NƏĞMƏ 32
Yehovanın tərəfini tut!
1. Biz əsiriydik yalan dinlərin,
Bilmirdik heç Allahın niyyətin,
Lakin azad eylədi qəlbləri,
Bu Padşahlıq xəbəri.
NƏQARƏT
Sən Rəbb tərəfin tut, sev haqq yolunu.
Heç vaxt tərk etməz O, Öz mərd qulunu.
Sən daim təbliğ et sülh xəbərini,
Rəbb çin edəcəkdir arzu-kamını.
2. Daim tuturuq Rəbbin tərəfin,
Şövqlə yayırıq Şahlıq müjdəsin.
Pis dövranın lap yaxındır sonu,
Tut Allahın yolunu.
NƏQARƏT
Sən Rəbb tərəfin tut, sev haqq yolunu.
Heç vaxt tərk etməz O, Öz mərd qulunu.
Sən daim təbliğ et sülh xəbərini,
Rəbb çin edəcəkdir arzu-kamını.
3. Qorxma, sənə nə etsə də Şeytan,
Sidq-ürəkdən Allaha arxalan.
Hətta düşmən çox olsa da belə,
Haqq-Taalaya bel bağla.
NƏQARƏT
Sən Rəbb tərəfin tut, sev haqq yolunu.
Heç vaxt tərk etməz O, Öz mərd qulunu.
Sən daim təbliğ et sülh xəbərini,
Rəbb çin edəcəkdir arzu-kamını.
(Həmçinin baxın: Zəb. 94:14; Məs. 3:5, 6; İbr. 13:5.)