). Növbəti əsrin sonunda isə yol verdi ki, babillilər Yəhudanın iki nəsildən ibarət padşahlığına soxulub, Yerusəlimi məbədlə birgə dağıtsınlar (2 Tarixlər 36:16-19).

Hikmət xəzinəsindən incilər

jy s. 50, çər.

SƏMƏRİYYƏLİLƏR KİMLƏR İDİ?

Səməriyyə ərazisi cənubda yerləşən Yəhudiyyənin və şimalda yerləşən Cəlilənin arasında yerləşir. Padşah Süleymanın ölümündən sonra İsrailin on şimal qəbiləsi Yəhuda və Binyamin qəbiləsindən ayrılmışdı.

Bu on qəbilə danaya ibadət etməyə başlamışdı. Beləcə, eramızdan əvvəl 740-cı ildə Yehova yol verdi ki, aşşurlular Səməriyyəni ələ keçirsinlər. Onlar şəhər sakinlərinin çoxunu əsir apardılar, onların yerinə isə Aşşur imperiyasının şəhərlərinin camaatını yerləşdirdilər. Yad allahlara ibadət edən bu insanlar ölkədə qalan israillilərlə ailə qurdular. Zaman keçdikcə bu ərazinin sakinləri Tövratda olan sünnət kimi bəzi göstəriş və əmrləri mənimsəyib ibadət forması qurdular. Bununla belə, bu dini ayinləri həqiqi ibadət adlandırmaq olmazdı (2 Padşahlar 17:9—33; Əşiya 9:9).

İsa peyğəmbərin günlərində yaşayan səməriyyəlilər Musa peyğəmbərin yazdığı kitabları qəbul edirdilər, amma ibadətə Yerusəlimdəki məbədə getmirdilər. Onlar illər boyu Sixarın yaxınlığında, Qərizim dağındakı məbəddə ibadət edirdilər. Hətta məbəd dağılandan sonra da ibadətə ora gedirdilər. İsanın xidmət etdiyi illərdə səməriyyəlilərlə yəhudilər arasında düşmənçilik var idi (Yəhya 8:48).

19—25 DEKABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 PADŞAHLAR 18, 19

«Əleyhdarlar bizi zəiflətmək istəyir»

w05 1/8 s. 31, abz. 5

«İkinci Padşahlar» kitabından diqqətəlayiq fikirlər

18:19-21, 25 — Xizqiya Misir ilə müqavilə bağlamışdımı? Yox. Baş vəzir Yehovanın iradəsini yerinə yetirdiyini yalandan söylədiyi kimi, onun bu ittihamı da yalan idi. Sadiq padşah Xizqiya yalnız və yalnız Yehovaya güvənirdi.

w10 15/7 s. 13, abz. 3

«Qorxma, sənə kömək edəcəyəm»

Padşahın elçisi yalan iddialar irəli sürərək xalqın ürəyində şübhə toxumları əkməyə çalışırdı. O dedi: «Məgər bu həmin Allah [Yehova] deyildi ki, Xizqiya Onun səcdəgahlarını və qurbangahlarını aradan qaldırdı?.. Rəbb mənə “bu ölkəyə hücum edib onu viran et” dedi» (2 Pad. 18:22, 25). Bununla o sübut etmək istəyirdi ki, Yehova xalqından narazıdır və onların uğrunda müharibə etməyəcək. Ancaq bu, ağ yalan idi. Əksinə, Yehova Xizqiyadan və həqiqi ibadətə qayıdan yəhudilərdən razı idi (2 Pad. 18:3—7).

w13 15/11 s. 19, abz. 14

Başçılar bizim üçün hansı əhəmiyyəti daşıyır?

14 Aşşur padşahı Yerusəlimin cənub-qərbində, Lakişdə düşərgə saldı. Oradan üç elçisini Yerusəlimə göndərdi ki, xalqdan təslim olmağı tələb etsin. Onun baş elçisi müxtəlif fəndlərə əl atdı. İbrani dilində danışaraq o, xalqı padşaha xəyanət edib aşşurlulara tabe olmağa səslədi və onları rahat həyat sürəcəkləri bir diyara aparacaqlarına dair yalançı vədlər verdi. (2 Padşahlar 18:31, 32 ayələrini oxu.) Sonra baş elçi iddia etdi ki, digər xalqların allahları onlara ibadət edənləri qoruya bilmədiyi kimi, Yehova da yəhudiləri aşşurluların əlindən qurtara bilməyəcək. Xalqın bu böhtançıların yalanlarına uymaması tərifəlayiqdir. Bu gün də Yehovanın xidmətçiləri onların nümunəsini təqlid edir. (2 Padşahlar 18:35, 36 ayələrini oxu.)

yb74-E s. 177, abz. 1

II Hissə. Almaniya

«SS» məmurları dindaşlarımızı bəyannaməyə qol çəkdirmək üçün ən çirkin üsullara əl atırdılar. Ancaq kimsə qol çəkəndən sonra çox vaxt onlara qarşı daha da amansız olur, onları əvvəlkindən də çox sıxışdırırdılar. Karl Kirşt bu barədə deyir: «Həbs düşərgələrində hamıdan çox Yehovanın Şahidlərinə fırıldaq gəlirdilər. Fikirləşirdilər ki, bu üsulla onlara bəyannaməni imzalatdıra bilərlər. Bizə bunu dönə-dönə təklif edirdilər. İmzalayan olurdu. Amma əksər hallarda onların azadlığa buraxılması bir ildən çox çəkirdi. Azad olana qədər isə “SS” məmurları tez-tez onları hamının gözü qarşısında təhqir edir, riyakar, qorxaq adlandırırdılar, düşərgədən getməzdən əvvəl qardaşların ətrafında dırnaqarası “şərəf yürüşü” yeriməyə məcbur edirdilər».

Hikmət xəzinəsindən incilər

it-1-E s. 155, abz. 4

Arxeologiya

Məsələn, Müqəddəs Kitabda yazılıb ki, Aşşur padşahı Sinaxeribi iki oğlu, Ədraməlik və Şarasar öldürdü. Taxta isə onun yerinə digər oğlu, Asarxaddon çıxdı (2Pd 19:36, 37). Ancaq Babil salnaməsində deyilir ki, tevet ayının 20-də bir oğlu üsyan edib Sinaxeribi öldürdü. Eramızdan əvvəl III əsrdə yaşayan Babil kahini Beros və eramızdan əvvəl VI əsrdə yaşayan Babil padşahı Nabonid də eyni şeyi, Sinaxeribi bir oğlunun qətlə yetirdiyini deyib. Ancaq bu yaxınlarda Asarxaddon prizmasının bir parçası tapılıb. Sinaxeribin yerinə taxta çıxan Asarxaddon orada aydın şəkildə deyir ki, qardaşları (cəmdə) qiyam edib, atasını öldürdülər, sonra isə qaçıb getdilər. Filip Biberfeld bir kitabda bu barədə belə sözlər yazmışdı: «Babil salnaməsi, Nabonid və Beros səhvdir. Yalnız Müqəddəs Kitabda yazılan düz çıxdı. Asarxaddonun yazdıqları orada yazılan bütün xırdalıqları təsdiq etdi. Babil-Aşşur tarixində baş verən bu hadisə Babil mənbələrində yox, Müqəddəs Kitabda düzgün təsvir olunub. Bu, Müqəddəs Kitaba həmahəng olmayan müasir mənbələrin belə dəyərləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir».

26 DEKABR — 1 YANVAR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 PADŞAHLAR 20, 21

«Duanın gücü»

ip-1-E s. 394, abz. 23

Padşahın imanı mükafatlanır

23 Sinaxeribin ilk dəfə Yəhudaya hücum etdiyi vaxtlarda Hizqiyyə bərk xəstələnir. Əşiya ona deyir ki, o öləcək (Əşiya 38:1). 39 yaşlı padşah məyus olur. Onu təkcə özünün yox, həm də xalqının aqibəti narahat edir. Düşmən aşşurlular Yerusəlimi və Yəhudanı zəbt etmək istəyir. Bəs Hizqiyyə ölsə, döyüşə kim başçılıq edəcək? Həmin vaxt hələ Hizqiyyənin taxta çıxacaq oğlu yox idi. Hizqiyyə dua edib Yehovaya yalvardı ki, ona rəhm etsin (Əşiya 38:2, 3).

w17.03 s. 21, abz. 16

Yehovaya sidqi-ürəkdən ibadət edin!

16 Sonralar Hizqiyyə ölümcül xəstəliyə tutulur. O, Yehovaya yalvarır ki, onun sədaqətini yadına salsın. (2 Padşahlar 20:1—3 ayələrini oxuyun.) Müqəddəs Kitabda yazılanlardan bilirik ki, bizim dövrdə Yehova nə möcüzə ilə şəfa vermir, nə də ömrü uzatmır, buna görə də bunu Yehovadan gözləmirik. Amma hər birimiz Hizqiyyə kimi duada Allaha deyə bilərik: «Önündə sidqi-ürəklə, sədaqətlə yerimişəm». Bəs siz inanırsınız ki, yatağa düşəndə belə, Yehova sizə dayaq olacaq? (Zəb. 41:3).

g01-E 22/7 s. 13, abz. 4

Duanın köməyi

Qədimdə Yehova bəzən mömin insanların duasına birbaşa, hətta möcüzəvi şəkildə cavab verirdi. Məsələn, Hizqiyyə padşah ölümcül xəstəliyə tutulduğunu biləndə dua edib Allahdan kömək istədi. Allah ona dedi: «Duanı eşitdim. Göz yaşlarını gördüm. Sənə şəfa verəcəyəm» (2 Padşahlar 20:1—6). Allahdan qorxan digər kişi və qadınlar da dualarına Allahdan birbaşa cavab almışdılar (1 İşmuil 1:1—20; Dənyal 10:2—12; Həvarilərin işləri 4:24—31; 10:1—7).

Hikmət xəzinəsindən incilər

it-2-E s. 240, abz. 1

Taraz

Tarazdan binanı düzgün tikmək üçün istifadə olunurdu, yaxud da bu alət vasitəsilə yoxlayırdılar ki, binanı saxlamağa dəyər, ya yox. Yehova demişdi ki, Səməriyyəni ölçdüyü ölçü ipi ilə özbaşına Yerusəlimi də ölçəcək, Əhəb evi üçün işlətdiyi tarazı onun üçün də işlədəcək. Allah Səməriyyəni və Əhəb padşahın evini ölçəndə onların əxlaqi cəhətdən əyri olduğunu görmüşdü, buna görə də onları məhv etmişdi. Bunun kimi, Yerusəlimi və onun rəhbərlərini də mühakimə edəcəkdi, onların şər əməllərini ifşa edib, şəhəri məhv edəcəkdi. Bu, eramızdan əvvəl 607-ci ildə baş verdi (2Pd 21:10—13; 10:11). Yehova lovğa insanlar, Yerusəlimdəki rəhbərlər haqda demişdi: «Mən ədaləti ölçü ipi, salehliyi taraz edəcəyəm». Əşiya peyğəmbər onlara Yehovanın bu sözlərini çatdırmış, onlara xəbərdarlıq etmişdi ki, başlarının üstünü bəla kəsdirib. Əsl ədalət və salehlik meyarları kimin mömin, kimin allahsız olduğunu üzə çıxaracaqdı. Və nəticədən asılı olaraq, onlar ya sağ qalacaqdılar, ya da məhv ediləcəkdilər (Əş 28:14—19).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş