-
Noyabrın 12-dən başlanan həftənin cədvəliMüqəddəs ibadətimiz 2012 | noyabr
-
-
Noyabrın 12-dən başlanan həftənin cədvəli
NOYABRIN 12-DƏN BAŞLANAN HƏFTƏ
Mahnı 10 və dua
□ Yığıncağın Müqəddəs Kitab öyrənməsi
lv fəs. 1, abz. 10—18, s. 13-dəki çər. (30 dəq.)
□ Teokratik Xidmət Məktəbi
Müqəddəs Kitabın oxunması: Amos 1—9 (10 dəq.)
№ 1: Amos 3:1—15 (4 dəq. və ya az)
№ 2: Allahın ürəyini sevindirən uşaqlar (lr fəs. 41) (5 dəq.)
№ 3: Məzmur 51:17 ayəsindən necə faydalana bilərik? (5 dəq.)
□ Xidməti görüş
10 dəq. «Əgər kimsə deyirsə: “Siz İsa Məsihi qəbul etmirsiniz”». «Mülahizə» kitabının 192-ci səhifəsinin 3-cü abzasından 193-cü səhifəsinin 2-ci abzasına (rus. [rs-TK s. 232, abz. 3 — s. 233, abz. 2]) qədər olan materiala əsaslanan müzakirə. Bir-iki təklifi səhnələşdir.
10 dəq. Nə öyrənirik? Müzakirə. Mark 1:16—20 ayələrini oxu. Bu ayələrin xidmətdə necə faydalı olduğunu nəzərdən keçir.
10 dəq. «Gördüyün işdən zövq al». Sual-cavab.
Mahnı 44 və dua
-
-
Gördüyün işdən zövq alMüqəddəs ibadətimiz 2012 | noyabr
-
-
Gördüyün işdən zövq al
1. Xidmət etmək səyimizi nə zəiflədə bilər?
1 İnsan «gördüyü işdən zövq [almaq]» üçün yaradılıb (Vaiz 2:24). Lakin xidmətimizin müsbət nəticələrini görməsək, ruh düşkünlüyü bizi sevincdən məhrum edə və səyimizi azalda bilər. Bəs müsbət əhval-ruhiyyəmizi qorumağa bizə nə kömək edə bilər?
2. Nəyə görə xidmətə real baxmalıyıq?
2 Realist ol. İsanın təbliğinə çox az adamın hay verməsinə baxmayaraq, onun xidmətinin uğurlu olduğuna heç bir şübhə yoxdur (Yəh. 17:4). İsa əkinçi məsəlində demişdi ki, nəticədə bir çoxlarının ürəyi Padşahlıq haqqında xəbərin toxumlarını qəbul etməyə meyilli olmayacaq (Mat. 13:3—8, 18—22). Buna baxmayaraq, səy göstərməyin sayəsində xidmətimiz səmərəli olacaq.
3. Təbliğ etdiyimiz xoş xəbərə çox az insan hay versə də, biz necə bar verə bilərik?
3 Biz necə çoxlu bar verə bilərik? İsanın məsəlinə əsasən, xoş xəbəri qəbul edənlər bəhrə verməli idilər (Mat. 13:23). Buğdanın saplağı böyüyüb yetişdikdə onlar kiçik saplaqlar deyil, bəhrə şəklində yeni toxumlar verir. Eynilə, məsihçinin də bar verməsi mütləq yeni şagirdlər hazırlaması deyil, Padşahlıq haqqında xoş xəbəri təbliğ edərək çoxlu toxum səpməsidir. İnsanların xoş xəbərə münasibətindən asılı olmayaraq, Padşahlıq toxumunun səpilməsinin gətirdiyi fayda bizə məmnunluq gətirəcək. Bununla biz Yehovanın adının müqəddəs tutulmasında öz töhfəmizi vermiş olacağıq (Yeşaya 43:10—12; Mat. 6:9). Allahın əməkdaşları olmaq şərəfi bizə sevinc bəxş edəcək (1 Kor. 3:9). Üstəlik, «dilimizin bəhrəsini» təqdim etməyimiz Yehovaya xoşdur (İbr. 13:15, 16).
4. Xəbərimiz olmadan xidmətimiz hansı bəhrələr verə bilər?
4 Bundan əlavə, biz öz zəhmətimizin nəticəsini görməyə bilərik. Çox ehtimal ki, İsanın təbliğinə qulaq asanlardan bəziləri o, yerüzü xidmətini başa vuranadək onun şagirdi olmadı. Eynilə, bizim də səpdiyimiz Padşahlıq toxumları insanın ürəyində dərhal kök atıb inkişaf etməyə bilər və o, həqiqətə gələndə bizim bundan xəbərimiz olmaya bilər. Əslində isə, bizim xidmətimizin faydası çoxdur. Buna görə də, gəlin çoxlu bar verək və İsanın şagirdi olduğumuzu sübut edək (Yəh. 15:8).
-