«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
© 2023 Watch Tower Bible and Tract Society of Pennsylvania
4—10 SENTYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏSTƏR 1, 2
«Əstər kimi təvazökar olmağa can atın»
Hər vəziyyətdə təvazökar olun
11 Çoxlu tərif eşidəndə və yersiz tərif olunanda da insanın nə dərəcədə təvazökar olduğu üzə çıxa bilər. Gəlin görək Əstər bu cür vəziyyətdə necə davrandı, həyatında baş verən gözlənilməz dəyişikliklər onun xasiyyətinə necə təsir etdi. O, Fars imperiyasındakı say-seçmə gözəllərdən biri idi. Əstər şah sarayında bir il gözəllik qulluğu keçmişdi. O, hər gün bütün imperiyadan toplanan və şahın rəğbətini qazanmaq üçün dəridən-qabıqdan çıxan gənc qızlarla ünsiyyət edirdi. Nəhayətdə şah Əstəri məlikə təyin etdi. Bütün bunlar Əstəri dəyişmədi. O, qürurlanmadı, təvazökar, xeyirxah və hörmətcil insan olaraq qaldı (Əst. 2:9, 12, 15, 17).
O, Allahın xalqının müdafiəsinə qalxdı
15 Şahın hüzuruna çıxmaq növbəsi Əstərə çatdı. Ona təklif etdilər ki, özünü bəzəmək üçün nə lazımdırsa götürsün. Əstərsə sadə qız idi, Həqayın məsləhət bildiyi şeylərdən savayı heç nə götürmədi (Əst. 2:15). Yəqin o düşünürdü ki, şahın ürəyini fəth etmək üçün yalnız gözəllik kifayət deyil, ən vacibi sarayda az rast gəlinən sadəlik və həlimlikdir. Görəsən, o, düz fikirləşirdi?
Hər vəziyyətdə təvazökar olun
12 Təvazökar insanın geyim-kecimində, rəftarında həmişə ləyaqət və hörmət özünü göstərir. O başa düşür ki, yersiz yerə diqqəti özünə cəlb etməklə yox, «sakit və həlim ruh» təzahür etdirməklə insanların ürəyini fəth etmək olar. (1 Butrus 3:3, 4 ayələrini oxuyun; Ərm. 9:23, 24.) İnsanın özü haqqında hansı fikirdə olduğu gec-tez onun hərəkətlərində özünü büruzə verəcək. Məsələn, insan sözarası öhdəsinə düşən işin xüsusi olduğunu, məsul qardaşlarla yaxın münasibəti olduğunu deyə və biliyini nümayiş etdirə bilər. Yaxud başqalarının köməyi ilə ərsəyə gələn bir işi öz adına yaza bilər. Bəs İsa belə davranardımı? Xeyr! Onun sözlərinin əksəriyyəti Tövrata əsaslanırdı, o, tez-tez oradan sitatlar gətirirdi. O, çox təvazökar insan idi, danışdıqlarını özünün təxəyyülünün və hikmətinin məhsulu kimi qələmə vermirdi. Həmişə öz nitqində Yehovanı ucaldırdı (Yəh. 8:28).
Hikmət xəzinəsindən incilər
Bilirsiniz?
Tədqiqatçılar fars mixi yazısında Marduka adlı insan barədə bəzi məlumatlar tapmışdılar. (Azərbaycan dilində Mərdəhay.) O, Şuşda inzibatçı, çox yəqin ki, xəzinədar işləyirdi. Şərq tarixi üzrə mütəxəssis Artur Unqnad demişdi ki, həmin vaxt bu mixi yazı, «Müqəddəs Kitabı çıxmaq şərti ilə, Mərdəhayın adı keçən yeganə mənbə» idi.
Unqnadın dediyi bu sözlərdən bəri alimlər minlərlə fars mixi yazıları tərcümə ediblər. Onların arasında Persepol gil lövhəcikləri də var. Bu lövhəciklər Persepol şəhərinin qalıqları arasından tapılıb. Onlara şəhər darvazasının yanında xəzinənin olduğu ərazidə rast gəlinib. Bu lövhəciklər I Kserksin hakimiyyəti dövrünə aiddir. Onlar elam dilindədir və orada «Əstər» bölməsində olan bəzi adlara rast gəlmək mümkündür.
Bəzi Persepol gil lövhəciklərində qeyd olunur ki, Marduka adlı şəxs şah I Kserksin hakimiyyəti dövründə Şuş sarayında şah mirzəsi vəzifəsində çalışıb. Bir lövhəcikdə isə Mardukanın dilmanc olduğu qeyd olunur. Bu xırda təfsilat Müqəddəs Kitabda Mərdəhayla bağlı olan məlumatla uzlaşır. O, şah Ahaşveroşun (I Kserks) saray əyanı idi və ən azı, iki dildə danışırdı. Mərdəhay adətən Şuşda şah darvazasında otururdu (Əst. 2:19, 21; 3:3). Şah darvazası saray əyanlarının işlədiyi əzəmətli bir tikili idi.
Göründüyü kimi, lövhəciklərdə adı çəkilən Marduka ilə Müqəddəs Kitabda yazılan Mərdəhay arasında mühüm oxşarlıqlar var. Onlar eyni dövrdə, eyni yerdə yaşayıblar, eyni məkanda işləyiblər və eyni vəzifələri icra ediblər. Bütün bu oxşarlıqlardan belə qənaətə gəlmək olar ki, Marduka və «Əstər» bölməsində adı çəkilən Mərdəhay eyni şəxslər olub.
11—17 SENTYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏSTƏR 3—5
«Başqalarının potensialını üzə çıxarın»
Mərdəhay
18 Şah Ahaşveroş Həman adlı bir əyanın rütbəsini qaldırdı. Onu baş vəzir təyin etdi. Beləcə, Həman şahın baş məsləhətçisi və Fars imperiyasında ikinci adam oldu. Şah əmr verdi ki, hər kəs Həmanın qarşısında baş əysin (Əst. 3:1—4). Mərdəhay bu əmrə tabe ola bilməzdi. O başa düşürdü ki, şaha tabe olmaq lazımdır, amma bir şərtlə ki, Allaha hörmətsizlik etməsin. İş orasındadır ki, Həman aqaqlı idi. Görünür, o, İşmuil peyğəmbərin qətlə yetirdiyi Əmalik padşahı Aqaqın nəslindən idi (1 İşm. 15:33). Əmaliqələr mənfur xalq idi, onlar Yehova Allaha və Onun xalqına düşmən kəsilmişdilər. Allah bütün bu xalqı məhvə məhkum etmişdi (Qan. 25:19). Mömin bir yəhudi hansısa əmaliqənin qarşısında necə baş əyə bilərdi? Mərdəhay bunu edə bilməzdi. O, Həmana baş əymirdi. Həvarilərin işləri 5:29 ayəsində deyilir: «Biz insanlara yox, hökmdarımız Allaha itaət etməliyik». Bu günə kimi Allahın bir çox sadiq bəndələri, həm qadınlar, həm kişilər bu sözlərə əsasən davranıb həyatlarını təhlükə altına atmışlar.
21 Mərdəhay başa düşürdü ki, qırğının qabağını almalıdır. Amma necə? Əstər Mərdəhayın nə vəziyyətdə olduğunu eşidəndə ona paltar göndərdi. Lakin o, sakitləşmək bilmirdi. Ola bilsin, əvvəllər Mərdəhay başa düşmürdü, nəyə görə Yehova Allah Əstərin ondan ayrılmasına və bütpərəst hökmdarın məlikəsi olmasına izin verib. İndi isə hər şey ona gün kimi aydın idi. Mərdəhay məlikəyə xəbər göndərib dedi ki, xalqının müdafiəsinə qalxsın, gedib şahla danışsın, ondan mərhəmət diləsin (Əst. 4:4—8).
23 Mərdəhay Əstərə qəti cavab göndərdi və bu cavab onu cəsarətləndi. O, Əstərə söylədi ki, əgər bir tədbir görməsə, Allah başqa bir yolla yəhudiləri xilas edəcək. Bəs Əstər qırğın başlayanda canını necə qurtaracaq? Mərdəhayın sözlərindən onun Yehova Allaha tam güvəndiyini görürük. O əmin idi ki, Allah heç vaxt xalqının məhv olmasına yol verməyəcək və vədlərini mütləq yerinə yetirəcək (Yuş. 23:14). Mərdəhay Əstərə dedi: «Kim bilir, bəlkə, sən elə bu gün üçün məlikə olmusan» (Əst. 4:12—14). Mərdəhay bizim üçün gözəl örnəkdir. O, bütün qəlbi ilə Yehova Allaha güvənirdi. Bəs biz? (Məs. 3:5, 6).
O, Allahın xalqının müdafiəsinə qalxdı
22 Bu xəbəri eşidəndə Əstərin canına qorxu düşdü. Onun imanı ciddi sınağa çəkilirdi. O, qorxurdu və qorxduğunu Mərdəhaya açıq-aşkar söylədi. Mərdəhaya şahın qanununu xatırlatdı və dedi ki, şahın hüzuruna dəvətsiz gələn adamı ölüm hökmü gözləyir. Yalnız şah qızıl əsasını ona uzatsa, o sağ qala bilər. Xüsusilə də şahın sözünü yerə salıb onun hüzuruna gəlməyən Vaştinin aqibətini düşündükcə yəqin Əstər sağ qalacağına heç ümid etmirdi. O, Mərdəhaya bildirdi ki, şah otuz gündür onu hüzuruna çağırmır. Uzun müddət onu hüzuruna çağırmadığı üçün, bəlkə də, düşünürdü ki, şah artıq onu bəyənmir (Əst. 4:9—11).
23 Mərdəhay Əstərə qəti cavab göndərdi və bu cavab onu cəsarətləndi. O, Əstərə söylədi ki, əgər bir tədbir görməsə, Allah başqa bir yolla yəhudiləri xilas edəcək. Bəs Əstər qırğın başlayanda canını necə qurtaracaq? Mərdəhayın sözlərindən onun Yehova Allaha tam güvəndiyini görürük. O əmin idi ki, Allah heç vaxt xalqının məhv olmasına yol verməyəcək və vədlərini mütləq yerinə yetirəcək (Yuş. 23:14). Mərdəhay Əstərə dedi: «Kim bilir, bəlkə, sən elə bu gün üçün məlikə olmusan» (Əst. 4:12—14). Mərdəhay bizim üçün gözəl örnəkdir. O, bütün qəlbi ilə Yehova Allaha güvənirdi. Bəs biz? (Məs. 3:5, 6).
Hikmət xəzinəsindən incilər
Azad ibadət uğrunda mübarizə
14 Qədimdə yaşamış Əstər və Mərdəhay kimi, bu gün də Allahın xalqı Onun buyurduğu kimi azad şəkildə ibadət etmək hüququ uğrunda mübarizə aparır (Əst. 4:13—16). Əlbəttə, hüquqi haqsızlıqlar ucbatından əziyyət çəkən ruhani bacı-qardaşlarınız üçün daima dua etməklə bu mübarizədə siz də iştirak edə bilərsiniz. Bu cür dualar təqib və sınaqlarla üzləşən həmimanlılarımız üçün əsil köməkdir. (Yaqub 5:16 ayəsini oxuyun.) Bəs Yehova belə dualara cavab verirmi? Məhkəmələrdə qazandığımız qələbələr buna canlı bir sübutdur! (İbr. 13:18, 19).
18—24 SENTYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏSTƏR 6—8
«Gözəl ünsiyyət qurmaqda örnək»
O, ağılla, cəsarətlə və fədakarcasına davrandı
15 Əstərin səbir edib daha bir gün gözləməsi Həmanın məhvinə yol açdı. Sizcə, şahın yuxusunun qaçmasına Yehova Allah səbəb ola bilməzdi? (Məs. 21:1). Müqəddəs Kitab bizi Allahı səbirlə gözləməyə çağırır. (Mikə 7:7 ayəsini oxu.) Əgər biz Yehova Allaha güvənib Onu gözləyəriksə, onda Allah problemlərimizi bizdən qat-qat yaxşı həll edəcək.
O, cəsarətlə danışır
16 Əstər daha şahın səbrini tarıma çəkmək istəmir. İkinci dəfə qurduğu ziyafətdə hər şeyi açıb şaha danışmaq qərarına gəlir. Bəs nə vaxt danışsa, yaxşı olar? Ziyafət zamanı şah yenə də Əstərdən nə dilədiyini soruşur (Əst. 7:2). İndi danışmaq olar.
O, ağılla, cəsarətlə və fədakarcasına davrandı
17 Yəqin Əstər əvvəlcə ürəyində Yehova Allaha dua edir və sonra şaha deyir: «Əgər mən şahın iltifatını qazanmışamsa və şaha xoşdursa, xahişim budur ki, şah mənə həyat bəxş etsin, diləyim budur ki, xalqıma qıymasın» (Əst. 7:3). Əstər bu sözlərlə göstərir ki, şahın çıxardığı hər bir hökmə hörmətlə yanaşır. O, əvvəlki məlikə Vaşti kimi ərini hörmətdən salmır (Əst. 1:10—12). Üstəlik, şahı Həman kimi adama inandığı üçün tənqid etmir. Əksinə, şaha yalvarır ki, onu ölümdən qurtarsın.
O, ağılla, cəsarətlə və fədakarcasına davrandı
18 Bu sözləri eşidəndə şahı, sanki, ildırım vurur. Görəsən, kim cürət edib onun məlikəsinin həyatına qəsd etmək istəyir? Əstər deyir: «Çünki biz, mən və xalqım qırğına, ölümə, məhvə satılmışıq. Əgər köləliyə satılsaydıq, susardım. Bu fəlakətə yol verilsə, şah ziyan çəkəcək» (Əst. 7:4). Fikir verin ki, Əstər şaha hər şeyi açıb danışır, həmçinin şaha deyir ki, onları qul-qarabaş kimi satsaydılar, susub danışmazdı. Əstər yəhudilərin qırğını barədə susa bilməz, çünki bu qırğının hətta şaha zərəri olacaq.
19 Biz Əstərdən vacib bir şey öyrənirik. Əgər yaxın adamımızla, yaxud səlahiyyət sahibi ilə ciddi problem barədə danışmaq istəyiriksə, onda səbirli, hörmətcil olmalı və açıq danışmalıyıq (Məs. 16:21, 23).
Hikmət xəzinəsindən incilər
«Ester» kitabından diqqətəlayiq fikirlər
7:4 — Yəhudilərin soyqırımı padşaha hansı mə’nada ‘ziyan gətirə’ bilərdi? Ester padşaha nəzakətlə bildirdi ki, yəhudiləri kölə kimi satmaq da olardı. Bununla o, qırğının padşaha maddi ziyan gətirəcəyinə işarə etdi. Bu necə ola bilər? Hamanın padşahın xəzinəsinə və’d etdiyi 10 000 talant gümüş pul, yəhudiləri kölə kimi satmaqdan əldə oluna biləcək gəlirlə müqayisədə çox kiçik məbləğ idi. Həmçinin sui-qəsdin icrası mələkənin də öldürülməsi demək idi.
25 SENTYABR — 1 OKTYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏSTƏR 9, 10
«O, səlahiyyətindən xalqının rifahı üçün istifadə etdi»
it-2-E s. 432, abz. 2
Mərdəhay
Mərdəhay Həmanın yerinə baş vəzir təyin edilir və ona dövlət sənədlərini imzalamaq üçün şahın möhür üzüyü verilir. Əstər şah tərəfindən ona verilmiş Həmanın evinin idarəsini Mərdəhaya həvalə edir. Sonra Mərdəhay şahın verdiyi səlahiyyətdən istifadə edərək yəhudilərə özlərini müdafiəyə hüququ verən fərman imzalayır. Yəhudilər üçün bu, qurtuluş idi, şad xəbər idi. Fars imperiyasının tabeliyi altında yaşayan bir çox insan yəhudilərlə birləşmişdi və onlar adar ayının 13-ü, yəni fərmanın qüvvəyə mindiyi gün artıq hazır vəziyyətdə idilər. Dövlət məmurları da Mərdəhayın yüksək mövqeyinə görə yəhudilərin tərəfində idilər. Şuşda döyüşlər bir gün də uzadıldı. Fars imperiyasında yəhudilərin 75 000-dən çox düşməni, o cümlədən Həmanın on oğlu öldürüldü (Əs 8:1—9:18). Əstərin dəstəyi ilə Mərdəhay adar ayının 14-nü və 15-ni «Purim günləri» kimi qeyd edilməsini əmr verdi. Həmin günlərdə insanlar sevinir, bayram edir və bir-birilərinə, həmçinin yoxsullara hədiyyələr verirdilər. Yəhudilər bu adəti qəbul etdilər və övladlarına, eləcə də gələcəkdə onlara qoşulacaq hər kəsə aşıladılar. Ölkədə ikinci şəxs olan Mərdəhay Allahın seçilmiş xalqının — yəhudilərin ona olan hörmətini qiymətləndirir və onların naminə çoxlu işlər görməyə davam edirdi (Əs 9:19—22, 27—32; 10:2, 3).
it-2-E s. 716, abz. 5
Purim
Məqsəd. Bəzi şərhçilər qeyd edir ki, bu gün yəhudilərin qeyd etdikləri Purim bayramı əsas etibarı ilə dini yox, dünyəvi xarakter daşıyır və bu bayramda bəzən ifrata varılır. Lakin qədimdə, bayram təsis olunan vaxt bu belə deyildi. Mərdəhayla Əstər Allahın sadiq xidmətçiləri idilər və bayramı Allahı şərəfləndirmək üçün təsis etmişdilər. Yəhudilər qurtuluşlarına görə Yehova Allaha borclu idilər. Çünki, Mərdəhayın Yehovaya hədsiz sədaqətinə görə xalqın həyatı təhlükə altında idi. Həman çox güman ki, Allahın məhv hökmü kəsdiyi əmaliqə nəslindən idi. Mərdəhay Allahın qərarına hörmətlə yanaşdığı üçün Həmana təzim etməkdən imtina etmişdi (Əs 3:2, 5; Çx 17:14—16). Həmçinin Mərdəhayın Əstərə dediyi sözlərdən (Əs 4:14) görə bilərik ki, o, Allahdan kömək gözləyirdi. Əstərin şahın hüzuruna gəlməzdən və ziyafət təşkil etməzdən qabaq oruc tutmasından görünür ki, o, kömək üçün Allaha sığınırdı (Əs 4:16).
cl-E s. 101—102, abz. 12, 13
Səlahiyyətinizi icra edərkən «Allaha bənzəməyə çalışın»
12 Yehova məsihi yığıncağında rəhbərlik etmələri üçün ağsaqqallar təyin edib (İbranilərə 13:17). Bu yetkin insanlar Allahın verdiyi səlahiyyətdən Onun xalqına kömək etmək, ruhani cəhətdən qeydinə qalmaq üçün istifadə etməlidirlər. Bəs onların «ağsaqqal» adlanması o deməkdir ki, onlar dindaşları üzərində ağalıq edə bilərlər? Xeyr! Ağsaqqallar yığıncaqdakı mövqelərinə tarazlı yanaşmalı və təvazökar olmalıdırlar (1 Butrus 5:2, 3). Müqəddəs Kitabda nəzarətçilərə xitabən deyilir: «Allahın Öz Oğlunun qanı bahasına aldığı yığıncağını [otarın]» (Həvarilərin işləri 20:28). Bu, yığıncaqdakı hər bir məsihiyə şəfqətlə yanaşmaq üçün ən vacib səbəblərdən biridir.
13 Belə bir nümunəyə nəzər salaq. Təsəvvür edin ki, yaxın dostunuz onun üçün çox dəyərli olan bir şeyi sizə əmanət edib. Bilirsiniz ki, dostunuz bu şeyi çox baha qiymətə alıb. Yəqin, bu əşya ilə çox ehtiyatla və incə davranardınız. Eynilə, Allah da Onun üçün olduqca dəyərli olan xalqını — məsihi yığıncağını ağsaqqallara əmanət edib (Yəhya 21:16, 17). Yehova quzularını çox, lap çox sevir, çünki onları yeganə Oğlu İsa Məsihin qiymətli qanı bahasına qazanıb. Bu, Yehovanın quzuları üçün ödəyə biləcəyi ən yüksək dəyər idi. Təvazökar ağsaqqallar bunu yadda saxlayır və Yehovanın xalqı ilə layiqli şəkildə davranırlar.
Hikmət xəzinəsindən incilər
«Ester» kitabından diqqətəlayiq fikirlər
9:10, 15, 16 — Fərman düşmənlərin malının talan edilməsinə izin versə də, yəhudilər nə üçün talana əl atmadılar? Yəhudilər talana əl atmamaqla göstərdilər ki, onların əsl məqsədi varlanmaq deyil, özlərini müdafiə etməkdir.
2—8 OKTYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏYYUB 1—3
«Yehovanı dərin məhəbbətlə sevdiyinizi həmişə göstərin»
Nuh, Dənyal və Əyyubun iman və itaətkarlığını örnək alaq
16 Əyyubun imanını sınayan vəziyyətlər. Əyyub peyğəmbər dünyanın hər üzünü görmüşdü. Əvvəl o, «Şərqdə ən nüfuzlu adam idi» (Əyy. 1:3). Varı-dövləti başından aşır, hörmət-izzət sahibi idi (Əyy. 29:7—16). Amma bu şeylər onun gözünü kor etməmiş, Allahdan soyutmamışdı. O, salehliyini qoruyub saxlamışdı. Yehova onu «qulum» adlandırmış, «dürüst, kamil, Allahdan qorxan, şərdən uzaq duran» adam kimi təsvir etmişdi (Əyy. 1:8).
17 Ard-arda gələn fəlakətlər nəticəsində Əyyubun dünyası alt-üst olur. Qısa bir müddət içində bu varlı-hallı adam gələcəyə ümidini itirmiş yoxsula çevrilir. Bütün bu bədbəxtliklərin arxasında duran isə Şeytan idi. O, yalandan iddia edirdi ki, Əyyub Allaha ibadətdə mənfəət güdür. (Əyyub 1:9, 10 ayələrini oxuyun.) Yehova Allah bu ittihama səssiz qalmadı. O, Əyyuba öz sədaqətini sübut etmək, ibadətinin təmiz niyyətdən irəli gəldiyini nümayiş etdirmək üçün imkan yaratdı.
Kamilliyinizi qoruyun!
10 Şeytanın Əyyubla bağlı qaldırdığı ittihamlar hamımıza aiddir. Hansı mənada? Mahiyyət etibarilə Şeytan deyir ki, əslində siz Allahı sevmirsiniz, həyatınızı qorumaqdan ötrü Allaha ibadət etməyə son qoyarsınız və kamilliyinizi sonadək qorumayacaqsınız (Əyy. 2:4, 5; Vəhy 12:10). Yəqin ki, bu ittihamları eşitmək sizə qəlb ağrısı verir. Amma gəlin düşünək: Yehova sizə o qədər etibar edir ki, Şeytana sizi sınağa çəkməyə izin verir. Bununla qarşınızda möhtəşəm bir imkan açır: siz kamilliyinizi qoruyaraq Şeytanın yalançı olduğunu sübut edə bilərsiniz. Yehova sizin sadiq qala biləcəyinizə əmindir. Üstəlik, O, bu sahədə sizə kömək edəcəyinə söz verir (İbr. 13:6). Kainatın Hökmdarının bizə etibar etdiyini bilmək necə də gözəl hissdir! Kamil olmağın nə qədər vacib olduğunu yəqin indi daha yaxşı başa düşürsünüz. Çünki bunun sayəsində biz Şeytanın yalanlarını təkzib edirik, Yehovanın adını ucaldırıq və Onun hakimiyyətini dəstəkləyirik. Bəs kamilliyimizi necə qoruya bilərik?
Hikmət xəzinəsindən incilər
Məsihin son sözlərindən nə öyrənirik?
9 İsa nə demişdi? Son nəfəsini verməzdən əvvəl İsa ucadan dedi: «Allahım, Allahım, niyə məni tərk etdin?» (Mət. 27:46). Müqəddəs Kitabda İsanın nəyə görə belə dediyi izah olunmur. Amma gəlin görək bu sözlər hansı mənanı kəsb edir. Birincisi, İsa bu sözləri söyləməklə Zəbur 22:1 ayəsindəki peyğəmbərliyi yerinə yetirdi. Bundan əlavə, bu sözlər göstərdi ki, Yehova həmin an Oğlunu qorumurdu (Əyy. 1:10). İsa başa düşürdü ki, imanını ölənədək tam sınasınlar deyə, Atası onu düşmənlərinin əlinə verib. Heç bir insanın imanı bu dərəcədə sınanmayıb. Bundan əlavə, bu sözlər təsdiq edirdi ki, o, ölümə layiq heç bir cinayət törətməmişdi.
9—15 OKTYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏYYUB 4, 5
«Dezinformasiyaya aldanmayın»
it-1-E s. 713, abz. 11
Əlifəz
2. Əyyubun üç dostundan biri (Əy 2:11). Ehtimal ki, o, yuxarıda adı çəkilən Əlifəzin nəslindən idi, əslən təhmani idi. Yəni, İbrahimin nəslindən idi və Əyyubun uzaq qohumu sayılırdı. Əlifəz və onun nəslindən olanlar öz hikmətləri ilə öyünürdülər (Ər 49:7). Əyyuba «təsəlli» verənlər arasında Əlifəz vacib və səlahiyyətli şəxs kimi seçilirdi, ola bilsin, içərilərində ən yaşlısı o idi. Əyyubla olan hər üç söhbətdə sözə birinci başlayan və ən çox danışan Əlifəz olub.
Yanlış düşüncə tərzinə müqavimət göstərin!
Bir dəfə yaşadığı fövqəltəbii hadisə haqda xatırlayaraq, Elifaz deyir: «Qarşımdan bir ruh keçdi, bütün tüklərimi ürpətdi. Ruh dayandı, bunun nə olduğunu bilmədim. Gözlərimin önündə bir surət dururdu, sükunətin içindən bir səs eşitdim» (Əyyub 4:15, 16). Elifazın düşüncəsinə tə’sir edən hansı «ruh» idi? Ondakı tənqidi əhval-ruhiyyədən görünür ki, bu, qətiyyən Allahın saleh mələyi ola bilməzdi (Əyyub 4:17, 18). Həmin ruh pis ruhani varlıq idi. Əks təqdirdə, Yehova Elifazı və onun üç dostunu yalan sözlərinə görə məzəmmət etməzdi (Əyyub 42:7). Bəli, Elifaz cinlərin tə’siri altında idi. Onun sözlərində Allaha tamamilə yad olan düşüncə tərzi əks olunurdu.
Şeytanın təbliğatına qarşı dur
Şeytan Əyyuba baş çəkməyə gələn üç nəfərin arasında olan Elifazdan istifadə edərək insanların onun hücumları qarşısında aciz olduğunu söylədi. İnsanlar haqda «palçıq evlərdə» yaşayanlar kimi danışaraq o, Əyyuba dedi: «Mayası torpaqdan olanlara, güvədən tez əzilənlərə O güvənərmi? Ömürləri səhərdən axşama çatmır, fərqi yoxdur, hamı əbədi yox olur» (Əyy. 4:19, 20).
Müqəddəs Yazıların başqa yerində biz «saxsı» — gildən hazırlanmış tezsınan ‘qablara’ bənzədilirik (2 Kor. 4:7). Biz miras aldığımız günah və qeyri-kamillik ucbatından zəifik (Rom. 5:12). Öz gücümüzlə Şeytanın hücumları qarşısında durmaq mümkün deyil. Amma məsihçi olduğumuz üçün biz Yehovanın köməyinə arxalana bilərik. Zəifliklərimizə baxmayaraq, biz Onun gözündə qiymətliyik (Yeşaya 43:4). Üstəlik, Yehova diləyənlərə müqəddəs ruh verir (Luka 11:13). Onun ruhu bizə «ən üstün qüdrət»i verə bilər ki, Şeytanın başımıza gətirdiyi bəlalara tab gətirə bilək (2 Kor. 4:7; Filip. 4:13, İ—93). Əgər «möhkəm imanla» İblisə qarşı dursaq, Allah bizi möhkəmləndirəcək və güc verəcək (1 Pet. 5:8—10). Buna görə də Şeytan İblisdən qorxmalı deyilik.
mrt məqalə 32, abz. 13—17
Özünüzü dezinformasiyadan qoruyun
● Məlumatın mənbəyinə və məzmununa diqqət yetirin
Müqəddəs Kitabda deyilir: «Hər şeyin doğru olub-olmadığını yoxlayın» (1 Salonikililərə 5:21).
Hətta populyar və xəbərlərdə tez-tez təkrarlanan məlumata inanmazdan və onu başqaları ilə bölüşməzdən əvvəl onun doğru olub-olmadığını yoxlayın. Bunu necə etmək olar?
İlk növbədə mənbənin etibarlı olub-olmadığını yoxlayın. Xəbər agentlikləri və digər təşkilatlar siyasi və maddi maraqlarından irəli gələrək məlumatı təhrif edə bilər. Bir mənbədən eşitdiyiniz xəbəri digər mənbələrdə deyilənlərlə müqayisə edin. Bəzən dostlarımız yalan məlumata aldanaraq onu elektron poçtumuza göndərə və ya sosial media vasitəsilə bizimlə bölüşə bilərlər. Ona görə də məlumatın mənbəyini yoxlamaq olmursa, ona inanmayın.
Məlumatın məzmununun köhnəlmədiyini və dəqiq olduğunu yoxlayın. Bunun üçün məlumatın tarixini, orada deyilən faktları yoxlayın və məlumatı təsdiqləyən etibarlı sübutlar axtarın. Əgər çətin və qarışıq məlumat həddən artıq sadələşdirilibsə və ya məlumat insanlarda müəyyən hisslər oyatmağa yönəldilibsə, xüsusilə diqqətli olmaq lazımdır.
Hikmət xəzinəsindən incilər
w03 15/5 s. 22—23, abz. 5, 6
Sarsılmaz olun və həyat uğrunda yarışı qazanın
Sadiq məsihilərdən ibarət ümumdünya təşkilatın bir hissəsi olmaq bizə imanda sarsılmaz qalmağa çox kömək edir. Belə gözəl ümumdünya qardaşlıqla birgə addımlamaq necə də böyük nemətdir! (1 Butrus 2:17). Biz də, öz növbəmizdə, dindaşlarımıza sarsılmaz qalmağa kömək edə bilərik.
Saleh insan olan Əyyub da bu cür davranırdı. Hətta saxta dostu Əlifəz də etiraf etmişdi ki, Əyyub büdrəyəni sözü ilə qaldırar, taqətsiz dizlərə qüvvət verərdi (Əyyub 4:4). Bəs bizim haqda nə demək olar? Sarsılmadan Allaha ibadət edə bilmələri üçün iman qardaşlarımızı ruhlandırmaq hər birimizin məsuliyyətidir. Onlarla münasibətdə bu sözlərə müvafiq davrana bilərik: «Süstləşmiş qolları qüvvətləndirin, titrəyən dizlərə təpər verin» (Əşiya 35:3). Hər görüşdə bir və ya iki dindaşımızı ruhlandırmağı qarşımıza məqsəd qoya bilərik (İbranilərə 10:24, 25). Yehovanın yolunda çəkdikləri zəhmətə görə onları ürəkdən tərifləməklə həyat uğrunda gedən yarışda sarsılmaz qalmalarına kömək edə bilərik.
16—22 OKTYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏYYUB 6, 7
«Çətinliklərdən təngə gələndə»
«Əyyub» kitabından diqqətəlayiq fikirlər
7:1; 14:14—«Ağır xidmət» [«icbari əmək», YD] və «əzab» [«icbari xidmət», YD] hansı mə’nanı daşıyır? Əyyuba elə böyük fəlakət üz vermişdi ki, onun üçün həyat çətin, üzücü icbari əməyə bənzəyirdi. İnsanın öləndən dirilənə kimi ölülər aləmində keçirdiyi vaxt məcburi dövr olduğu üçün Əyyub onu icbari xidmətə bənzədirdi.
«Yehova... pərişan insanları azad edir»
İNSAN ömrü gödək, üstəlik, «əzab-əziyyətlə doludur» (Əyy. 14:1). Buna görə də təbiidir ki, bəzən özümüzü pərişan hiss edirik. Yehovanın qədimdə yaşamış xidmətçiləri də bəzən bu cür hisslər keçirirdi, hətta elələri var idi ki, ölmək istəyirdi (1 Pad. 19:2—4; Əyy. 3:1—3, 11; 7:15, 16). Amma pənah apardıqları Allah Yehova həmişə onlara dayaq olurdu. Onların hadisəsi Müqəddəs Kitabda bizə təsəlli və nəsihət üçün yazılıb (Rom. 15:4).
Hikmət xəzinəsindən incilər
Dinləyin, tanıyın, şəfqət göstərin
10 Yehovadan örnək alaraq biz də bir-birimizi anlamağa çalışmalıyıq. Bacı-qardaşlarınızı daha yaxından tanıyın. Görüşdən əvvəl və sonra ünsiyyət edin, xidmətdə əməkdaşlıq edin, imkan daxilində, yeməyə dəvət edin. Onda görəcəksiniz ki, kənardan soyuq görünən bacı, əslində, utancaq imiş, maddiyyat dalınca qaçdığını hesab etdiyiniz qardaş, əslində, çox səxavətli imiş, yaxud çox vaxt yığıncağa gecikən ailə təqiblərə məruz qalırmış (Əyy. 6:29). Söz yox ki, biz başqalarının işinə qarışan bir insan kim tanınmaq istəməzdik (1 Tim. 5:13). Amma dindaşlarımız və onların vəziyyəti haqda müəyyən şeyləri bilməyimiz onları daha yaxşı başa düşməyimizə kömək edə bilər.
23—29 OKTYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏYYUB 8—10
«Allahın məhəbbəti bizi Şeytanın yalanlarından qoruyur»
w15-E 1/7 s. 12, abz. 3
Allahı şad edə bilərik
Əyyub ard-arda bədbəxtliklər yaşamışdı və bunu özünə qarşı haqsızlıq hesab edirdi. O, yanlış olaraq düşünürdü ki, sadiq qalıb-qalmamağı Allaha maraqlı deyil (Əyyub 9:20—22). Əyyub öz salehliyindən o qədər əmin idi ki, başqaları onun öz salehliyini Allahın salehliyindən üstün tutduğunu düşünürdülər (Əyyub 32:1, 2; 35:1, 2).
Yehova sizə xüsusi məhəbbət bəsləyir
14 Allahın məhəbbəti bizi ruhani cəhətdən qoruyur. Davud duasında demişdi: «Pənahgahım Sənsən, məni bəladan qoruyarsan, məni qurtuluş sədaları ilə dövrələyərsən... Yehovaya güvənənləri isə Onun məhəbbəti əhatə edər» (Zəb. 32:7, 10). Qədimdə şəhəri əhatə edən divarlar insanları qoruduğu kimi, Yehovanın da məhəbbəti divartək bizi əhatə edərək Onunla münasibətlərimizə zərər vuracaq hər şeydən qoruyur. Bundan əlavə, Yehova məhəbbəti ilə bizi Özünə tərəf çəkir (Ərm. 31:3).
Hikmət xəzinəsindən incilər
«Kim Yehovanın əqlini dərk edib?»
19 Yehovanın əqli’ barədə nə öyrəndik? Biz yol verməliyik ki, Yehovanın düşüncə tərzi barədə təsəvvürlərimizi Onun Kəlamı formalaşdırsın. Biz heç vaxt Yehova barədə məhdud baxışlarımız, meyarlarımız və anlayışımız əsasında mühakimə yürütməməliyik. Əyyub demişdi: «O [Allah] mənim kimi insan olmadığına görə Ona cavab verə bilmirəm, məhkəməyə birgə gedə bilmirəm» (Əyy. 9:32). Yehovanın əqlini dərk etdikcə, Əyyub kimi, bizim də ürəyimizdən bu sözləri demək keçəcək: «Bunlar yalnız Onun etdiklərinin bir zərrəsidir, Ondan eşitdiyimiz çox zəif bir pıçıltıdır. Axı qüdrətli gurultusunu kim dərk edə bilər?» (Əyy. 26:14).
20 Müqəddəs Yazıları oxuyarkən çətin, xüsusilə də Yehovanın düşüncə tərzi ilə əlaqəli olan ayələri başa düşməyəndə nə etməliyik? Araşdırma apardıqdan sonra da nə isə bizim üçün qaranlıq qalırsa, onda buna Yehovaya etibarımızın sınanması kimi baxmalıyıq. Yadda saxla: bəzi Müqəddəs Kitab parçaları bizə Yehovaya və Onun işlərinə etibar etdiyimizi göstərməyə imkan verir. Etiraf etməliyik ki, biz Onun işlərini sonadək başa düşmək iqtidarında deyilik (Vaiz 11:5). Belə etdiyimiz təqdirdə həvari Pavelin növbəti sözlərinə şərik olduğumuzu göstərəcəyik: «Allahın xeyir-duası necə də boldur, hikməti və biliyi dərin bir ümmandır! Onun hökmləri ağlasığmaz, yolları tədqiqolunmazdır! Axı “kim Yehovanın əqlini dərk edib, yaxud kim Ona məsləhətçi olub?” Ya da “kim Ona birinci verdi ki, indi O geri qaytarmalıdır?” Çünki hər şey Ondandır, Onun sayəsindədir və Onun üçündür. Ona əbədiyyən eşq olsun! Amin» (Rom. 11:33—36).
30 OKTYABR — 5 NOYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏYYUB 11, 12
«Hikmət qazanmağın üç yolu»
Əyyub Yehovanın adına həmd edirdi
17 Əyyuba nöqsansızlığını qorumağa nə kömək etdi? Aydındır ki, başına bu müsibətlər gəlməzdən öncə o, Yehova ilə artıq sıx münasibətlər inkişaf etdirmişdi. Biz Şeytanın Yehovaya qarşı irəli sürdüyü ittihamlardan Əyyubun xəbəri olub-olmadığını dəqiq bilmirik, buna baxmayaraq, o, sadiq qalmağa qəti qərarlı idi. «Son nəfəsimə qədər kamilliyimdən [«nöqsansızlığımdan», YD] əl çəkməyəcəyəm»,— deyə Əyyub bəyan etdi (Əyy. 27:5). Əyyub Yehova ilə sıx münasibətini necə inkişaf etdirmişdi? Şübhə yoxdur ki, o, uzaq qohumları olan İbrahim, İshaq və Yaqubla Allahın necə rəftar etdiyi barədə eşitdiklərini çox qiymətləndirirdi. Həmçinin Əyyub Yehovanın yaratdıqlarında Onun bir çox xüsusiyyətlərini görə bilirdi. (Əyyub 12:7-9, 13, 16 ayələrini oxu.)
Siz tək deyilsiniz, Yehova sizinlədir
10 Dindaşlarınızla dost olun. Nəsə öyrənə biləcəyiniz bacı-qardaşlarla dostlaşın. Onların sizinlə eyni yaşda və eyni millətdən olması vacib deyil. Müqəddəs Kitabda yazılıb ki, hikmət ahıllardadı (Əyy. 12:12). Ahıllar da yaşca kiçik olan sadiq məsihilərdən çox şey öyrənə bilər. Baxmayaraq ki, Davud Yonatandan yaşca çox kiçik idi, amma bu onlara dost olmağa mane olmadı (1 İşm. 18:1). Davudla Yonatan bir-birinə dayaq olurdu ki, çətinliklərə rəğmən, Yehovaya ibadət etsinlər (1 İşm. 23:16—18). Hal-hazırda ailəsində yeganə Yehovanın Şahidi olan İrina adlı bacı deyir: «Dindaşlarımız bizim üçün əsl ata, ana, bacı və ya qardaş ola bilər. Yehova onların vasitəsilə bizə ehtiyac duyduğumuz köməyi göstərə bilər».
11 Yeni kəslərlə dostlaşmaq asan olmaya bilər, xüsusilə də utancağıqsa. Ratna adlı bacı çoxlu təqiblərə baxmayaraq, həqiqətə gəlmişdi. O, xasiyyətcə çox utancaqdır. Ratna deyir: «Qəbul etməliydim ki, ruhani ailəmin köməyinə ehtiyacım var». İnsana ürəyindəkiləri kiminləsə bölüşmək çətin ola bilər. Amma bu cür açıq ünsiyyət yaxın dostluğa aparır. Dostlarınız sizi ruhlandırmaq, sizə dəstək olmaq istəyir. Amma gərək bunu necə etməklə bağlı onlara kömək edəsiniz.
12 Bacı-qardaşlarla dostlaşmağın ən gözəl yollarından biri xidmətdə əməkdaşlıq etməkdir. Yuxarıda adı çəkilən Karol deyir: «Xidmətdə və digər ruhani işlərdə bacılarla vaxt keçirməyin sayəsində yaxşı dostluqlar qurmuşam. Yehova illər ərzində bu dostlar vasitəsilə mənə dayaq olub». Sadiq məsihilərlə dostluq qurmaq üçün zəhmət çəkməyə dəyər. Yehova bu dostlar vasitəsilə mənfi hisslərlə, məsələn, tənhalıqla mübarizə aparmağa kömək edir (Məs. 17:17).
it-2-E s. 1190, abz. 2
Hikmət
İlahi hikmət. Hikmətin tək sahibi Yehova Allahdır (Rm 16:27; Vh 7:12). Bilik faktlara əsaslanır. Yaradan Allah Yehova «əzəldən əbədiyyətə» (Zb 90:1, 2) var olduğu üçün Kainat barədə hər şeyi — onun necə yarandığını, tarixini bilir. Fiziki qanunlar, dövrlər, normalar Onun tərəfindən qoyulub. İnsanlar tədqiqat apararkən, yeni ixtiralar edərkən məhz onlara əsaslanırlar. Bu qayda-qanunlarsız inkişaf mümkün olmazdı və insan çarəsiz qalardı (Əy 38:34—38; Zb 104:24; Ms 3:19; Ər 10:12, 13). Məntiqlidir ki, Allahın qoyduğu əxlaq normaları stabil, ədalətli və xoşbəxt həyat üçün olduqca vacibdir (Qn 32:4—6). Onun hikməti hədsizdir, müqayisəolunmazdır (Əş 40:13, 14). Hərdən Yehova Onun salehlik normalarına zidd gedən şeylərin baş verməsinə, hətta vüsət almasına yol verir. Lakin gələcək tamamilə Onun əlindədir və necə niyyət edibsə, elə də olacaq, ağzından çıxan sözlər hökmən həyata keçəcək (Əş 55:8—11; 46:9—11).
Hikmət xəzinəsindən incilər
Yeniyetmələrlə ünsiyyət
▪ «Sözlərin arxasında duran fikirləri tuturammı?» Əyyub 12:11 ayəsində deyilir: «Yeməyin dadını damaq hiss etdiyi kimi qulaq da sözləri sınaqdan keçirməzmi?» İndi sizə oğlunuzun və ya qızınızın sözlərini əvvəlkindən də çox ‘sınaqdan keçirmək’ lazımdır. Çox vaxt yeniyetmələr elə danışırlar ki, guya həmişə onlar düzdürlər. Məsələn, oğlunuz və ya qızınız deyə bilər: «Sən mənimlə həmişə uşaq kimi rəftar edirsən!», yaxud «Sən heç vaxt mənə qulaq asmırsan!» «Həmişə» və ya «heç vaxt»ın haçan olduğunu ayırd etmək əvəzinə, uşağınızın hərfi mənada danışmadığını başa düşün. Məsələn: «Sən mənimlə həmişə uşaq kimi rəftar edirsən», «Mənə elə gəlir ki, sən mənə etibar etmirsən», «Sən heç vaxt mənə qulaq asmırsan» isə «Ürəyimdəkini sənə açmaq istəyirəm» mənasını verə bilər. Sözlərin arxasında duran fikirləri tutmağa çalışın.