Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwyp məqalə 114
  • Yaşamaq istəmirəm. Hisslərimlə necə bacarım?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yaşamaq istəmirəm. Hisslərimlə necə bacarım?
  • Gənclərin sualları
  • Oxşar material
  • Ölmək istəyirəm. Bu hisslərlə mübarizədə Müqəddəs Kitab mənə kömək edə bilər?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Həyatımdan bezəndə...
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Depressiyadan necə yaxa qurtara bilərəm?
    Gənclərin sualları
  • Köməyiniz var
    Oyanın! 2014
Əlavə
Gənclərin sualları
ijwyp məqalə 114
Depressiyada olan yeniyetmə qız pəncərədən çöldə yağan yağışa baxır

GƏNCLƏRİN SUALLARI

Yaşamaq istəmirəm. Hisslərimlə necə bacarım?

«Bir neçə il əvvəl güclü narahatçılıq hissi keçirirdim, elə bil, daxilim od-alov içində idi, mən isə onu söndürə bilmirdim. O vaxt ağlımdan intihar etmək fikirləri keçirdi. Əslində, ölmək istəmirdim, sadəcə istəyirdim ki, bu əzablar bitsin» (Conatan, 17 yaş).

14 000 yuxarı sinif şagirdi arasında keçirilmiş bir sorğuya əsasən, son bir il ərzində beş nəfərdən biri intihar etmək haqqında düşünüba. Əgər sənin də ağlından belə fikirlər keçirsə, nə edə bilərsən?

  • Dayan. Özünə söz ver ki, tələsik hərəkət etməyəcəksən. Problemlərin həlledilməz kimi görünsə də, əslində, çıxış yolu həmişə var.

Depressiyada olan yeniyetmə qız pəncərədən çöldə yağan yağışa baxır

Sənə elə gələ bilər ki, labirintdəsən və oradan çıxış yoxdur. Amma insanın keçirdiyi hisslər heç də həmişə reallığı əks etdirmir. Bəlkə də, çıxış düşündüyündən də yaxındır, sadəcə sənə onu tapmağa kömək lazımdır.

  • Müqəddəs Kitab prinsipi: «Bizi hər tərəfdən sıxışdırırlar, amma divara dirəməyiblər; çaşqınlıq içindəyik, amma vəziyyətimiz çıxılmaz deyil» (2 Korinflilərə 4:8).

    Təklif. Əgər intihar etmək fikrini başından çıxara bilmirsənsə, gör kimdən kömək istəyə bilərsən. Məsələn, qaynar xəttə və ya təcili yardıma zəng etmək olar. Orada təlim keçmiş mütəxəssislər işləyir və onlar həqiqətən də sənə kömək etmək istəyir.

  • Kiminləsə danış. Səni fikirləşən və sənə kömək etmək istəyən insanlar var. Məsələn, bu, dostların və ailə üzvlərin ola bilər. Amma hər şeyi içində saxlasan, onlar nə hiss etdiyini bilməyəcəklər.

Yeniyetmə qız gözünə eynək taxır

Bəzi insanlara aydın görmək üçün eynək taxmaq lazımdır. Sənin üçün belə eynək dostların ola bilər. Onlar sənə problemlərinə düzgün tərəfdən baxmağa və həyat eşqini yenidən alovlandırmağa kömək edəcək.

  • Müqəddəs Kitab prinsipi. «Əsl dost... dar gün üçün doğulmuş qardaşdır» (Məsəllər 17:17).

    Təklif. Söhbəti açmaq üçün deyə bilərsən: «Son vaxtlar beynimdən bədbin fikirlər keçir. Bu barədə danışmaq istəyirəm». Ya da belə: «Bəzi problemlərim var, amma hiss edirəm ki, təkbaşına onlarla bacarmaram. Mənə kömək edə bilərsən?»

  • Həkimə müraciət et. İnsanın yaşamaq istəməməsi narahatlıq və ya depressiya kimi sağlamlıq problemlərinin nəticəsi ola bilər. Amma bunların müalicəsi var.

Xəstə yeniyetmə qız sanki boşluğa baxır.O, qarşısındakı yeməyi yemir

Qrip insanın iştahasını öldürdüyü kimi, depressiya da insanın yaşamaq eşqini öldürə bilər. Amma bu xəstəliklərin heç biri əlacsız deyil.

  • Müqəddəs Kitab prinsipi: «Həkimə sağlam adamlar yox, xəstələr möhtacdır» (Mətta 9:12).

    Təklif. Kifayət qədər yat, idman et və sağlam qidalan. Səhhətinin vəziyyəti həyata baxışına təsir edə bilər.

  • Dua et. Müqəddəs Kitabda yazılıb ki, Yaradanımız «ürəyimizdən böyükdür və hər şeyi bilir» (1 Yəhya 3:20). Ona elə bu gün dua et. Onu adı ilə çağır və ürəyini Ona boşalt.

Yeniyetmə qız iri qutunu daşımağa çalışır

Bəzi problemlər ağır yük kimidir və onlarla təkbaşına bacara bilməzsən. Amma Yaradanımız Yehova sənə kömək əlini uzatmağa hazırdır.

  • Müqəddəs Kitab prinsipi. «Diləyinizi dua və yalvarışla, şükr edə-edə Allaha bildirin. Onda Allahın hər bir ağıldan üstün olan sülhü ürəyinizi və fikirlərinizi... qoruyacaq» (Filippililərə 4:6, 7).

    Təklif. Problemlərin barədə dua etməzdən əlavə, çalış ən azı bir şeyə görə Yehovaya şükr edəsən (Koloslulara 3:15). Bu sənə fikrini müsbət şeylərə cəmləməyə kömək edəcək.

Əgər düşünürsənsə ki, yaşamağa dəyməz, kömək istə. Məqalənin əvvəlində sözləri gətirilən Conatan da belə etdi. O deyir: «Valideynlərimlə çoxlu söhbət etdim və həkimə getdim. İndi xeyli düzəlmişəm. Bəzən əhvalım yenə də dəyişir, amma intihar etmək haqda daha düşünmürəm».

a Sorğu 2019-cu ildə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi tərəfindən keçirilib.

Həmyaşıdların nə deyir?

Aleksandra

«Əqli sağlamlıq fiziki sağlamlıq qədər vacibdir. Fərq ondadır ki, kiminsə əli sınanda bunu görürük, amma qəlbi göynəyəndə bu, həmişə nəzərə çarpmır. Hisslərin barədə danışmağa utanma. Kömək istəmək qəbahət deyil» (Aleksandra).

Yan

«Valideynlərim mənə izah etdi ki, istənilən problemi həll etmək və ya ən azı ona dözmək olar. Yanında etibar edəcəyin birinin olması çox vacibdir. Mənim üçün bu, valideynlərim oldu. Onların sayəsində həyatda hər şeyə tarazlı yanaşmağı öyrəndim» (Yan).

Sənə kömək edəcək Müqəddəs Kitab ayələri

Pərişan olanda və ya narahatçılıq keçirəndə sənə kömək edəcək Müqəddəs Kitab ayələrinin siyahısını tut. Məsələn, bu siyahıya növbəti ayələri də daxil edə bilərsən:

Zəbur 34:18: «Yehova qəlbisınıqlara yaxındır, pərişan insanları azad edir».

İzahı. Yehova problemləri həllolunmaz kimi görünənlərə kömək etməyə hazırdır.

Zəbur 46:1: «Allah gücümüz, pənahımızdır, dar gündə köməyə hazırdır».

İzahı. Hər dəfə narahatçılıq keçirəndə Yehovaya dua et. O sənə onun öhdəsindən gəlməyə kömək etmək istəyir.

Zəbur 94:18, 19: «“Ayağım büdrəyir”, — deyəndə məhəbbətin mənə dayaq oldu, ey Yehova. Fikirlər məni çulğayanda mənə təsəlli verib ovutdun».

İzahı. Allah Öz Kəlamı vasitəsilə sənə təsəlli verməyə qadirdir. Odur ki, onu hər gün oxu!

Zəbur 139:23, 24: «Xudaya, məni yoxla... narahat düşüncələrimi bil, gör məndə pis meyil varmı. Əbədiyyət yolunda mənə bələdçi ol!»

İzahı. Yehova səni sənin özündən də yaxşı tanıyır. O sənə zərərli düşüncə tərzini düzəltməyə kömək edəcək ki, həyat sənə sevinc versin.

Əşiya 41:10: «Təlaşa düşmə, sənin Allahın Mənəm. Sənə qüvvət verəcəyəm, sənə kömək edəcəyəm».

İzahı. Hansı vəziyyətlə üzləşirik üzləşək, Yehova bizə dözməyə güc verəcək.

Xülasə. Yaşamaq istəmirəm. Hisslərimlə necə bacarım?

  • Dayan. Özünə söz ver ki, tələsik hərəkət etməyəcəksən. Problemlərin həlledilməz kimi görünsə də, əslində, çıxış yolu həmişə var.

  • Kiminləsə danış. Hər şeyi içində saxlasan, dostların və ailə üzvlərin nə hiss etdiyini bilməyəcəklər.

  • Həkimə müraciət et. İnsanın yaşamaq istəməməsi depressiyanın nəticəsi ola bilər. Amma onun müalicəsi var.

  • Duada Allaha ürəyini boşalt. O səni sənin özündən də yaxşı tanıyır və sənə kömək etmək istəyir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş