Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g16 №  1 s. 12—13
  • Lixtenşteynə səyahət

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Lixtenşteynə səyahət
  • Oyanın! 2016
Oyanın! 2016
g16 №  1 s. 12—13
Lixtenşteyndə çayın üzərindəki örtülü körpü

ÖLKƏLƏR VƏ XALQLAR | LİXTENŞTEYN

Lixtenşteynə səyahət

Xəritədə İsveçrə və Avstriya ilə həmsərhəd olan Lixtenşteynin ərazisi göstərilib

LİXTENŞTEYN cırtdan dövlətlərdən biridir. Alp dağlarında yerləşən bu ölkə İsveçrə və Avstriya ilə həmsərhəddir. Bu ərazidə əsrlər boyu keltlər, retilər, romalılar, alamanlar məskən salıb. Bu gün Lixtenşteyn əhalisinin üçdə ikisi təxminən 1500 il öncə burada məskunlaşmış Alaman tayfasının törəməsidir.

Lixtenşteyndə dövlət dili alman dilidir. Amma hər kəndin öz ləhcəsi var. Lixtenşteynin ənənəvi xörəkləri sırasında qarğıdalıdan hazırlanmış xüsusi yemək olan tüarka-rebelin və pendirli makaron kəsnöpflenin adını çəkmək olar.

Lixtenşteynin iki ənənəvi xörəyi

Kəsnöpfle

Linxtenşteynin rəngli milli geyimini geyinmiş qadın və balaca qız

Rəngli milli geyim

Bu ölkəyə gələn turistlər başıqarlı dağları, yaşıl vadiləri, üzüm bağlarını və zəngin bitki örtüyünü görə bilərlər. Məsələn, Alp dağlarında yerləşən bu cırtdan dövlətdə haradasa 50 növ yabanı səhləb bitkisinə rast gəlinir. Burada həmçinin muzeylər, teatrlar və şərab zavodları var. Bu səbəbdən ölkədə yay-qış turistlər olur.

Yehovanın Şahidləri 1920-ci ildən bəri Lixtenşteyndə fəaliyyət göstərirlər. Hal-hazırda təxminən 90 Yehovanın Şahidi yerli əhaliyə və turistlərə ilahi müjdəni çatdırır.

Lixtenşteynin dövlət dili olan alman dilində Yehovanın Şahidləri tərəfindən dərc olunan əsas dərs vəsaiti var. Onu jw.org saytından tapmaq mümkündür.

QISA MƏLUMAT

  • Əhalisi: 37 000

  • Paytaxtı: Vadus

  • Dövlət dili: alman

  • Dini: əsasən Roma katolik

BİLİYİNİZİ YOXLAYIN

Bu məlumatlardan hansı Lixtenşteynə aiddir?

  1. Dənizə çıxışı olmayan dövlətlərlə əhatə olunmuş iki ölkədən biridir.

  2. 50-dən çox müxtəlif növ məməli heyvanlar məskənidir.

  3. Təxminən 1600-ə yaxın müxtəlif növ bitki yetişir.

  4. Ordusu olmayan bir ölkədir.

Cavab: Bütün bəndlər Lixtenşteynə aiddir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş