NƏĞMƏ 82
«Qoy nurunuz parlasın»
Çap versiyası
1. Məsihin əmridir,
Parlasın nurun.
Bərq vursun günəştək
Qoy sənin üzün.
Səmavi hikmətlə
Nur saçır Kəlam.
Əməlin təmiz olsun,
Nur yaysın hər an.
2. İlahi müjdədir
Ürəyə məlhəm.
Qoy işıq saçsın o,
Nurlansın aləm.
Pak Kəlam çıraqdır
Bu haqq yolunda.
Hər kəsə seçim verək,
Gəl yayaq müjdə.
3. Dünyaya işıqdır
Xeyirxah işlər.
Sözümüz incidir,
Hər yanda parlar.
Heç zaman sönməz nur,
Düz yolda qalsaq.
Gəl şərəf verək Rəbbə,
Hey fəxri olaq.
(Həmçinin baxın: Zəb. 119:130; Mət. 5:14, 15, 45; Kol. 4:6.)